FutbolMedia.Az
  • 12:59 Çərşənbə axşamı
    22 Sentyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Qurban Qurbanov:

Qurban Qurbanov: "Futbolçular daha rahat oynayırdılar"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 5-ci turunda "Araz-Naxçıvan"a 5:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

Futbolmedia.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:

- Futbolçularımı təbrik edirəm. Vacib qalibiyyət oldu. Hər xal itkisi turnir cədvəlində işimizi çətinləşdirə bilərdi. Qarşımızda çox yaxşı, çox bərk kollektiv var idi. Uğur bizim tərəfimizdə oldu. Rəqib qırmızı vərəqə ilə cəzalandırıldı, penalti vurmaq hüququ qazandıq. Sanki bunlar işimizi bir az da asanlaşdırdı. "Araz-Naxçıvan"ın çox təhlükəli hücum xətti var. İstənilən an qapında qol görə bilərsən. Futbolçularım bəzi anlarda diqqətsizlik etdilər. Ancaq ümumi olaraq, oyunun gedişatından razı qaldım. Azarkeşlərimizə təşəkkür edirəm. Ən azından stadionda yaxşı ab-hava yaratdılar. Sayları az olsa da, futbolçulara sona qədər dəstək var idi. Elmar Baxşıyev və komandasına uğurlar arzulayıram.

- Ramil Şeydayevi nə vaxt meydanlarda görəcəyik? İdman forması sizi nə dərəcədə razı salır?

- Məncə, yaxın zamanlarda. Qarşıdakı matçlarda yavaş-yavaş meydana buraxa bilərik. Son vaxtlarda fərdi məşqlər edirdi. Ancaq çempionatın başlamasına qədər, komandası ilə yaxşı hazırlıq keçmişdi.

- Stadionun qazonunu və "Araz-Naxçıvan"ın futbolçularının sərt oynadığını nəzərə alsaq, əsas futbolçuları qorumaq baxımından ehtiyat edirdiniz?

- Rotasiyalar etdik. Sadəcə olaraq, öz planımız üzrə gedirdik. Bəzi meydançalara baxanda, bu gün oynadığımız daha yaxşı idi, futbolçular daha rahat oynayırdılar. İlk hissədə meydança sanki daha quru görünürdü, su yox idi, vurulmamışdı. Bəlkə də əvvəlcədən vurulmuşdu, küləyə görə qurumuşdu. Fasilədə meydança sulandı və ikinci hissə topla davranmaq daha rahat oldu. Zədə məsələsinə gəldikdə, bu barədə düşünəndə, bəlkə, insanın başına daha çox belə hadisələr gəlir. Oyunun gedişatına görə addımlar atdıq.

- Marko Yankoviç uzun müddətə sıradan çıxdı. Kadi Borgesin yenidən o mövqedə oynayacağını düşünmək olar?

- Ehtimal var. Amma qarşıdakı matçlarda düşünəcəyik. Kris Kuaku, Pedro Bikalyoya da baxacağıq. Görək də, hansı idman formasında olacaqlar. Rəqibi də tam analiz etdikdən sonra ona uyğun addım atacağıq.

21-09-2025, 19:40
8761
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
12-09-2025, 20:20
Elmar Baxşıyev:
Elmar Baxşıyev: "Daha da yaxşı olmalıyıq"
11-05-2025, 22:35
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bu məsələ inandırıcı görünmür"
11-02-2025, 22:09
Qurban Qurbanov:
Qurban Qurbanov: “Bir aya Kadini əvvəlki formasına qaytaracağıq”
22-12-2024, 19:42
Qurban Qurbanov:
Qurban Qurbanov: “2024-cü il “Qarabağ” üçün çox yaxşı oldu”
23-11-2024, 19:50
Qurban Qurbanov
Qurban Qurbanov “Xahiş edirəm, mənə bir də bu barədə sual verməyin”
10-11-2024, 22:10
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bizə çox ciddi yanaşırlar"
2-04-2024, 22:44
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bəzi futbolçularda hiss olunur ki, sanki onlara təkliflər çoxdur"
24-11-2023, 22:53
Qurban Qurbanov:
Qurban Qurbanov: "Mənim səlahiyyətim yoxdur ki, onlara fikir bildirim"
13-08-2023, 21:30
Qurban Qurbanov:
Qurban Qurbanov: "Ola bilər ki, HİK bizimlə oyunda sürpriz etsin, riskə getsin"
19-02-2023, 20:25
Qurban Qurbanov:
Qurban Qurbanov: "İngiltərədə özümün yox, Qarabağ"ın adının çəkilməsinə görə şadam"
7-02-2022, 21:55
Qurban Qurbanov:
Qurban Qurbanov: "Hakimlərə əsəbi deyildim"
19-08-2021, 22:42
Qurban Qurbanov:
Qurban Qurbanov: “Futbolçuları diqqətli olmağa çağırırdım“
  Xəbər Lenti
"Araz Naxçıvan" ukraynalı mütəxəssis Yuri Maksimov baş məşqçi gətirir 22.09.2026, 12:14
"İmişli"nın qapıçısı Yusif İmanov: "Ardı arda iki çempionluğa iddialı klubla qarşılaşmaq heç xoş deyil" (Özəl Açıqlama) 22.09.2026, 11:21
"Turan Tovuz" - "Fənərbaxça" matçının biletlərinineçəyə olacaq və hardan alınacaq? 22.09.2026, 11:00
Azərbaycan cüdoçuları dünya çempionatında medallar qazandı 22.09.2026, 10:08
Zaur Axundov "Araz Naxçıvan"a Tərlan Əhmədovu baş məşqçi gətirir - (ÖZƏL) 22.09.2026, 09:55
"Qaradağ Lökbatan" - "Şəmkir" 7:0 - VİDEO 22.09.2026, 09:40
İsmayıl İbrahimli: "Ümumiyyətlə, biz orda məğlub olmamalı idik" (Özəl Açıqlama) 22.09.2026, 09:06
Millimizin üzvü Cəlal Hüseynov meydana çıxmadı, komandası uddu 22.09.2026, 08:07
"Barselona"nın prezidenti Xoan Laporta "Atletiko"nu sərt tənqid etdi - Xarici xəbərlər 21.09.2026, 21:05
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
24-08-2026, 15:32
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
11-09-2026, 13:10
Deku:
Deku: “Yamal “qızıl top” üçün əla namizəddir”
11-09-2026, 17:01
II Liqada III turun təyinatları açıqlandı
II Liqada III turun təyinatları açıqlandı
11-09-2026, 16:10
Tanınmış futbolçu ölkəsinə qayıtdı -
Tanınmış futbolçu ölkəsinə qayıtdı - Xarici xəbərlər
10-09-2026, 16:10
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır -
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır - Xarici xəbərlər
10-09-2026, 14:00
"Sportinq" (Portuqaliya) - "Qalatasaray" 2:2 - VİDEO
10-09-2026, 17:01
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
10-09-2026, 15:29
AFFA
AFFA "Difai"nin futbolçusunu 1000 manatlıq cərimələdi
10-09-2026, 14:27
Okan Buruk:
Okan Buruk: "Hakim əleyhimizə işləyirdi"
11-09-2026, 15:18
"Nyukasl" İngiltərə millisinin üzvü ilə müqavilə imzaladı - Transfer xəbərləri
10-09-2026, 18:03
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
11-09-2026, 12:08
Braziliyalı futbolçu yenidən “İmişli”yə qayıtdı
Braziliyalı futbolçu yenidən “İmişli”yə qayıtdı
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb