FutbolMedia.Az
  • 14:05 Çərşənbə axşamı
    24 Noyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Qurban Qurbanov:

Qurban Qurbanov: "Psixoloji yorğunluğu aradan qaldırmaq çətindir"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 15-ci turunda "Neftçi"yə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bildirib.

Futbolmedia.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib: "Futbolçularımı təbrik edirəm. Vacib qələbə idi. istəyirdik ki, Yaxşı oyun oynayaraq qələbə qazanmaq. Birinci hissədə tam razı qalmadım. Amma İkinci hissədə daha düzgün, aktiv oynadılar. Yaxşı atmosfer var idi. Həmişə deyirəm ki, Bu stadionda yaxşı futbol ab-havası olur. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm ki, bu oyuna fərqli yanaşırlar. Samir Abasova və "Neftçi"yə uğurlar arzulayıram".

Mütəxəssis fasilədə etdiyi əvəzələmələrdən danışıb: "Romao zədə aldı. Ağrısı çox oldu. Durumu ciddi ola bilər. Sabah biləcəyik. Şiş çox idi. Elvinə gəldikdə, ikinci sarı vərəqəyə görə ehtiyat etdik. Birincini vərəqəni Çox sadə epizodda aldı".

Q. Qurbanov futbolçusu Leandro Andradeyə verilən sarı vərəqədən söz açıb: "Onlar orada azarkeşlərə heç nə etmirdilər. Onlar həmişə bu cür şəkil çəkdirirlər. Dəfələrlə Andrade və Medina elə şəkil çəkdirib. Hakimə bildirdim ki, mümkün deyil ki, azarkeşlərə nəsə etsin. Özü də, kim-kim, Leandro. Onu heç danışdırmaq olmur. Sanki Elçin Məsiyev də bunu qəbul etdi. Bəlkə də, normal qərar verildi".

O, futbolçuları Nəriman Axundzadə və Musa Qurbanlının oyununu qiymətləndirib: "İkisi də pis çıxış etmədi. Nəriman qol vurdu. Musa da xeyli qol epizoduna girdi. Onların daha yaxşı olması üçün gərək oyun sayları çox olsun. Bizim qrafikimiz elədir ki, bəzi oyunçuları maksimum istifadə edə bilmirik. Belə bir komandaya qarşı və sürətli oyunda ikisindən də razı qaldım".

Mütəxəssis heyətdə edilən rotasiyalardan danışıb: "Oyuna ciddi hazırlaşmışdıq. "Neftçi"yə qarşı oynayırdıq. Azarkeşləri də düşünməliyik. Onlar aktiv futbol görməlidirlər. Avrokuboklar oyunlarından əvvəl daha çox plan qururuq. Amma hazır olan futbolçunu çalışırıq ki, daha çox meydana buraxaq. Bəzi oyunçular "Lion"la matçda çox yorulmuşdu. Hətta baxmayaraq ki, həmin oyunda Kevin Medinanın fiziki göstəriciləri ən yüksəkdə olanlardan idi, özünü yaxşı hiss edirdi deyə oynadı. Ya onu, ya da Bəhlul Mustafazadəni oyuna buraxmalı idim. Amma nəzərə alırıq ki, Bəhlul millidə də oyunlar keçirib. Ona görə ona daha çox yük düşüb".

Q. Qurbanov qarşıda olan çoxsaylı oyunlardan da söz açıb: "Hazır olmağa məcburuq. Başqa çıxış yolumuz yoxdur. Belə olanda, komandanı bəzən istədiyin optimal formada saxlaya bilmirsən. Məşqlərin keyfiyyəti futbolda çox önəmlidir. İki ay normal 22-23 futbolçu ilə 4-5 məşq etməyimiz yadıma gəlmir. Çünki sıx qrafik var. Neçə illərdir ki, bu proses davam edir. Futbolçular üçün çətin olsa da, işləyirik. Fiziki yorğunluğu aradan qaldırmaq olur. Psixoloji yorğunluq isə çətindir. Başqa variantımız yoxdur. Hazır olmalıyıq".

O, futbolçusu Şahruddin Məhəmmədəliyevin zədədən bərpa olunmasını qeyd edib: "Artıq 4-5 məşqdir ki, komandadır. Tam bərpa olunub. Qarşıdakı matçlarda olacaq. Limit lazım olanda, mütləq edəcəyik. Qışa qədər bəlkə 1-2 matçda şərait yaratmaq olar".

Mütəxəssis Azərbaycan kuboku çərçivəsində ke

1-12-2024, 21:54
12627
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
10-11-2024, 22:10
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bizə çox ciddi yanaşırlar"
6-10-2024, 22:40
Qurban Qurbanov:
Qurban Qurbanov: "İnanıram ki, daha yaxşı nəticələr bizi gözləyir"
29-09-2024, 22:01
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bilmirəm fikirlərimi nə cür çatdırım ki, düzgün qarşılansın"
24-11-2023, 22:53
Qurban Qurbanov:
Qurban Qurbanov: "Mənim səlahiyyətim yoxdur ki, onlara fikir bildirim"
8-10-2023, 22:09
Qurban Qurbanov:
Qurban Qurbanov: "Oyunçularımızın hazırlığı yaxşı səviyyəyə qalxıb"
2-04-2023, 18:21
Qurban Qurbanov:
Qurban Qurbanov: "Millidən qayıdan futbolçularda psixoloji sarsıntı hiss olunurdu"
2-12-2022, 23:10
Qurban Qurbanov:
Qurban Qurbanov: "Futbolçularımı tanıyıram və hər şeyi başa düşürəm”
16-10-2022, 20:07
Qurban Qurbanov:
Qurban Qurbanov: "Çempionat gərgin keçir"
1-10-2022, 20:34
Qurban Qurbanov:
Qurban Qurbanov: "Nəticə bizim üçün vacib idi"
17-08-2022, 23:40
Qurban Qurbanov:
Qurban Qurbanov: "Düşündüyümdən də bərk komanda gördüm"
7-02-2022, 21:55
Qurban Qurbanov:
Qurban Qurbanov: "Hakimlərə əsəbi deyildim"
20-09-2021, 21:52
Qurban Qurbanov:
Qurban Qurbanov: "Şeydayev qarşıda daha yaxşı olacaq"
  Xəbər Lenti
İlin ən yaxşı gənc oyunçusu oldu - Xarici xəbərlər 24.11.2026, 14:02
Legioner limiti ləğv oluna bilər 24.11.2026, 13:20
"Qalatasaray" "Aston Villa"ya, "Mançester Siti" "Napoli"yə qarşı - Çempionlar Liqası 24.11.2026, 13:00
Canlı əfsanə Canfranko Zola: “Təəccübləndim. Ronaldinyo milyonlarla gəncə ilham verdi" 24.11.2026, 12:04
PSJ-də daha bir şok zədə - Bu dəfə Dezire Due sıradan çıxdı 24.11.2026, 11:31
Laporta: "Laminin 19 yaşı var, lakin o, hətta ..." 24.11.2026, 11:00
"Şəmkir" - "Ağdaş" 2:0 - VİDEO 24.11.2026, 10:14
FİFA iki mundialın ev sahiblərini müəyyənləşdirdi 24.11.2026, 09:11
"Milan"dan "Real"ın futbolçusu üçün 70 milyon avroluq təklif - Transfer xəbərləri 24.11.2026, 08:08
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
Ətraflı
3-11-2026, 13:08
Argentinalı müdafiəçi
Argentinalı müdafiəçi "Barselona"ya keçə bilər - Transfer xəbərləri
3-11-2026, 14:22
Elçin Məsiyevə UEFA-dan təyinat
Elçin Məsiyevə UEFA-dan təyinat
3-11-2026, 12:10
"Difai" - "Hypers" 3:1 - VİDEO
3-11-2026, 16:15
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı -
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı - Xarici xəbərlər
3-11-2026, 17:06
İngiltərə klubu baş məşqçisini qovdu -
İngiltərə klubu baş məşqçisini qovdu - Xarici xəbərlər
3-11-2026, 15:24
Azərbaycanın FİFA referisi Əliyar Ağayev
Azərbaycanın FİFA referisi Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
3-11-2026, 18:10
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi -
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi - Transfer xəbərləri
4-11-2026, 09:11
"Sabah"ın futbolçusu: "Biz rəqib haqqında nə qədər düşünürüksə, onlar da bizim haqqımızda bir o qədər düşünməlidirlər"
4-11-2026, 08:09
Dambrauskas:
Dambrauskas: “Hər bir futbolçu bizim yerimizdə olmaq istəyərdi”
4-11-2026, 10:13
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq -
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq - Xarici xəbərlər
4-11-2026, 11:04
Emre Belözoğlu
Emre Belözoğlu "Fənərbaxça"da - Rəsmi
4-11-2026, 14:05
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı -
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı - VİDEO
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
Ətraflı
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb