FutbolMedia.Az
  • 09:13 Çərşənbə
    15 İyul 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Gəncə futbolunu və

Gəncə futbolunu və"Kəpəz"i yüksəlişə aparan rəhbərlik və idarə heyəti - YAZI


Azərbaycan futbolunun beşiyi sayılan bölgələrimizdən biri də məhz Gəncə şəhəridir. Hələ SSSR-i dönəmində bu bölgədə yetişən istadlı, möhtəşəm futbolçuları az qala bütün Sovetlər birliyi tanıyırdı. Gəncə torpağı Azərbaycanın da, ən məşhur futbolçularını yetişdirib desək, heçdə, yanılmarıq. Gəncə futbol akademiyası, torpağı, Muzaffər Qasımov, Vəli Qasımov, Yunis Hüseynov, Vidadi Rzayev, Faiq Cabbarov, Mahmud Qurbanov, Novruz Əzimov və sair kimi futbol ulduzlarımızı ölkəmizə bəxş edib. Məhz bu üzdən Gəncə futbolu hər zaman yaşamalı, hər zaman futbol oynamalıdır ki, Azərbaycan futbolu inkişafdan qalmasın. Legionerlər bu ölkəyə, klublarımıza gələr-gedərdilər. Ən əsası isə quyunun özündən gərək su qaynasın. Artıq bir neçə ildir ki, “Kəpəz” klubu Azərbaycan premyer liqasında çıxış edir. Bu klubun rəhbərlik postunda bir çox insanlar işləyib. Lakin çox vaxt və demək olar ki, hər zaman qalmaqallar əksik olmayıb. Lakin klub rəhbərliyində gedişlər oldu. Sabiq rəhbər İlqar Nadirinin bu vəzifəsindən ayrılmasından sonra yeni rəhbərlik gəldi. Məsələ elə bundadır ki, hazırki rəhbərliyin “Kəpəz” klubuna çoxdan gəlməsi lazım idi. Hazırda “Kəpəz” futbol Klubu İçtimai Birliyinin İdarə Heyətinin Sədri Adil Vəliyev, idaərə heyətinin üzvü Fərman Əlizadə, icraçı –direktor Ruslan Məmmədov, mətbuat katibi Gəray Qiyasovdur.

Gəncə futbolunu və"Kəpəz"i  yüksəlişə aparan rəhbərlik və idarə heyəti - YAZI


Bəli. Məhz bu şəxslərin gəlişindən sonra “Kəpəz” klubu peşəkar komandaya çevrildi. Klubda nizam – intizam höküm sürməyə başladı. Klub daxilində hərcmərclik, qruplaşma yox oldu. Həm Adil Vəliyev, həm Fərman Əlizadə, Ruslan Məmmədov, həm də, Gəray Qiyasov necə deyəllər klubun iplərini əllərinə almağı bacardlar. Baxın adi bir misal çəkim. O boyda Gəncə futbolunun akademiyası, uşaq futbolunun inkişafı çox bərbad gündə idi. Bundan əlavə futbolçuların forma geyim çatışmamazlıqları biabırçı həddə çatmışdı. Bütün bunlar faktla yadımdadır. Digər başqa problemlər başdan aşırdı. Komandaya belə normal sponsorlar yaxınlaşmağa qorxurdu. Bəlkə də, qaçırdırdılar. Lakin Adil Vəliyev və onun komandasının gəlişindən sonra bütün bu problemlər yox oldu. Azərbaycan futbolunun gələcəyi, inkişafı uşaq futbolundan başlayır. Məhz "Kəpəz" rəhbərliyi də, bu problemi aradan qaldırmaq üçün əməlli başlı işlər gördü. Artıq həmin problemlər yoxdur. Kluba yeni sponsorlar maraq göstərdi. Bax görürsünüz ki, klubda işini bilən, peşəkar kadırlardan çox şey aslıdır. Kluba can yandıran rəhbərlik, idarə heyəti tam başqadır. Bu gün "Kəpəz" azarkeşləri klubdan və rəhbərlikdən çox razıdırlar. Həm oyundan qabaq, həm oyun zamanı belə klub rəhbərlərinin ünvanına xoş sözlər, xoş şüarlar səsləndirirlər. Bu amil çox sevindiricidir. Klubun rəhbərlik və idarə heyətinin üzvləri Adil Vəliev,Fərman Əlizadə, Ruslan Məmədov daima komandanın yanında olduğu deyilir. Araşdırmalarımıza görə, klub idarə heyəti futbolçuların hər qələbə qazanması üçün yüksək məbləğdə mükafat verirlər. Daima komandanın çatışmamazlıqları üzərində çalışırlar. Hətta futbolçuların, məşqçilər heyətinin şəxsi problemləri belə olan zaman yaxalarını kənara çəkməz, dəstək nümayiş etdirirlər. Bütün bunla yalnız alqışlanacaq addımlardır.

Gəncə futbolunu və"Kəpəz"i  yüksəlişə aparan rəhbərlik və idarə heyəti - YAZI


Düşünürəm ki, "Kəpəz" klubu bu mövsümdə premyer liqada qalacaq. Gələn mövsüm üçün isə daha güclü, daha böyük iddiaya malik, yüksək yerlər üçün oynayacaq "Kəpəz" görə biləcəyik. Klubun idarə heyətinin idarəçiliyi, Gəncə klubuna göstərdiyi diqqət, qayğı məhz bunu düşünməyə əsas verir. Məncə də, Gəncə klubu olan "Kəpəz"ə də, elə yüksək yerlər uğrunda mübarizə aparamaq yaraşar. Yəqin ki, klub rəhbərliyi gələn mövsüm üçün komandaya ən azı daha bir yaxşı sponsor tapa biləcək. Belə olan halda isə biz gələn mövsüm üçün avrokuboklar uğrunda oynayan "Kəpəz"i görə bilərik. Niyə "Turan Tovuz" olsun, ancaq "Kəpəz" yox? axı hər iki bölgəmizi Azərbaycan futbolunun beşiyi adlandırmaq olar. Gəncə futbolu, "Kəpəz" olmazsa, Gəncə futbolu olmazsa,Azərbaycan futbolunun gələcəyi olmaz. Gəncə klubu, onun möhtəşəm azarkeşləri futbolumuza hər zaman, SSSR-i dövründən belə gözəllik və möhtəşəmlik verib. Məncə, "Kəpəz"in hazırki idarə heyətinin üzvləri Adil Vəliyev, Fərman Əlizadə, Ruslan Məmmədov kimi klub rəhbərliyi hər bir klubumuza lazımdır.

Gəncə futbolunu və"Kəpəz"i  yüksəlişə aparan rəhbərlik və idarə heyəti - YAZI


Məhz bu rəhbərliklə "Kəpəz" daha güclü, daha iddialı ola bilər. Gəncə komandasının mətbuat katibi Gəray Qiyasov isə klubların mətbuat xidmətləri arasında jurnalistlərin hörmət etdiyi şəxslərdəndir. Həqiqətən də, Gəray Qiyasovun gəlişindən sonra "Kəpəz" klub rəhbərliyi və mətbuat arasında müsbət və peşəkar körpü bərpa edilib. İsətnilən iş zamanında Gəray Qiyasova klub haqqında hər hansı bir məlumat, müsahibə, açıqlama almaq üçün müraciət edə bilərsən. Çox mədəni, işinin peşəkarı kimi jurnalistlər,mətbuat üçün bu imkanı yaradır. Bunun adı peşəkarlıq və işini sevmək deməkdir. Məhz bu amil və yuxarıda sadaladığım məsələlərə görə "Kəpəz"in hazırki rəhbərlik və idarə heyətini ən uğurlu adlandırmaq olar. Biz jurnalistlərin, mətbuatın, vətəndaşların, azarkeşlərin istəyi də, klublarımızın, uşaq futbol akademiyamızın, futbolumuzun inkişafıdır. Düşünürəm ki, Gəncə futbolu, "Kəpəz" əvvəlki əzəmətini yenə qaytara biləcək. Bəli. Rəhbərlik yumruğu biraz da, bərk və dəqiq vurarsa, düz hədəfə düşəcəklər. Gəncə futbolunun inkişaını istəyiriksə, həm azarkeşlər, biz mətbuat nümayəndələri, jurnalistlər, AFFA Federasiya olaraq Adil Vəliyev, Fərman Əlizadə, Ruslan Məmmədov kimi şəxslərə dəstək olmalıyıq. Onların Gəncə futboluna xeyir vermələri, yaşatmaları üçün hər tərəfli təkan verməliyik.

Əli HƏYATİ

1-04-2026, 17:15
9727
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
26-03-2026, 15:52
Gəray Qiyasov:
Gəray Qiyasov: "Premyer liqada qalsaq belə, sona qədər mübarizə aparacağıq" (Müsahibə)
10-07-2025, 15:53
“Kəpəz” rəhbərliyi hər kəsi aldatdı
“Kəpəz” rəhbərliyi hər kəsi aldatdı
19-12-2024, 11:09
"Neftçi"nin "Turan Tovuz", "Qarabağ"ın "Araz-Naxçıvan" qarşısında üstünlüyü
15-10-2024, 15:25
"Qarabağ"ın "Kəpəz", "Neftçi"nin "Səbail" qarşısında üstünlüyü
14-09-2023, 13:17
Nadir Şükürov:
Nadir Şükürov: "İlqar Nadiri deyirdi ki, futbola aid olmayan iki adamla gərək məsləhətləşəsiniz"
17-07-2023, 11:52
"Kəpəz"də böyük qalmaqal, Azər Məmmədova torpa əməliyyatı - YAZI
10-06-2023, 19:12
“Kəpəz”də yeni baş məşqçi Azər Məmmədov oldu -
“Kəpəz”də yeni baş məşqçi Azər Məmmədov oldu -
14-05-2023, 09:04
Gəncə futboluna,
Gəncə futboluna,"Kəpəz"ə, nəfəs verən Tərlan Əhmədov - YAZI
15-12-2022, 15:54
"Kəpəz"in qladiatoru Tərlan Əhmədov - YAZI
1-12-2022, 16:06
"Kəpəz"in xilaskarı Tərlan Əhmədov - Yazı
24-09-2022, 08:20
Gənclər və idman naziri Gəncə stadionunda -
Gənclər və idman naziri Gəncə stadionunda - FOTO
5-07-2022, 18:06
İcra başçısından
İcra başçısından "Kəpəz"ə dəstək
  Xəbər Lenti
TNS - "Sabah" 1:2 - VİDEO 15.07.2026, 09:07
İspaniya finalda! - DÇ-2026 15.07.2026, 08:06
Dambrauskas: "Oyunu qol buraxmadan başa vurmaq daha xoş olardı" 15.07.2026, 00:40
"Sabah" ÇL-də növbəti mərhələyə yüksəldi 14.07.2026, 23:14
“Mançester Yunayted” 35 yaşlı qapıçı transfer etdi – Transfer xəbərləri 14.07.2026, 20:08
"Qarabağ" gedir - FOTO 14.07.2026, 19:06
"Brayton" Luka Vuşkoviçi transfer etdi - Xarici xəbərlər 14.07.2026, 18:04
AFFA UEFA B məşqçilik kursu üçün müraciətlərin qəbuluna başlayıb 14.07.2026, 17:00
"Qarabağ"ın azarkeşləri biletləri yalnız nağd ödənişlə ala biləcəklər 14.07.2026, 16:08
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
5-07-2026, 11:06
Fransa və Mərakeş 1/4 finalda -
Fransa və Mərakeş 1/4 finalda - DÇ-2026
25-06-2026, 10:15
Azərbaycan klublarının yay transferləri -
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər
10-07-2026, 10:11
Mourinyo fransalı futbolçu Kamavinqa satılmasına razılıq verdi -
Mourinyo fransalı futbolçu Kamavinqa satılmasına razılıq verdi - Xarici xəbərlər
10-07-2026, 11:08
Gələnlər və gedənlər -
Gələnlər və gedənlər - Azərbaycan klublarının yay transferləri
9-07-2026, 23:10
Qurban Qurbanov Elvin Cəfərquliyevdən çox danışmaq istəmədi
Qurban Qurbanov Elvin Cəfərquliyevdən çox danışmaq istəmədi
10-07-2026, 09:20
Tahir Gözəl:
Tahir Gözəl: "İki qolun yeni futbolçulardan gəlməsi əlamətdar hadisədi" - VİDEO
10-07-2026, 20:16
Filipe Kandido “Sumqayıt” klubunun yeni baş məşqçisi oldu -
Filipe Kandido “Sumqayıt” klubunun yeni baş məşqçisi oldu - Rəsmi
22-06-2026, 14:17
Marko Yankoviç “Qarabağ”da qalır!
Marko Yankoviç “Qarabağ”da qalır!
9-07-2026, 18:35
Karim Rossi “Qəbələ”də -
Karim Rossi “Qəbələ”də - Transfer xəbərləri
15-06-2026, 14:33
"Kəpəz"in qapıçısı "Şəfa"ya keçdi
25-06-2026, 13:20
Edin Ceko 40 yaşında milli komandada 150-ci matçına çıxdı -
Edin Ceko 40 yaşında milli komandada 150-ci matçına çıxdı - DÇ-2026
19-06-2026, 08:07
Azərbaycan klublarının yay transferləri -
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb