FutbolMedia.Az
  • 11:27 Bazar
    16 Avqust 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Kaxaber Tsxadadze:

Kaxaber Tsxadadze: “Futbolçularımın təcrübəsi çatmır, keyfiyyətli oyunçu lazımdır”

"Zirə"ni qələbə münasibəti ilə təbrik edirəm. Gözlədiyimiz kimi, yaxşı oyun oldu. Futbolçularım əllərindən gələni edib, maksimum mübarizə apardılar. Özünüz də görürsünüz, demək olar ki, hər matçda, məsələn, "Sumqayıt"la oyunda olduğu kimi, qapımıza penalti təyin olunmasına səbəb oluruq. Bu gün müdafiədə diqqətli oynamağa çalışsaq da, "Zirə" kimi təcrübəli rəqib qarşısında belə səhvlər bağışlanmır. Komandada təcrübə çatışmazlığı hiss olunur. Süleyman Damadayev çox çalışqan və mübarizdir, lakin bu səviyyədəki oyunlarda yol verilən kobud səhvlərdən çox ziyan çəkirik. "Zirə" müdafiədə çox yaxşı təşkilatlanıb, onlardan qol buraxdıqdan sonra vəziyyəti dəyişmək çətindir.

Standart vəziyyətlərimiz çox olsa da, həlledici zərbəni vuracaq, dəqiq ötürməni verəcək keyfiyyətli oyunçu çatışmazlığı səbəbindən təhlükəli epizodlar yarada bilmirik. Hazırda heç nəyi dəyişə bilmərik, qış fasiləsinə qədər mübarizə aparmalıyıq. Sonra isə heyəti mütləq gücləndirmək lazımdır. Fiziki olaraq da, bizə oyunçu çatmır. Söhbət keyfiyyətdən də getmir. Futbolçumuz azdır ki, kimisə meydana buraxaq. Azarkeşləri də başa düşürəm. Onlar öyrəşiblər ki, hər zaman "Qəbələ" avrokuboklarda, qrup mərhələsində mübarizə aparıb. İndi belə vəziyyətdəyik. Onları başa düşürəm, onlar da bizi başa düşməlidir ki, hazırda fərqli vəziyyətdir"

Futbolmedia.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Misli Premyer Liqasının 12-ci turunun “Zirə” ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

- Komanda uduzsa da, mübarizə aparırsınız, komandada sistem görünür...

- Əməyimizi və komandanın fiziki durumunu düzgün qiymətləndirdiyiniz üçün çox sağ olun. Doğrudur, oyun ərzində əvəzləmələri az və gec edirik, lakin buna baxmayaraq, futbolçular funksional baxımdan hazırlıqlıdırlar və sona qədər mübarizə aparırlar. Bu mövzuya təkrar qayıtmaq istəməsəm də, əvvəllər də qeyd etdiyim kimi, futbolçu sayımız azdır. Ötən mövsüm I Liqada çıxış edən gənc yerli oyunçulara böyük hörmətim və sevgim var. Amma onların inkişaf etməsi üçün yanlarında mütləq təcrübəli yerli futbolçular da olmalıdır. Hazırda isə sadəcə oyunçu çatışmır. Müqayisə üçün, "Zirə"nin heyətində 15-16 legioner var, bizdə isə bu say cəmi 9-dur. Açıq etiraf edirəm ki, yayda seleksiya işini istədiyimiz kimi qura bilmədik, bu mövzuda bir qədər zəif işlədik.

- Penalti epizodundan yararlana bilmədiniz...

- Penalti vuranlar siyahısında əsasən iki nəfəri qeyd etmişdik: Sanqare və Ba Lua. Onlardan sonra siyahıda Domi də var. Lakin penalti epizodu elə bir məqamdır ki, son qərarı futbolçunun özünü həmin an necə hiss etməsi və hazırlığı müəyyənləşdirir. Bu dəfə Sanqare məsuliyyəti öz üzərinə götürdü və vurmaq istədi. Mən də kənardan prosesə müdaxilə etmək istəmədim. Komanda üçün qolu kimin vurmasının ciddi fərqi yoxdur.

- Rəhbərliklə transferlərlə bağlı söhbət etmisiniz?

- Fariz Nəcəfov uzun illərdir futboldadır və təcrübəli rəhbərdir. Kluba müəyyən büdcə ayrılıb, indi əsas məsələ həmin vəsaitdən düzgün və səmərəli istifadə etməkdir. Əminliklə deyə bilərəm ki, transferlər mütləq olacaq. Bir həftə əvvəl Fariz müəllimlə görüşdük və qış fasiləsinə qədər maksimum mübarizə aparmaq barədə razılığa gəldik. Əsas hədəfimiz kobud səhvlərdən qaçmaqdır, lakin bu da birbaşa təcrübə ilə bağlı məsələdir. Bizə keyfiyyətli yerli futbolçular lazımdır. Mən əvvəlki iş yerlərimdə, məsələn, "İnter"də çalışarkən həmişə yerli gənclərə şans vermişəm – Azər Salahlı və digərlərini misal çəkə bilərəm. Hazırda "Qəbələ"də də U-21 yığmasının üzvləri var, hətta son matçda Cəbəllütariqə qarşı forma geyindilər. Sadəcə, bu gənclərin inkişaf etməsi üçün meydanda onların yanında Səlahət Ağayev, Murad Musayev kimi təcrübəli liderlər olmalıdır.

- Rza Cəfərovun komandaya cəlb olunacağı gözlənilir. Qışda daha bir qapıçı gətirmək gündəmdədir?

- Bu barədə indidən danışmaq istəmirəm. Transferlər olacaq. Qapıçı da lazımdır. Rza da yaxşı qapıçıdır, perspektivlidir. Təəssüf ki, klubunda oynamır, ehtiyatda qalır. Çox istəyərdim. Amma indidən danışmaq istəmirəm. Heyətdə rəqabət olmalıdır. Futbolçular rəqabət halında inkişaf edə bilərlər.

22-11-2025, 20:11
9052
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
18-10-2025, 17:40
Kaxaber Sxadadze:
Kaxaber Sxadadze: “Qışda heyətin güclənməsinə ehtiyac var”
5-10-2025, 22:00
Kaxaber Sxadadze:
Kaxaber Sxadadze: “Səhvlərimizi etiraf edirik“
20-09-2025, 20:00
Sxadadze:
Sxadadze: "Dəyişikliklər qələbədə vacib rol oynadı"
25-08-2025, 22:32
Kaxaber Sxadadze:
Kaxaber Sxadadze: "Əsas odur ki, meydanda oyunumuz görünürdü"
6-05-2024, 22:00
Kaxaber Sxadadze:
Kaxaber Sxadadze: "Çempionat azarkeşsiz maraqsızdır"
24-12-2023, 23:19
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Tərəfdarıyam ki, çempionatda fasilə olmasın"
8-04-2023, 20:31
Şahin Diniyev:
Şahin Diniyev: "Mən söz vermişəm"
13-12-2022, 22:00
Qurban Qurbanov:
Qurban Qurbanov: "Çox istərdik ki, komandaya bir neçə oyunçu cəlb edək"
3-10-2022, 19:26
Tərlan Quliyev:
Tərlan Quliyev: "Neftçi" ilə oyundan xalla ayrılmaq istəyirik"
25-10-2021, 21:01
Sənan Qurbanov:
Sənan Qurbanov: “Qış fasiləsinə qədər istədiyimiz nəticəni əldə etməyə çalışmalıyıq“
9-10-2021, 12:27
Aftandil Hacıyev:
Aftandil Hacıyev: “Təsəffür edin ki, dua edirik Raufa, Nikolasa heçnə olmasın “
15-08-2021, 20:14
Qurban Qurbanov:
Qurban Qurbanov: "Nə qədər imkanım var, hər bir yerli futbolçuya şans yaradacağam"
  Xəbər Lenti
"Hapoel"in "Sabah"la oyun üçün planı 16.08.2026, 11:00
"Sabah"ın "Kəpəz" qələbəsi - GENİŞ VİDEO İCMAL 16.08.2026, 10:09
La Liqada yeni mövsüm başladı 16.08.2026, 09:07
Toral “Bursaspor”da növbəti oyuna çıxdı - VİDEO 16.08.2026, 08:05
Valdas Dambrauskas: “Neqativ məqamları düşünmək lazım deyil” 15.08.2026, 23:23
Azər Məmmədov: “Daha bir-iki futbolçu transfer etmək istəyirik” 15.08.2026, 23:02
Cavid Hüseynov: "Bizi çox çətin oyunlar gözləyir" 15.08.2026, 21:20
Fərid Namazov: "Bu gün hər iki komanda qələbə qazana bilərdi" 15.08.2026, 21:08
İmmobile karyerasını başa vurdu - Xarici xəbərlər 15.08.2026, 14:23
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
24-07-2026, 17:10
ÇSKA -
ÇSKA - "Qarabağ" matçının biletləri satışa çıxarıldı
24-07-2026, 19:15
Kloppdan Almaniya millisinin baş məşqçisi oldu -
Kloppdan Almaniya millisinin baş məşqçisi oldu - Xarici xəbərlər
24-07-2026, 18:11
"Zirə"dən ayrılan Leroy Mikels Almaniya klubuna keçdi - Transfer xəbərləri
25-07-2026, 18:06
De Bruyne “Napoli”dən ayrıla bilər -
De Bruyne “Napoli”dən ayrıla bilər - Xarici xəbərlər
26-07-2026, 13:15
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir -
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir - Transfer xəbərləri
25-07-2026, 15:30
"Çelsi" 18 yaşlı futbolçu üçün 40 milyon avro ödəməyə hazırdır - Transfer xəbərləri
26-07-2026, 09:17
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
28-07-2026, 14:39
"Qarabağ" FK və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
28-07-2026, 13:18
"Real"da ciddi itki - Xarici xəbərlər
27-07-2026, 15:29
Makqreqor bir illik sıradan çıxıb
Makqreqor bir illik sıradan çıxıb
26-07-2026, 08:04
"Kəpəz"də zambiyalı futbolçu - Transfer xəbərləri
28-07-2026, 11:07
"Mançester Siti" qolkiperini "Lids"ə satır - Transfer xəbərləri
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb