FutbolMedia.Az
  • 14:29 Cümə axşamı
    15 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Kevin Medina:

Kevin Medina: "Qarabağ"ın əsas lideri Qurban Qurbanovdur"

"Qarabağ"ın müdafiəçisi Kevin Medina klubun saytına açıqlama verib.

Futbolmedia.az xəbər verir ki, kolumbiyalı futbolçu komandasının UEFA Konfrans Liqası və Azərbaycan Premyer Liqasındakı çıxışı barədə danışıb:

“Mövsümə uğurlu başlamağımızın səbəbini yaydakı təlim-məşq toplanışı ilə əlaqələndirmək olar. Toplanışı yaxşı keçirtmişdik və yüksələn xətt üzrə inkişafımız göz önündədir. Oyundan oyuna performansımızı daha da artırırıq. Mövsümə yaxşı başlamığımızı daha çox bununla əlaqələndirirəm. Konfrans Liqasının təsnifat oyunlarını uğurlu adladıq və qrup mərhələsinə vəsiqə qazandıq. Qrup mərhələsinə də yaxşı başladıq. Yeni turnirdə tarix yazmaq istəyirik, bizim istəyimiz budur. Yerimizdə saya bilmərik, çox çalışmalıyıq və bunu komandanın hər bir üzvü başa düşür.

Azərbaycan çempionatında da işlərimiz yaxşı gedir. Ümumiyyətlə, doğru yolda olduğumuzu düşünürəm. Məqsədimiz çempion olmaqdır. Çalışacağıq ki, ötən mövsün buraxdığımız səhvləri təkrarlamayaq və bundan dərs çıxaraq. Premyer Liqada 1-ci olub, Çempionlar Liqasının təsnifat mərhələsində çıxış etmək istəyirik. Bu turnirdə iştirak etmək həm “Qarabağ”ın, həm də azarkeşlərimizin istəyidir. “Qarabağ” böyük turnirlərə yaraşan komandadır. Çempionatda asan rəqib yoxdur. Onların da hədəfləri var və buna görə çalışırlar. Lakin bizim də məqsədimiz çempionluqdur və bu arzu dəyişmir”.

Kevin Medina öz oyunu barədə bunları deyib: “Ötən mövsümlə müqayisədə özümü daha çox inamlı hiss edirəm və oyunumda inkişaf görürəm. Bəzi çatışmazlıqlarım var idi və keyfiyyətlərimi artırmaqla komanda yoldaşlarıma kömək etməyə çalışıram. Bu şəkildə müdafiə xəttində etibarlılıq artır və bunun fərqindəyəm. Məqsədim daha inkişaf etmək və səviyyəmi artırmaqdır. Bu yolla komanda yoldaşlarıma daha çox kömək etmək istəyirəm.

“Qarabağ”ı tanıyan hər kəs məqsədlərimizi də bilir. Bizim öz dəst-xəttimiz var. Bunun da əsas pay sahibi baş məşqçimiz Qurban Qurbanovdur. Komandamızın əsas lideri odur. O, hər birimizdən potensialımızdan maksimum istifadə etməyimizi istəyir və buna da nail olur. Komandamızın uğurlarının əsas faktorları da budur”.

6-10-2021, 16:09
25914
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
29-09-2021, 21:50
Kevin Medina:
Kevin Medina: “Çətin oyun olacaq“
21-09-2021, 16:05
Mahir Emreli:
Mahir Emreli: "Polşa çempionatı karyeramda dayanacaqdır"
16-09-2021, 23:14
Qurban Qurbanov:
Qurban Qurbanov: “Düşünürəm ki, oyunçular sonadək tempi saxlaya bildilər“
30-08-2021, 16:14
"Qarabağ"ın futbolçusu Kevin Medina A seriyası klubunun hədəfində
14-07-2021, 23:33
Samir Abasov:
Samir Abasov: "Belə səhvləri yunanlar bağışlamaz"
13-07-2021, 20:45
Samir Abasov:
Samir Abasov: “Bunu Gürcüstandakı matçda hiss etdik“
1-07-2021, 11:09
"Qarabağ"ın yeni transferi Malinovski : "Portuqaliyada bəzi tanışlardan soruşdum"
30-06-2021, 22:08
Qurban Qurbanov:
Qurban Qurbanov: "Transferlərə həddindən artıq çox pul istəyirlər"
29-06-2021, 16:15
"Qarabağ"ın futbolçusu Abbas Hüseynov: "Bilirik ki, İsrail klubları zəif olmur"
26-06-2021, 21:50
Qurban Qurbanov:
Qurban Qurbanov: "Kiçik problemlərimiz var"
25-06-2021, 16:07
Kevin Medina:
Kevin Medina: "Özüm də bunun fərqindəyəm"
24-06-2021, 13:00
"Qarabağ"ın yarımmüdafiəçisi: "Ümid edirəm ki, bu yarışda uğurlu çıxış edəcəyik"
  Xəbər Lenti
Azərbaycan güləşçisi dünya çempionatının finalında - 15.10.2026, 14:00
Həftənin ən yaxşısı adına namizədlər bəlli oldu - Çempionlar Liqası 15.10.2026, 13:17
"Aston Villa" - "Fənərbaxça" 6:0 - VİDEO 15.10.2026, 12:16
Ceydon Sanço İspaniya klubuna keçə bilər - Transfer xəbərləri 15.10.2026, 11:33
"Vikinq"in kapitanı: "Oliseni qıcıqlandırmağı bacardıq" 15.10.2026, 11:01
Mbappe Messini geridə qoydu - Xarici xəbərlər 15.10.2026, 10:10
Vinisius “Barselona” ilə oyunu buraxacaq - Xarici xəbərlər 15.10.2026, 09:17
AFFA 190 min manat borcu olan bu kluba STOP QOYDU 15.10.2026, 08:08
Fikayo Tomorin "Milan"a rədd cavabı verdi - Xarici xəbərlər 14.10.2026, 18:09
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
28-09-2026, 16:05
Mahir Emreli:
Mahir Emreli: "Başımızı aşağı salmadıq"
28-09-2026, 14:34
"Sumqayıt"ın futbolçusu Emil Mustafayev: "Bizə mütləq qələbə lazımdır" (Özəl Açıqlama)
2-10-2026, 14:03
Günün oyunları –
Günün oyunları – TV
28-09-2026, 15:03
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
5-10-2026, 15:00
"Kəpəz"in kapitanı Urfan Abbasov: "Araz Naxçıvan" hazırda qələbəyə çox ac komandadır" (Özəl Açıqlama)
28-09-2026, 18:15
"İnter"in futbolçusu Hakan Çalhanoğlu "Qalatasaray"a keçir - Transfer xəbərləri
28-09-2026, 19:21
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir -
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir - Transfer xəbərləri
28-09-2026, 17:08
“Parma” klubu baş məşqçisi Alberto Cilardino -
“Parma” klubu baş məşqçisi Alberto Cilardino - Xarici xəbərlər
28-09-2026, 21:12
Azərbaycan cüdoçularıdan 5 medal
Azərbaycan cüdoçularıdan 5 medal
6-10-2026, 13:16
"Zirə"nin futbolçusu İsmayıl İbrahimli: "Ümumiyyətlə, biz orda məğlub olmamalı idik" (Özəl Açıqlama)
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb