FutbolMedia.Az
  • 16:54 Çərşənbə axşamı
    15 Sentyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Vaqif Cavadovun qələbələri,uğurlu performansı hələ qarşıdadır -YAZI

Vaqif Cavadovun qələbələri,uğurlu performansı hələ qarşıdadır -YAZI

Azərbaycan premyer liqasının 19-cu turu qış fasiləsindən sonra start götürüb. Dünən keçirilən "Sumqayıt" - Səbail" matçı həm maraqlı, həm də, gözlənilməz nəticə ilə çoxlarını təəccübləndirdi. Hər kəs bu oyunda meydan sahibləri "Sumqayıt" klubunun qalibiyyətini gözləyirdi. Lakin gözlənilənlərin əksinə meydan sahibləri çempionatın autsayderinə iki top buraxaraq, məğlub oldular. Elə bir çox tənqidlər bundan sonra başladı. Həm klub rəhbərliyinin, həm də baş məşqçi Vaqif Cavadovun ünvanına sosial şəbəkələrdə sərt tənqidlər, ittihamlar atəşi başladı. Bir çoxları "Sumqayıt" klubunun bilərəkdən autsayder "Səbail" klubuna xal verdiyini iddia edir. Digərləri Vaqif Cavadovun fasilədən əvvəlki qələbələrinin təsadüfü olduğunu, bir çox oyunlarda bəxti gətirdiyini söyləyirdilər. Şəxsən mən bir tənqidçi jurnalist , təcrübəli futbol mütəxəssizi olaraq, bu ittihamları, haqsızlıq və cəfənqiyyat hesab edirəm. İlk olaraq, nəzərə almaq lazımdır ki, fasilə zamanı klublar istədikləri kimi hazırlaşa bilmədi. Xarici ölkələrdə təlim-məşq toplanışı keçirə bilmədilər. Bir çox xarici və güclü klublarla yoxlama oyunları olmadı. Digər tərəfdən "Sumqayıt" klubu turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıbsa, "Səbail" sonuncu təhlükəli yerdədir. Ona görə də, "Səbail"in meydana ölüm -dirim savaşı üçün çıxacağı heç kimə sirr deyildi. Bundan başqa "Sumqayıt" klubunun bir neçə aparıcı futbolçusunun yayada klubu tərk edəcəyi demək olar ki, indidən bəllidir. Elvin Bədəlovun "Qarabağ"a, Kehatın "Neftçi"yə və sair keçəcəyi söylənilir. Bütün bunlar isə futbolçuların psixologiyasına təsirsiz ötüşmür. Komandanın aparıcı üzvlərində biraz rahatlama olur. Bu da, oyunlara təsirini göstərir. Vaqif Cavadovun qələbələrini təsadüfü adlandıranlara da, sözüm var. Əzizlərim, təsadüf 1-2 dəfə ola bilər. 4-5 qələbə ilə yox. Vaqif Cavadovun futbolçulara meydançada tətbiq etdiyi taktika, sistemi, kor da, görə bilərdi. Onun "Neftçi", Sabah" və sair klublar üzərində gözəl qələbələrini necə unutmaq olar. Axı Vaqifin haqqını necə yemək olar. Unutmayaq ki, Vaqif Cavadov klubun başına yeni gəlib. Yəni komandasını püxtələşdirmək üçün zamana ehtiyacı var. Bir də ki, Hər kəs bilir ki, "Sumqayıt"ın qol vuran ayağa, yaxşı hücumçulara ehtiyacı var. Hətta fasilədən öncəki oyunlarda da, bunu açıq-aydın görmək olardı. Təsəffür edin "Sumqayıt" rəqib qapıları qarsınında oyun ərzində 10 real qol epizodu yaratsa da, vuran ayaq, normal, təcrübəli hücumçusu olmadığı üçün qol vəziyyətlərini ardı-arda boşa verdilər. Axı burada Cavadovun nə günahı ola bilər? Dünənki "Səbail"lə oyunda da, real qol vəziyyətlərini dəyərləndirən düzəməlli hucumçu olmadı. Vaqif nə etməlidir? meydana çıxıb onların yerinə qol vəziyətlərini dəyərləndirməlidir? Şəxsən mən öz təcrübəmə dayanaraq deyirəm ki, "Sumqayıt" bizi qarşıda hələ çox yaxşı mənada təəccübləndirəcək. İnanın mənə Vaiqf Cavadovun inanılmaz, möhtəşəm qələbələri hələ qarşıdadır. Çünki onda bu potensialı görürəm. Cavadovun möhtəşəm qələbələri hələ qabaqdadır.

Əli HƏYATİ

19-01-2025, 07:06
10498
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
15-01-2025, 10:09
"Sumqayıt" yoxlama oyununda qalib gəlib
6-01-2025, 07:20
2024-ci ilin təəccübləndirən və ən yaxşı məşqçilərdən biri  Vaqif Cavadovdur -YAZI
2024-ci ilin təəccübləndirən və ən yaxşı məşqçilərdən biri Vaqif Cavadovdur -YAZI
8-12-2024, 22:20
Vaqif Cavadov:
Vaqif Cavadov: “Kaş ki, atam bugünkü oyunu görərdi”
25-11-2024, 07:04
Vaiqf Cavadov və onun meydanda döyüşən Qladiatorları - YAZI
Vaiqf Cavadov və onun meydanda döyüşən Qladiatorları - YAZI
24-11-2024, 22:22
Vaqif Cavadov:
Vaqif Cavadov: "Tənqidlər olmalıdır, amma təhqirlərə keçməli deyilik"
11-11-2024, 07:09
Vaqif Cavadov hər turdan sonra yaxşı gələcək vədd edir - YAZI
Vaqif Cavadov hər turdan sonra yaxşı gələcək vədd edir - YAZI
4-11-2024, 07:11
Futbol camiəsiin yeni Alfa canavarı Vaqif Cavadov - YAZI
Futbol camiəsiin yeni Alfa canavarı Vaqif Cavadov - YAZI
3-11-2024, 22:17
Vaqif Cavadov:
Vaqif Cavadov: "Futbol nəyi tələb edirsə, onu da etməliyik"
26-10-2024, 09:12
“Səbail” - “Sumqayıt”a qarşı -
“Səbail” - “Sumqayıt”a qarşı - YENİLƏNİR
21-10-2024, 22:10
Vaqif Cavadov:
Vaqif Cavadov: "Rəhbərlik komandaya da, mənə də dəstəkdir"
14-10-2024, 15:55
“Sumqayıt” müvəqqəti baş məşqçisi Vaqif Cavadov oldu
“Sumqayıt” müvəqqəti baş məşqçisi Vaqif Cavadov oldu
7-09-2023, 16:24
Vaqif Cavadov cəzalandırıldı
Vaqif Cavadov cəzalandırıldı
  Xəbər Lenti
"Sabah" "Qarabağ" və "Xəzər Lənkəran"ın göstəricisini təkrarladı 15.09.2026, 16:03
Kərim Benzema “Bayer”ə keçir - Transfer xəbərləri 15.09.2026, 15:20
Rauf Hüseyinli: "Sabah" çox güclü rəqibdir" (AÇIQLAMA) 15.09.2026, 14:35
Mauro İkardi “Olimpiakos”un təklifini rədd etdi - Transfer xəbərləri 15.09.2026, 14:00
Qismət Alıyev: "Qarabağ" kimi güclü rəqiblə oyunda bir xal qazanmaq yaxşı nəticədir" (AÇIQLAMA) 15.09.2026, 13:01
Millimizin üzvü Rüfat Abdullazadənin komandası böyük hesabla uduzdu 15.09.2026, 12:11
Joze Mourinyo Türk ulduz futbolçu Arda Gülərdən danışdı - Xarici xəbərlər 15.09.2026, 11:35
Azərbaycanlı futbolçu Cəlal Hüseynov oynadı, komandası bir xal qazandı 15.09.2026, 11:06
Murad Musayev: "Yeni qurulmuş komanda üçün bu məğlubiyyət faciə deyil" 15.09.2026, 10:25
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
24-08-2026, 15:32
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
11-09-2026, 13:10
Deku:
Deku: “Yamal “qızıl top” üçün əla namizəddir”
11-09-2026, 17:01
II Liqada III turun təyinatları açıqlandı
II Liqada III turun təyinatları açıqlandı
11-09-2026, 16:10
Tanınmış futbolçu ölkəsinə qayıtdı -
Tanınmış futbolçu ölkəsinə qayıtdı - Xarici xəbərlər
10-09-2026, 14:00
"Sportinq" (Portuqaliya) - "Qalatasaray" 2:2 - VİDEO
10-09-2026, 16:10
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır -
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır - Xarici xəbərlər
10-09-2026, 15:29
AFFA
AFFA "Difai"nin futbolçusunu 1000 manatlıq cərimələdi
10-09-2026, 17:01
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
10-09-2026, 14:27
Okan Buruk:
Okan Buruk: "Hakim əleyhimizə işləyirdi"
11-09-2026, 15:18
"Nyukasl" İngiltərə millisinin üzvü ilə müqavilə imzaladı - Transfer xəbərləri
10-09-2026, 18:03
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
11-09-2026, 12:08
Braziliyalı futbolçu yenidən “İmişli”yə qayıtdı
Braziliyalı futbolçu yenidən “İmişli”yə qayıtdı
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb