FutbolMedia.Az
  • 16:00 Cümə axşamı
    27 Avqust 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Samir Abasov:

Samir Abasov: "Düşdüyümüz vəziyyət kritik idi"

"Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 11-ci turunda “Sabah”la 0:0 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında iştirak edib.

Futbolmedia.az xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb.

- Qalibiyyət üçün çıxmışdıq meydana. Artıq geriyə yolumuz da yoxdur. Hər oyuna da bu cür çıxacağıq. Bunun üçün hər şeyi etdik... Bu suallara komandanın içində aydınlıq gətirəcəyik. Nə lazımdırsa, onu da edəcəyik, bunun üzərində dayanacağıq. Birinci hissədə yaxşı futbol oynamağa çalışırdıq. Bəzi epizodlarda sanki risk etməkdən, top itirməkdən çəkinirdik. Daha da qabağa getməkdən ehtiyatlanırdıq. Bəlkə də, komandada bundan qabaq baş vermiş proseslərdəndir. Proses deyəndə ki, qalibiyyətsizlik, uduzmaqları nəzərdə tuturam. Yavaş-yavaş futbolçulara da dedim ki, belə psixoloji durumu bu oyunlarla aşa bilərik. Qalib gəlsəydik, daha yaxşı olardı. Bugünkü bir xala görə futbolçularımı təbrik edirəm. Güc sərf etdilər. Sizi əmin edirəm ki, bu, biz deyilik, daha yaxşı olacağıq. İstəmirəm bu sözün üzərində dayanım ki, bizə zaman lazımdır. Çalışacağıq ki, tez edək.

- Ötən oyunun ən yaxşılarından olan Alfa Konte bu gün ehtiyatda qalmışdı. Sirr deyilsə, ikinci hissədə dönüş yaratmaq üçün saxlamışdınız onu, yoxsa məşqlərdə özünü göstərməmişdi?

- Heç biri. Əlimizdə 20-21 futbolçumuz var. Onlar arasında zədəlilər də yox deyil. Futbolçuları bu cür komandada tonusda saxlamaq lazımdır. Mən gələnə qədər Lebon oynayırdı. Kim nəyə qadirdir, kim hansı komandaya qarşı nə edə bilər, bunlar mənim üçün də informasiya olmalıdır. Bütün futbolçuları yoxlamalı, oynatmalıyam. Bütün futbolçulardan razıyam, rotasiyalar olacaq. Hansısa futbolçu buradan gedəndə, mənə də sualları olacaq, insandır. Sual verə bilər ki, məni harada oynatdınız, hansı oyunda gördünüz... Bunlara da cavab tapmaq üçün onların hamısını yoxlamalıyıq. Hamısı eyni səviyyədə olan futbolçulardır. Bu cür komandalarda futbolçuları tonusda saxlamalıyıq.

- İkinci hissədəki sönük oyununuzun səbəbi fiziki cəhətdən yorğunçuluq idi?

- Fiziki durumdan danışmaq istəmirəm. Problemlər varsa, onları həll edəcəyik. Məşqlərdə tam başqa oluruq, oyunda tam başqa şeylərlə rastlaşdıq. Bayaq dediyim kimi, əsas məqam uduzmamaq, qol buraxmamaq məsələsi var.

- Yəqin ki, təqvimə nəzər salmısınız. Qarşıdakı dörd ev oyununda neçə xal qazansanız bunu uğur sayarsınız?

- İndi elə durumdayıq ki, düşdüyümüz vəziyyət kritik idi. Yaxşı deyildi. Bu gün qalib gəlirsən, amma səndən irəlidə gedənlər də qalib gəlir. İndiki vəziyyətdə prioritetimiz onlara qaçıb çatmaq olacaqsa... Çox şeyləri edə bilməmək qorxusu da var. Bu gün penaltidən qol buraxsaydıq, ondan sonra tam psixoloji "ölməyimizə" səbəb olardı. Biz başqa yön seçmişik ki, hər oyuna məşqlərdə hazırlaşaq.

- Yeqor Boqomolski haqda hansı fikirdəsiniz? Siz də ona şans verdiniz. Ümid edirsiniz ki, komandaya kömək edə bilər?

- Futbolçular oynadıqca tonusda qalmalıdırlar. Qarşıdakı oyunda kimsə sarı vərəqə ilə cəzalandırıla, başqasına ehtiyacımız ola bilər. Bu cür komandada hamını tonusda saxlamalısan. Futbolçuları tanımaq üçün oynatmalıyam. Məşqlərdə də onları görürəm. İndiyə qədər gördüyüm mənzərə odur ki, bütün futbolçularımdan razıyam.

- Emin Mahmudovun əvvəlki performansını görməyi üçün ona nə qədər vaxt lazımdır?

- Emin keçən oyunda da 90 dəqiqə oynadı. O, digər futbolçularımız kimi önəmli üzvümüzdür. Eminin bugünkü gündə digər futbolçulardan mənim üçün üstün cəhəti onlardan futbolçu olaraq seçilməsi deyil, sadəcə mənimlə işləyib, nə istədiyimi bilir. O rahatlığı Emində görürəm. Bunu meydanda digər futbolçulara da çatdıra bilər. Məşqlərdə də görürəm ki, Emin oynamaq üçün alışıb-yanır. Ondan da çox razıyam.

- Futbolçularınız məğlub libasını əyinlərindən tam söküb

27-10-2024, 20:09
10714
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
6-10-2024, 23:26
Samir Abasov:
Samir Abasov: "Yaxşı oynamağa başlamışıq"
20-09-2024, 22:40
Qriqorçuk:
Qriqorçuk: “Neftçi” rəhbərliyindən anlayış görürəm, futbolu çox yaxşı dərk edirlər”
12-05-2024, 23:03
Samir Abasov:
Samir Abasov: "Bizə heç kim dəyə bilməz"
8-03-2024, 22:21
Samir Abasov:
Samir Abasov: "Qarabağ" bizim üçün əsl örnəkdir"
2-09-2023, 23:23
Samir Abasov:
Samir Abasov: "Ümid edirəm ki, daha yaxşı olacaq"
12-02-2023, 20:15
Samir Abasov:
Samir Abasov: "Mən gələnə qədər heç qol da vurmamışdıq"
13-12-2022, 22:00
Qurban Qurbanov:
Qurban Qurbanov: "Çox istərdik ki, komandaya bir neçə oyunçu cəlb edək"
16-09-2022, 23:20
Regekampf:
Regekampf: "Hazırda nəticə o qədər də önəmli deyil"
29-03-2022, 22:00
Milan Obradoviç:
Milan Obradoviç: "Qorxuram ki, futbolçularım A milliyə gedəcəklər"
5-03-2022, 21:50
Samir Abasov:
Samir Abasov: “Bu gün nələr çəkdik, bir Allah bilir"
19-08-2021, 23:49
Samir Abasovdan gülməli açıqlama
Samir Abasovdan gülməli açıqlama
15-08-2021, 20:14
Qurban Qurbanov:
Qurban Qurbanov: "Nə qədər imkanım var, hər bir yerli futbolçuya şans yaradacağam"
  Xəbər Lenti
Azərbaycan UEFA reytinqində liderdir 27.08.2026, 15:16
“Çelsi” “Bornmut”un yarımmüdafiəçisindən əl çəkmir - Xarici xəbərlər 27.08.2026, 14:01
"Barselona"nın müdafiəçisi "Real Sosyedad"a keçir - Transfer xəbərləri 27.08.2026, 13:10
"Qarabağ" "Lex"də oynamış nigeriyalını istəyir 27.08.2026, 12:07
“Fənərbaxça”nın futbolçusuna Fransada hücum edildi - Xarici xəbərlər 27.08.2026, 11:05
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər 27.08.2026, 10:13
"Mançester Siti"nin futbolçusu "Nyukasl"da - Transfer xəbərləri 27.08.2026, 09:12
"Qarabağ" "Tvente"yə qarşı - YENİLƏNİR 27.08.2026, 08:10
“Vilyarreal”ın müdafiəçisi “Komo”ya keçdi - Transfer xəbərləri 26.08.2026, 18:13
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
24-08-2026, 15:32
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
28-07-2026, 14:39
"Qarabağ" FK və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
28-07-2026, 13:18
"Real"da ciddi itki - Xarici xəbərlər
28-07-2026, 11:07
"Mançester Siti" qolkiperini "Lids"ə satır - Transfer xəbərləri
28-07-2026, 15:42
Zidanın Fransa millisində ilk açıqlaması -
Zidanın Fransa millisində ilk açıqlaması - Xarici xəbərlər
27-07-2026, 16:12
"Roma"dan 35 milyon avroluq hücumçu transferi - Xarici xəbərlər
27-07-2026, 18:06
Neymar yenidən qalmaqal mərkəzində -
Neymar yenidən qalmaqal mərkəzində - Xarici xəbərlər
29-07-2026, 10:10
"Tottenhem" "Mançester Siti"nin futbolçusuna fantastik qiymət - Transfer xəbərləri
28-07-2026, 09:13
Canlı əfsanə Maldini İtaliya millisindən ayrıldı -
Canlı əfsanə Maldini İtaliya millisindən ayrıldı - Xarici xəbərlər
28-07-2026, 12:29
Azərbaycan klublarının yay transferləri -
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər
27-07-2026, 17:05
“Zirə” 2 yerli oyunçunu 2 legionerlə əvəzlədi -
“Zirə” 2 yerli oyunçunu 2 legionerlə əvəzlədi - Konfrans Liqası
28-07-2026, 18:07
“Nyukasl” Voltemadeni saxlamaq qərarı verib -
“Nyukasl” Voltemadeni saxlamaq qərarı verib - Transfer xəbərləri
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb