FutbolMedia.Az
  • 12:18 Bazar
    11 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Qriqorçuk:

Qriqorçuk: “Neftçi” rəhbərliyindən anlayış görürəm, futbolu çox yaxşı dərk edirlər”

"Ölkədə iki bayram qeyd edilir. Təəssüf ki, azarkeşlərimizi yaxşı oyun və yaxşı nəticə ilə sevindirə bilmədik".

Futbolmedia.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Roman Qriqorçuk Misli Premyer Liqasının 7-ci turunun "Qarabağ"la oyundan sonra mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını cavablandırıb:

- "Neftçi" azarkeşlərini nə vaxt sevindirəcəksiniz?

- Bir neçə dəfə dediyimi təkrarlayacam, mənim üçün heç də xoş olmayan odur ki, biz azarkeşlərimizi sevindirə bilmirik. Bunu yaşamaq mənim üçün çətindir. Amma əminəm ki, yaxşı futbol və yaxşı nəticəyə layiq olan qələbə ilə sevindirəcəyik. Söz verirəm ki, bu sevinci onlara yaşadacağıq.

- Oyun planı nədən ibarət idi və nə həyata keçirilmədi?

- Biz başa düşürdük ki, ən yaxşı edə biləcəyimiz hücumda topla oynamaq idi. Biz buna ümid edirdik və çalışırdıq ki, daha çox topla oynayıb, daha çox hücum edək. Bunu istədiyimiz səviyyədə gerçəkləşdirə bilmədik. Burada tək bizim günahımız yoxdur. Rəqibin güclü olması buna mane oldu. Müdafiə planında isə rəqibi öndə pressinq etmək istəyirdik. Amma yarımçıq alındı. Bu cür keyfiyyətli və sürətli oyunçulara qarşı komandaya mövqe müdafiəsi bizə çətinlik yarada bilər. Ona görə irəlidə pressinq etmək istəyirdik.

- Vəziyyət belə davam edərsə, qarşıdakı hədəflər nədir?

- Yalnız bir hədəfimiz var. İndi turlarla qalib gəlməyəndə, adamın dili gəlmir, çoxlu sözlər deyək. İndi sakit duraq. Ümid edirəm ki, futbol haqda danışmaq daha asan olacaq. Onu görəcəksiz. Qarşıdakı hədəfimiz odur ki, istədiyimiz futbolu tətbiq edək. İstədiyimiz kimi oynayanda, danışmaq daha asan olacaq.

- Kapitanlıq sarğısının Emin Mahmudovdan alınması məsələsinə necə aydınlıq gətirərdiniz?

- Dünəndən etibarən komandamızda əsas kapitan Ramil Şeydayevdir, ikinci Yuri Matias, üçüncü isə Robert Bauerdir. Bu, mənim qərarımdır.

- "Neftçi"nin istədiyi futbolu oynaması üçün nə çatışmır?

- Zaman çatışmır. Amma indi susmağı daha üstün tuturam. Müxtəlif insanlar bu vəziyyətə fərqli baxır. Amma "Neftçi"nin oyunu ilə bağlı bütün tənqidləri üzərimə götürürəm. Baş verənlərin hamısının dərin analizi var. Sakitəm, rahatam. Oyunçularımıza inanıram. İnanırıq ki, siz yaxşı futbol oynayan, yaxşı nəticə qazanan "Neftçi" görəcəksiz.

- Rəhbərlik sizə o vaxtı verəcək?

- Bu suala mənim cavab verməyim düzgün alınmaz. Rəhbərliyə verməlisiniz. Biz onlarla danışırıq. Onlardan yüksək səviyyəli anlayış görürəm. Futbolu çox yaxşı, yaxından dərk edirlər. Lazımı, düzgün addımlar atırlar. Mən bunu rəhbərliklə müzakirələrdən sonra bu qənaətə gəldim. Bu insanlarla danışan zaman onları başa düşə bilirəm, onları dinləyirəm. Ona istinadən sizə bunu deyirəm. Çox yüksək səviyyədə başa düşürlər, çox yüksək dərkedici ambisiyaları var, bunun üçün nə etmək lazım olduğunu bilirlər

20-09-2024, 22:40
12185
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
31-08-2024, 20:00
Roman Qriqorçuk:
Roman Qriqorçuk: "Unutmayaq ki, 3-4 aparıcı oyunçumuz zədəlidir"
3-08-2024, 21:50
Qriqorçuk:
Qriqorçuk: “Bu, bizim üçün pozitiv nəticə deyil”
21-06-2024, 08:15
Qaret Sautqeyt:
Qaret Sautqeyt: "Bunu düzəltməsək, bugünkü kimi əziyyət çəkəcəyik"
25-11-2023, 09:31
Murad Musayev:
Murad Musayev: "Azərbaycan millisi ilə bağlı təklif olarsa, müzakirə edə bilərik"
1-10-2023, 21:10
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Hücumda keyfiyyətimiz çatmır"
21-09-2023, 23:01
"Molde"nin baş məşqçisi: "Qarabağ" komanda kimi "Qalatasaray"dan yaxşı çıxış edir"
14-08-2023, 22:48
Adrian Mutu:
Adrian Mutu: "Evdə oğlumla futbol oynayanda da udmaq istəyirəm"
2-12-2022, 23:52
Regekampf:
Regekampf: “Mən bütün oyunçularımı müdafiə edəcəyəm”
23-10-2022, 19:15
Mahmud Qurbanov:
Mahmud Qurbanov: "Bu dəfə onun cəzası daha sərt olacaq"
10-09-2022, 23:40
Mahmud Qurbanov:
Mahmud Qurbanov: "Müdafiədə oturmağın da yeri yoxdur"
7-02-2022, 22:05
Samir Abasov:
Samir Abasov: "Təəssüf ki, qələbə qazana bilmədik"
15-07-2021, 10:30
"Olimpiakos"un baş məşqçisi: "Neftçi"ni yaxşı tanıyırıq"
  Xəbər Lenti
"Qarabağ" "İmişli"yə, "Turan Tovuz" "Şəfa"ya qarşı - YENİLƏNİR 11.10.2026, 12:04
Olise “Bayern”i ancaq iki kluba dəyişə bilər - Transfer xəbərləri 11.10.2026, 11:03
"Real" və "Barselona"dan qələbə - La Liqa 11.10.2026, 10:12
Nəriman Axundzadənin komandası xal qazandı - Türkiyə Superliqası 11.10.2026, 09:32
"Sumqayıt" - "Qəbələ" 4:1 - VİDEO 11.10.2026, 08:59
“Sumqayıt"ın baş məşqçisi: “Qələbəni tam haqq etdik” 10.10.2026, 22:28
“Zirə” - “Şamaxı” 1:1 - VİDEO 10.10.2026, 21:15
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir 10.10.2026, 20:00
Ferran Torres ən yaxşı seçildi - Xarici xəbərlər 10.10.2026, 16:24
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
11-09-2026, 13:10
Deku:
Deku: “Yamal “qızıl top” üçün əla namizəddir”
11-09-2026, 17:01
II Liqada III turun təyinatları açıqlandı
II Liqada III turun təyinatları açıqlandı
11-09-2026, 16:10
Tanınmış futbolçu ölkəsinə qayıtdı -
Tanınmış futbolçu ölkəsinə qayıtdı - Xarici xəbərlər
11-09-2026, 15:18
"Nyukasl" İngiltərə millisinin üzvü ilə müqavilə imzaladı - Transfer xəbərləri
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
28-09-2026, 16:05
Mahir Emreli:
Mahir Emreli: "Başımızı aşağı salmadıq"
28-09-2026, 14:34
"Sumqayıt"ın futbolçusu Emil Mustafayev: "Bizə mütləq qələbə lazımdır" (Özəl Açıqlama)
2-10-2026, 14:03
Günün oyunları –
Günün oyunları – TV
28-09-2026, 15:03
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
11-09-2026, 14:57
AFFA-da klublar üçün seminar keçirildi
AFFA-da klublar üçün seminar keçirildi
28-09-2026, 18:15
"İnter"in futbolçusu Hakan Çalhanoğlu "Qalatasaray"a keçir - Transfer xəbərləri
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb