FutbolMedia.Az
  • 12:25 Bazar ertəsi
    12 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Samir Abasov:

Samir Abasov: "Yaxşı oynamağa başlamışıq"

"Qarabağ"ı qələbə münasibəti ilə təbrik edirəm. Bir xalla ayrılsaydıq, daha sevincli olardıq. Amma futbolçularımı təbrik edirəm. Yaxşı mübarizə apardıq, rəqibə epizod verməməyə çalışırdıq. Futbolçularım nələri varsa, meydanda qoydular. Bəxtin gətirməlidir ki, belə qol buraxmayasan. Rəqibin 100 faizli qol imkanları yadıma gəlmir. Düzdür, oyuna nəzarət edən tərəf "Qarabağ" idi. Bugünkü mübarizəyə görə futbolçularımdan razıyam. Digər matçlara hazırlaşacağıq".

Futbolmedia.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 9-cu turunda "Qarabağ"a 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını da dəyərləndirib.

- Qol epizodları olsa da reallaşdıra bilmirsiniz...

- Həmin problemləri yaşayırıq. Daha real danışsaq, hücumçulardan istədiklərimizi ala bilmirik. Problem sırf hücumçularımızdadır. Baş məşqçinin işi nədir? Həmin problemləri görüb, komandanın epizodlar yaratması üçün bunun üzərində işləsin. O yöndə işləyəcəyik. Hansısa futbolçunun yerinə gedib hücumda dayanıb, vurası deyilik. Hücumçuları dəyişib, başqa oyunçuları orada oynada bilərsən. Hər iki hücumçumuzda problem var. Hücumlarımızı daha da çoxaltmalıyıq. O qədər epizod yaratmalıyıq ki, birini vuraq. Bu yöndə işləyəcəyik. Məncə, hücum yaratmaqda problemimiz yoxdur. Sadəcə sonluğu gətirə bilmirik. Fikrimizi başqa futbolçulara yönəldəcəyik.

- Yeni transferlərin tam uyğunlaşdığını düşünürsünüz?

- Hər oyunda dəyişikliklərə əl atırıq. Keçən il də eyni proses yaşayırdıq. Axtarışdaydıq. Futbolçulara vaxt lazım olduğu bəllidir. Komandanın pis oynadığını deməzdim. Ötən turda da gördük ki, yaxşı oynamağa başlamışıq. Mübarizə etməməyimiz bizə olan əsas iradlar idi. Bəzi oyunçularla yaşanan problemlər də var, o da uyğunlaşma, qol vurma gözləntisi və s. Çalışacağıq ki, bunu aradan götürək.

- Rəhim Sadıxovun oynamamasının səbəbi nədir?

- Cəzadan danışmayaq. Bu heyətin üzərində işləyirik. Fasilədə uşaqları optimal formaya gətirməyə çalışacağıq. Yeni gələn gürcü futbolçumuz optimal formaya gəldikdə, bizı çox kömək edəcək. Yaxşı, keyfiyyətli oyunçudur. Burada cəzadan söhbət getmir. Bu gün bizə xeyir verən futbolçularla oynamaq daha məqsədəuyğundur.

- “Neftçi” Roman Qriqorçuku postundan göndərmək istəyir. Təklif olarsa, ora qayıdarsınız?

- Bu haqda ümumiyyətlə danışmaq istəmirəm.

6-10-2024, 23:26
11920
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
30-08-2024, 23:23
Samir Abasov:
Samir Abasov: "Ötən il də vəziyyətimiz bu cür idi"
12-05-2024, 23:03
Samir Abasov:
Samir Abasov: "Bizə heç kim dəyə bilməz"
2-09-2023, 23:23
Samir Abasov:
Samir Abasov: "Ümid edirəm ki, daha yaxşı olacaq"
19-08-2023, 22:30
Samir Abasov:
Samir Abasov: "Bu dəfə yaxşı başlamışıq"
10-03-2023, 22:20
Samir Abasov:
Samir Abasov: "Deməzdim ki, “Sabah”a qarşı oyunlarımız alınmır"
22-10-2022, 21:50
Samir Abasov:
Samir Abasov: "Bunu açıq şəkildə deməyin vaxtı deyil"
26-08-2022, 23:33
Regekampf:
Regekampf: "Məndə bəzən elə hiss yaranır ki, biz odla oynamağı xoşlayırıq"
30-04-2022, 09:01
Samir Abasov:
Samir Abasov: "Hamısı patriotluğunu göstərmək istəyir" -
18-03-2022, 22:11
Samir Abasov:
Samir Abasov: "Digər komandaları "Qarabağ" kimi rahat uda bilmirik"
28-02-2022, 22:38
Sənan Qurbanov:
Sənan Qurbanov: "Şansları heç cür qola çevirə bilmirik"
19-08-2021, 23:49
Samir Abasovdan gülməli açıqlama
Samir Abasovdan gülməli açıqlama
14-07-2021, 23:33
Samir Abasov:
Samir Abasov: "Belə səhvləri yunanlar bağışlamaz"
  Xəbər Lenti
Gürcüstanlı futbolçu İtaliya klublarının diqqətində - Transfer xəbərləri 12.10.2026, 12:09
"Sassuolo" - "Milan" 1:1 - VİDEO 12.10.2026, 11:27
Millimizin üzvü Renatın komandası qələbə qazana bilmədi 12.10.2026, 11:05
Klarens Zeedorf Braziliyanın “Korintians” klubunun baş məşqçisi oldu - Xarici xəbərlər 12.10.2026, 10:06
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu 12.10.2026, 09:07
Toral oynamadı,klubu məğlub oldu - Türkiyə Superliqası 12.10.2026, 08:16
"Şəfa" - "Turan Tovuz" 0:1 - VİDEO 11.10.2026, 22:09
Zaur Həşimov: “Ustalıq səviyyəmiz hələ kifayət etmir” 11.10.2026, 21:27
Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?” 11.10.2026, 20:50
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
28-09-2026, 16:05
Mahir Emreli:
Mahir Emreli: "Başımızı aşağı salmadıq"
28-09-2026, 14:34
"Sumqayıt"ın futbolçusu Emil Mustafayev: "Bizə mütləq qələbə lazımdır" (Özəl Açıqlama)
2-10-2026, 14:03
Günün oyunları –
Günün oyunları – TV
28-09-2026, 15:03
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
28-09-2026, 18:15
"İnter"in futbolçusu Hakan Çalhanoğlu "Qalatasaray"a keçir - Transfer xəbərləri
5-10-2026, 15:00
"Kəpəz"in kapitanı Urfan Abbasov: "Araz Naxçıvan" hazırda qələbəyə çox ac komandadır" (Özəl Açıqlama)
28-09-2026, 19:21
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir -
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir - Transfer xəbərləri
28-09-2026, 17:08
“Parma” klubu baş məşqçisi Alberto Cilardino -
“Parma” klubu baş məşqçisi Alberto Cilardino - Xarici xəbərlər
28-09-2026, 21:12
Azərbaycan cüdoçularıdan 5 medal
Azərbaycan cüdoçularıdan 5 medal
6-10-2026, 13:16
"Zirə"nin futbolçusu İsmayıl İbrahimli: "Ümumiyyətlə, biz orda məğlub olmamalı idik" (Özəl Açıqlama)
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb