FutbolMedia.Az
  • 19:44 Bazar ertəsi
    5 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Samir Abasov:

Samir Abasov: "Bunu açıq şəkildə deməyin vaxtı deyil"

"Bizə sona qədər dəstək olan azarkeşlərimizə təşəkkür edirəm. Oyun əldən getsə də, soyuq havada şəhərin komandasını dəstəkləyirlərsə, bunu qiymətləndirməliyik. Buna mütləq yaxşı şəkildə cavab verəcəyik. Oyunu iki hissəyə bölərdim. Yaxşı başlamadıq, sanki gərginlik var idi. Bu da həddindən artıq istəkdən irəli gəlirdi. İkinci hissədə oyuna nəzarət etdik. Təəssüf ki, bütün bunlar sadəcə sözlərdir. Çünki üstünlüyümüzü qola çevirə bilmədik. Bizə vaxt lazımdır. Əgər epizodları qola çevirə bilmirlərsə, oyunçular dəyişilməlidir. Qışda buna baxacağıq".

Futbolmedia.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 11-ci turunda evdə "Zirə"yə 0:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, "Araz Abdullayevlə Murad Xaçayevin ehtiyatda qalmasının səbəbi nədir?" sualını belə cavablandırıb: "Ümumiyyətlə, komandada hər şeyin yaxşı olduğunu deyə bilmərəm. Amma Murad Xaçayevin və ya başqa birinin “qara siyahı”da olduğunu söyləmək olmaz. Bu, belə deyil. Bu gün belə bir heyətlə oyuna başlamağa qərar verdik. Problemlərimiz Xaçayevdə və ya Araz Abdullayev deyil. Onlar formada olsalar da, bizim problemlərimiz daha qlobaldır. Hücumda dişsizik var, qol şanslarımızı reallaşdıra bilmirik. Hücumlarımızı tamamlamaq niyyətindəyiksə, o zaman vaxt lazımdır. Bizim daha çox oyunu üzərinə götürə biləcək oyunçulara ehtiyac var. Biz səbrliyiq, hər şey düzələcək”

Mütəxəssis daha sonra vurğulayıb: " Mən oyunçuları bir aydır ki, tanıyıram. Məşq sayımız yetərincə deyil ki, Çabinin inamlı və inamsız vaxtını bilim. O, əsas heyətdə meydana çıxdı. Topla oynadı, amma hücumameyilli oyunçu öz meydançasında, ya mərkəzdə oynayırsa, bu, göstərici deyil. Doğrudur, o, top saxladı, yanındakı Səbuhi Abdullazadəyə və Vüqar Mustafayevə ötürmə verdi, əladır, itirmədi. Bugünkü futbolda bu, ümumiyyətlə, göstərici deyil. Sən rəqib meydançada nələrsə etməlisən. Bu problemləri artıq bilirik. Oyunlara da bir yolla udmaq məqsədi ilə çıxırıq. Standart vəziyyətlə, əks-hücumla uğur əldə etmək istəyirik. Hücumda işləyək, bunu edək filan, açığı, bizdə belə deyil. Çünki bu baxımdan axsayırıq. Ancaq çox ümidliyik və bu yöndə işlər gedir. Öz gücümüzə inanırıq. Zaman hər şeyi göstərəcək".

S.Abasov "Sumqayıt"da hansı problemlərin olması ilə bağlı deyib: "Bugünkü gündə oyunçuları dəyişə bilməzsən. "Transfer pəncərəsi" var. Komandaya gəlirsənsə, əlində 22 futbolçu var, onları dəyişmək mümkün deyil. Dəfələrlə deyirəm, əlimizdə olan uşaqları komandaya qazandırmağa çalışırıq. Heç kimi qazanmayacağıqsa, yenidən komanda qurulacaq. Epizodlara girmiriksə, bu, ən əsas problemdir. Bunun da öhdəsindən gələ bilmirik, başqa yollar axtarırıq. Bu gün o qədər asmalar etdik. Almir Aqanspahiç əsas heyətdə oynamağa başlayıb, hündürboyludur, başla yaxşıdır. Əfsuslar olsun ki, ondan da yararlana bilmədik. Əsas odur ki, öz dərdimizi, problemimizi bilirik. Ancaq bunu açıq şəkildə deməyin vaxtı deyil. Çox oyunlarımız var. Ən azından həmin oyunçulara güvənməliyik, onlar oyuna çıxmalıdır".

22-10-2022, 21:50
24339
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
16-10-2022, 20:49
Samir Abasov:
Samir Abasov: "Onu demək özünü ləkələməkdir"
2-10-2022, 20:38
Samir Abasov:
Samir Abasov: "Oyun göstərdi ki, görüləsi işimiz həddindən artıqdır"
30-09-2022, 22:22
Mahmud Qurbanov:
Mahmud Qurbanov: “Özlərindən əvvəl komandanı düşünməlidirlər”
11-09-2022, 21:20
Aleksey Baqa:
Aleksey Baqa: "Sumqayıt" nə vaxtsa çempion olub?"
20-04-2022, 22:06
Samir Abasov:
Samir Abasov: "Bu yolda davam edəcəyik"
4-04-2022, 20:16
Samir Abasov:
Samir Abasov: "Biz bu gün meydanda yox idik"
5-03-2022, 21:50
Samir Abasov:
Samir Abasov: “Bu gün nələr çəkdik, bir Allah bilir"
1-02-2022, 23:08
Samir Abasov:
Samir Abasov: "Yeni komanda qururuq, bir az vaxt lazımdır"
23-10-2021, 20:54
Samir Abasov:
Samir Abasov: "Onu itirməməyə çalışırıq"
19-08-2021, 23:49
Samir Abasovdan gülməli açıqlama
Samir Abasovdan gülməli açıqlama
15-08-2021, 22:45
Samir Abasov:
Samir Abasov: "Namiqin getməyi bizə böyük zərbə oldu"
14-07-2021, 23:33
Samir Abasov:
Samir Abasov: "Belə səhvləri yunanlar bağışlamaz"
  Xəbər Lenti
“Barselona”nın prezidenti Laporta : “İndi növbəti dövrü müəyyən edəcək yeni futbolçular yetişir” 5.10.2026, 18:03
Mauro İkardi “Qalatasaray”a qayıdır - Transfer xəbərləri 5.10.2026, 17:02
Azərbaycan klubu “Xankəndi” də yeni məşqçi 5.10.2026, 16:10
Azərbaycanlı hakimə UEFA-dan təyinat 5.10.2026, 15:28
"Kəpəz"in kapitanı Urfan Abbasov: "Araz Naxçıvan" hazırda qələbəyə çox ac komandadır" (Özəl Açıqlama) 5.10.2026, 15:00
"Kəpəz"in yarımmüdafiəçisi Namiq Ələsgərov: "Çünki onlara yeni baş məşqçi, yeni qan gəldi" (Özəl Açıqlama) 5.10.2026, 14:10
"Şamaxı" klubunun hücumçusu Uğur Cahangirov: "Zirə çox çətin və bərk komandadır" (Özəl Açıqlama) 5.10.2026, 13:14
"Şəfa" klubunun futbolçusu Tərlan Quliyev: "Özümə gəlincə isə dəqiq bir söz deyə bilmərəm" (Özəl Açıqlama) 5.10.2026, 12:20
"Şəfa" klubunun kapitanı Murad Musayev zədələndi - (ÖZƏL XƏBƏR) 5.10.2026, 12:00
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
11-09-2026, 13:10
Deku:
Deku: “Yamal “qızıl top” üçün əla namizəddir”
11-09-2026, 17:01
II Liqada III turun təyinatları açıqlandı
II Liqada III turun təyinatları açıqlandı
11-09-2026, 16:10
Tanınmış futbolçu ölkəsinə qayıtdı -
Tanınmış futbolçu ölkəsinə qayıtdı - Xarici xəbərlər
10-09-2026, 16:10
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır -
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır - Xarici xəbərlər
10-09-2026, 14:00
"Sportinq" (Portuqaliya) - "Qalatasaray" 2:2 - VİDEO
10-09-2026, 15:29
AFFA
AFFA "Difai"nin futbolçusunu 1000 manatlıq cərimələdi
10-09-2026, 17:01
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
10-09-2026, 14:27
Okan Buruk:
Okan Buruk: "Hakim əleyhimizə işləyirdi"
11-09-2026, 15:18
"Nyukasl" İngiltərə millisinin üzvü ilə müqavilə imzaladı - Transfer xəbərləri
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
10-09-2026, 18:03
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb