FutbolMedia.Az
  • 20:43 Bazar ertəsi
    2 Noyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Qurban Qurbanov:

Qurban Qurbanov: "Bu il daha çox güc sərf etməli olacağıq"

"Qarabağ" Misli Premyer Liqasının 6-cı turunda öz meydanında "Səbail"i 2:1 hesabı ilə məğlub edib.

Futbolmedia.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə qazandıq. Tam heyətlə deyildik. Zədəlilərimiz var idi. Yassin Benzia milli komandadan gec gəlmişdi. Əsas komanda ilə məşq etməmişdi. Futbolçular çoxdandır ki, birlikdə hazırlaşmırdılar. Bu da hiss olunurdu. Xeyli qol epizodumuz var idi. İstifadə edə bilmədik. Bunlar elə elementlərdir ki, aradan qaldırmaq rahatdır. Çünki futbolçularımızın ustalıqları var. Qarşımızda da çox yaxşı kollektiv var idi, yaxşı müdafiə olunurdu. Öz səhvimizdən qol buraxdıq. Rəqib buna məcbur etdi. Futbolçularıma təşəkkür edirəm.

- Komanda üç cəbhədə mübarizə aparacaq. Fiziki cəhətdən çatdırmaq çətin olmayacaq?

- Ola bilər. Niyə? Çünki zədəli futbolçular olanda, böyük problemlər yaranır. Rotasiyalar etməyə imkanımız olmur. Allah qoysa, hamı sağlam olar. Belə ciddi problem görmürəm. Bu il ola bilər ki, daha çox güc sərf etməli olacağıq. Ölkə çempionatında da komandalar daha ciddi müqavimət göstərirlər, ciddi məqsəd qoyublar qarşılarına. Ümumi baxsaq, Avropa Liqasında oyun sayları eynidir. Yorğunluq olacaq. Milli komandaların da oyunları var. Limitlə bağlı yerli oyunçuya ehtiyacımız çox olur.

- Milli komandanın iki oyunu haqda AFFA İcraiyyə Komitəsinin üzvü olaraq nə deyə bilərsiz? Fernandu Santuşun komandasında inkişaf gözlənilir?

- Fikir bildirməmişəm, səbəbini də bilirsiz. Hər bir həmkarımıza hörmətlə yanaşmalıyıq. Əsasən də, Fernandu Santuşa. Böyük təcrübəsi, iş qabiliyyəti var. İki oyuna görə fikir bildirmək mənə çətin olardı. Nə qədər fikir bildirməsəm, daha yaxşı olar. Daha düzgün sayıram. Bu dəfə də fikir bildirməyəcəm.

- Transferlər gözlənilir?

- Vaxtımız azdır. Danışıq apardığımız futbolçulardan pozitiv cavab almamışıq. Alınmamaq ehtimalı daha çoxdur.

- Redon Cicanın Avroliqanın sifariş ərizəsində olmaması nə ilə bağlıdır? Bu, onun gedəcəyinə işarədir?

- Yəqin ki, Avroliqada sistemdən xəbərdarsız. Legioner və əsas oyunçuların say məhdudiyyəti var. Ona əməl etməliyik. Siyahıya əlavə edə bilmərik artığını. Nəriman Axundzadə, Abbas Hüseynov, Musa Qurbanlı, Sadiq Məmmədzadəni siyahıdan çıxarsaq, onların əvəzinə oyunçu sala bilmərik. Bu o demək deyil ki, Cicaya inanmırıq. Cica ola bilər bu gün rəqabətdə Juninyoya uduzur. Amma ümumən baxanda, Cica mənə lazımdır. Bir-iki oyun oynamadısa, o demək deyil ki, ondan üz döndərmişəm, inanmıram. Ona görə çox üzüldüm. Hamı başa düşməlidir. O da məni başa düşür. Nəriman və Musanı çıxarıb, onu sala bilmərəm. Çıxarsamda, yerləri boş qalacaq. Hücum xəttində dəyişiklik edə bilirəm. Ona görə Cicanı siyahıdan çıxardıq. Qalan mövqelərdə hər zonada 2 oyunçumuz qalıb. Belə oldu. Cicadan hansısa narazılığım, inamısızlığım yoxdur. Aktiv də məşq edir. İntizamlı oyunçudur. Ölkə çempionatında sıx qrafikimiz olacaq. Böyük ehtimalla şansı daha çox olacaq.

- Sərxan Hacıyev bildirib ki, AFFA-nın yeni strategiyasının yazılmasında Fernandu Santuşun da qeydləri və fikirləri nəzərə alınır. Azərbaycan futbolunda yeni strategiyanın yazılmasında sizin də fikirlər öyrənilməlidir. Ümumiyyətlə, sizin qeydləriniz və fikirləriniz olacaq?

- Cəm şəkildə müzakirələr gedir. Santuş İK-nin üzvü olmadığına görə bu fikri bildiriblər. Amma bizim müzakirələrimiz cəm halda gedib. Hərə öz fikrini bildirib. Strategiyanı yaxşılaşdırmaq üçün əlavə şirkətlər işə qarışıb. Onların fikirləri məncə daha önəmli olacaq. Çünki Avropanın bəzi futbol ölkələrində təcrübələrdə yoxlanılıb. Hansısa çatışmazlıq olsa, nəyisə görsək, onda fikirlərimizi bildirə bilərik. Bir az fikir mübadiləsi apardıq. Əsas ideya həmin şirkətlərin üzərinə düşəcək.

- Aleksey Kaşuk heyətə daxil edilməmişdi. Nə vaxt hazır olar?

- Bir az vaxt lazım olacaq. Düzdür, məşqlərdə çox aktiv iştirak edir. Amma uzun müddət oynamayıb, kollektiv məşqlərdən uzaq olub. Risk etmək istəmirik. Bir neçə oyun da belə gedəcək. Baxarıq. Məşqlərdən asılı olac

14-09-2024, 22:00
12546
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
1-09-2024, 23:23
Qurban Qurbanov:
Qurban Qurbanov: "Avropa Liqasındakı oyunlar bizim üçün daha çətin olacaq"
9-08-2024, 23:00
Qurban Qurbanov:
Qurban Qurbanov: "Təklif edəcəklərsə, nə deyə bilərik?"
20-04-2024, 19:37
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bu barədə danışmasaq, daha yaxşı olar"
16-02-2024, 09:18
Qurban Qurbanov:
Qurban Qurbanov: "Qarşımızda "Braqa" var"
18-12-2023, 22:30
Qurban Qurbanov:
Qurban Qurbanov: "Gələn il mütləq daha yaxşı olmalıyıq"
24-11-2023, 22:53
Qurban Qurbanov:
Qurban Qurbanov: "Mənim səlahiyyətim yoxdur ki, onlara fikir bildirim"
4-11-2023, 18:50
Qurban Qurbanov:
Qurban Qurbanov: "Dedim ki, 100 manat bonus olacaq"
31-08-2023, 23:20
Qurban Qurbanov:
Qurban Qurbanov: "Püşkdə böyük klublar düşsə, sevinəcəm"
2-04-2023, 18:21
Qurban Qurbanov:
Qurban Qurbanov: "Millidən qayıdan futbolçularda psixoloji sarsıntı hiss olunurdu"
9-10-2022, 20:15
Qurban Qurbanov:
Qurban Qurbanov: "Komandada bir az narahatlıq var idi"
16-09-2022, 23:20
Regekampf:
Regekampf: "Hazırda nəticə o qədər də önəmli deyil"
25-10-2021, 21:33
Qurban Qurbanov:
Qurban Qurbanov: "Uğurlu oyunlar bizi yoldan çıxara bilər"
  Xəbər Lenti
Azərbaycanlı FIFA referisi “Vilyarreal” – PSJ matçını idarə edəcək 2.11.2026, 18:08
“Bavariya”nın əsas üzvü Maykl Olise “Atletiko” ilə oyunda olmayacaq - Xarici xəbərlər 2.11.2026, 17:06
“Bornmut”un yarımmüdafiəçisi Aleks Skott üçün “Çelsi”dən 120 milyonluq təklif - Transfer xəbərləri 2.11.2026, 16:14
Harri Keyn: “Messinin sol ayağı məndə olsaydı..." 2.11.2026, 15:21
“Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqandı 2.11.2026, 14:29
"Sumqayıt" "Şəfa"ya qarşı - YENİLƏNİR 2.11.2026, 14:04
“Barselona”nın müdafiəçisi Alexandro Balde “Mançester Yunayted”ə keçir - Transfer xəbərləri 2.11.2026, 13:21
Canlı əfsanə Peter Şmeyxel: “Martines “Mançester Yunayted” səviyyəsində oyunçu deyil” 2.11.2026, 12:20
"Kasımpaşa" - "Beşiktaş" 2:2 - VİDEO 2.11.2026, 11:27
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
5-10-2026, 15:00
"Kəpəz"in kapitanı Urfan Abbasov: "Araz Naxçıvan" hazırda qələbəyə çox ac komandadır" (Özəl Açıqlama)
6-10-2026, 13:16
"Zirə"nin futbolçusu İsmayıl İbrahimli: "Ümumiyyətlə, biz orda məğlub olmamalı idik" (Özəl Açıqlama)
6-10-2026, 12:10
"Sabah"ın qapıçısı Amin Ramazanov: "Neftçi" ilə oyunda azarkeşlər gözəl matç izaləyəcək." (Özəl Açıqlama)
6-10-2026, 09:11
"Şamaxı"nın hücumçusu Abdullahi Şaybu: "Düşünürəm ki, bizim üçün asan olmayacaq" (Özəl Açıqlama)
6-10-2026, 11:28
"İmişli" klubunun kapitanı Azər Salahlı iki həftəlik sıradan çıxdı - Özəl Xəbər
22-10-2026, 18:09
Yamal “qızıl top” üçün şəxsi təyyarə sifariş verib
Yamal “qızıl top” üçün şəxsi təyyarə sifariş verib
22-10-2026, 09:13
"Şahdağ Qusar" - "Səbail" 1:0 - VİDEO
22-10-2026, 10:11
"Arsenal"ın əsas üzvü Saka "Bavariya" ilə oyunda zədələndi - Xarici xəbərlər
22-10-2026, 14:32
Rövşən Nəcəf:
Rövşən Nəcəf: "Bu futbol bayramına ev sahibliyi etməkdən qürur duyuruq"
22-10-2026, 11:02
Millimizin açıq məşqi olacaq
Millimizin açıq məşqi olacaq
22-10-2026, 13:16
“Mançester Yunayted” “Nyukasl”ın müdafiəçisi Luis Hollunu istəyir -
“Mançester Yunayted” “Nyukasl”ın müdafiəçisi Luis Hollunu istəyir - Transfer xəbərləri
22-10-2026, 17:07
"Sabah"ın qapıçısı neçənci pillədə qərarlaşıb?- Çempionlar Liqası
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb