FutbolMedia.Az
  • 00:27 Çərşənbə
    3 İyun 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Qurban Qurbanov:

Qurban Qurbanov: "Gələn il mütləq daha yaxşı olmalıyıq"

"Futbolçularımı təbrik edirəm. Vacib qalibiyyət idi. Bəzi oyunlardan sonra futbolçularda bir az arxayınlıq olur. Bir az da yorğunluq var idi. Bu anlarda xarakter gəöstərməkləri vacibdir. Bu gün dinamika aşağı olsa da, qarşımızda çox yaxşı müdafiə olunan komanda var idi. Boş zonalar az idi. Komandamız qələbə üçün çox əziyyət çəkdi. "Neftçi"yə uğurlar arzulayıram. Sona kimi oyun intizamını pozmadılar. "Neftçi" kollektivi baş məşqçinin tapşırığını yerinə yetirdi. Nadir hallarda boşluqlar verirdilər. Futbolçularım bundan lazımi vaxtda istifadə edə bildi. Onlardan razı qaldım".

Futbolmedia.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 17-ci turunda evdə "Neftçi"ni 2:0 hesabı ilə məğlub etdikləri görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb:

- Avropa Liqasının pley-off mərhələsində "Braqa" ilə qarşılaşacaqsınız. Rəqib haqda nə deyəcəksiniz?

- Bu gün rəqib haqda çox maraqlanmadım. Çünki fikrim əsasən "Neftçi" ilə oyunda idi. Ona görə "Braqa" barədə çox az məlumat topladım. Əvvəldən də demişdim ki, potensial rəqiblərin hər biri ciddi idi. Hər biri qarşısına böyük hədəflər qoyub. Portuqaliya klubları avrokuboklara ciddi yanaşırlar. Onlardan biri bizimlə düşdü. Hər bir halda, "Braqa" ilə oyunlar bizim üçün böyük təcrübə olacaq. Rəqibi tam yaxından tanıyandan sonra daha ətraflı məlumat verə biləcəyik. İlkin olaraq onu deyə bilərəm ki, dinamik, texnikalı oyunçuları var. Yaxşı oyun, yaxşı futbol göstərən komandadır. Hələ vaxtımız var. Çalışacağıq ki, rəqibi təhlil edək.

- Həftəiçi tarixi qələbədən sonra "Neftçi" istisna olmaqla bütün klublar "Qarabağ"ı sosial şəbəkə hesabında təbrik etdi. Bu, sizin üçün xüsusi motivasiya oldu?

- Tam bilmirəm. Yəqin ki, rəhbərlik səviyyəsində təbrik olub. Elə də böyük qəbahət görmürəm. Hamısı öz komandalarımızdır. Bu gün hamı təbrik etdi, həm məşqçiləri, həm rəhbərlikləri. Böyüdüləsi bir şey görmürəm.

- Növbəti oyunun nəticəsindən asılı olmayaraq fasiləyə qış çempionu kimi gedirsiniz. Cəmiyyətdə belə fikir formalaşıb ki, "Qarabağ" və digərləri... Bu haqda fikriniz necədir?

- Özümüzü digərlərindən ayırmaq istəmərik. Çünki Azərbyacan futbolundakı birlik üçün bu turnir keçirilir. Sadəcə bu gün biz uğurluyuq. Sabah başqası ola bilər. Belə fikirlərin olmasını istəmərəm. Bu düşüncə ancaq bizə mane ola bilər. Çempionatın əvvəlində, ikinci dövrənin başlanğıcında böyük xal itkiləri oldu. Daha da məsuliyyətli olmalıyıq.

- "Braqa" ilə ilk görüşü səfərdə oynayacaqsınız. Bu, üstünlükdür?

- Tam ətraflı danışa bilmərəm. Çünki rəqibi yaxından tanımırıq. Sadəcə bilirik ki, həmişə avrokuboklarda qəliz rəqiblərdən olub. Portuqaliyadakı komandalar həmişə böyük rezonans doğurur. Keyfiyyətli iş prinsipləri var. Portuqaliya bazarından Avropaya xeyli sayda futbolçu gedir. Nəticəni indidən düşünmək mənim üçün düzgün olmaz. Şansımız varsa, bundan maksimum istifadə edəcəyik. Futbol indi elə səviyyəyə çatıb ki, bəzən evdə ilk oyunu keçirmək daha sərfəlidir. Hər bir halda, bu, böyük rəqiblərə o qədər də təsir etmir. Konkret fikir bildirə bilməyəcəyəm. Çalışacağıq ki, ən düzünü edək.

- Oyunun gedişində iki dəyişiklik etdiniz. Juninyo və Keyta vurulan qollarda effektiv idi. Bunu öncədən planlaşdırırdınız?

- Dəyişiklik oyunun gedişatına görə oldu. Bəzi oyunçularda da yorğunluq var idi. Keyta çox vaxt sonradan oyuna çıxıb, qol vurur, qol ötürməsi verir.

- Kevin Medina "Braqa" ilə oyuna hazır olacaq? Hazır olmayacaqsa, həmin mövqeyə transfer edəcəksiniz?

- Fevrala qədər hazır olmayacaq. Əməliyyatdan sonra bərpa bəlkə 4 ay çəkdi. Transferə gəlincə, desəm ki, konkret qarşımıza məqsəd qoymuşuq ki, mütləq mərkəz müdafiəçisi alacağıq, yox. Amma mentaliteti, oyunu bizə uyğun futbolçu olsa, yox demərik. Çünki biz ilboyu oyunçuları gözdən keçiririk. Bəzən elə futbolçu çıxır ki, onu əldən buraxmaq istəmirik. Variant çıxarsa, dəyərləndirəcəyik. Olmasa, belə davam edəcəyik.

- Növbəti oyununuz Xankəndidə MOİK-ə qarşıdır...Təəssüratlarınız necədir?

- Çox xoş. Səbrsizliklə bu oyunu gözləyirik. Allah qoysa, hər şey qaydasında olar. Məncə, təəssüratlarımı oyundan sonra daha çox bildirə biləcəyəm. Hər bir halda, bu oyuna çox ciddi hazırlaşacağıq. İstəyərik ki, yaxşı oynayıb, yaxşı nəticə əldə edək.

- Ondan 3 gün sonra "Zirə" ilə qarşılaşacaqsız. Oyuna hazırlaşmaq üçün iki gün vaxtınız olacaq...

- Çətinlik barədə düşünmürəm. Gərginlik, yorğunluq ola bilər. Amma çətinlik haqda düşünmürəm. İlin sonudur. Dünən futbolçuların oynadıqları oyunlarına sayına baxırdıq, 30-31 matçdır. Hələ millidə oynayanlar əlavə 4-5 matça çıxıblar. Bu, ümumi fiziki yorğunluq, həm də psixoloji yorğunluq, gərginlik yaradır. Bu gün də şahidi olduq. Sanki hazırda bir az gücümüz azalıb. Bizdən gözləntilər çoxdur. Futbolçular məsuliyyətlidir. Gediş-gəliş, yol, süni örtük... Bu, futbolçuların hazırlığına problem yarada bilər. Amma ilk deyil. Tovuza gedib, sonra gəlib oyun oynamışıq. Avropada oynayıb, bütün gecəni yolda olub, qayıdıb oynamışıq. Peşəkar klubuq. Bu epizodlara çətinlik kimi baxsaq, uduzarıq. Əksinə, çalışırıq ki, futbolçular yaxşı motivasiya ilə kubok və çempionat oyununuda özlərini hazır etsinlər.

- Qəribə və xoş təsadüfdür ki, "Qarabağ" Xankəndidə ordu təmsilçisi ilə oynayacaq....

18-12-2023, 22:30
11626
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
15-12-2023, 08:30
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bu gün hər şey gözəl sonluqla başa çatdı"
24-11-2023, 22:53
Qurban Qurbanov:
Qurban Qurbanov: "Mənim səlahiyyətim yoxdur ki, onlara fikir bildirim"
4-11-2023, 18:50
Qurban Qurbanov:
Qurban Qurbanov: "Dedim ki, 100 manat bonus olacaq"
20-09-2023, 15:00
Qurban Qurbanov:
Qurban Qurbanov: "Molde" meydanda ən intizamlı rəqiblərdən biridir"
31-08-2023, 23:20
Qurban Qurbanov:
Qurban Qurbanov: "Püşkdə böyük klublar düşsə, sevinəcəm"
13-08-2023, 21:30
Qurban Qurbanov:
Qurban Qurbanov: "Ola bilər ki, HİK bizimlə oyunda sürpriz etsin, riskə getsin"
28-11-2022, 22:04
Qurban Qurbanov:
Qurban Qurbanov: "Görünür, futbolçular lap yaxşı istirahət ediblər"
20-10-2022, 22:01
Qurban Qurbanov:
Qurban Qurbanov: "Qalibiyyətlər üzərimizə daha çox yük qoyur"
18-09-2022, 23:42
Qurban Qurbanov:
Qurban Qurbanov: "Hesabda irəli olduqda belə, futbolçularım dayanmırdılar"
11-09-2022, 23:15
Qurban Qurbanov:
Qurban Qurbanov: "Hər nəticəyə həm razı, həm də hazır idim"
28-07-2022, 00:25
Qurban Qurbanov:
Qurban Qurbanov: "Oyunun əvvəlində taktiki savaş, sonra isə döyüş getdi"
24-04-2022, 19:48
Qurban Qurbanov:
Qurban Qurbanov: "Çempionluq haqda heç düşünməmişəm"
  Xəbər Lenti
Türkiyə millisinin DÇ-2026 üçün yekun heyəti açıqlandı 2.06.2026, 18:09
Ayxan Abbasovun mətbuat konfransı olacaq 2.06.2026, 17:06
"Bolonya"nın yeni baş məşqçisi Domeniko Tedesko oldu - Xarici xəbərlər 2.06.2026, 16:04
Cavid İmamverdiyevin yeni klubu müəyyənləşdi 2.06.2026, 15:12
"Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı 2.06.2026, 14:01
“Sabah” legioneri ilə yeni müqqvilə imzaladı 2.06.2026, 13:20
Stiven Cerrard: “Enrike PSJ-nin paltardəyişmə otağından ulduz eqosunu çıxardı” 2.06.2026, 12:19
Donnarumma: “Qvardiola İtaliya millisinə gələrsə…” 2.06.2026, 11:32
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər 2.06.2026, 11:02
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
19-05-2026, 07:29
Rauf Hüseynli:
Rauf Hüseynli: "Moldovanın "Şerif" klubuna keçməyim an məsələsi idi"
24-05-2026, 07:46
"Kəpəz"in müdafiəçisi Rauf Hüseyinli "Sumqayıt" və "Şamaxı"nın transfer siyahısında - Transfer xəbərləri
14-05-2026, 16:09
“Real”ın prezidenti Florentino Peres:
“Real”ın prezidenti Florentino Peres: “Vinisiusun müqaviləsini yeniləməyə tələsmirik"
14-05-2026, 18:03
Flik:
Flik: “Barselona”da xüsusi bir bağ var”
14-05-2026, 14:00
Skoulz:
Skoulz: “Artıq Reşfordu “Mançester Yunayted”də görmürəm”
14-05-2026, 15:38
Millimizin üzvü  Rüfət Abdullazadə yenə Avropa klubunda oynamaq istəyir
Millimizin üzvü Rüfət Abdullazadə yenə Avropa klubunda oynamaq istəyir
26-05-2026, 09:13
Ramiz Məmmədov kimi güclü mütəxəssiz premyer liqada işləməlidir - YAZI
Ramiz Məmmədov kimi güclü mütəxəssiz premyer liqada işləməlidir - YAZI
14-05-2026, 14:33
AFFA
AFFA "Neftçi"nin şikayətini təmin etmədi
14-05-2026, 17:11
Almaniyalı futbolçu “Atletiko”nun hədəfində -
Almaniyalı futbolçu “Atletiko”nun hədəfində - Transfer xəbərləri
15-05-2026, 14:25
"Arsenal" yeni formasını təqdim etdi - FOTO
18-05-2026, 12:12
Abubakar “Neftçi”dən gedir ?
Abubakar “Neftçi”dən gedir ?
25-05-2026, 09:25
Ramiz Məmmədov:
Ramiz Məmmədov: "Qəbələ" ilə oyunda sona qədər mübarizə aparacağıq"
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb