FutbolMedia.Az
  • 18:39 Cümə
    10 İyul 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Qurban Qurbanov:

Qurban Qurbanov: "Mənim səlahiyyətim yoxdur ki, onlara fikir bildirim"

"Futbolçularımı təbrik edirəm. Nəticəni bir yana qoysaq, çox yaxşı oyun getdi. Azarkeşlər üçün maraqlı, dinamik oyun oldu. Bizim səhvlərimiz çox idi. Xüsusən də, ilk hissədə. Bunu da normal qəbul edirəm. Uzun fasilədən sonra kollektivin hazırlıqları fərqli olur. Futbolçularda yorğunluq var idi, bəziləri öz idman formasından uzaqlaşmışdı".

Futbolmedia.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 14-cü turunda "Sabah"a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Bu cür rəqibə qarşı oynamaq bizim üçün həmişə çox xoşdur. "Sabah" meydanda nə etdiyini bilən, dinamik, sürətli futbol oynayan və sürətli futbolçuları olan komandadır. Bəlkə də, bu gün "Sabah" uduzmağa layiq deyildi. Amma biz vacib üç xal qazandıq. Onlara uğurlar arzulayıram. Bu komanda get-gedə daha təhlükəli olacaq. Bunu bu gün tam hiss etdik. Futbolçularım çox əziyyət çəkdi. Stadionda olan bütün azarkeşlərə təşəkkür edirəm" - deyə o bildirib.

Mütəxəssis "Sabah"la matçın Avropa Liqasında "Molde" ilə oyunöncəsi onlara necə fayda verəcəyi ilə bağlı sualı belə cavablandırıb: "Faydası mütləq olacaq. Sadəcə "Sabah" və "Molde" tam fərqli sistemdə oynayan komandalardır. Bu oyunda etdiyimiz səhvlər inanıram ki, "Molde" oyunöncəsi bizə çox fayda verəcək. Çünki "Molde" evdə oynayır, mütləq qalib gəlməlidirlər. Ola bilsin ki, çox pressinq etdilər. Bunlara hazır olmalıyıq. Amma ümumən mənə ən vacibi futbolçularımın əvvəlki formasını geri qaytarmasıdır. Bu görüşün faydası çox oldu. Futbolçular da gördü ki, öz idman formalarından uzaqlaşıblar. Biz də çatışmazlıqlarımızı gördük. İnanıram ki, bu oyunun ancaq faydası oldu. Futbolçularla danışılası, məşq prosesində diqqət ayırası çox elementlər oldu".

O, komandanın futbolçusu Patrik Andrade haqda da danışıb: "Məncə, özünə qayıdır. Çox irəliləyiş qət edib. Patrik və Leandro Andrade dünən günorta saatlarında Bakıya çatmışdılar. Komanda ilə heç məşq də etməmişdilər, 24 saat yolda olublar. Bilirsiz, onların Esvatini ilə oyunları noyabrın 21-də idi. İnanın ki, onları meydana buraxaraq risk də etmək istəmirdim. Amma lazım idi. Oyunun gedişatına görə də, lazım gəldi. Amma Patrik son vaxtlar çox yaxşı proqram üzrə çalışır və bütün məşqlərdə ən yaxşılardan biridir. Patrik qayıdıb. Qarşıdakı matçlarda Patrik, Yankoviç, Riçard Almeyda, Romao, hamısından oyuna görə istifadə edəcəyik".

Q.Qurbanov Andrey Lunyova bir epizodda irad bildirməsinin səbəbini barədə suala cavab olaraq söyləyib: "İrad deyəndə ki, oyun epizodu idi. İlk hissədən sonra bəzi fikirlərimi bildirmişdim. Bəzi epizodlarda ona əməl etmədi deyə, fikirlərimi bildirdim. Elə də, böyük irad deyildi.

O, Norveç səfərinə noyabrın 29-da yollanamaları haqda deyib: "Altı gün sonra oynayacağıq. Əvvəlki proqramımız iki gün öncə Norveçə getmək idi. Sonra dəyişdik, bir gün öncə ora getməyi planlaşdırdıq. Ayın 27 və 28-dəki məşqlərimiz çox vacibdir. Norveçə yol uzundur. Ümumiyyətlə, iki gün əvvəl proqram tutanda, səhər məşq edirik və sonra səfərə çıxırıq. Amma altı gün vaxtımız olduğuna görə, istədik ki, məşqlərimizi burada edək. Oyunöncəsi bir o qədər də məşqimiz olmayacaq. Əksinə, oyun günü səhər məşq edəcəyik. Üç saat fərqimiz var, Norveçdə də hava çox soyuqdur. Futbolçuları həm fiziki, həm də psixoloji olaraq çox yormaq istəmədik. Bəzən belə proqramlarımız olub, bu cür addımlar atmışıq.

"Qarabağ"ın baş məşqçisi Julio Romaonun yoxluğunun komandaya təsiri barədə deyib: "Təsirini göstərəcək. Bu elə oyundur ki, istənilən dəyişikliklər vacibdir, həm də, əsas heyətin oyunçularının iştirakı vacibdir. Onun olmaması təsir edə bilər. Allah qoysa, digər futbolçularıma oyuna qədər bir şey olmaz. Patrik Andrade və Riçard Almeydanın təcrübəsi var. Tələblərimizi də bildiklərinə görə, inanıram ki, Romaonun yoxluğunun bir o qədər təsiri olmayacaq. Amma ümumi oyunun gedişatına baxsaq, matçın gedişində hansısa dəyişiklik etmək istəyə bilərik. Məhz bu mənada, Romaonun olmamasını böyük itki kimi adlandırmaq olar".

Q.Qurbanov "Molde"nin illərdir ki, öz oyun stilində oynadığını və onu dəyişmədiyini vurğulayıb: "Onu da çox yaxşı icra edirlər. Stabil heyətləri və stabil oyunu var. Öz meydanında da çox fərqli və dinamik futbol nümayiş etdirirlər. Meydança amili də var. Süni örtüklü meydança daha çox bizə mane ola bilər. Çünki "Molde" illərdir ki, bu cür meydanda oynayırlar. Hava şəraiti də var. Amma bunları o qədər də düşünmürük. Bir oyunluq bu məqamlar bir o qədər də təsir etməli deyil".

24-11-2023, 22:53
12747
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
4-11-2023, 18:50
Qurban Qurbanov:
Qurban Qurbanov: "Dedim ki, 100 manat bonus olacaq"
21-09-2023, 22:53
Qurban Qurbanov -
Qurban Qurbanov - "Qələbəni xalqımıza və Azərbaycan Ordusuna həsr edirik"
20-09-2023, 15:00
Qurban Qurbanov:
Qurban Qurbanov: "Molde" meydanda ən intizamlı rəqiblərdən biridir"
20-08-2023, 21:16
Qurban Qurbanov:
Qurban Qurbanov: "Çox əziyyət çəkdik"
13-08-2023, 21:30
Qurban Qurbanov:
Qurban Qurbanov: "Ola bilər ki, HİK bizimlə oyunda sürpriz etsin, riskə getsin"
22-02-2023, 22:38
Qurban Qurbanov:
Qurban Qurbanov: "Onlar mənim sözlərimə böyük məsuliyyətlə yanaşırlar"
11-02-2023, 19:56
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bu epizodla mənim etdiyim "feyr-pley"i yan-yana qoymayın"
24-04-2022, 19:48
Qurban Qurbanov:
Qurban Qurbanov: "Çempionluq haqda heç düşünməmişəm"
17-10-2021, 21:16
Qurban Qurbanov:
Qurban Qurbanov:
29-09-2021, 21:14
Qurban Qurbanov:
Qurban Qurbanov: "Omoniya" bizə sürpriz edə bilər"
15-09-2021, 17:40
Qurban Qurbanov:
Qurban Qurbanov: “Bütün oyunlarımızın bu səviyyədə keçməsini istəyirəm”
12-08-2021, 22:56
Qurban Qurbanov:
Qurban Qurbanov: "İçimdə prinsip var idi ki, bu rəqibə qalib gəlim"
  Xəbər Lenti
Salah azarkeşlərə söz verdi - Xarici xəbərlər 10.07.2026, 18:15
"Barselona"nın yetirməsi "Kristal Pelas"da - Transfer xəbərləri 10.07.2026, 17:13
"Əl-Nəsr"dən ayrılan yarımmüdafiəçi "Real"ın hədəfində - Transfer xəbərləri 10.07.2026, 17:03
"Neftçi" Sebiya klubuna qarşı - 10.07.2026, 16:12
"Şəfa" fransalı futbolçu tansfer etdi 10.07.2026, 15:28
Azərbaycan klublarının avrokuboklardakı 300-cü qolu 10.07.2026, 14:29
FİFA Argentina yığmasını cəzalandıracaqmı? - Xarici xəbərlər 10.07.2026, 14:03
Modriç yığma karyerasını bitirir? - Xarici xəbərlər 10.07.2026, 13:10
“Kəpəz” daha bir legionerini göndərdi - Rəsmi 10.07.2026, 12:07
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
5-07-2026, 11:06
Fransa və Mərakeş 1/4 finalda -
Fransa və Mərakeş 1/4 finalda - DÇ-2026
25-06-2026, 10:15
Azərbaycan klublarının yay transferləri -
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər
Bu gün, 10:11
Mourinyo fransalı futbolçu Kamavinqa satılmasına razılıq verdi -
Mourinyo fransalı futbolçu Kamavinqa satılmasına razılıq verdi - Xarici xəbərlər
Bu gün, 11:08
Gələnlər və gedənlər -
Gələnlər və gedənlər - Azərbaycan klublarının yay transferləri
Bu gün, 09:20
Tahir Gözəl:
Tahir Gözəl: "İki qolun yeni futbolçulardan gəlməsi əlamətdar hadisədi" - VİDEO
Dünən, 23:10
Qurban Qurbanov Elvin Cəfərquliyevdən çox danışmaq istəmədi
Qurban Qurbanov Elvin Cəfərquliyevdən çox danışmaq istəmədi
22-06-2026, 14:17
Marko Yankoviç “Qarabağ”da qalır!
Marko Yankoviç “Qarabağ”da qalır!
12-06-2026, 16:09
Ozobiç “Zirə”də oynayacaq
Ozobiç “Zirə”də oynayacaq
15-06-2026, 14:33
"Kəpəz"in qapıçısı "Şəfa"ya keçdi
25-06-2026, 13:20
Edin Ceko 40 yaşında milli komandada 150-ci matçına çıxdı -
Edin Ceko 40 yaşında milli komandada 150-ci matçına çıxdı - DÇ-2026
12-06-2026, 17:15
"Qəbələ"dən ayrılan Murad Musayev "Şəfa"da
14-06-2026, 11:02
“Arsenal” argentinalı futbolçu ilə maraqlanır -
“Arsenal” argentinalı futbolçu ilə maraqlanır - Xarici xəbərlər
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb