FutbolMedia.Az
  • 13:50 Cümə
    9 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Qurban Qurbanov:

Qurban Qurbanov: "Uğurlu oyunlar bizi yoldan çıxara bilər"

"Gözlədiyimiz gün gəlib çatdı. Seriya qırılmalı idi. Əfsuslar olsun ki, belə oyunla məğlub olduq. Futbolçulara deyiləcək sözüm yoxdur. Şəraiti hamımız gördük. Amma şərtlər hamı üçün eyni idi. Rəqibi qələbə münasibətilə təbrik edirəm. Topu idarə edə bilmiriksə, futbolçulardan yaxşı oyun da gözləyə bilmərəm. Bəzi məğlubiyyətlərin bizə faydası olur. Qarşıdakı matçlara hazırlaşacağıq".

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Səbail"ə 1:3 hesabı ilə uduzduqları Premyer Liqanın 8-ci tur matçından sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis hava şəraiti və qazonun əlverişli olmadığını bildirib: "Çox səbəb axtarmaq olar. Fiziki və psixoloji yorğunluq var. Məni daha çox şan-şöhrətdən sonra uduzmaq narahat edir. Uğurlu oyunlar bizi yoldan çıxara bilər. Komandadan çox danışılırdı. Məni narahat edən bu idi".

Baş məşqçinin sözlərinə görə, bu gün hesab daha böyük ola bilərdi. Elə bir oyun idi ki, kim birinci qol vurdu, o da udmalı idi. Dünyada böyükhesablı nəticələr olur. Bizdə belə hesablar nadir hallarda olur. Müdafiədə daha sağlam oynamağa çalışdıq. Bunlar normal hallardır".

Qurbanov Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Milan Obradoviçin U-21 limiti ilə bağlı fikirlərinə münasibət bildirib: "Limit barədə çox danışılıb. Bir nöqtə olmalıdır. Bu söhbət artıq geridə qalıb. Dərindən düşünüb cavab vermək lazımdır. Futbolumuz üçün faydalı olanı düşünməliyik. Hər dəfə kənardan söz deyib kiməsə cavab vermək ucuz söhbətdir".

Təcrübəli mütəxəssis məğlubiyyətə görə futbolçulara cəza verilməyəcəyini söyləyib: "Hamısına dedim ki, qarşıdakı matça hazırlaşmalıyıq. Hansı əziyyətləri çəkdiklərini mən görürəm. Daha yaxşı meydança, daha yaxşı şərtlərdə pis oynasaydıq, onlardan başqa şey tələb edərdim".

Qurbanov əvəzetmə sayının artırılması ilə bağlı Klublar Komitəsinə müraciətinin cavabsız qalmasına da toxunub: "Ən əsası odur ki, Klublar Komitəsi özü öz işindən razıdır. Mən quruma müraciət etmişdim. Amma belə fikirlər oldu ki, biz yalnız "Qarabağ"ı düşünürük. Elə mövzudur ki, çox danışmaq olar. Amma fikir bildirəndə ətrafında daha geniş müzakirələr olur. Sanki biz özümüzü fikirləşmişdik. Başa düşürəm, nizamnamə qəbul olunmuşdu. Amma bəzi ölkələrdə vəziyyətə uyğun dəyişiklik edildi. Əvvəl deyildi ki, baxılacaq. Amma sonra sərt reaksiya gəldi ki, sonadək belə qalacaq. Bundan sonra heç müzakirəyə də çıxarılmadı. Sözümüzün ucuz olmasını istəmirik. Çox söz demək olar. Amma əməl olunmursa, ciddiyə alınmırsa, mənasızdır. Sərt cavab bizim üçün xoş deyil. Ona görə də belə fikirləri boş vermək lazımdır. Klublarda çalışan baş məşqçilər hamısı mənim dostum-qardaşımdır. Çoxu "Qarabağ"dan gedənlərdir. Hər zaman onların yanında olmaq istəmişəm. Belə fikirləşirlərsə, yəqin, daha dərindən düşünüblər. Mən ortaya adi söz atmamışam. Kifayət qədər ciddi məsələdir"

25-10-2021, 21:33
24514
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
20-10-2021, 14:30
Qurban Qurbanov:
Qurban Qurbanov: "Kayrat"a qalib gəlmək üçün daha istəkli olmalıyıq"
17-10-2021, 21:16
Qurban Qurbanov:
Qurban Qurbanov:
20-09-2021, 21:52
Qurban Qurbanov:
Qurban Qurbanov: "Şeydayev qarşıda daha yaxşı olacaq"
15-09-2021, 17:40
Qurban Qurbanov:
Qurban Qurbanov: “Bütün oyunlarımızın bu səviyyədə keçməsini istəyirəm”
12-09-2021, 22:50
Qurban Qurbanov:
Qurban Qurbanov: ”Bu məni bir az narahat edir”
25-08-2021, 22:16
Qurban Qurbanov:
Qurban Qurbanov: "Neçə matçdır ki, ağır yol gəlmişik"
22-08-2021, 23:09
Qurban Qurbanov:
Qurban Qurbanov: "Çox istərdim ki, əvəzetmə sayı artırılsın"
21-08-2021, 21:00
Sənan Qurbanov:
Sənan Qurbanov: "Çempionatın startı bizim üçün ürəkaçan deyil"
19-08-2021, 22:42
Qurban Qurbanov:
Qurban Qurbanov: “Futbolçuları diqqətli olmağa çağırırdım“
14-08-2021, 22:45
Ayxan Abbasov:
Ayxan Abbasov: “Ümid edirəm ki, ciddi zədə deyil“
12-08-2021, 22:56
Qurban Qurbanov:
Qurban Qurbanov: "İçimdə prinsip var idi ki, bu rəqibə qalib gəlim"
30-07-2021, 00:37
Qurban Qurbanov:
Qurban Qurbanov: "Qələbəyə layiq idik"
  Xəbər Lenti
Maradonanın ölümündə əli olanlar üçün 12 il həbs cəzası istənildi - Xarici xəbərlər 9.10.2026, 13:09
AFFA nümayəndəsinə UEFA-dan təyinat 9.10.2026, 12:07
Benzema Ronaldonu müdafiə etdi Xarici xəbərlər 9.10.2026, 11:26
Endrik qışda "Real"dan gedir - Transfer xəbərləri 9.10.2026, 11:04
“Barselona”da yeni müqavilə - Xarici xəbərlər 9.10.2026, 10:03
Toni Kroos məşqçiliyə başlayır - Xarici xəbərlər 9.10.2026, 09:09
AFFA FİFA ilə bağlı UEFA çağırışına qoşulmayan yeganə üzv oldu 9.10.2026, 08:11
Rafinya sabah tibbi müayinədən keçəcək - Xarici xəbərlər 8.10.2026, 18:04
"Sabah" - "Slaviya" matçına nə qədər bilet satılıb? 8.10.2026, 17:03
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
11-09-2026, 13:10
Deku:
Deku: “Yamal “qızıl top” üçün əla namizəddir”
11-09-2026, 17:01
II Liqada III turun təyinatları açıqlandı
II Liqada III turun təyinatları açıqlandı
11-09-2026, 16:10
Tanınmış futbolçu ölkəsinə qayıtdı -
Tanınmış futbolçu ölkəsinə qayıtdı - Xarici xəbərlər
10-09-2026, 16:10
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır -
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır - Xarici xəbərlər
10-09-2026, 15:29
AFFA
AFFA "Difai"nin futbolçusunu 1000 manatlıq cərimələdi
10-09-2026, 17:01
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
10-09-2026, 14:27
Okan Buruk:
Okan Buruk: "Hakim əleyhimizə işləyirdi"
10-09-2026, 14:00
"Sportinq" (Portuqaliya) - "Qalatasaray" 2:2 - VİDEO
11-09-2026, 15:18
"Nyukasl" İngiltərə millisinin üzvü ilə müqavilə imzaladı - Transfer xəbərləri
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
10-09-2026, 18:03
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb