FutbolMedia.Az
  • 19:18 Çərşənbə axşamı
    12 May 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Qurban Qurbanov:

Qurban Qurbanov: "Püşkdə böyük klublar düşsə, sevinəcəm"

“Futbolçularımı təbrik edirəm. Azarkeşlərimizi də həmçinin. Fanatlarımızın hər birinə təşəkkür edirəm. Çox gərgin oyun olsa da, nəticə bizi qane etdi”.

Futbolmedia.az
xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab görüşü çərçivəsində “Olimpiya”ya qarşı keçirilən oyundan sonra deyib.

Təcrübəli mütəxəssis 1:1 hesablı heç-heçəni belə şərh edib: “Heç bir futbolçuya irad bildirmək istəmirəm, çox əziyyət çəkdilər. Bu gün problemlərimiz var idi. Buna baxmayaraq, bizim üçün qrupda iştirak etmək vacibdir. Hansısa uğuru əldə etmək, hansısa səviyyəyə çatmaq asandır, qalmaq çətindir. Yenə də öz azarkeşlərimizi Avropa futbolundan ayırmadıq. Ən azından ilin sonuna kimi avrokubok həyəcanını yaşayacağıq. Böyük təcrübə oldu. Heyətdə dəyişikliklər var idi. Futbolçuların bir neçəsi belə gərgin qrafikdə oynamamışdı. Bu gün bunu hiss etdilər. İnanıram ki, qarşıdakı illərdə bu xarakter bizə kömək olacaq".

Qurbanov nəticədən razı qaldığını bildirib: “Bu gündən narazı qalmamışam. Əksinə, nəticədən razı qaldım. Bu qədər müdafiəyə fikir verməmişdik. Vacib idi ki, bu gün komanda kimi yaxşı müdafiə olunaq. Amma sırf tapşırıq olmamışdı ki, müdafiə futbolu oynayaq. Daha çox hücum etmək istəyirdik. Bilirdik ki, rəqib böyük riskə atılacaqdı. Futbolçularım lazımı anda yaxşı müdafiə oluna bildilər”.

O, heyətdə itkilərlə üzləşdiklərini qeyd edib: “Bəzən düşünmədiyimiz elə hallar yaşanır ki, komandanı tam əldə saxlamaq çətin olur. Çox vacib oyunçularımız zədələndi. İstərdim ki, bu gün komandam daha hazırlıqlı olsun. Amma sıx qrafikimizə baxanda futbolçular çox yorulur. Təkcə fiziki olaraq yox, psixoloji gərginlik, yorğunluq var. Hər 2-3 gündən bir oyuna hazırlaşmaq o qədər asan deyil. Çalışacağam ki, hazırlığımız daha da yaxşı olsun”.

“Qarabağ”ın çalışdırıcısı 10-cu dəfə avrobkubokların qrup mərhələsinə vəsiqə qazanmalarına belə münasiət bildirib: “Təcrübəmiz var. Sadəcə bu təcrübədən düzgün istifadə etmək üçün, komandanın tam hazır, sağlam olması lazımdır. Vaxtımız olacaq. Bəzi oyunçuları geri qaytaracağıq. Görək sabah püşkatmada nə olur. Sonra dərindən fikirləşəcəyik”.

Qurbanov qapıçı Şahruddin Məhəmmədəliyevi gözdən çıxarmadığını qeyd edib: “Elə fikrimiz yoxdur. Şahruddin bizim oyunçumuzdur. Sadəcə düşünmədiyimiz hallar yaşanır, düşünmədiyimiz hadisələr baş verir. Ona görə bəzən komandada 1 yox, 4 qapıçı saxlayırıq, 11 futbolçu yox, 20-22 oyunçu olur. Rotasiyalar edə bilək. Şahruddinin qarşıdakı matçlarda oynamaq ehtimalı var”.

“Qarabağ”ın çalışdırıcısı Marko Yankoviçin durumuna da toxunub: “Ciddi bir şey yoxdur. Toqquşma oldu, ağrı hiss etdi. Sabah vəziyyətinə tam aydınlıq gələcək”.

Qurbanov püşkatmadan gözləntiləri haqda sualı belə cavablandırıb: “Məndə heç vaxt belə düşüncə olmayıb ki, hansı ölkənin komandası ilə qarşılaşmaq istəyərdik, ya yox. Amma futbolun inkişafı üçün, bu idman növünü daha da sevdirmək üçün, azarkeşlər böyük klubları burada görmək istəyirlər. Dəfələrlə bu hallar yaşanıb. “Böyük beşlik”dən olan komandaları Bakıda görmək hər bir azarkeş üçün maraqlıdır. Kim olursa-olsun narazılıq bildirməyəcəyik.Əksinə, böyük komandalar olanda, böyük hesabla məğlub olmaq böyük riskdir, onları canlı görmək xoş olub. Həm məşqçiləri ilə ünsiyyətdə olmaq, mənim üçün maraqlıdır. Böyük klublar da düşsə, narazı olmayacağam, sevinəcəyəm”.

Mütəxəssis komandasının qapısına təyin olunan, sonradan ləğv edilən penalti epizoduna da toxunub: “Həmin anda bir neçə variant düşündüm. Əksinə, tam sakitləşdim. İlk fikrim o oldu ki, futbolçuları sakitləşdirəm. Ümumən desəm ki, qlobal nəsə fikrim oldu, xeyr”.

Qurban Qurbanov hakimin təcrübəli olmaını xüsusi qeyd edib: “La Liqada 200 oyun, eləcə də "El Klassiko"nu idarə edib, az təcrübəsi yoxdur. Hakimlər haqda o qədər də fikir bildirmirəm. Sadəcə VAR-ın bu tərəfləri də var. Hətta orada da düzgün qərar qəbul etmək bəlkə də asan deyildi. Rəqibin baş məşqçisinin sözlərinə fikir bildirmək istəmirəm. Başa düşürəm. Belə oyunda əgər elə epizodlar olubsa, istər-istəməz neqativ fikirlər olacaq. Mən də bu situasiyada olmuşam. Məncə, təcrübəli hakimlər haqda bir o qədər fikir bildirmək doğru olmaz”.

Mütəxəssis transfer çalışmalarından da söz açıb: “Ayın 5-nə kimi hansısa transferi həyata keçirməyə çalışacağıq. Danışılar gedir, baxırıq, nəzərdən keçiririk. Mütləq 1-2 transfer etmək istəyərdik”.

O, məsuliyyətərinin artdığını vurğulayıb: “Hər il qruplarda oynamaq, belə uğur əldə etmək, həm rəhbərliyə mənə, futbolçulara əlavə məsuliyyət və inam verir. Baxmayaraq ki, çempionatda bizim böyük problemlərimiz olur. Amma böyümək üçün mütləq belə çətinlikləri düzgün analiz edib, düzgün qəbul etməli və hazır olmalıyıq. 10 rəqəmini tamamlamaq istəyirdik. Yəqin ki, budəfəki nəticə hansısa illərdən mənim üçün daha önəmli oldu”.

31-08-2023, 23:20
14042
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
20-08-2023, 21:16
Qurban Qurbanov:
Qurban Qurbanov: "Çox əziyyət çəkdik"
13-05-2023, 23:30
Qurban Qurbanov:
Qurban Qurbanov: "Çempionluq bitdi, qarşıdakı turnirə hazırlaşmalıyıq"
9-04-2023, 21:45
Qurban Qurbanov:
Qurban Qurbanov: "İstəyərdim ki, məğlubiyyətsiz çempion olaq"
26-03-2023, 23:10
Qurban Qurbanov:
Qurban Qurbanov: "İstərdim ki, Türkiyə və Azərbaycan çempionatları birləşsin"
27-02-2023, 22:53
Qurban Qurbanov:
Qurban Qurbanov: "İstədiyimiz formada deyildik"
22-02-2023, 22:38
Qurban Qurbanov:
Qurban Qurbanov: "Onlar mənim sözlərimə böyük məsuliyyətlə yanaşırlar"
4-11-2022, 01:00
Qurban Qurbanov:
Qurban Qurbanov: "Heç bir rəqibə əzilmədik, aciz qalmadıq"
28-10-2022, 08:26
Qurban Qurbanov:
Qurban Qurbanov: "Nant"dan çəkinmədik"
26-10-2022, 21:41
Qurban Qurbanov:
Qurban Qurbanov: "Futbolçularımın bunu bacaracağına inanıram"
24-10-2022, 19:12
Qurban Qurbanov:
Qurban Qurbanov: “Belə fikir formalaşıb ki, “Barselona” fəlsəfəsinə daha çox diqqət ayırıram"
20-10-2022, 22:01
Qurban Qurbanov:
Qurban Qurbanov: "Qalibiyyətlər üzərimizə daha çox yük qoyur"
9-10-2022, 20:15
Qurban Qurbanov:
Qurban Qurbanov: "Komandada bir az narahatlıq var idi"
  Xəbər Lenti
Usman Dembele Fransada mövsümün ən yaxşılarından oldu - Xarici xəbərlər 12.05.2026, 19:15
“Liverpul” “Monako”nun yarımmüdafiəçisi Maqnes Akliuşu transfer edir - Transfer xəbərləri 12.05.2026, 18:10
"Sabah" Polşa millisinin üzvü Puxaçla yeni müqavilə imzalayır 12.05.2026, 17:06
Braziliya millisinin DÇ-2026-a yollanacaq heyəti açıqlandı - Xarici xəbərlər 12.05.2026, 16:14
Azərbaycan kubokunda "Sabah" – "Zirə" finalını Elçin Məsiyev idarə edəcək 12.05.2026, 15:38
"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi 12.05.2026, 15:30
"Araz-Naxçıvan" legioneri ilə yollarını ayırdı 12.05.2026, 14:32
Milli komandamızdan Avropa çempionatında bürünc medal 12.05.2026, 14:02
"Oviedo"nun İspaniya La Liqasını tərk edəcəyi təstiqləndi - Xarici xəbərlər 12.05.2026, 13:20
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
23-04-2026, 15:09
"Real"ın futbolçusu Arda Güler sıradan çıxdı - Xarici xəbərlər
22-04-2026, 13:15
“Sabah” “Qarabağ”a qarşı –
“Sabah” “Qarabağ”a qarşı – YENİLƏNİR
22-04-2026, 10:13
"Qarabağ" akademiyasının rəsmiləri İsveçrədə - FOTO
13-04-2026, 14:27
"Qarabağ"ın müdafiəçisi Bəhlul məşqlərə nə vaxt geri qayıdacaq?
23-04-2026, 11:31
“Real”da Dani Karvahalla baş məşqçi Alvaro Arbeloa arasında qalmaqal -
“Real”da Dani Karvahalla baş məşqçi Alvaro Arbeloa arasında qalmaqal - Xarici xəbərlər
22-04-2026, 16:12
"Qarabağ"ın qapıçısı Fabyan Buntiç Avropa klublarının diqqətini çəkib
22-04-2026, 15:09
Azərbaycan millisinin baş məşqçisi ilə yollar ayrıldı
Azərbaycan millisinin baş məşqçisi ilə yollar ayrıldı
20-04-2026, 15:44
Salah  “Liverpul”la vidalaşdı -
Salah “Liverpul”la vidalaşdı - Xarici xəbərlər
20-04-2026, 17:08
Klopp Almaniya milli komandasını çalışdırmağa yaxındır -
Klopp Almaniya milli komandasını çalışdırmağa yaxındır - Xarici xəbərlər
22-04-2026, 11:01
"Çelsi" 32 il sonra antirekordunu təkrarladı - Xarici xəbərlər
23-04-2026, 14:07
Canlı əfsanə Qullit:
Canlı əfsanə Qullit: “Futbol İngiltərəyə məxsus deyil”
22-04-2026, 12:15
Ronaldonun oğlunu
Ronaldonun oğlunu "Əl-Nəsr" əsas komandaya cəlb edə bilər - Transfer xəbərləri
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb