FutbolMedia.Az
  • 11:31 Bazar
    11 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Samir Abasov:

Samir Abasov: "Kaş ki, rəqib qırmızı vərəqə almazdı"

“Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Bu cür oyunlarda rəqib azlıqda qaldıqdan sonra kənardan hər şey asan görünə bilər. Düşünürsən ki, üstünlük sənə keçir. Amma üstünlük olsa da, əsas olan ondan necə faydalanmaqdır”.

Futbolmedia.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 6-cı turunda səfərdə “Zirə”yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

O, komandasının məğlubiyyətinin səbəbini belə şərh edib: “Bu tip qarşılaşmalarda neçə qol epizodu yarada bilərsən? Rəqib qapandığı üçün maksimum 2-3 qol epizodu yarada bilərsən. Onları qola çevirsən, hər şey yaxşı olar. Təəssüf ki, biz 2 dəfə fərqlənmək üçün şans əldə etsək də, onları dəyərləndirə bilmədik. Bu da ən azı səfərdən 1 xalla ayrılmağımıza mane oldu. İndi fikirləşirsən ki, kaş rəqib qırmızı vərəqə almazdı. Bəlkə onda fərqli oyun gedərdi”.

S.Abasov qeyd edib ki, futbolçuları daha aqressiv çıxış etməli idilər: “Futbolçularım bu gün bacardıqlarını etdilər. Lakin daha aqressiv, daha ürəkli oynamalı idilər. Bu halda ən azından 1 xal qazana bilərdik. Hələ çempionatın başlanğıcıdır. Belə xal itkiləri olacaq. Yeni gələn transferlərə də bir qədər vaxt lazımdır. Ümumi götürdükdə pis oynamadıq”.

“Sumqayıt”ın çalışdırıcısı hakimlik barədə sualı belə cavablandırıb: “Hakimlikdən danışmaq istəmirəm. Mənə verilən qırmızı vərəqədən sonrakı qərarı gözləyirəm. Aşağı-yuxarı məndən əvvəl bu mövsüm meydandan uzaqlaşdırılan məşqçilərdən bəlkə də daha yumşaq qırmızı vərəqə aldım. Məsələn, Murad Musayevə göstərilən qırmızı vərəqə. Mənim aldığım qırmızı vərəqə ilə bağlı qəbul olunacaq qərardan sonra danışacam”.

Samir Abasov müdafiəçi Elvin Bədəlovun əvəzlənməsinə belə aydınlıq gətirib: “10 gün Elvinsiz məşq etmişdik. O müddətdə Kristianı heyətə cəlb etdik. Təəssüf ki, 1-2 məşqdən sonra soyuqladı. Təbii ki, Elvinin milliyə dəvət almasına klub olaraq sevinirik. Lakin onun millidə oynamaması ziyanınadır. Ritmdən düşür. Həmin məqam bugünkü matçda özünü göstərdi. Hələ görüşdən əvvəl Bədəlova şans verib-verməmək barədə düşünürdük. Əvəzlənməyinə gəldikdə, həmin vaxt artıq sırf hücumu gücləndirməliydik. İstəyirdik ki, Rövlan hücuma daha çox qoşulsun”.

15-09-2023, 20:04
14716
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
2-09-2023, 23:23
Samir Abasov:
Samir Abasov: "Ümid edirəm ki, daha yaxşı olacaq"
26-08-2023, 11:15
Samir Abasov:
Samir Abasov: "Daha yaxşı komanda görəcəyimizə inanıram"
29-04-2023, 18:35
Samir Abasov:
Samir Abasov: "Qəbələdə oynamaq çətindir"
10-03-2023, 22:20
Samir Abasov:
Samir Abasov: "Deməzdim ki, “Sabah”a qarşı oyunlarımız alınmır"
12-02-2023, 20:15
Samir Abasov:
Samir Abasov: "Mən gələnə qədər heç qol da vurmamışdıq"
6-02-2023, 21:12
Murad Musayev:
Murad Musayev: "Qarabağ"a çatsaq, çempionluq barədə danışa bilərik"
5-11-2022, 22:12
Samir Abasov:
Samir Abasov: "Həddindən artıq əsəbiləşmişdim"
23-10-2022, 19:15
Mahmud Qurbanov:
Mahmud Qurbanov: "Bu dəfə onun cəzası daha sərt olacaq"
30-04-2022, 09:01
Samir Abasov:
Samir Abasov: "Hamısı patriotluğunu göstərmək istəyir" -
4-04-2022, 20:16
Samir Abasov:
Samir Abasov: "Biz bu gün meydanda yox idik"
7-02-2022, 22:05
Samir Abasov:
Samir Abasov: "Təəssüf ki, qələbə qazana bilmədik"
22-07-2021, 08:02
Samir Abasov:
Samir Abasov: "Rəqibdən də çox şey asılıdır"
  Xəbər Lenti
Olise “Bayern”i ancaq iki kluba dəyişə bilər - Transfer xəbərləri 11.10.2026, 11:03
"Real" və "Barselona"dan qələbə - La Liqa 11.10.2026, 10:12
Nəriman Axundzadənin komandası xal qazandı - Türkiyə Superliqası 11.10.2026, 09:32
"Sumqayıt" - "Qəbələ" 4:1 - VİDEO 11.10.2026, 08:59
“Sumqayıt"ın baş məşqçisi: “Qələbəni tam haqq etdik” 10.10.2026, 22:28
“Zirə” - “Şamaxı” 1:1 - VİDEO 10.10.2026, 21:15
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir 10.10.2026, 20:00
Ferran Torres ən yaxşı seçildi - Xarici xəbərlər 10.10.2026, 16:24
"Çelsi"dən Palmer qərarı - Transfer xəbərləri 10.10.2026, 15:32
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
11-09-2026, 13:10
Deku:
Deku: “Yamal “qızıl top” üçün əla namizəddir”
11-09-2026, 17:01
II Liqada III turun təyinatları açıqlandı
II Liqada III turun təyinatları açıqlandı
11-09-2026, 16:10
Tanınmış futbolçu ölkəsinə qayıtdı -
Tanınmış futbolçu ölkəsinə qayıtdı - Xarici xəbərlər
11-09-2026, 15:18
"Nyukasl" İngiltərə millisinin üzvü ilə müqavilə imzaladı - Transfer xəbərləri
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
11-09-2026, 12:08
Braziliyalı futbolçu yenidən “İmişli”yə qayıtdı
Braziliyalı futbolçu yenidən “İmişli”yə qayıtdı
28-09-2026, 16:05
Mahir Emreli:
Mahir Emreli: "Başımızı aşağı salmadıq"
28-09-2026, 14:34
"Sumqayıt"ın futbolçusu Emil Mustafayev: "Bizə mütləq qələbə lazımdır" (Özəl Açıqlama)
2-10-2026, 14:03
Günün oyunları –
Günün oyunları – TV
28-09-2026, 15:03
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
11-09-2026, 14:57
AFFA-da klublar üçün seminar keçirildi
AFFA-da klublar üçün seminar keçirildi
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb