FutbolMedia.Az
  • 04:51 Cümə
    17 İyul 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Samir Abasov:

Samir Abasov: "Təəssüf ki, qələbə qazana bilmədik"

“Gərgin və maraqlı oyun alındı. Meydanda mübarizə gördük. Futbolçularda əzm və istək var idi. Rəqib səhvləri bağışlamadı. Onları qələbə münasibətilə təbrik edirəm. İşimizə davam etməli və səhvləri düzəltməliyik. İnanıram ki, hər şey yaxşı olacaq və bundan da yaxşı "Neftçi" görəcəyik".

Futbolmedia.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 15-ci turunda "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Gilyerme Pato çox yaxşı oyun sərgilədi. Halbuki onu pisləyirdilər. Hər bir oyunçuya vaxt lazımdır. İnanıram ki, digər futbolçuların da oyunu düzələcək. Meydanda uduzmaq istəməyən iki komanda var idi. Təəssüf ki, qələbə qazana bilmədik. Komandamın göstərdiyi oyun başlanğıcdır, bizə ümid verir. Digər məqamları da düzəldə bilsək, hər şey daha yaxşı olacaq. Oyunla yanaşı, istək və əzm də lazımdır. Kubokda da işimizi çətinə saldıq. Komanda ruhunu yaxşılaşdıra bilsək, yeni transferlər də uyğunlaşsalar, daha yaxşı "Neftçi" görəcəyik” - deyə o bildirib.

S. Abasov çempionluq şanslarının az olduğunu söyləyib: "Bugünkü durumda özünüzü yerimə qoyun, nəsə demək çətindir. Reallığı qəbul etsək, çətindir, bəlkə də mümkünsüzə yaxındır. “Neftçi”nin baş məşqçisi kimi bunu deməyimi düz anlamayacaqlar. Hər oyuna qalib ruhu ilə çıxacağıq".

O, yayda edilmiş transferlərin uğursuz olduğunu düşünmədiyini vurğulayıb: "1-2 transfer gəlir, alınmır. Bu gün “Neftçi”nin üzərində dayanırsız. Amma bu şeylər digər komandalarda olur. İstəyirsiniz, deyim adlarını. Uğursuz transferlər olduğunu düşünmürəm. Ən üzüldüyüm və heyfsləndiyim, Roman Baskın getməyi idi. Bizə indi hava-su kimi lazımdır. Həyat belə gətirdi. Biz göndərmədik, gedəsi oldu. Biz göndərdiyimiz Harramiz, Korreadır. Bundan sonra nə deyəcəyəm? Oynamalıyıq. Uğursuz olsaq, nə baş verəcək? Bu suallar rəhbərliyədir. Mən özümə vaxt istəmirəm. Reallıqları bilən adamam. Azərbaycanda heç bir baş məşqçi vaxtdan danışa bilməz. Hər bir klubda vəziyyət eynidir".

Abasov digər futbolçuların çıxışına da toxunub: "Bir futbolçu mənim komandamdadırsa, onun uğursuz transfer olduğunu deyə bilmərəm. Amma Xəyal Nəcəfov bu gün meydanda özünü yaxşı tərəfdən göstərdi. Yusuf Lavala diqqət daha da artıb. Əvvəllər daha çox boşluq əldə edirdisə, indi müəyyən çətinliklərlə üzləşir. Sürətinin aşağı düşdüyünü deməzdim. Əksinə, hücumda fəaldır. Ölkə xaricindən də ona diqqət böyükdür. Azərin medyana çıxması fiziki durumundan asılıdır. Müəyyən müddət var ki, o dövrü keçməlidir. Bundan sonra daha çox oynamaq şansı qazanacaq. Sezar Meza Kolli isə ilk dəqiqələrdən oynamağa hazır deyildi".

7-02-2022, 22:05
18806
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
1-02-2022, 23:08
Samir Abasov:
Samir Abasov: "Yeni komanda qururuq, bir az vaxt lazımdır"
30-10-2021, 21:10
Qurban Qurbanov:
Qurban Qurbanov: "Amma etirazlarımı bildirdim "
23-10-2021, 20:54
Samir Abasov:
Samir Abasov: "Onu itirməməyə çalışırıq"
25-08-2021, 20:48
Samir Abasov:
Samir Abasov: "İsrailə elə-belə gəlməmişik"
19-08-2021, 23:49
Samir Abasovdan gülməli açıqlama
Samir Abasovdan gülməli açıqlama
18-08-2021, 20:00
Samir Abasov:
Samir Abasov: "Narahat edən məqamlar var"
15-08-2021, 22:45
Samir Abasov:
Samir Abasov: "Namiqin getməyi bizə böyük zərbə oldu"
3-08-2021, 23:21
Samir Abasov:
Samir Abasov: “Kamran bizi peşman etmədi“
3-08-2021, 23:08
HİK-in baş məşqçisi:
HİK-in baş məşqçisi: "Neftçi"nin qolları çox gözəl idi"
22-07-2021, 08:02
Samir Abasov:
Samir Abasov: "Rəqibdən də çox şey asılıdır"
14-07-2021, 23:33
Samir Abasov:
Samir Abasov: "Belə səhvləri yunanlar bağışlamaz"
7-07-2021, 22:20
Samir Abasov:
Samir Abasov: "Kişiliyimizi, xarakterimizi ortaya qoyduq"
  Xəbər Lenti
“Aston Villa” 40 milyon avroluq transferi bitirir 16.07.2026, 18:10
"Zirə" "Torpedo"ya qarşı - YENİLƏNİR 16.07.2026, 17:08
Messi iki tarixi rekorda imza atdı - Xarici xəbərlər 16.07.2026, 16:06
"Araz-Naxçıvan"da yeni hücumçu 16.07.2026, 15:34
"Sumqayıt" - "Qəbələ" oyununun vaxtı dəyişdirildi 16.07.2026, 14:02
Buffon İtaliya millisinə qayıdır? 16.07.2026, 13:21
“Milan” Modriçi buraxmaq istəmir - Transfer xəbərləri 16.07.2026, 12:09
Konfrans Liqasında 1-ci təsnifat mərhələsinin nəticələri - Xarici xəbərlər 16.07.2026, 11:37
Obameyanq La Liqa klubuna keçir - Transfer xəbərləri 16.07.2026, 11:04
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
5-07-2026, 11:06
Fransa və Mərakeş 1/4 finalda -
Fransa və Mərakeş 1/4 finalda - DÇ-2026
25-06-2026, 10:15
Azərbaycan klublarının yay transferləri -
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər
10-07-2026, 10:11
Mourinyo fransalı futbolçu Kamavinqa satılmasına razılıq verdi -
Mourinyo fransalı futbolçu Kamavinqa satılmasına razılıq verdi - Xarici xəbərlər
10-07-2026, 11:08
Gələnlər və gedənlər -
Gələnlər və gedənlər - Azərbaycan klublarının yay transferləri
9-07-2026, 23:10
Qurban Qurbanov Elvin Cəfərquliyevdən çox danışmaq istəmədi
Qurban Qurbanov Elvin Cəfərquliyevdən çox danışmaq istəmədi
10-07-2026, 09:20
Tahir Gözəl:
Tahir Gözəl: "İki qolun yeni futbolçulardan gəlməsi əlamətdar hadisədi" - VİDEO
10-07-2026, 20:16
Filipe Kandido “Sumqayıt” klubunun yeni baş məşqçisi oldu -
Filipe Kandido “Sumqayıt” klubunun yeni baş məşqçisi oldu - Rəsmi
15-07-2026, 19:12
"Real" "Çelsi"nin təklifini rədd etdi - Xarici xəbərlər
22-06-2026, 14:17
Marko Yankoviç “Qarabağ”da qalır!
Marko Yankoviç “Qarabağ”da qalır!
9-07-2026, 18:35
Karim Rossi “Qəbələ”də -
Karim Rossi “Qəbələ”də - Transfer xəbərləri
25-06-2026, 13:20
Edin Ceko 40 yaşında milli komandada 150-ci matçına çıxdı -
Edin Ceko 40 yaşında milli komandada 150-ci matçına çıxdı - DÇ-2026
19-06-2026, 08:07
Azərbaycan klublarının yay transferləri -
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb