FutbolMedia.Az
  • 21:16 Bazar
    26 Aprel 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Gəlin Şahin Diniyevə dəstək olaq  - YAZI

Gəlin Şahin Diniyevə dəstək olaq - YAZI


Azərbaycan premyer liqasında bir çox məşqçilər gəlib, bir çoxları da izssiz,nəticəsiz gedib. Necə gəlibsə, elədə toy bayramla gediblər. Bu məşqçi koteqoriyalarına həm yerli, həm də, əcnəbiləri daxil etmək olar. Lakin klublarımızın bir çoxunda elə yerli və əcnəbi mütəxəssizlər çalışıblar ki, nəinki peşəsinə, heç insanlığına da, adamın hörmət etməyi gəlmir. Hə bir də, Azərbaycan klubları tez –tez baş məşqçi dəyişməyi sevir. Bunların içərisində sıralamada 1-2 –ci pilləni tutan “Səbail”dir. Zarafat deyil ey, “Səbail” klubu Aftandil Hacıyevlə bu gün iki illik müqavilə bağlayıb,10 gün sonra istefaya göndərib. Onun yerinə isə bir neçə gündən sonra Mahmud Qurbanovu təyin edib. Elə Mahmud Qurbanov da, “Səbail”də çox qalmadı. Qış fasiləsi çatar –çatnaz arxasından dəydilər. Nə müşkül məsələdirsə, “Səbail”də çox işləmək olmur. Klub rəhbərliyi Mahmud Qurbanovun yerinə isə Azərbaycanın tanınmış mütəxəssizi Şahin Diniyevi gətirdi. Azərbaycan premyer liqasının 19-cu turunda “Səbail” təhvil alan Ş. Diniyevə ümüdlər böyükdür. Lakin Azərbaycan mətbuatı yerli məşqçini son günlər tənqid atəşinə tutmağa başlayıb. Özünün, sonra isə oğulları haqqında mətbuatda müəyyən yazılar dərc edilir. “Zirə”də top qovan Coşqun Diniyevin maşını dövlət tərəfindən cəza olaraq götürüldüyünü, futbolçunun Azərbaycan polisinə tabe olmadığı, qayda-qanuna riayyət etmədiyi yazılır. Bundan başqa Şahin Diniyevin “Səbail”i bir ailə komandasına çevirib kimi yazılar dərc edilir. Oğlu Kərim Diniyevi və digər qohumunu komandaya köməkçi gətirdiyi sosial şəbəkələrdə yayılır. Görünür Şahin müəllimin qara piyar kompaniyasına başlayıblar. Son zamanalar Şahin Diniyevin “Səbail”də qalmayacağını yazanlar da var.

Gəlin Şahin Diniyevə dəstək olaq  - YAZI


Mətbuatda Ş. Diniyev “Sabail”lə gələndə klub sonuncu pillədə qərarlaşmışdı. Altı tur sonra yenə də sonuncu pillədədir deyə söylənilir. Görünən odur ki, mətbuata kimlərsə Şahin hocanı vurulması üçün can atanlar var. Bilirlər axı, mətbuat çox böyük qüvvədir. Mən buradan öz jurnalis həmkarlarıma, və sosial şəbəkədəki futbol azarkeşlərinə üzümü tutub deyirəm. Azərbaycanın 1-2 yaxşı, təcrübəli, işini bilən, zəhmətkeş məşqçiləri varsa, bunlardan biri də, Şahin Diniyevdir. Ş, Diniyev Azərbaycan millisinin baş məşqçisi olub. İlk dəfə Türkiyə millisi ilə oyunda qollu heç –heçə edərək tarix yazan bir məşqçidir. Bu həmin Türkiyə millisi idi ki, avropa meydanlarında at oynadırdı. Dünya çempionatında 3-cü yeri tutmuşdur. Şahin Diniyev həm də, ölkə kanarında çalışmış mütəxəssidir. Ən başlıcası isə Azərbaycanlı mütəxəssiz gözəl ürəyə sahib, ədəbli, əxlaqlı bir insandır. “Səbail”in baş məşqçi postuna gələn zaman qış transfer dönəmində kluba transferləri doldurmadı. Özü də, bildirdi ki, mən istəmərəm ki, çörək yediyim klubu yersiz xərcə salım. Yəni bəyəndiyim oyunçu olmadı, transfer etmədik. Yersiz transferlər etmək mənlik deyil. İndi başqa əcnəbi və ya, yerli məşqçi olsaydı, doldurmuşdu futbolçuları komandaya. Səviyyəsinin fərqinə varmadan. Əsas pul qazanmaq olsun. O,ki qaldı Kərim Diniyevin atasının yanında işləməsi, burada qeyri –adi nə var. Öyrəşmişik Azərbaycanlı məşqçilərə ləkə yaxmağa. “Xəzər Lənkəran”da Ton Toşak oğlu ilə işləyib milyonlar qazana bilər. Şahin Diniyev oğli ilə quru maaşa işləyə bilməzmi? Bu nə təfəkkürdü, bu nə düşüncə tərzidir axı? “Səbail”in Şahin Diniyevin gəlişindən sonra yenə də sonuncu pillədə olmasına gəlincə isə cücəni hələ payızda sayarlar məsəlini yada salmaq istərəm. Bundan başqa, unutmayaq ki, Ş. Diniyev gəlişindən sonra öz futbolçularını, yeni transferləri, komandasına cəlb etməyib. Yəni bu onun komandası deyil. Köhnə məşqçilərdən qalma futbolçuları məcburiyyət əsasında istifadə edir. Bilirsiniz ki, hər bir məşqçinin öz bəyəndiyi, sisteminə uyğun olanfutbolçuları, transfer edirlər. Biz öz yerli məşqçilərizə dəstək olmalıyıq. Necə ki, Qurban Qurbanova 10 ildir dəsətk olurq. Bunun müqabilində Q.Qurbanov tarix yazır. Şahin Diniyev və digər məşqçilər də, Azərbaycanlıdır. Onlar da, bu vətənin oğullarıdır. Onlar da, bu vətən üçün meydanlara çıxıblar. Azərbaycan millisinin vaxtı ilə şərəfini qoruyublar. Oğul demişkən, Şahin hoca Azərbaycan futboluna, milli komandamıza Coşqun və Kərim kimi futbolçular bəxş ediblər. Belə bir insanı, belə bir mütəxəssizi ləkələmək, mətbuat vasitəsi ilə vurmaq, daim təzyiq altında saxlamaq olmaz. Gəlin Şahin Diniyev və onun timsalında olan bütün yerli məşqçilərimizə dəstək olaq. Əgər “Səbail” premyer liqada qalası olsa, növbəti mövsümdə Ş. Diniyev möhtəşəm, döyüşkən, hətta yuxarı yerlər uğrunda mübarizə aparacaq bir komanda yaradacaq. Mən Şahin diniyevi dəstəkləyirəm. Və öz həmkarlarımı da, buradan hocanı dəstəkləməyə çağırıram. Öz millətimizə, öz məşqçilərimizə gəlin dəyər verək. Çünki yadlar, əcnəbilər gələr –gedərdi. Lakin özümüzünkülər isə bu vətənin, bu torpağın oğullarıdır.

Əli HƏYATİ

1-03-2023, 15:11
20702
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
27-02-2023, 08:42
Türkiyə klubunun baş məşqçisi pulsuz işləyəcək
Türkiyə klubunun baş məşqçisi pulsuz işləyəcək
10-03-2023, 20:00
Şahin Diniyev:
Şahin Diniyev: "Neftçi" pik nöqtəyə gəlməyib" - (Açıqlama)
12-02-2023, 18:16
Şahin Diniyev:
Şahin Diniyev: "Üç oyunun heç birində rəhbərlik deməyib ki, pis oynadınız"
31-01-2023, 22:11
Şahin Diniyev:
Şahin Diniyev: "Qvardiolanın, Mourinyonun nəyisə düz etmədiyini deməyimiz ayıbdır"
7-03-2023, 15:34
Əziyyəti böyük, haqsızlıq edilən,ən yaxşı məşqçilər sırasında olan Tərlan Əhmıədov -
Əziyyəti böyük, haqsızlıq edilən,ən yaxşı məşqçilər sırasında olan Tərlan Əhmıədov - Yazı
12-01-2023, 14:03
"Səbail" Çexiya klubuna qarşı - Yoxlama oyunu
3-01-2023, 08:39
Şahin Diniyevin köməkçiləri müəyyənləşdi
Şahin Diniyevin köməkçiləri müəyyənləşdi
7-08-2022, 07:07
Mahmud Qurbanov və komandasından cəsarətli oyun - YAZI
Mahmud Qurbanov və komandasından cəsarətli oyun - YAZI
23-06-2022, 14:29
Biz Yaşar Vahabzadəyə inanırıq
Biz Yaşar Vahabzadəyə inanırıq
10-02-2022, 09:33
Coşqun Diniyev:
Coşqun Diniyev: "Biz sensasiya olmasını istəmirik" (Eksklüziv)
7-02-2022, 18:04
Şahin Diniyev:
Şahin Diniyev: "Qarabağ"ın qol sarıdan problemi var"
12-01-2022, 18:22
"Antalyaspor"un baş məşqçisi Nuri Şahin Mahir Emreliyə zəng vurdu
  Xəbər Lenti
Millimizin baş məşqçisi Xetaq Qazyumov ən yaxşı seçildi 26.04.2026, 16:20
"Qalatasaray" fransız futbolçunu transfer etməyəcək - Transfer xəbərləri 26.04.2026, 15:39
"Şamaxı" - "Kəpəz": Heyətlər açıqlandı 26.04.2026, 14:37
"Neftçi" – "Qarabağ"a qarşı - YENİLƏNİR 26.04.2026, 14:00
Milimizin üzvü Vüsal oynadı, komandası səfərdə uduzdu 26.04.2026, 13:08
"Arsenal" - "Nyukasl" 1:0 - VİDEO 26.04.2026, 12:06
Fransa klubu “Trua” Liqa 1-ə yüksəldi - Xarici xəbərlər 26.04.2026, 11:05
Komitə rəhbəri VAR müdaxiləsi ittihamı ilə istintaqa cəlb olundu - İtaliya A və B Seriyası 26.04.2026, 10:13
Azərbaycan güləşçisi Avropa çempionu oldu 26.04.2026, 09:31
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
4-04-2026, 07:19
Hakim Əliyer Ağayevdən
Hakim Əliyer Ağayevdən "Turan Tovuz"a qarşı şərəfsizlik, Ehtiram Quliyevdən haqlı irad - YAZI
8-04-2026, 15:57
"İmişli" klubunu ayaqda saxlayan, yaşadan Kamran Eyyubov -YAZI
1-04-2026, 17:15
Gəncə futbolunu və
Gəncə futbolunu və"Kəpəz"i yüksəlişə aparan rəhbərlik və idarə heyəti - YAZI
23-04-2026, 15:09
"Real"ın futbolçusu Arda Güler sıradan çıxdı - Xarici xəbərlər
22-04-2026, 13:15
“Sabah” “Qarabağ”a qarşı –
“Sabah” “Qarabağ”a qarşı – YENİLƏNİR
22-04-2026, 10:13
"Qarabağ" akademiyasının rəsmiləri İsveçrədə - FOTO
22-04-2026, 11:01
"Çelsi" 32 il sonra antirekordunu təkrarladı - Xarici xəbərlər
23-04-2026, 11:31
“Real”da Dani Karvahalla baş məşqçi Alvaro Arbeloa arasında qalmaqal -
“Real”da Dani Karvahalla baş məşqçi Alvaro Arbeloa arasında qalmaqal - Xarici xəbərlər
22-04-2026, 15:09
Azərbaycan millisinin baş məşqçisi ilə yollar ayrıldı
Azərbaycan millisinin baş məşqçisi ilə yollar ayrıldı
22-04-2026, 12:15
Ronaldonun oğlunu
Ronaldonun oğlunu "Əl-Nəsr" əsas komandaya cəlb edə bilər - Transfer xəbərləri
20-04-2026, 15:44
Salah  “Liverpul”la vidalaşdı -
Salah “Liverpul”la vidalaşdı - Xarici xəbərlər
22-04-2026, 16:12
"Qarabağ"ın qapıçısı Fabyan Buntiç Avropa klublarının diqqətini çəkib
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb