FutbolMedia.Az
  • 21:26 Bazar ertəsi
    23 Noyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Rəşad Sadıqov:

Rəşad Sadıqov: "Bu mövsüm çox şanssızlıqlar yaşayırıq”

“Oyunu şərh eləmək çox çətindir. Bu gün qələbəyə köklənmişdik. Lakin matçın startı bizim üçün yaxşı alınmadı. Rəqibin ilk standart vəziyyəti qolla nəticələndi. Birinci hissədə böyük üstünlüyə malik idik. Xeyli qol şanslarımız oldu. Amma təəssüflər olsun ki, üstünlüyümüzü nəticədə əks etdirə bilmədik”.

Futbolmedia.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 32-ci turunda “Turan Tovuz”a 1:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.

Mütəxəssis bu mövsüm çox böyük şanssızlıq yaşadıqlarını bildirib: “Birinci hissədə də, fasilədə də futbolçular çox gərgin idilər. Çalışırıq ki, maksimum dərəcədə onları sakitləşdirək, ikinci hissəyə kökləyək. Amma ikinci hissə də eyni cür başladı. Vurulan qol, sayılmayan qol, qarışıq vəziyyətlər və s. Nəticədə ardıcıl 2 qol gördük qapımızda. Halbuki oyunun gedişatı başqa cür də ola bilərdi. Rəqib bu gün nə zərbə endirdisə, hamısı qol oldu. Bilmirəm, bu, mənim məşqçi taleyimdir, ya komandanın qisməti, amma bu il belədir. Çox çalışırıq, cəhd edirik, amma alınmır. Bu mövsüm çox şanssızlıqlar yaşayırıq”.

O, matçdan öncə cinah müdafiəçisi mövqeyində ciddi problem yaşadıqlarını söyləyib: “Oyundan əvvəl meydana buraxmağa cinah müdafiəçisi tapa bilmirdik. Qismət Alıyev və Sərtan Taşkın cəzalı idi, Donald Geryə isə zədəli. Slavik Alxasov isə zəhərlənmişdi. Cəmi 15 dəqiqə bu gün ondan istifadə edə bildik. Məğlubiyyətlə barışıb, önümüzə baxmalıyıq. Qarşıda bizi daha 4 tur gözləyir”.

Sadıqov 4-cü pillədəki “Qəbələ”dən 6 xal geri düşmələrinin belə şərh edib: “Onsuz da bundan əvvəlki turda baş verən hadisələrdə böyük işarələr var idi. Biz 94-cü dəqiqədə 100-də 100 qol epizodundan yararlana bilmədik. “Qəbələ”nin isə 94-cü dəqiqədə qapısına endirilən zərbə dirəkdən qayıtdı. Komanda sona 3 saniyə qalmış qələbə qolu vurdu. Adətən bu cür hallar basketbolda olur ki, sona 2-3 saniyə qalmış fərqlənirsən. Bu cür məqamlar futbolçularda da basqı yaratmışdı. Bu tur “Qəbələ” ilə xal fərqini azaltmaq istəyirdik. Lakin alınmadı, əksinə, xal fərqi 6-ya çatdı. Yenə deyirəm, bu mövsüm ciddi şanssızlıq yaşayırıq. Yəqin ki, bunun səbəbləri var və onları axtarış tapmalıyıq”.

“Zirə”ni çalışdırıcı ilk hissədə Rəhim Sadıqovun vurduğu qolun hesaba alınmamasının səbəbini bilmədiyini söyləyib: “Qolun hesaba alınmamasını başa düşə bilmədim. Xətdə baxdım, diaqonal qoymuşdular. Anlaya bilmədim. Bunun bir açıqlaması olsa, çox yaxşı olardı. Əminəm ki, eyni epizod qapımızda yaşansaydı, qol hesaba alınacaqdı. Yaxud birinci penaltidə hakim VAR-a çağırılmayacaqdı. Orada 8 dəqiqə vaxt getdi. Nə bilim... “Neftçi” ilə kubok oyunumuzda da Keyta 8 dəqiqə əlində topla gəzdi. Bu qədər VAR-a baxmazlar axı. 7-8 dəqiqə VAR-a baxmaq olar? Qolumuzun hesaba alınmamasını həqiqətən də anlaya bilmədim. Mənə elə gəldi ki, qol idi”.

1-05-2023, 22:47
18358
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
1-05-2023, 20:18
Şahin Diniyev:
Şahin Diniyev: "Sanki qorxaraq meydana çıxmışdıq"
29-04-2023, 21:13
Murad Musayev:
Murad Musayev:
15-04-2023, 09:43
Regekampf:
Regekampf: "Bu məğlubiyyət bizim üçün “soyuq duş” oldu"
8-04-2023, 23:16
Samir Abasov:
Samir Abasov: "Böyük qardaş kimi ona məsləhətimi verdim"
20-12-2022, 22:25
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Neftçi" nə vurdusa, qol oldu"
12-11-2022, 19:30
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Neftçi"ni bu mübarizədən silməyə tələsmək olmaz"
7-10-2022, 21:17
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Oyun başlayanda dəliyə çevrilir"
19-07-2022, 22:10
Franko Foda:
Franko Foda: "İlk hissədə "Qarabağ"ı saxlaya bilmirdik"
8-05-2022, 23:04
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Komandam bu gün uduzmaq istəmirdi
4-04-2022, 09:20
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Artıq hakimlərin qərarına təəccüblənmirəm"
7-02-2022, 18:20
Rəşad Sadıqovdan qələbə şərhi
Rəşad Sadıqovdan qələbə şərhi
21-08-2021, 21:00
Sənan Qurbanov:
Sənan Qurbanov: "Çempionatın startı bizim üçün ürəkaçan deyil"
  Xəbər Lenti
Dambrauskasla Hans Flikin mətbuat konfranslarının vaxtı bilindi 23.11.2026, 18:15
Yamal “Sabah”la matçı buraxacaq 23.11.2026, 17:28
"Sumqayıt" yaponiyalı futbolçu ilə yollarını ayırdı 23.11.2026, 17:00
Kamal Umudlu "Dinamo" - "Benfika" matçını idarə edəcək 23.11.2026, 16:02
“Rakuv”un baş məşqçisi Azərbaycan millisinin hücumçusu Mahir Emrelidən danışdı 23.11.2026, 15:18
Bəhlul Mustafazadə: "Mənfi seriyaya son qoymaq üçün əlimizdən gələni edəcəyik" 23.11.2026, 14:33
"Neftçi"nin futbolçusu: “Hədəfimiz qış çempionu olmaqdır” 23.11.2026, 14:07
"Sabah"la matçda "Barselona"ya kömək edə bilməyəcək 23.11.2026, 13:15
Qurban Qurbanov karyerasında 900-cü oyuna çıxdı 23.11.2026, 12:40
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
Ətraflı
3-11-2026, 13:08
Argentinalı müdafiəçi
Argentinalı müdafiəçi "Barselona"ya keçə bilər - Transfer xəbərləri
3-11-2026, 14:22
Elçin Məsiyevə UEFA-dan təyinat
Elçin Məsiyevə UEFA-dan təyinat
3-11-2026, 12:10
"Difai" - "Hypers" 3:1 - VİDEO
3-11-2026, 16:15
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı -
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı - Xarici xəbərlər
3-11-2026, 17:06
İngiltərə klubu baş məşqçisini qovdu -
İngiltərə klubu baş məşqçisini qovdu - Xarici xəbərlər
3-11-2026, 15:24
Azərbaycanın FİFA referisi Əliyar Ağayev
Azərbaycanın FİFA referisi Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
3-11-2026, 18:10
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi -
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi - Transfer xəbərləri
4-11-2026, 09:11
"Sabah"ın futbolçusu: "Biz rəqib haqqında nə qədər düşünürüksə, onlar da bizim haqqımızda bir o qədər düşünməlidirlər"
4-11-2026, 08:09
Dambrauskas:
Dambrauskas: “Hər bir futbolçu bizim yerimizdə olmaq istəyərdi”
4-11-2026, 10:13
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq -
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq - Xarici xəbərlər
4-11-2026, 11:04
Emre Belözoğlu
Emre Belözoğlu "Fənərbaxça"da - Rəsmi
4-11-2026, 14:05
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı -
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı - VİDEO
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
Ətraflı
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb