FutbolMedia.Az
  • 01:18 Şənbə
    18 İyul 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Rəşad Sadıqov:

Rəşad Sadıqov: "Oyun başlayanda dəliyə çevrilir"

"Çətin oyun alındı. Həftəboyu da futbolçulara deyirdim ki, rəqib son pillədə ola bilər, amma son turlarda göstərdiyi oyun və əzmkarlıq yaxşı idi. Bunu mütləq nəzərə almalıydıq. Futbolçularımızda da böyük diqqət, rəqibə böyük hörmət gördüm. İlk hissə bizim üçün ağır idi. Amma bir neçə qol vəziyyəti yaratdıq, istifadə edə bilmədik. İkinci hissədə oyun daha da sürətləndi. Standart vəziyyətdən fərqləndik. Önəmli, vacib qələbə qazandıq. Futbolçularımı təbrik edirəm. Bu oyunu görmək istəyirdim. 90 dəqiqə stabil, dinamik oynayan komanda gördüm".

Futbolmedia.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 9-cu turunda "Şamaxı"ya 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Ətraflı
O, qələbə qolunu vuran Dimitrios Çantakiasın çox danışdığını söyləyib: "Bu haqda onunla çox danışırıq. Bəzən faydası olur, bəzən olmur. Həyatda sakit biridir. Məşqlərdə heç kimlə konflikti olmur. Onu hamıdan çox istəyirlər. Oyun başlayanda dəliyə çevrilir. Daha səbirli olmalıdır".

Mütəxəssis bugünkü oyundan və nəticədən razı qaldığını vurğulayıb: "Əvvəlki matçlarda bəzi oyun kəsikləri məni qane etmirdi. "Turan Tovuz"la 60-cı dəqiqədən sonrakı oyunumuz məni qane etməmişdi. Amma bu gün sona qədər oynadılar".

O, Vaqif Paşayevi komandaya məsləhətçi, ağsaqqal kimi dəvət etdiklərini söyləyib: "Amma müəyyən problemlər yaşayırdıq. Bu, kateqoriya ilə bağlı idi. Pandemiya dövrü idi, xəstələnirdik. Həmin vaxtda ondan xahiş etdim ki, komandanın içində olsun və mən olmayanda, əvəzləsin. Vəzifəsindədir. Məsləhət edirik, onunla danışırıq".

R.Sadıqov turnir cədvəlindəki vəziyyətlə əlaqədar bildirib: "Sabah" əsas rəqibləri üzərində qələbələr qazanıb. Hər dövrəyə 16-18 xal yaxşı nəticədir. Müəyyən oyunlar oldu ki, mübarizədən qopduq. Turnir cədvəlinə baxdıqda, üçlükdəkilər favoritdir. Çox istəyərəm ki, komandam avrokuboklardan kənarda qalmasın. Bundan ötrü sona qədər mübarizə aparacağıq. Hər komandanın enişi və yüksəlişi olacaq. Bu iki oyun kritik idi. 1:7 uduzmuşduq, komandanın toparlanıb əzmkar rəqibləri üzərində qələbə qazanması vacib idi. "Sabah"a qarşı səfərdə oynayacağıq. Əlimizdən gələni edəcəyik ki, uğurlu nəticə ilə qayıdaq".

Mütəxəssis "Şamaxı"ya icarəyə verilən Cəlal Hüseynov haqda deyib: "Qərarı Cəlalın özünə buraxmışdım. O, getdikdən sonra mərkəz müdafiəçisi transfet etdik. Getməsəydi, etməzdik. Qərarını da dəstəklədim. Bu gün yaxşı oynadı. Heç kim zəmanət verə bilməz ki, "Şamaxı" sonuncu olacaq. İnanıram ki, daha yuxarı pillələr uğrunda mübarizə aparacaqlar. Cəlala da uğurlar arzulayıram. İnanıram ki, komandamıza döndükdə, daha yaxşı vəziyyətdə olacaq".

7-10-2022, 21:17
20727
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
8-10-2022, 21:53
Ayxan Abbasov:
Ayxan Abbasov: "Əzmkarlıq sayəsində xal qazandıq"
16-09-2022, 23:20
Regekampf:
Regekampf: "Hazırda nəticə o qədər də önəmli deyil"
8-05-2022, 23:04
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Komandam bu gün uduzmaq istəmirdi
4-04-2022, 09:20
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Artıq hakimlərin qərarına təəccüblənmirəm"
14-03-2022, 15:47
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Ürəyimdən keçən heç-heçə idi"
13-03-2022, 21:00
Aleksey Baqa:
Aleksey Baqa: "Sizin də məni qələbə münasibətilə təbrik edəcəyiniz oyun olacaq"
20-02-2022, 19:19
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Bütün futbolçularım qəhrəmandır"
7-02-2022, 21:55
Qurban Qurbanov:
Qurban Qurbanov: "Hakimlərə əsəbi deyildim"
7-02-2022, 18:20
Rəşad Sadıqovdan qələbə şərhi
Rəşad Sadıqovdan qələbə şərhi
31-10-2021, 18:40
Elmar Baxşıyev:
Elmar Baxşıyev: "Sırf ikinci yerə çıxmalıyıq kimi anlayış yoxdur"
21-10-2021, 23:35
Qurban Qurbanov:
Qurban Qurbanov: “Oyunçulara deyirdim ki...”
29-09-2021, 21:14
Qurban Qurbanov:
Qurban Qurbanov: "Omoniya" bizə sürpriz edə bilər"
  Xəbər Lenti
Qvardiola: “Həmişə Neymarla işləmək istəmişəm” 17.07.2026, 19:07
"Beşiktaş" Salah üçün hərəkətə keçdi - Transfer xəbərləri 17.07.2026, 18:05
"Şəfa" "İmişli" ilə qarşılaşır 17.07.2026, 16:13
"Zirə"dən ayrılan futbolçu Fransa klubunda 17.07.2026, 16:12
Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkü atıldı - YENİLƏNİR 17.07.2026, 15:28
“Qarabağ” SSKA-nı keçsə… - Mümkün rəqiblər 17.07.2026, 14:30
"Liverpul"dan Soboslai qərarı - Transfer xəbərləri 17.07.2026, 13:15
Kafu: “Ançelotti ən braziliyalı italiyalıdır” 17.07.2026, 12:13
Türkiyə millisinin futbolçusu "Yuventus"da - Rəsmi 17.07.2026, 11:30
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
5-07-2026, 11:06
Fransa və Mərakeş 1/4 finalda -
Fransa və Mərakeş 1/4 finalda - DÇ-2026
25-06-2026, 10:15
Azərbaycan klublarının yay transferləri -
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər
10-07-2026, 10:11
Mourinyo fransalı futbolçu Kamavinqa satılmasına razılıq verdi -
Mourinyo fransalı futbolçu Kamavinqa satılmasına razılıq verdi - Xarici xəbərlər
10-07-2026, 11:08
Gələnlər və gedənlər -
Gələnlər və gedənlər - Azərbaycan klublarının yay transferləri
9-07-2026, 23:10
Qurban Qurbanov Elvin Cəfərquliyevdən çox danışmaq istəmədi
Qurban Qurbanov Elvin Cəfərquliyevdən çox danışmaq istəmədi
10-07-2026, 09:20
Tahir Gözəl:
Tahir Gözəl: "İki qolun yeni futbolçulardan gəlməsi əlamətdar hadisədi" - VİDEO
10-07-2026, 20:16
Filipe Kandido “Sumqayıt” klubunun yeni baş məşqçisi oldu -
Filipe Kandido “Sumqayıt” klubunun yeni baş məşqçisi oldu - Rəsmi
15-07-2026, 19:12
"Real" "Çelsi"nin təklifini rədd etdi - Xarici xəbərlər
22-06-2026, 14:17
Marko Yankoviç “Qarabağ”da qalır!
Marko Yankoviç “Qarabağ”da qalır!
9-07-2026, 18:35
Karim Rossi “Qəbələ”də -
Karim Rossi “Qəbələ”də - Transfer xəbərləri
25-06-2026, 13:20
Edin Ceko 40 yaşında milli komandada 150-ci matçına çıxdı -
Edin Ceko 40 yaşında milli komandada 150-ci matçına çıxdı - DÇ-2026
19-06-2026, 08:07
Azərbaycan klublarının yay transferləri -
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb