FutbolMedia.Az
  • 03:16 Bazar
    9 Avqust 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
“Qarabağ”ın futbolçusu Yankoviç:

“Qarabağ”ın futbolçusu Yankoviç: “Arzum məhz “Qarabağ” kimi klubda oynamaq idi”

“Qarabağ”ın futbolçusu Marko Yankoviç peşəkar karyerasına Serbiyanın “Teleoptik” komandasında başlayıb.

Həmin ölkənin “Partizan” klubunun yetirməsi olan 27 yaşlı yarımmüdafiəçi karyerası ərzində bir neçə komandada çıxış edib.

O, Yunanıstanda “Olimpiakos”, Sloveniyada “Maribor”, İtaliyada “Spal”, “Krotone” kimi klubların formasını geyinib. 2021-ci ilin əvvəlində İsrailə yollanan orta sahə oyunçusu orada “Beytar” və Təl-Əviv “Hapoel”ində oynadıqdan sonra cari mövsümün əvvəlində “Qarabağ”a keçib.

2016-cı ildən Monteneqro millisinə çağırılan Marko Yankoviç “Report”un suallarını cavablandırıb.

Futbolmedia.az həmin müsahibəni təqdim edir...

- Artıq yarım ildir ki, “Qarabağ”dasınız. Kluba və Bakıya uyğunlaşa bilmisiniz?

- İlk növbədə onu deyim ki, özümü artıq uyğunlaşma prosesində görmürəm. Altı aydan bir qədər çox burada olmağıma baxmayaraq, sanki daha uzun müddətdir ki, “Qarabağ”da çıxış edirəm. Özümü kollektivə, insanlara, ölkəyə tam uyğunlaşmış hiss edirəm. İstənilən halda hər bir futbolçu yeni komandaya, ölkəyə yollandıqda uyğunlaşmasına zaman lazım olur. Komanda yoldaşlarını, ölkəni tanımaq vaxt alır. Amma mən bu prosesi çoxdan geridə qoymuşam.

- “Qarabağ”a transfer tarixçəniz maraqlıdır. Təklif gələndə Azərbaycan və ölkə futbolu barədə nələr bilirdiniz?

- “Qarabağ” haqda kifayət qədər məlumatım var idi. Ümumiyyətlə, Avropa futbolunu yaxından izləyən oyunçuyam. Monteneqro millisi də bir araya gəldiyi zaman futbolçular hər mövzudan söhbət edirlər. Məndən əvvəl Marko Veşoviç “Qarabağ”da idi. O da klub, yerli çempionat barədə danışırdı. Buna görə də bura gəldiyim zaman təəccüblü bir şeylə qarşılaşmadım. Çünki öncədən çox şeydən xəbərdar idim, ümumi mənzərə haqda təsəvvürüm var idi. Həm özüm bu transferdə maraqlı idim, həm də Veşoviçin dedikləri fikrimi qətiləşdirdi.

- Azərbaycan futbolu ilə bağlı diqqətinizi çəkən əsas çatışmazlıq kimi nəyi vurğulaya bilərsiniz?

- Mənə elə gəlir ki, çatışmayan yeganə cəhət Azərbaycan çempionatının oyunlarında azarkeşlərin az olmasıdır. Futbol azarkeşsiz heç nədir. Xüsusən də, yerli çempionatda “Qarabağ”ın matçlarına daha çox azarkeşin gəlməsini istərdim. Çünki “Qarabağ” həm ümumi klub olaraq, həm də rəhbərlik, məşqçi və futbolçu səviyyəsində ölkədə futbolun populyarlaşması üçün çox iş görür. Stadionda daha çox azarkeş görmək xoş olardı.

- Serbiya, Yunanıstan, Sloveniya, İtaliya və İsrail kimi ölkələrdə çıxış etmisiniz. Azərbaycan futbolunu həmin ölkələrdən fərqləndirən nədir?

- Bəli, adlarını sadaladığınız ölkələrdə oynamışam. Müqayisə aparmaq bir az çətindir. Çünki hər bir klubun, ölkənin özünəməxsus özəllikləri var. Təbii ki, hər birinin mənfi və müsbət tərəfləri də mövcuddur. Amma hər şeyə pozitiv yanaşmağa çalışıram. Həm mənfi, həm də müsbət amillər mənim xarakter, şəxsiyyət olaraq formalaşmağımda rol oynayır. Bütün bunlardan müsbət cəhətləri götürərək, karyeramı doğru tərəfə yönəltməyə çalışıram.

- Bakıda gündəlik həyatınız necə keçir?

- Vaxtımızın çoxunu klubun bazasında keçiririk, məşq edirik. Gündəlik proqramımız əsasən bunlardan ibarətdir. Boş vaxtlarımda istirahət edirəm, ailəmlə birgə vaxt keçirirəm. Maraq dairəmdə olan xüsusi bir şey yoxdur.

- “Qarabağ” bu mövsüm daxili yarışlarda hələ məğlubiyyət üzü görməyib və UEFA Konfrans Liqasında pley-offa qədər irəliləyib. Bu dərəcədə uğurlu start gözləyirdiniz?

- “Qarabağ”a gəlməyimin əsas səbəblərindən biri də budur. Bilirəm ki, bu komanda daxili yarışlarda həmişə qarşısına ən yüksək məqsədləri qoyur. Ölkə çempionatını və kubokunu qazanmağı hədəfləyir, avrokuboklarda müntəzəm iştirak edir və orada da yaxşı nəticələr əldə edir. Çempionatda hələ məğlub olmamışıq, cəmi iki heç-heçəmiz var. Futbolda belə hallar normaldır. Gələcəkdə məğlub da ola bilərik. Əsas odur ki, məqsədimiz dəyişməzdir, qarşımıza həmişə ən yüksək hədəfləri qoyuruq. Mənim də arzum məhz “Qarabağ” kimi bir klubda oynamaq idi.

- Premyer Liqanın 10 oyununda meydana çıxmısınız, onun da 6-da start heyətində yer almısınız. Müntəzəm oynamamağınız sırf avrokuboklarda iştirakla bağlıdır, yoxsa əsl Yankoviçi hələ görə bilməmişik?

- Bu mövsüm avrokubok matçlarının 90-95 faizində iştirak etmişəm. Düşünürəm ki, əsas səbəb budur. Avrokuboklarda müntəzəm heyətdə yer aldığım üçün daxili yarışlarda çox oynamadım. İstənilən halda bu sual baş məşqçiyə verilsə, daha yaxşı olar. Çünki kimin oynayacağına o qərar verir. Hər məşqdə, oyunda yüz faiz gücümü ortaya qoymağa çalışıram. Məncə, bütün futbolçular belə edirlər. İnkişaf etmək istəyən hər bir oyunçu məşqlərdə, oyunlarda əlindən gələni etməli, maksimum gücünü göstərməlidir. Komandasını zirvələrdə görmək istəyən istənilən futbolçu bu cür yanaşmalıdır. Bəzən yaxşı, bəzən çox yaxşı, bəzən isə pis oynaya bilərəm. Ancaq yenə də hər növbəti görüşdə ən yaxşısını eləməyə çalışıram.

- UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika təmsilçisi “Gent” önündə şanslarınızı necə görürsünüz?

- Düzdür, “Gent”lə oyunlara hələ çox vaxt var. Amma qeyd eləməliyəm ki, qarşımızda çox ciddi rəqib, yaxşı komanda var. Biz də həmin matçlara yaxşı hazırlaşacağıq, onlara layiqli müqavimət göstərməyə çalışacağıq.

- Komandanızın potensialı bu turnirdə hara qədər irəliləməyə imkan verir?

- Qarşımızda hələ “Gent” kimi güclü rəqib var. Əvvəlcə Belçika klubu ilə matçları düşünməliyik. Addım-addım irəliləmək, hədəfə doğru getmək istəyirik. Pley-off sistemində yaxşı oyun sərgiləsən belə, xırda bir səhv səni yarışdan kənarda qoya bilər. Buna görə də hər dəfə qarşımızdakı ilk matça baxmalıyıq.

- Qətərdə keçirilən dünya çempionatı artıq finişə yaxınlaşır. Oyunlar və nəticələr ürəyinizcədir?

- Çox maraqlı dünya çempionatı izləyirik. Çünki çoxlarını təəccübləndirən hesablar qeydə alınır. Futbolda hər cür nəticəyə hazır olmaq lazımdır. Bu mundialda da qələbə gözlədiyimiz komandalar məğlubiyyətə uğrayır, zəif hesab olunanlar qalib gəlir. Məsələn, Mərakeş yığması hamını təəccübləndirir. Argentina, Fransa və Xorvatiyanın yarımfinala çıxması öncədən gözlənilirdisə, Mərakeşin orada olması sürprizdir. Onlar yaxşı oynamaqla yanaşı, dünya çempionatına yeni nəfəs gətiriblər.

- Favoritiniz hansı komandadır?

- Lionel Messinin oyununun pərəstişkarı olduğum, onu şəxsiyyət kimi bəyəndiyim üçün dünya çempionatında Argentina millisinə azarkeşlik edirəm. Onlar bu titulu qazana bilərlər. Bizə qonşu ölkə olan Xorvatiyaya da uğurlar arzulayıram. Bu komandanın da uğuruna sevinərəm. Deyim ki, dünya çempionatını xüsusi gərginliklə izləmirəm. Oyunlara rahat baxıb, zövq almağa çalışıram. Ümid edirəm ki, Messinin lideri olduğu Argentina kuboku götürəcək. Əgər onlar yarımfinalda uduzsalar, Xorvatiyanın çempionluğunu arzulayacağam. Yarımfinalda Mərakeşlə qarşılaşacaq Fransa da çox güclüdür. Onlar son dünya çempionudurlar, yenidən titulu qazanmaq imkanları var. Mərakeş isə azarkeşləri təəccübləndirməkdə davam edə bilər. Onlardan hər şey gözləmək olar.

13-12-2022, 15:11
15624
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
19-10-2022, 14:38
Mahir Emreli:
Mahir Emreli: "Haqqımda yazılan yalan xəbərlərə alışmışam" - Müsahibə
7-10-2022, 01:29
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bu qalibiyyət hələ heç nə demək deyil"
4-10-2022, 15:15
Rəhman Hacıyev:
Rəhman Hacıyev: "Azarkeşlərin istədiyini vermək üçün daha çox oynamalıyam"
12-09-2022, 13:37
“Nant”ın baş məşqçisindən “Qarabağ”la oyun haqda açıqlama
“Nant”ın baş məşqçisindən “Qarabağ”la oyun haqda açıqlama
25-08-2022, 14:01
Filip Ozobiç:
Filip Ozobiç: "Hər iki oyunda "Viktoriya"dan güclü idik"
11-05-2022, 12:49
Aftandil Hacıyev:
Aftandil Hacıyev: "Səbail" klubunun rəhbərliyi də, qalmağımı istəyir"
3-11-2021, 13:23
Kadi:
Kadi: "Həmin gün döyüşçülər kimi vuruşduq"
22-10-2021, 17:00
Kamal Bayramov:
Kamal Bayramov: “Maksimum nətcə üçün meydanda vuruşacağıq“
21-10-2021, 18:03
Nicat Qurbanov:
Nicat Qurbanov: "İnanıram ki,yaxın günlərdə Sənan müəllim məni meydana buraxacaq“
17-10-2021, 11:06
"Neftçi"nin futbolçusu Xorxe Korrea: "Samir Abasov mənə inandı"
21-09-2021, 16:05
Mahir Emreli:
Mahir Emreli: "Polşa çempionatı karyeramda dayanacaqdır"
1-07-2021, 11:09
"Qarabağ"ın yeni transferi Malinovski : "Portuqaliyada bəzi tanışlardan soruşdum"
  Xəbər Lenti
AFFA nümayəndəsinə UEFA-dan təyinat 6.08.2026, 18:05
"Real" 140 milyon avroluq transferi bitirir - Transfer xəbərləri 6.08.2026, 17:03
"Araz-Naxçıvan" Slavik Alxasova qapını göstərdi 6.08.2026, 16:10
"Qarabağ"ı Polşada neçə azarkeş dəstəkləyəcək? 6.08.2026, 15:18
“Qarabağ”da yeni məşqçi təyinatları 6.08.2026, 14:27
PSJ-nin sabiq futbolçusu Səudiyyə Ərəbistan klubundan gedir - Xarici xəbərlər 6.08.2026, 14:05
“Mançester Yunayted” İtaliya millisinin üzvünü heyətinə qatır - Transfer xəbərləri 6.08.2026, 13:13
"Qarabağ" "Dinamo"ya qarşı - YENİLƏNİR 6.08.2026, 12:31
"Roma"nın futbolçusu La Liqa klubunda - Transfer xəbərləri 6.08.2026, 12:00
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
24-07-2026, 17:10
ÇSKA -
ÇSKA - "Qarabağ" matçının biletləri satışa çıxarıldı
24-07-2026, 19:15
Kloppdan Almaniya millisinin baş məşqçisi oldu -
Kloppdan Almaniya millisinin baş məşqçisi oldu - Xarici xəbərlər
24-07-2026, 18:11
"Zirə"dən ayrılan Leroy Mikels Almaniya klubuna keçdi - Transfer xəbərləri
25-07-2026, 18:06
De Bruyne “Napoli”dən ayrıla bilər -
De Bruyne “Napoli”dən ayrıla bilər - Xarici xəbərlər
25-07-2026, 15:30
"Çelsi" 18 yaşlı futbolçu üçün 40 milyon avro ödəməyə hazırdır - Transfer xəbərləri
26-07-2026, 13:15
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir -
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir - Transfer xəbərləri
26-07-2026, 09:17
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
28-07-2026, 14:39
"Qarabağ" FK və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
28-07-2026, 13:18
"Real"da ciddi itki - Xarici xəbərlər
27-07-2026, 15:29
Makqreqor bir illik sıradan çıxıb
Makqreqor bir illik sıradan çıxıb
26-07-2026, 08:04
"Kəpəz"də zambiyalı futbolçu - Transfer xəbərləri
28-07-2026, 11:07
"Mançester Siti" qolkiperini "Lids"ə satır - Transfer xəbərləri
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb