FutbolMedia.Az
  • 04:59 Cümə
    10 İyul 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Qurban Qurbanov:

Qurban Qurbanov: “Oyunçulara deyirdim ki...”

“Furbolçularımı təbrik edirəm. Çox yaxşı komandaya qarşı oynadıq”.

Futbolmedia.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının qrup mərhələsinin III turunda “Kayrat”la keçirilən oyundan (2:1) sonra mətbuat konfransında deyib.

O, komandasının çıxışını dəyərləndirib: “Rəqib standart vəziyyətlərdən yaxşı yararlanan kollektivdir. Hücumlara çox tez çıxırdılar. İlk yarıda onlar, ikinci hissədə isə biz onlara çətinliklər yaratdıq. Bu gün futbolçuların daha istəkli olduğunu gördüm. Möhtəşəm azarkeşlərə təşəkkür edirəm. Onların yanımızda olması futbolçulara güc verdi. Hər birinə təşəkkür edirəm”.

49 yaşlı mütəxəssis qrupdan çıxmaq şanslarını dəyərləndirib: “3 oyun 9 xal deməkdir. İki səfər oyunumuz qalıb. Rəqiblər həddindən artıq ciddi yanaşacaqlar. Bu turnirdə və 3 xallıq sistemdə arxayınlaşmaq olmaz. Rəqibin “Bazel”ə 2:4 hesabı ilə uduzması bizi aldatmalı deyil. Bakıda daha yaxşı oynadılar. Qrupdakı hər üç xal bizim üçün üstünlükdür. Qarşıdakı oyunlara ciddi yanaşmalı və inamımızı artırmalıyıq. Oyunçular daha peşəkar olmalıdırlar”.

Qurbanov rəqiblərin müdafiədən oynamasının onlara çətinlik yaratdığını söyləyib: “Oyunu adətən rəqib zonada qurmaq istəyirik. Hər halda futbolçularımız belə olanda daha tez böyüyürlər. Biz hücumda olanda da müdafiəni düzgün qurmalıyıq. Arxa xətdəki oyunçulardan çox şey asılıdır".

Təcrübəli baş məşqçi görüş ərzində səbirli olduqlarını sözlərinə əlavə edib: "Mən oyunçulara da deyirdim ki, öz oyunumuzdan əl çəkməyək. Müdafiə olunan komanda təzyiq çox olanda səhvlərə yol verir. Biz sonadək mübarizə aparmalıyıq. 3:0 öndə olsaq belə, tempi qorumalıyıq. Sonradan meydana çıxanlar da özlərini yaxşı tərəfdən göstərdilər. Əzmkarlıq hesabına qələbə qazandıq".

Mütəxəssis uzun müddətdir zədədən əziyyət çəkən müdafiəçi Bədavi Hüseynovun komandanın əsas futbolçularından biri olduğunu söyləyib: "İnanıram ki, qayıdanda özünü yaxşı tərəfdən göstərəcək. Onun heyətə düşməyində özündən daha çox şey asılı olacaq".

Qurbanov hər oyunçunun qoluna sevindiyini vurğulayıb: "Gizlətməyəcəyəm, Ramil Şeydayevin qoluna daha çox sevinirəm. Onun əzmkarlığı göz önündədir. Abbas Hüseynov isə bu qoldan sonra özünəinamı artıra bilər. Son vaxtlar futbolçulardan əzmkarlığı daha çox tələb edirəm. İnanıram ki, bu olan yerdə nəticə olacaq. Mən onlara güvənirəm və inanıramsa, nəticə də tələb edirəm. Hər oyunda qalib gəlsək, futbolçulardan daha çox razı qalacağam”.

21-10-2021, 23:35
22388
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
20-10-2021, 14:30
Qurban Qurbanov:
Qurban Qurbanov: "Kayrat"a qalib gəlmək üçün daha istəkli olmalıyıq"
17-10-2021, 21:16
Qurban Qurbanov:
Qurban Qurbanov:
1-10-2021, 01:26
Qurban Qurbanov:
Qurban Qurbanov: "Mən daha çətin oyun gözləyirdim"
29-09-2021, 21:14
Qurban Qurbanov:
Qurban Qurbanov: "Omoniya" bizə sürpriz edə bilər"
20-09-2021, 21:52
Qurban Qurbanov:
Qurban Qurbanov: "Şeydayev qarşıda daha yaxşı olacaq"
16-09-2021, 23:14
Qurban Qurbanov:
Qurban Qurbanov: “Düşünürəm ki, oyunçular sonadək tempi saxlaya bildilər“
15-09-2021, 17:40
Qurban Qurbanov:
Qurban Qurbanov: “Bütün oyunlarımızın bu səviyyədə keçməsini istəyirəm”
12-09-2021, 22:50
Qurban Qurbanov:
Qurban Qurbanov: ”Bu məni bir az narahat edir”
27-08-2021, 02:10
Qurban Qurbanov:
Qurban Qurbanov: "Həqiqətən çox möhtəşəm qalibiyyət oldu"
25-08-2021, 22:16
Qurban Qurbanov:
Qurban Qurbanov: "Neçə matçdır ki, ağır yol gəlmişik"
19-08-2021, 22:42
Qurban Qurbanov:
Qurban Qurbanov: “Futbolçuları diqqətli olmağa çağırırdım“
4-08-2021, 22:02
Qurban Qurbanov:
Qurban Qurbanov: "Ümid edirəm ki, onlar oyuna hazırdır"
  Xəbər Lenti
Husam Hasan 2030-cu ilə qədər Misir millisinin baş məşqçisi qalacaq - Xarici xəbərlər 9.07.2026, 16:11
"Mançester Yunayted" yeni stadionunun görüntüləri - "Old Trafford" 9.07.2026, 15:29
Yeni transfer "Qarabağ"ın düşərgəsinə nə vaxt qoşulacaq? 9.07.2026, 14:27
Vlahoviç “Barselona”dan təklif gözləyir - Transfer xəbərləri 9.07.2026, 13:25
"Yuventus Argentina millisinin qapıçısı Emiliano Martínez ilə razılığa gəldi - Transfer xəbərləri 9.07.2026, 12:32
Azərbaycan UEFA reytinqində neçəncidir? 9.07.2026, 12:00
Arbeloa “Real”ın 3 futbolçusunu “Fulhem”ə gətirmək istəyir - Transfer xəbərləri 9.07.2026, 11:09
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər 9.07.2026, 10:08
"Qarabağ" (Azərbaycan) - "Vestri" (İslandiya) - YENİLƏNİR 9.07.2026, 09:16
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
5-07-2026, 11:06
Fransa və Mərakeş 1/4 finalda -
Fransa və Mərakeş 1/4 finalda - DÇ-2026
25-06-2026, 10:15
Azərbaycan klublarının yay transferləri -
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər
22-06-2026, 14:17
Marko Yankoviç “Qarabağ”da qalır!
Marko Yankoviç “Qarabağ”da qalır!
10-06-2026, 14:36
Bu legionerlər legioner
Bu legionerlər legioner "Karvan-Yevlax"dan ayrıldı
10-06-2026, 18:03
“Barselona” Reşfordu birdəfəlik transfer edəcək -
“Barselona” Reşfordu birdəfəlik transfer edəcək - Transfer xəbərləri
15-06-2026, 14:33
"Kəpəz"in qapıçısı "Şəfa"ya keçdi
12-06-2026, 16:09
Ozobiç “Zirə”də oynayacaq
Ozobiç “Zirə”də oynayacaq
25-06-2026, 13:20
Edin Ceko 40 yaşında milli komandada 150-ci matçına çıxdı -
Edin Ceko 40 yaşında milli komandada 150-ci matçına çıxdı - DÇ-2026
12-06-2026, 17:15
"Qəbələ"dən ayrılan Murad Musayev "Şəfa"da
14-06-2026, 11:02
“Arsenal” argentinalı futbolçu ilə maraqlanır -
“Arsenal” argentinalı futbolçu ilə maraqlanır - Xarici xəbərlər
23-06-2026, 14:35
"Turan Tovuz" futbolçusu Ayxan Hüseynovla yollarını ayırdı - Rəsmi
10-06-2026, 13:17
“Barselona”nın futbolçusu “Çelsi” və “Mançester Yunayted”in hədəfində -
“Barselona”nın futbolçusu “Çelsi” və “Mançester Yunayted”in hədəfində - Transfer xəbərləri
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb