FutbolMedia.Az
  • 18:29 Cümə axşamı
    12 Noyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Qurban Qurbanov:

Qurban Qurbanov: "Nəticə bizim üçün vacib idi"

"Maraqlı oyun oldu. Azarkeşlər matçdan zövq aldılar. Nəticə bizim üçün vacib idi".

Futbolmedia.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Neftçi"yə 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VIII tur oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis ilk hissədə oyunçular arasında bəzi anlaşılmazlıqların olduğunu bildirib: "Buna normal baxıram. Futbolçular uzun müddət birlikdə deyil. Hər iki komanda çoxlu qol epizodları yaratdı. İlk dəqiqələrdən açıq futbol gedirdi. Rəqibin hər üzvünün ustalıq səviyyəsi və stadiondakı atmosfer də yaxşı idi. Belə azarkeş önündə oynamaq xoş oldu. Rəqibə uğurlar arzulayıram. Hesaba baxmayaraq çox səhvlərimiz oldu. Qarşıdakı matçlarda daha diqqətli olacağıq. Gələcəkdə daha diqqətli olmağa çalışacağıq".

Baş məşqçi rəqibin texnikalı oyun sərgilədiyini diqqətə çatdırıb: "Neftçi"nin öz oyun üslubu var. Hər bir detalı açıqlasam, düzgün çıxmaz. Bəzi elementlərə hazırlaşmışdıq, pis də alınmırdı. Ümumilikdə yaxşı texniki futbol göstərməyi bacarırlar. Futbolçu seçimləri də maraqlıdır. Özlərini meydanda çox rahat hiss edirlər. Bu, hər bir komanda üçün çox vacibdir. “Neftçi” elə komandadır ki, istənilən rəqibə 5-6 qol vura bilər. Diqqətsiz yanaşsaq, hansısa epizodu nəzərdən qaçırsaq, cəzalanacağıq. İlk hissədə də belə oldu. Vaxt keçdikcə onları öz meydanlarında qarşılamağa başladıq. “Neftçi”yə qarşı oynamaq mənə xoşdur".

Qurbanov "Olimpiakos"la Avropa Liqasındakı matç barədə danışıb: "Azarkeşlərimiz həmişə bizə inanırlar və bütün matçlarda qələbə gözləyirlər. Onların bu istəyi bizi daha məsuliyyətli edir. Biz də çalışırıq ki, istənilən rəqib önündə yaxşı nəticə əldə edək. Mənim üçün bu qarşılaşmaya hazırlaşmaq çətin olacaq. Çünki "Olimpiakos"un yeni baş məşqçisinin hansı üslubda oyun seçəcəyini bilmirəm. Əməkdaşımız Yunanıstandadır, onların çempionat oyununu izləyəcək. Qələbə qazanmaq şansımız varsa, bundan maksimum istifadə edəcəyik".

Mütəxəssis Marko Yankoviçin yüngül zədəsinin olduğunu deyib: "Monteneqro millisinin düşərgəsində zədə almışdı. Bu gün sanki yaxşı idi. İsinmə hərəkətlərindən sonra ağrı hiss etdi".

Baş məşqçi dekabradək sıx qrafiklə oynayacaqlarını bildirib: "Burada psixoloji yorğunluq, zədələr var. Vacib dönəmə başlayırıq. Əldə edəcəyimiz hər xal önəmlidir. İstənilən komanda ilboyu eyni formada ola bilməz. Düşünmədiyimiz rəqiblərlə matçlarda belə xal itirə bilərik. Komandanın performansını qorumağa çalışacağıq. “Sabah” və digərləri də bu çempionatda mübarizə aparacaq. Çox gərgin mübarizə gedəcək".

1-10-2022, 20:34
22457
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
7-09-2022, 21:55
Qurban Qurbanov:
Qurban Qurbanov: “Frayburq”un bütün futbolçularının adlarını əzbər bilirəm”
21-05-2022, 22:30
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bütün futbol camiəsi sağ olsun”
7-02-2022, 21:55
Qurban Qurbanov:
Qurban Qurbanov: "Hakimlərə əsəbi deyildim"
19-11-2021, 21:30
Qurban Qurbanov:
Qurban Qurbanov: "Qarşılaşmanın sonluğu aşağı səviyyədə oldu"
4-11-2021, 22:20
Qurban Qurbanov:
Qurban Qurbanov: "Futbolçularım böyük zəfər qazandı"
20-10-2021, 14:30
Qurban Qurbanov:
Qurban Qurbanov: "Kayrat"a qalib gəlmək üçün daha istəkli olmalıyıq"
1-10-2021, 01:26
Qurban Qurbanov:
Qurban Qurbanov: "Mən daha çətin oyun gözləyirdim"
29-09-2021, 21:14
Qurban Qurbanov:
Qurban Qurbanov: "Omoniya" bizə sürpriz edə bilər"
16-09-2021, 23:14
Qurban Qurbanov:
Qurban Qurbanov: “Düşünürəm ki, oyunçular sonadək tempi saxlaya bildilər“
12-09-2021, 22:50
Qurban Qurbanov:
Qurban Qurbanov: ”Bu məni bir az narahat edir”
18-08-2021, 18:29
Qurban Qurbanov:
Qurban Qurbanov: "Əvvəllər bizi ciddiyə almırdılar, işimiz asanlaşırdı"
8-07-2021, 15:00
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bu oyun mənim üçün çox vacib idi"
  Xəbər Lenti
“Barselona” “Mançester Siti”nin müdafiəçisini istəyir - Transfer xəbərləri 12.11.2026, 18:11
PSJ argentinalı üçün hərəkətə keçdi - Transfer xəbərləri 12.11.2026, 17:09
Hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza - AFFA İntizam Komitəsi 12.11.2026, 16:07
Ferdinand “Mançester Yunayted”in xilasını argentinalı məşqçidə görür - 12.11.2026, 15:06
“Beşiktaş” Serbiya millisinin üzvünü istəyir - Transfer xəbərləri 12.11.2026, 14:10
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar 12.11.2026, 13:34
Fransalı futbolçu məşq zamanı vəfat edib - Xarici xəbərlər 12.11.2026, 12:11
Harri Keyn: “Bavariya” olmasaydı, “Qızıl top”u qazana bilməzdim 12.11.2026, 11:28
Markus Reşford yenidən zədələndi - Xarici xəbərlər 12.11.2026, 11:06
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
3-11-2026, 13:08
Argentinalı müdafiəçi
Argentinalı müdafiəçi "Barselona"ya keçə bilər - Transfer xəbərləri
3-11-2026, 14:22
Elçin Məsiyevə UEFA-dan təyinat
Elçin Məsiyevə UEFA-dan təyinat
3-11-2026, 12:10
"Difai" - "Hypers" 3:1 - VİDEO
3-11-2026, 16:15
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı -
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı - Xarici xəbərlər
3-11-2026, 17:06
İngiltərə klubu baş məşqçisini qovdu -
İngiltərə klubu baş məşqçisini qovdu - Xarici xəbərlər
3-11-2026, 15:24
Azərbaycanın FİFA referisi Əliyar Ağayev
Azərbaycanın FİFA referisi Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
3-11-2026, 18:10
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi -
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi - Transfer xəbərləri
4-11-2026, 09:11
"Sabah"ın futbolçusu: "Biz rəqib haqqında nə qədər düşünürüksə, onlar da bizim haqqımızda bir o qədər düşünməlidirlər"
4-11-2026, 08:09
Dambrauskas:
Dambrauskas: “Hər bir futbolçu bizim yerimizdə olmaq istəyərdi”
4-11-2026, 10:13
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq -
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq - Xarici xəbərlər
4-11-2026, 14:05
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı -
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı - VİDEO
4-11-2026, 11:04
Emre Belözoğlu
Emre Belözoğlu "Fənərbaxça"da - Rəsmi
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb