FutbolMedia.Az
  • 16:33 Cümə
    9 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Qurban Qurbanov:

Qurban Qurbanov: "Futbolçularım böyük zəfər qazandı"

“Əvvəlcə futbolçularımız təbrik edirəm. Çox yaxşı komandaya qalib gəldik. Hər iki oyunda meydanda yaxşı mübarizə getdi”.

Futbolmedia.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının qrup mərhələsində səfərdə “Kayrat”a qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis Qazaxıstan klubuna 2:1 hesabı ilə qalib gəldikləri matçı belə şərh edib: “Dünən də qeyd etmişdim ki, daha yaxşı oynamalıyıq. Qələbə həddindən artıq vacib idi. Hava şəraitinə, meydançın duruma baxmayaraq, futbolçularım çətinliyə dözdü. Biz bu oyunda da müdafiədən oynamadıq. Çalışdıq ki, rəqib üzərində təzyiqi saxlayaq. Bəzi epizodları çıxmaq şərti ilə oyunumuzdan razıyam. Düşünürəm ki, futbolçularım böyük bir zəfər qazandı. “Kayrat”a da uğurlar arzulayıram”.

Qurbanov çempionatda daha çox Emil Balayevin, avrokubok oyunlarında isə Şahruddin Məhəmmədəliyevin oynamasına da aydınlıq gətirib: "Biz hər iki qapıçıya güvənirik. Sadəcə, Şahruddin meydanda olduğu matçlarda daha yaxşı oynamağa başladı, onunla davam etdik. Amma çempionat oyunlarının çoxunda qapıda Emil Balayev durur. Hər iki qapıçıya güvənirəm. Deməzdim ki, Qazaxıstan çempionatı ilə Azərbaycan çempionatı arasında böyük fərq var. Hər iki qapıçının daim oyun təcrübəsini qoruyub saxlamasına şərait yaradırıq.

Baş məşqçi "Bu gün Abdullah Zubirin ən yaxşı halda 45 dəqiqə oynayacağı ehtimal edilirdi, zədəli olduğu deyilirdi. Halbuki Zubir 90 dəqiqə meydanda oldu, qol da vurdu Bu, məşqçi hiyləgərliyi idi?" sualını belə cavablandırıb: "Heç vaxt yalan danışmamışıq, hiyləgərliklər də etməmişik. Sadəcə, “Neftçi” ilə matçın sonuna 2 dəqiqə qalmış Zubiri meydandan çıxardıq. Hətta əvəzetmələrimiz də bitmişdi. Yalan danışmağı xoşlamırıq. Açıqlama da həmin görüşün sabahı olmuşdu. Həmən fikrimizi bildirə bilməmişdik ki, nə qədər oynaya bilər və ya iştirakı sual atındadır. Buna görə ehtiyatlanırdıq. Bəzən düşünmədiyin zədələr olur. “Neftçi” ilə matçdan sonra Zubirdə kiçik problem var idi. Amma iki gün sonra özünə gəldi. Ola bilər ki, yorğunluqdan irəli gəlirdi. Çox ağır oyun olmuşdu".

Qurbanov bu oyunda zədələnən Kadi Borgesin durumundan da danışıb: “Durumu elə də pis deyil. Bir az başı gicəllənir. Çünki başından güclü zərbə alıb. Amma çox da ciddi problem olacağını düşünmürəm”.

O, bütün görüşlərə eyni istək və düşüncə ilə çıxdıqlarını əlavə edib: "Bu gün rəqibi daha çox təzyiq altında saxlamağa çalışdıq. Futbolçularım ancaq bu cür böyüyə bilər. Bunu onlardan tələb edirəm. Müasir futbolda bu amil çox önəmlidir.

Komandam bu gün məğlub da olsaydı, belə xarakter göstərsəydi, onlardan razı qalacaqdım. İlk hissədə bizim də çoxlu qol şanslarımız oldu, rəqibin də. Bu da futbolun gözəlliklərindən biridir. Təbii ki, qapımız qarşısında yaradılan qol epizodlarına görə yalnız müdafiəçiləri qınamaq doğru olmaz. Burada rəqib futbolçuların ustalıq səviyyəsini də nəzərə almaq lazımdır. Məsələn, “Kayrat”ın heyətində Vaqner Lav, Xose Kante kimi usta oyunçular var. 90 dəqiqə ərzində futbolçunun bir-iki epizodda rəqib oyunçunu “itirməsi”ni başa düşmək olar. Amma bütövlükdə matçın hər iki hissəsindən razı qaldım”.

Qurbanov "Qarabağ"ın prezidenti Tahir Gözəlin komandanın Konfrans Liqasında finaladək irəliləyə biləcəyinə dair fikirlərinə də münasibət bildirib: "Klub prezidenti demişdi ki, "Qarabağ"ın finaladək getməsini çox istəyir. Bu gün də komandasına inanır. Qrupun ilk oyununda bildirmişdim ki, hər bir komanda növbəti mərhələyə çıxa bilər. Bizim uğurlarımız davam edir. Daha yaxşı nəticələr qazanmaq üçün gücümüz və istəyimiz var. İstənilən rəqibə qarşı oynamağa hazırıq".

“Qarabağ”ın baş məşqçisi bu görüşün keçirdildiyi "Ortalık" stadionunun ot örtüyü barədə də danışıb: "Bu gün bir az donmuşdu. Bəzən top daha sürətli gedirdi. Amma get-gedə futbolçular şəraitə uyğunlaşdılar. Ot örtüyü çox yaxşı idi".

Baş məşqçi soyuq havaya baxmayaraq, stadiona toplaşan azarkeşlərə təşəkkür edib: "Matçın sonlarında da bizi alqışladılar. Burada olmaq çox xoş oldu. Biz qardaş xalqıq. Bunu oyun zamanı da hiss etdik. Bizə qarşı isti münasibət göstərdilər. Mən komandamın topa daha çox sahib olmasını xoşlayıram. "Barselona"nın azarkeşiyəm".

4-11-2021, 22:20
21857
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
3-11-2021, 17:08
Qurban Qurbanov:
Qurban Qurbanov: "Uğurlu seriyamız bir tərəfdən narahatlıq yaradır"
30-10-2021, 21:10
Qurban Qurbanov:
Qurban Qurbanov: "Amma etirazlarımı bildirdim "
25-10-2021, 21:33
Qurban Qurbanov:
Qurban Qurbanov: "Uğurlu oyunlar bizi yoldan çıxara bilər"
21-10-2021, 23:35
Qurban Qurbanov:
Qurban Qurbanov: “Oyunçulara deyirdim ki...”
20-10-2021, 14:30
Qurban Qurbanov:
Qurban Qurbanov: "Kayrat"a qalib gəlmək üçün daha istəkli olmalıyıq"
17-10-2021, 21:16
Qurban Qurbanov:
Qurban Qurbanov:
1-10-2021, 01:26
Qurban Qurbanov:
Qurban Qurbanov: "Mən daha çətin oyun gözləyirdim"
29-09-2021, 21:14
Qurban Qurbanov:
Qurban Qurbanov: "Omoniya" bizə sürpriz edə bilər"
20-09-2021, 21:52
Qurban Qurbanov:
Qurban Qurbanov: "Şeydayev qarşıda daha yaxşı olacaq"
12-09-2021, 22:50
Qurban Qurbanov:
Qurban Qurbanov: ”Bu məni bir az narahat edir”
19-08-2021, 22:42
Qurban Qurbanov:
Qurban Qurbanov: “Futbolçuları diqqətli olmağa çağırırdım“
15-08-2021, 20:14
Qurban Qurbanov:
Qurban Qurbanov: "Nə qədər imkanım var, hər bir yerli futbolçuya şans yaradacağam"
  Xəbər Lenti
"Mingəçevir" klubunda maliyyə problemi 9.10.2026, 16:25
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu - 9.10.2026, 15:43
"Araz-Naxçıvan" - "Kəpəz" - Heyətlər 9.10.2026, 15:02
“Neftçi” – “Sabah”a qarşı - YENİLƏNİR 9.10.2026, 14:00
Maradonanın ölümündə əli olanlar üçün 12 il həbs cəzası istənildi - Xarici xəbərlər 9.10.2026, 13:09
AFFA nümayəndəsinə UEFA-dan təyinat 9.10.2026, 12:07
Benzema Ronaldonu müdafiə etdi Xarici xəbərlər 9.10.2026, 11:26
Endrik qışda "Real"dan gedir - Transfer xəbərləri 9.10.2026, 11:04
“Barselona”da yeni müqavilə - Xarici xəbərlər 9.10.2026, 10:03
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
11-09-2026, 13:10
Deku:
Deku: “Yamal “qızıl top” üçün əla namizəddir”
11-09-2026, 17:01
II Liqada III turun təyinatları açıqlandı
II Liqada III turun təyinatları açıqlandı
11-09-2026, 16:10
Tanınmış futbolçu ölkəsinə qayıtdı -
Tanınmış futbolçu ölkəsinə qayıtdı - Xarici xəbərlər
10-09-2026, 16:10
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır -
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır - Xarici xəbərlər
10-09-2026, 15:29
AFFA
AFFA "Difai"nin futbolçusunu 1000 manatlıq cərimələdi
10-09-2026, 17:01
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
10-09-2026, 14:27
Okan Buruk:
Okan Buruk: "Hakim əleyhimizə işləyirdi"
10-09-2026, 14:00
"Sportinq" (Portuqaliya) - "Qalatasaray" 2:2 - VİDEO
11-09-2026, 15:18
"Nyukasl" İngiltərə millisinin üzvü ilə müqavilə imzaladı - Transfer xəbərləri
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
10-09-2026, 18:03
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb