FutbolMedia.Az
  • 22:17 Bazar ertəsi
    10 Avqust 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Qurban Qurbanov:

Qurban Qurbanov: "Əvvəllər bizi ciddiyə almırdılar, işimiz asanlaşırdı"

“Çox vacib oyuna çıxacağıq. Rəqibin açıqlamalarından da görünür ki, çox inamlıdırlar, bizə qalib gəlməyə ümid edirlər. Bu onların öz gücünə inanmasından irəli gəlir. Əlbəttə ki, biz də çox istəkliyik”.

Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının pley-off mərhələsində “Aberdin”lə keçiriləcək ilk oyun öncəsi deyib.

Təcrübəli mütəxəssis sabah Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmaya hazır olduqlarını söyləyib: “İlk oyunda evdə olmasına baxmayaraq, hər şeyə cavab matçında aydınlıq gələcək. Sabah cərimə meydanında istədiklərini yerinə yetirməmələrinə diqqət etmək lazımdır. Futbolçularımız rəqibi yaxından tanıyırlar. Son vaxtlar oyunçular çox istəklidirlər. Sabah daha artığını etmək lazım olacaq. Meydanda daha mübariz oyun ola bilər, nəinki baxımlı çıxış. Buna hazırlaşırıq. Çox səbrli olmalıyıq ki, rəqibin verəcəyi boşluqlardan istifadə edək və biz də boşluq verməyək”.

- “Aberdin”in ən təhlükəli silahı nədir?

- Fiziki göstəricilərdə yaxşıdırlar, standart vəziyyətlərdə təhlükəlidirlər. Topla davranmağı xoşlayırlar. Çox rahat qol vurmaq bacarıqları var. Bəzən heç nədən qol epizodu yarada bilirlər. Mübarizə aparmağı xoşlayırlar. Hər şeydə diqqətli olmalıyıq. Hər epizoddan maksimum yararlanmağı bacarırlar. Bütün komponentlərdə diqqətli olmalıyıq.

- Stadionun ot örtüyünün durumu sizi qane edir?

- AEL-lə oyundakından yaxşı olmayacaq. Çox istərdik ki, yaxşı meydanda oynayaq. Çox nüanslar buna mane olur. Topla davranmaqda çətinlik çəkəcəyik. Rəqibin digər üstün cəhətləri var. Hava toplarından yaxşı istifadə edirlər. Bunun qarşısını almağa çalışacağıq.

- “Aberdin”in baş məşqçisi martda ABŞ-dan gəlib. Bu, sizə üstünlük verə bilər?

- Bu gün dünya futbolu inkişafdadır. Onlar futbolun içində böyüyürlər. Avropada işsiz qalanlar ora gedirlər. Rəqibin baş məşqçisi cavandır, istəklidir. Hər rəqibə qarşı fərqli oyun üslubu var. Oyunun gedişində ciddi rotasiyalar edir. Futbolçular həddən artıq diqqətli olmalıdırlar. Bunların hamısını təhlil etmişik. Təkcə mübarizə aparmaq yox, düşünmək də vacib olacaq.

- Sizcə, “Aberdin” sabah hansı sistemdə oynayacaq?

- Onu deyə bilmərəm. Aşağı-yuxarı hansı sistemlə oynasa, meydanda 11-11-ə qarşı çıxış edirsən. Eyni sistemdə oynayan komandaya qarşı 3-4 oyun keçirsən, ona qarşı oynamaq daha rahat olur. İnşallah, sabah daha çox hücum edən tərəf olmağa çalışacağıq.

- “Aşdod”, AEL və “Aberdin”dən hansı daha maraqlı və güclüdür?

- Buna cavab vermək bəlkə də düzgün çıxmazdı. Amma hər birinə qarşı çətinliklərimiz oldu. Müqayisə etmək çətindir. Hamısı ciddi rəqib idi. Hərəsinin öz oyun fəlsəfəsi var. Onlara qarşı düzgün hazırlaşdıq. Ola bilər ki, “Aberdin” bir az üstündür. Amma o birilərini də zəif saymıram.

- Bu mövsüm oyunlarda cəmi 1 qoldan çoxunu vura bilməməyiniz sizi narahat etmir?

- Çox qol vurmaq istərdik. Biz azarkeş üçün oynayırıq. Azarkeş qələbə ilə yanaşı, qollardan da həzz alır. Qarşımızda duran rəqib də boşluq vermir ki, istədiyimiz qədər qol vura bilək. Bizə qarşı bütün rəqiblər həddən artıq ciddi yanaşır. Bu, bir tərəfdən sevindirsə də, işimizi də çətinləşdirir. Əvvəllər bizi çox ciddiyə almırdılar, bu da meydanda işimizi asanlaşdırırdı. Çox qol vurmağı özüm də xoşlayıram. Futbolçularımın daha yaxşı performans sərgiləməsini və çox qol vurmalarını istərdim. Ancaq belə turnirlərdə qol buraxmamaq da çox vacibdir. Bu üzdən həm hücumda, həm də müdafiədə oynamaq önəmlidir.

- Azarkeşlər həm sizin, həm də komandanın təcrübəsinə böyük ümid bəsləyir. Sabahkı oyunda qələbəyə söz verə bilərsiniz?

- Heç vaxt söz verməmişəm ki, mütləq qalib gələcəyəm. Həmişə söz vermişəm ki, komandam yaxşı mübarizə aparacaq. Qalibiyyət üçün ən yaxşısını etməyə çalışacağıq. Mən də futbolçularıma güvənərək deyirəm ki, sabah azarkeşlər oyundan razı qalacaqlar.

- AEL-lə oyunda Borqes meydana çıxdıqdan sonra komandada canlanma yarandı. Həmçinin Riçard Almeyda da gündən-günə artırır. Onları sabah start heyətində görə bilərik?

- Təkcə gündən-günə yox, oyundan-oyuna da artırmaq lazımdır. Hər ikisini meydanda görə bilərik. Daha yaxşı səviyyəyə gəlib çıxıblar.

- Hücumçu axtarışlarınız hansı mərhələdədir?

- Ən pik mərhələdədir. Çox axtarırıq, danışıqlar gedir. Tezliklə müsbət də ola bilər. Konkret cavab gözlədiyimiz bir neçə oyunçu var. Bu, təkcə hücum yox, müdafiə və yarımmüdafiə mövqeyinə də aiddir. Bəzən düşünmədiyimiz elementlər ortaya çıxır, danışıq yarımçıq qalır.

- Necə olur ki, kasıb “Şerif”ə samballı hücumçu gəlir, Azərbaycan klublarına gəlmir?

- Bu suala cavab vermək bəlkə çətin olacaq. “Şerif” illərdir legionerlərə üstünlük verir. Hər il 15-20 legionerləri olub. Bizim özümüzdə də xeyli sayda bacarıqlı legionerlər olub. Yəqin ki, avrokuboklardakı nəticələrinə görə deyirsiniz. Neçə illər idi ki, pley-offa düşə bilmirdilər. Hər bir komandanın pik nöqtəsi olur. Ola bilsin ki, “Şerif” bu mövsüm həmin dönəmdədir. Bizə oyunçu gəlmə məsələsində problem olur. Azərbaycana gəlmək istəyən legioner azdır. Əvvəllər həddən artıq çox oyunçu əldə edə bilirdik, təkliflər gəlirdi. Bu say get-gedə aşağı düşür. 5-6, hətta 10 legioneri olan klubumuz var. Bəzən bizdən, digər klublarımızdan asılı olmayan məqamlar olur. İstənilən halda ən yaxşısını etməyə çalışırıq.

- Ailton Silva ilə maraqlanırsınız?

- Belə bir danışığımız olmayıb

18-08-2021, 18:29
21880
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
15-08-2021, 20:14
Qurban Qurbanov:
Qurban Qurbanov: "Nə qədər imkanım var, hər bir yerli futbolçuya şans yaradacağam"
12-08-2021, 22:56
Qurban Qurbanov:
Qurban Qurbanov: "İçimdə prinsip var idi ki, bu rəqibə qalib gəlim"
6-08-2021, 00:14
Qurban Qurbanov:
Qurban Qurbanov: "Heç kimdən qorxmuruq, çəkinmirik"
4-08-2021, 22:02
Qurban Qurbanov:
Qurban Qurbanov: "Ümid edirəm ki, onlar oyuna hazırdır"
3-08-2021, 23:08
HİK-in baş məşqçisi:
HİK-in baş məşqçisi: "Neftçi"nin qolları çox gözəl idi"
28-07-2021, 23:40
Samir Abasov:
Samir Abasov: “Bunun da ucbatından qol buraxdıq“
29-07-2021, 08:02
Qurban Qurbanov:
Qurban Qurbanov: "Komanda olaraq çox istəkliyik"
22-07-2021, 22:50
Qurban Qurbanov:
Qurban Qurbanov: "Belə halla nə vaxt üzləşdiyim yadıma gəlmir"
13-07-2021, 20:45
Samir Abasov:
Samir Abasov: “Bunu Gürcüstandakı matçda hiss etdik“
13-07-2021, 19:40
Kaxaber Sxadadze:
Kaxaber Sxadadze: "Artıq "Neftçi"nin zəif tərəflərini bilirik"
30-06-2021, 22:08
Qurban Qurbanov:
Qurban Qurbanov: "Transferlərə həddindən artıq çox pul istəyirlər"
26-06-2021, 21:50
Qurban Qurbanov:
Qurban Qurbanov: "Kiçik problemlərimiz var"
  Xəbər Lenti
“Liverpul” fransalı futbolçu ilə razılığa gəlib - Transfer xəbərləri 10.08.2026, 18:09
I Liqa klubundan növbəti transfer 10.08.2026, 17:07
Darvin Nunyes "Trabzonspor"a keçir - Transfer xəbərləri 10.08.2026, 16:15
"Neftçi"nin hücumçusu "Araz-Naxçıvan"da 10.08.2026, 15:20
Qurban Qurbanov media önünə çıxacaq 10.08.2026, 14:31
"Milan" isveçrəli futbolçunu icarəyə verdi Transfer xəbərləri 10.08.2026, 14:00
Neymar Messi ilə komanda yoldaşı ola bilər - Transfer xəbərləri 10.08.2026, 13:09
“İmişli”nin sabiq qapıçısı “Dnepr”ə keçdi 10.08.2026, 12:18
Herri Keyn "Bavariya" ilə müqaviləsini uzadacaq - Xarici xəbərlər 10.08.2026, 11:36
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
24-07-2026, 17:10
ÇSKA -
ÇSKA - "Qarabağ" matçının biletləri satışa çıxarıldı
24-07-2026, 19:15
Kloppdan Almaniya millisinin baş məşqçisi oldu -
Kloppdan Almaniya millisinin baş məşqçisi oldu - Xarici xəbərlər
24-07-2026, 18:11
"Zirə"dən ayrılan Leroy Mikels Almaniya klubuna keçdi - Transfer xəbərləri
25-07-2026, 18:06
De Bruyne “Napoli”dən ayrıla bilər -
De Bruyne “Napoli”dən ayrıla bilər - Xarici xəbərlər
25-07-2026, 15:30
"Çelsi" 18 yaşlı futbolçu üçün 40 milyon avro ödəməyə hazırdır - Transfer xəbərləri
26-07-2026, 13:15
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir -
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir - Transfer xəbərləri
26-07-2026, 09:17
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
28-07-2026, 14:39
"Qarabağ" FK və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
28-07-2026, 13:18
"Real"da ciddi itki - Xarici xəbərlər
27-07-2026, 15:29
Makqreqor bir illik sıradan çıxıb
Makqreqor bir illik sıradan çıxıb
26-07-2026, 08:04
"Kəpəz"də zambiyalı futbolçu - Transfer xəbərləri
28-07-2026, 11:07
"Mançester Siti" qolkiperini "Lids"ə satır - Transfer xəbərləri
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb