FutbolMedia.Az
  • 07:38 Bazar ertəsi
    28 Sentyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Qurban Qurbanov:

Qurban Qurbanov: "Futbolçularımın hər birini qucaqlayıram"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Macarıstan "Ferentsvaroş"una 3:1 hesabı ilə qalib gələrək (ilk oyun - 1:1) pley-offa adlamaları barədə danışıb.

Futbolmedia.az xəbər verir ki, o, səfərdəki cavab matçından sonra təşkil olunan mətbuat konfransında deyib: "Futbolçularımı təbrik edirəm. Həqiqətən də çox əziyyət çəkdilər. Qalib gəlməyi çox istəyirdilər. Allaha şükürlər olsun, hər şey bizim tərəfimizdə oldu. Hesab bəlkə də bizi aldada bilər. Amma buna baxmayaraq, çox əziyyət çəkərək qalib gəldik. Çox yaxşı komandaya qarşı oynadıq. Bir şeyi qeyd edim ki, hesabın tam əksi də ola bilərdi. Çünki rəqibin də çox yaxşı qol imkanları var idi. "Ferentsvaroş"a uğurlar arzu edirəm. Öz futbolçularımın isə hər birini qucaqlayıram. Bütün Azərbaycanı təbrik edirəm".

Ən azı Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edən Ağdam təmsilçisinin çalışdırıcısı minimum hədəflərinə çatıb-çatmadıqları ilə bağlı sualı bu cür cavablandırıb: "Biz bu gün ümumiyyətlə, bu barədə düşünmürük. Mən dəfələrlə demişəm ki, bizim irəli getmək üçün nə qədər şansımız varsa, ondan maksimum yararlanmalıyıq. Biz bu gün rahat olub, desək ki, eybi yox, uduzsaq da, Avroliqanın qrupunu təmin etmişik, uduzmuş olarıq. Futbol hazırda elə bir səviyyəyə gəlib çatıb ki, hər il belə uğurları, qalibiyyətləri əldə etmək olmur. Çünki hər bir rəqib, hər bir ölkənin futbolu tam fərqli səviyyəyə gəlib çıxıb. Ona görə də bu gün şansımız varsa, bundan maksimum yararlanmağa çalışmalıyıq".

Q.Qurbanov "Viktoriya"ya (Plzen, Çexiya) qarşı pley-off oyununu Bakı Olimpiya Stadionunda keçirib-keçirməyəcəkləri barədə suala da cavab verib: "Hazırda buna cavab verə bilməyəcəyəm. Çünki bütün oyunlarımızı Tofiq Bəhramov adına Respublika Stadionunda oynamışıq. Bu barədə yəqin ki, müzakirə etmək lazım olacaq. Bəlkə də birdən-birə stadionu dəyişdirib, BOS-a getmək düzgün olmaz. Ona görə hər bir halda Bakıda bu məsələni müzakirə edərik".

Qurbanov bildirib ki, rəqib komandanın baş məşqçisi Stanislav Çerçesova böyük hörməti var: "Çerçesova böyük hörmətim var, O, çox bacarıqlı mütəxəssisdir. Futbolçu və məşqçi karyerası məndən daha üstündür. Ona taktiki planda qalib gəldiyini deyə bilmərəm. Sabah bu, mənim də başıma gələ bilər. Ona görə bu cür düşünmək istəmirəm. Çerçesov çox yaxşı komanda formalaşdırıb. Heyətdə səviyyəli futbolçular var. İdmanda hər zaman güclü qələbə qazanmır. Bu gün biz bu qələbəni haqq edirdik, çox istəyirdik".

Qurbanov qeyd edib ki, futbolçuların hamısının sağlam olması baş məşqçi üçün üstünlükdür: "Hər komandada lider futbolçu olur. Amma hər oyunçunun üzərinə bir tapşırıq düşür. Kadi Borges bu gün çox yaxşı oyun göstərdi və mübarizə apardı. Əslində heç kimi fərqləndirmək istəmirəm. Hamısı bu qələbəyə layiq idi".

Qeyd edək ki, "Qarabağ" pley-offda “Viktoriya” (Çexiya) ilə qarşılaşacaq. "Qarabağ" ilk görüşünü evdə keçirəcək. Pley-off mərhələsinin ilk oyunları avqustun 16-sı və 17-də, cavab matçları isə avqustun 23-ü və 24-də olacaq.

10-08-2022, 00:28
32218
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
8-08-2022, 21:00
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bu rəqib digərlərindən güclü ola bilər"
28-07-2022, 00:25
Qurban Qurbanov:
Qurban Qurbanov: "Oyunun əvvəlində taktiki savaş, sonra isə döyüş getdi"
12-07-2022, 22:50
Qurban Qurbanov:
Qurban Qurbanov: “Bu cür qalibiyyətlər nadir hallarda olur”
27-05-2022, 23:08
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bundan əl çəkməyəcəyik"
24-04-2022, 19:48
Qurban Qurbanov:
Qurban Qurbanov: "Çempionluq haqda heç düşünməmişəm"
23-02-2022, 12:43
Qurban Qurbanov:
Qurban Qurbanov: "Riskə gedəcəyik"
18-02-2022, 08:50
Qurban Qurbanov:
Qurban Qurbanov: "Səfərdə oynasaq da, çox yaxşı oyun göstərdik"
11-02-2022, 20:56
Qurban Qurbanov:
Qurban Qurbanov: "Biz bundan daha çox istifadə edə bildik"
27-08-2021, 02:10
Qurban Qurbanov:
Qurban Qurbanov: "Həqiqətən çox möhtəşəm qalibiyyət oldu"
22-08-2021, 23:09
Qurban Qurbanov:
Qurban Qurbanov: "Çox istərdim ki, əvəzetmə sayı artırılsın"
18-08-2021, 18:29
Qurban Qurbanov:
Qurban Qurbanov: "Əvvəllər bizi ciddiyə almırdılar, işimiz asanlaşırdı"
30-07-2021, 00:37
Qurban Qurbanov:
Qurban Qurbanov: "Qələbəyə layiq idik"
  Xəbər Lenti
İngiltərə millisinin baş məşqçisi Tuhel İspaniyaya məğlubiyyətdən şok yaşayıb 27.09.2026, 21:20
Harri Keyn: ​"İspaniya boş yerə dünya çempionu olmayıb" 27.09.2026, 20:16
"Vasko da Qama" klubu "Qalatasaray"ın futbolçusunu komandada saxlayacaq - Transfer xəbərləri 27.09.2026, 18:03
"Liverpul" üçün Aleksandr İsak şoku - Zədələndi 27.09.2026, 17:10
Xorvatiya millisinin kapitanı Luka Modriçdən tarixi qol - 27.09.2026, 16:08
Litva - Azərbaycan oyunu bu kanalda 27.09.2026, 15:26
“Tottenhem”in müdafiəçisi “Mançester Yunayted”in hədəfində - Transfer xəbərləri 27.09.2026, 14:30
"Qəbələ"nin futbolçusu Şahin Şahniyarov zədələnib - Özəl Xəbər 27.09.2026, 14:00
“Barselona”nın futbolçusu Olmo: “Düşünürəm ki, ətrafımızda xüsusi səs-küy yoxdur" 27.09.2026, 13:33
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
11-09-2026, 13:10
Deku:
Deku: “Yamal “qızıl top” üçün əla namizəddir”
11-09-2026, 17:01
II Liqada III turun təyinatları açıqlandı
II Liqada III turun təyinatları açıqlandı
11-09-2026, 16:10
Tanınmış futbolçu ölkəsinə qayıtdı -
Tanınmış futbolçu ölkəsinə qayıtdı - Xarici xəbərlər
10-09-2026, 16:10
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır -
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır - Xarici xəbərlər
10-09-2026, 15:29
AFFA
AFFA "Difai"nin futbolçusunu 1000 manatlıq cərimələdi
10-09-2026, 14:00
"Sportinq" (Portuqaliya) - "Qalatasaray" 2:2 - VİDEO
10-09-2026, 17:01
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
11-09-2026, 15:18
"Nyukasl" İngiltərə millisinin üzvü ilə müqavilə imzaladı - Transfer xəbərləri
10-09-2026, 14:27
Okan Buruk:
Okan Buruk: "Hakim əleyhimizə işləyirdi"
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
10-09-2026, 18:03
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb