FutbolMedia.Az
  • 06:04 Cümə
    9 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Qurban Qurbanov:

Qurban Qurbanov: "Çox istərdim ki, əvəzetmə sayı artırılsın"

"Futbolçularımı təbrik edirəm. Hesaba baxmayaraq, komanda xeyli əziyyət çəkdi. Bəzi rotasiyalar etmişdik".

Futbolmedia.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Səbail"ə 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının 2-ci tur oyunundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, belə proqramda oyunlara hazırlaşmaq asan deyil: "Birinin zədəsi olur, biri yorulur və s. Amma düşünürəm ki, qarşıda tam formalarını bərpa edəcəklər və bundan sonra daha rahat olacaq. Vacib 3 xal qazandıq. Oyun düşündüyümüz kimi alındı. Aftandil Hacıyevə uğurlar arzulayıram".

Qurbanov əsas heyətdə meydana çıxan və dubl edən oğlu Musa Qurbanlının çıxışına da toxunub: "Fərqi yoxdur, oğlumdur, ya digəridir, hər bir oyunçunun işgüzarlığından çox şey asılıdır. İstəyərəm ki, hamısı 90 dəqiqə tempi qoruya bilsin. Hər şey özündən asılıdır. Üzərində çox çalışmalıdır. Bu qollar bizi aldatmamalıdır. Bacarığını qoruyub saxlamaq üçün daha artığını etməlidir".

Baş məşqçi zədələnən futbolçuların durumundan da danışıb: "Kevin Medinanın durumuna bu gün və ya sabah aydınlıq gələcək. Əzələsində problem olduğu göründü. Riçard Almeydada yorğunluqdan irəli gələn problem idi. Çoxdandır oynamır. Oyun tonusundan uzaq idi, yoğrunluq hiss olundu".

Qurbanov ötən il əvəzetmə sayının artırılması ilə klublara müraciət gəldiyini söyləyib: "İstədik ki, minimum 4 əvəzetmə olsun. Ola bilər ki, hər komanda üçün uyğun olmazdı. Bir həftə, 10 gün əvvəl menecerimizə bildirdim ki, federasiyaya müraciət etsin, say artırılsın. Cavab gəldi ki, Klublar Komitəsi yığışıb bununla bağlı müraciət edəcək. Dünya futbolunda get-gedə tempi saxlamaq üçün bu addımları artırlar. Buna ehtiyac var. Özüm də görürəm. Futbolda mübarizə çoxalıb, sürət artıb. Həm Avropa Liqası, həm çempionat, həm kubok, həm milli komanda oyunları var. 3 gündən bir meydana çıxmalı olursan. Keçən il bunun əziyyətini çox çəkdik. Bir neçə oyunçumuz millidən zədəli qayıtdı, bəziləri avrokubokda zədələndi. Hər oyunçunun dözmək qabiliyyəti eyni deyil. Çox istərdim ki, əvəzetmə sayı artırılsın. Bu, həm oyunçuları qorumaq, həm də gənc futbolçuların daha çox şans qazanması baxımından əhəmiyyətlidir. Müsbət cəhətləri çoxdur. Klublar Komitəsinin yığışmasını gözləyirik. Yəqin ki, fasilə müddətində iclas olacaq".

Şotlandiya "Aberdin"inə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının cavab oyunu barədə də fikirlərini bölüşən mütəxəssis belə matçlarla bağlı heç vaxt narahatlıq olmadığını vurğulayıb: "Sadəcə, bu cür matçlardan öncə futbolçularımın sağlam olmasını istəmişəm. Bəzən dəyişikliklər etmək lazm olur. Narahatlığım bircə futbolçularımın sağlam olmaması və ya cəzalı duruma düşməsidir. Oyun planı baxımından problem yoxdur. Əksinə, belə matçları həmişə istəmişəm ki, futbolçular o məsuliyyəti hiss etsinlər".

Qurbanov Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyü ilə bağlı məsələyə də aydınlıq gətirib: "Son vaxtlar bu mövzu çox müzakirə olundu. Sanki bir az bizim üzərimizə də atdılar. Mənim də adımı hallandırdılar. Bir şeyi bilməlidilər ki, həmin işçilər "Azersun Arena"ya da baxırlar. Problem varsa, hamı bunu qəbul etməlidir. Öz komandamda çatışmazlıq görürəmsə, niyə də məsuliyyəti üzərimə götürməməli və düzəltməyə çalışmamalıyam? Fikrimi buna çox yönəltmək istəmirəm. İnşallah, qarşımızdakı səddi keçək, digər problem barədə düşnməyə vaxtımız olacaq".

Baş məşqçi yeni transfer İbrahima Vadjinin oyununu da dəyərləndirib: "İnanıram ki, performansında problem olmayacaq. Gəldiyi ölkədə çempionat davam edirdi. Hiss etdiyim odur ki, komandaya uyğunlaşmasında problem olamayacaq".

22-08-2021, 23:09
21429
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
21-08-2021, 21:00
Sənan Qurbanov:
Sənan Qurbanov: "Çempionatın startı bizim üçün ürəkaçan deyil"
21-08-2021, 14:40
"Aberdin"in futbolçusu: "Respublika Stadionunun ot örtüyü ən pislərindən idi"
19-08-2021, 22:42
Qurban Qurbanov:
Qurban Qurbanov: “Futbolçuları diqqətli olmağa çağırırdım“
18-08-2021, 18:29
Qurban Qurbanov:
Qurban Qurbanov: "Əvvəllər bizi ciddiyə almırdılar, işimiz asanlaşırdı"
15-08-2021, 20:14
Qurban Qurbanov:
Qurban Qurbanov: "Nə qədər imkanım var, hər bir yerli futbolçuya şans yaradacağam"
12-08-2021, 22:56
Qurban Qurbanov:
Qurban Qurbanov: "İçimdə prinsip var idi ki, bu rəqibə qalib gəlim"
4-08-2021, 22:02
Qurban Qurbanov:
Qurban Qurbanov: "Ümid edirəm ki, onlar oyuna hazırdır"
3-08-2021, 12:02
Qurban Qurbanov:
Qurban Qurbanov: “Qarabağ” AEL-i də məğlub etməlidir” VİDEO
30-07-2021, 00:37
Qurban Qurbanov:
Qurban Qurbanov: "Qələbəyə layiq idik"
22-07-2021, 22:50
Qurban Qurbanov:
Qurban Qurbanov: "Belə halla nə vaxt üzləşdiyim yadıma gəlmir"
8-07-2021, 15:00
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bu oyun mənim üçün çox vacib idi"
30-06-2021, 22:08
Qurban Qurbanov:
Qurban Qurbanov: "Transferlərə həddindən artıq çox pul istəyirlər"
  Xəbər Lenti
Rafinya sabah tibbi müayinədən keçəcək - Xarici xəbərlər 8.10.2026, 18:04
"Sabah" - "Slaviya" matçına nə qədər bilet satılıb? 8.10.2026, 17:03
"Adana Dəmirspor"da oynamış futbolçu "Səbail"də 8.10.2026, 16:02
La Liqa klubunun kapitanı saxlanıldı - Xarici xəbərlər 8.10.2026, 15:11
dörd cüdoçumuz mübarizəyə başlayaacq - Dünya kuboku 8.10.2026, 14:04
Sərtan Taşkın yenidən Azərbaycan klubunda 8.10.2026, 13:22
Qordon “Barselona” tarixinin ən yaxşı heyətini seçdi - Xarici xəbərlər 8.10.2026, 13:03
"Turan Tovuz"un futbolçusu R. Miller: "Ən əsası qalib gəldik və 3 xalı qazandıq" (Özəl Açıqlama) 8.10.2026, 12:05
"Şəfa" klubunun kapitanı Murad Musayev zədələndi - (ÖZƏL XƏBƏR) 8.10.2026, 11:25
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
11-09-2026, 13:10
Deku:
Deku: “Yamal “qızıl top” üçün əla namizəddir”
11-09-2026, 17:01
II Liqada III turun təyinatları açıqlandı
II Liqada III turun təyinatları açıqlandı
11-09-2026, 16:10
Tanınmış futbolçu ölkəsinə qayıtdı -
Tanınmış futbolçu ölkəsinə qayıtdı - Xarici xəbərlər
10-09-2026, 16:10
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır -
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır - Xarici xəbərlər
10-09-2026, 15:29
AFFA
AFFA "Difai"nin futbolçusunu 1000 manatlıq cərimələdi
10-09-2026, 17:01
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
10-09-2026, 14:27
Okan Buruk:
Okan Buruk: "Hakim əleyhimizə işləyirdi"
10-09-2026, 14:00
"Sportinq" (Portuqaliya) - "Qalatasaray" 2:2 - VİDEO
11-09-2026, 15:18
"Nyukasl" İngiltərə millisinin üzvü ilə müqavilə imzaladı - Transfer xəbərləri
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
10-09-2026, 18:03
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb