FutbolMedia.Az
  • 09:54 Cümə
    7 Noyabr 2025
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Qurban Qurbanov:

Qurban Qurbanov: "Bundan əl çəkməyəcəyik"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun finalında "Zirə" ilə oyundan (1:1, penaltilər seriyası - 4:3) sonra mətbuat konfransı keçirib. Futbolmedia.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib.

- Oyun barədə danışmayacam. Rəşadı və komandasını təbrik edirəm. Çox yaxşı mövsüm keçirdilər və layiqli final oyunu göstərdilər. Bütün incəliklərə qədər oyuna hazırlaşmışdılar. Başda rəhbərlik olmaqla bütün klubumuzu təbrik edirəm. Azarkeşləri təbrik edirəm.

- Penaltilərə hazırlaşmışdınız?

- Xeyr. Ümumiyyətlə, buna hazırlaşmırıq. Amma ilboyu hər həftə futbolçular məşqdən sonra qalıb məşq edirlər. Ordan diqqətimdə saxlayıram. Psixoloji olaraq belə oyunlardan əvvəl futbolçuları penaltilərə kökləmək istəmirəm. İnanıram ki, qarşıdakı oyunlarda bu mərhələyə kimi gətirmərik.

- Oyunun belə çətin keçməsinin sizin üçün yaxşı olduğunu demək olar?

- Matçın gedişində bunu düşünürdüm. Çox möhkəm mübarizə apardılar. Futbolçularım bir az ayıldı. Çempionluqdan sonra istər-istəməz tam hazırlaşmaq çətin olur. Ağır mövsüm keçirmişdilər. Bu oyun futbolçularımı silkələdi. Mövsümün ən maraqlı və mübarizəli oyunlarından bəlkə də birincisi oldu.

- Komanda neçə gün istirahət edəcək?

- Çox az. Mən istəyərdim ki, bütün futbolçularımın əvəzinə lazım olan işləri görüm, dincəlsinlər. Amma milliyə gedəcəklər, çoxunun istirahətə vaxtı olmayacaq. Mən də yəqin 3-4 gün istirahət edə biləcəyəm.

- Qarşıdan Çempionlar Liqası gəlir. Yeni mərkəz müdafiəçisi ilə anlaşdığınız deyilir...

- Xeyr. Anlaşmamız yoxdur. Bir neçə futbolçu ilə danışıqlar gedir. Fərqli-fərqli mövqe oyunçularıdır. Razılıq yoxdur.

- Kimlərin gedəcəyi bəllidir?

- İki gün ərzində hər şey konkretləşəcək.

- “Qarabağ” 5 il sonra “qızıl dubl” etdi...

- Çox xoşdur. Belə final oyunları futbolçuların böyüməsi üçün faydalıdır. Həm çempionat, həm kubokda iddialı olmuşuq. İnşallah, bundan əl çəkməyəcəyik. 5 il sonra “qızıl dubl” etmək çox xoşdur. Azərbaycan kuboku başqa bir prestijdir. Hər bir futbolçu bunu əldə etmək istəyir.

- Avropada daha yaxşı nəticələr üçün daha səviyyəli oyunçular transfer edəcəksiniz?

- Avropada əldə etdiyimiz uğurlardan da çox məmnunuq. Az nəticələrimiz olmayıb. Minimum əldə etdiyimizi qoruyub saxlamağa çalışırıq. Daha irəli getməyi, təbii ki, istəyirik. Bizdən asılı olmayan məsələlər var. Realist yanaşmaq lazımdır. İlboyu rəhbərliklə də danışıqlarımız olur.

- Bu mövsüm “Qarabağ” üçün ən uğurlu mövsümlərdən oldu. 10 ballıq şkala ilə mövsümə necə bal verərdiniz?

- Gəlin, futbolçulara 10 bal verək. Çox əziyyət çəkdilər. Elə oyunlar oldu ki, ustalığımız, bəlkə, rəqibdən aşağı oldu, amma istəyin hesabına qələbələr qazandıq. Dözdülər, ciddi yanaşdılar. Onların işə yanaşmasına görə onlara 10 bal verərdim.

- Bu gün rəqibiniz dostunuz Rəşad Sadıqov idi. Onunla üz-üzə gəldiyiniz üçün hansı hissləri keçirirdiniz?

- Digər rəqiblərə qarşı 1 gün hazırlaşıramsa, Rəşada qarşı 2 gün hazırlaşıram. Hər oyun nəsə yeni bir düşüncəsi olur, məşqçiləri daha çox fikirləşməyə məcbur edir. Bu gün bütün xırda detallara toxunmuşdu, analiz etmişdi. Bu da onun bacarığı, böyüklüyü, peşəsinə olan sevgisidir. Bizim çox güclü dostluğumuz var. Amma bizi güclü dost edən belə işlərdə bir-birimizə güzəşt etməməyimizdir. Rəşad Sadıqova qarşı oynamaq nə qədər xoşdursa, ondan daha çox çətindir. Onun hər uğuruna sevinirəm. Qarşıda əldə edəcəyi uğurlar çoxdur.

- Adətən müəllimlərin tələbələrə hər şeyi öyrətdiyini, bir şeyi gizlətdiklərini deyirlər. Bu gün həmin gizlətdiyiniz şeyin qələbəni gətirdiyini düşünmürsüz?

- Yaxınlarım, dostlarım üçün heç nəyi gizlətmirəm.

27-05-2022, 23:08
20621
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
27-05-2022, 23:25
Ramin Musayev:
Ramin Musayev: "Sponsorumuz yoxdur, Allahdan asılıyıq"
21-05-2022, 22:30
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bütün futbol camiəsi sağ olsun”
3-05-2022, 21:57
Qurban Qurbanov:
Qurban Qurbanov: "Gələcəyin komandasını qurmaq üçün iki il idi ki, düşünürdük"
24-04-2022, 19:48
Qurban Qurbanov:
Qurban Qurbanov: "Çempionluq haqda heç düşünməmişəm"
20-04-2022, 20:00
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bunu nə dərəcədə bacaracağıq, oyunlar göstərəcək”
15-04-2022, 22:29
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bu, karyeramın ən dəyərli hədiyyəsi idi"
23-02-2022, 12:43
Qurban Qurbanov:
Qurban Qurbanov: "Riskə gedəcəyik"
16-12-2021, 21:40
Qurban Qurbanov:
Qurban Qurbanov: "Futbolçularım özlərini kişi, əsl idmançı kimi apardılar"
3-11-2021, 17:08
Qurban Qurbanov:
Qurban Qurbanov: "Uğurlu seriyamız bir tərəfdən narahatlıq yaradır"
15-09-2021, 17:40
Qurban Qurbanov:
Qurban Qurbanov: “Bütün oyunlarımızın bu səviyyədə keçməsini istəyirəm”
15-08-2021, 20:14
Qurban Qurbanov:
Qurban Qurbanov: "Nə qədər imkanım var, hər bir yerli futbolçuya şans yaradacağam"
30-07-2021, 00:37
Qurban Qurbanov:
Qurban Qurbanov: "Qələbəyə layiq idik"
  Xəbər Lenti
Messiyə Mayaminin açarı verildi - Xarici xəbərlər 7.11.2025, 09:20
"Qarabağ" - "Neftçi" matçının biletləri satışa çıxır 7.11.2025, 08:15
"Kəpəz" sabiq futbolçusunu geri qaytarmağı planlaşdırır 5.11.2025, 17:01
Yamalın milliyə dəvət alması “Brügge” ilə matçdan asılıdır - Xarici xəbərlər 5.11.2025, 16:20
"Bavariya" millinin üzvünü başqa kluba buraxmayacaq - Xarici xəbərlər 5.11.2025, 15:48
"Qarabağ" azarkeşlərinə müraciət etdi 5.11.2025, 14:16
"Çelsi"nin Bakıya gətirdiyi heyət bəlli oldu 5.11.2025, 13:16
Çexiya və Maltaya qarşı oynayacaq yığma komandamızın heyəti bəlli oldu 5.11.2025, 12:05
"Qarabağ" və "Qalatasaray"ın oyunları bu kanallarda 5.11.2025, 11:03
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
17-10-2025, 16:15
Yamal artıq pulsuz avtoqraf verə bilməyəcək -
Yamal artıq pulsuz avtoqraf verə bilməyəcək - Xarici xəbərlər
19-10-2025, 12:02
“Qarabağ”ın rəqibinin yeni hədəfi –
“Qarabağ”ın rəqibinin yeni hədəfi – Braziliyalı müdafiəçi
18-10-2025, 11:04
PSJ öz meydanında xal itirdi -
PSJ öz meydanında xal itirdi - Fransa Liqası
22-10-2025, 14:22
"Araz-Naxçıvan"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
18-10-2025, 15:13
Abubakar
Abubakar "Neftçi" azarkeşlərinə müraciət etdi
17-10-2025, 18:09
Qvardiola Rodrini əvəzləyəcək oyunçunu tapıb -
Qvardiola Rodrini əvəzləyəcək oyunçunu tapıb - Xarici xəbərlər
17-10-2025, 17:07
Albaniya klubunda oynayan Millimizin üzvünə Türkiyə klubu maraq göstərir
Albaniya klubunda oynayan Millimizin üzvünə Türkiyə klubu maraq göstərir
18-10-2025, 16:04
"Sabah" "Zirə" ilə matça ciddi itki ilə çıxacaq
16-10-2025, 17:16
Fransa klubu “Real”ın hücumçusu üçün təklif göndərəcək -
Fransa klubu “Real”ın hücumçusu üçün təklif göndərəcək - Transfer xəbərləri
18-10-2025, 08:14
“Turan Tovuz”– “Qarabağ”  1:2 -
“Turan Tovuz”– “Qarabağ” 1:2 - VİDEO
17-10-2025, 15:33
"Çelsi"nin aparıcı futbolçusu "Qarabağ"a qarşı oynamayacaq
18-10-2025, 17:06
“Nyukasl” italiyalı futbolçuya yeni müqavilə təklif edəcək -
“Nyukasl” italiyalı futbolçuya yeni müqavilə təklif edəcək - Xarici xəbərlər
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb