FutbolMedia.Az
  • 22:02 Şənbə
    17 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Millimizin üzvü:

Millimizin üzvü: “Canımızı meydanda qoysaq, nəticə də yaxşı olacaq”

Futzal üzrə Azərbaycan millisinin toplanışı ilə əlaqədar Bakıya dönən “Bayterek”in oyunçusu Hadi Ahmadi Azərbaycan Futzal Federasiyasının rəsmi saytına müsahibə verib:

- “Bayterek”də işlərin necə gedir? Yeni klubuna adaptasiya olmusanmı?

- Əlbəttə, bir ölkədən digərinə yollanmaq, fərqli şəraitə, sistemə uyğunlaşmaq asan deyil. Üstəlik, Qazaxıstanın çox soyuq olduğunu da unutmaq olmaz. Bakıda belə sərt soyuq olmur. “Bayterek”də ilk oyunum “Kayrat”a qarşı oldu. Cəmi 2 gün idi komandaya qoşulmuşdum. İlk matçda uduzsaq da, ikinci görüşdə qələbə qazandıq. Debüt etdiyim oyunda həm qol vurdum, həm də qol ötürməsi verdim. Ukraynalı baş məşqçimiz millinin heyətindəki oyunlarımı görmüşdü deyə, meydana buraxmaqda tərəddüd etmədi. Bu cür uğurlu start adaptasiya işini bir qədər yüngülləşdirdi. Tədricən uyğunlaşmağa çalışdım. Onu da qeyd edim ki, hazırda turnir cədvəlinin 6-cı pilləsində qərarlaşsaq da, ilk “3-lük”dəki komandaların hamısına qalib gəlmişik.

- Klubun şəraiti necədir?

- Yaxşıdır. Kluba məxsus oyun, fitness zalları var. Məşqlərimizi də, ev oyunlarımızı da həmin zalda keçirik. Azarkeşlər də oyunlarımızı mütəmadi izləyir. Maraq daha çoxdur. Pandemiyaya rəğmən, hər görüşdə bizi yalnız buraxmırlar. Komandada 3 iranlı futzalçının olması da mənə kömək oldu. Həm oyun stilimiz bir-birinə bənzəyir, həm də ünsiyyət qurmaq işim asan olur. Biz iranlılar bir “dördlük”də yer alırıq.

- “Bayterek” 6-cı pillədədir. Mükafatçılar sırasına düşmək ehtimalı varmı?

- Pley-off sistemi ilə keçirilir çempionat. 9 komandadan 8-i pley-off-da iştirak edəcək. Bizim də bu mərhələyə düşmək şansımız yüksəkdir. Transfer dövründə heyətə yeni futzalçılar qoşulacaq. Ola bilsin, yenilər iranlılar olsun.

- Müqavilən nə vaxt başa çatacaq?

- Hazırkı anlaşmam mövsümün sonuna qədərdir. Ancaq təklif olsa, karyeramı orada davam etdirməyi düşünürəm. Hər şey məni qane edir.

- Bizim futzalçılardan kimləri xəbər alırdılar?

- Emin Kürdovu, Xətai Bağırovu, Ramiz Çovdarovu soruşurdular. Onlar müxtəlif vaxtlarda orda oynayıblar, turnirlərdə iştirak ediblər.

- Millinin toplanışı ilə əlaqədar Bakıdasan? Yəqin ki, Ukrayna ilə oyunları izləmisən?

- İzlədim və milli özünə bənzəmədi. Məncə, baş məşqçinin dediklərini icra edə bilmədi komanda yoldaşlarım. Həm də ölkə xaricində çıxış edən futzalçıların taktiki planda “axsadıqları”nı gördüm. Ola bilsin, az məşq ediblər və buna görə Alesionun istədiklərini icra edə bilməyiblər. Həm də bu yoldaşlıq oyunları idi. Məqsəd komandanın durumunu görmək, zəif tərəflərini müəyyənləşdirmək idi. Baş məşqçi final mərhələsinə qədər yəqin ki, aşkarladığı səhvləri, çatışmazlıqları yoluna qoyacaq.

- Qalan vaxt kifayət edəcək?

- Hər şey özümüzdən asılıdır. Ürəklə məşq etsək, canımızı meydanda qoysaq, nəticə də yaxşı olacaq. Heç vaxt gec deyil.

- Final mərhələsində hansı qarşılaşmanı “kilid oyun” hesab edirsən?

- Gürcüstanla oyunu qeyd edərdim. Bu matçda qələbə qazansaq, ikinci yeri tuta bilərik. Qrupun aşkar favoriti İspaniyadır, amma biz onlara da təslim olmaq haqda düşünmürük. Əlbəttə, Bosniya və Herseqovina da zəif komanda deyil. Maraqlı final mərhələsi olacaq.

8-01-2022, 14:12
21486
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
6-01-2022, 17:16
Futzal miillimiz hazırlıqlara start verdi
Futzal miillimiz hazırlıqlara start verdi
8-12-2021, 14:34
Futzal üzrə Azərbaycan millisinin üzvü Qazaxıstan klubunda
Futzal üzrə Azərbaycan millisinin üzvü Qazaxıstan klubunda
30-11-2021, 01:22
Məqsəd İsayev:
Məqsəd İsayev: “Qarabağ”la oyunda qalib gələ bilərdik"
15-11-2021, 12:18
Millimizin məşqçisi Arif Əsədov:
Millimizin məşqçisi Arif Əsədov: "Onda gərək Çin və Hindistan futbolda lider ölkələr olsunlar"
11-11-2021, 22:04
Urfan Abbasov:
Urfan Abbasov: "Nə vaxt məni milliyə dəvət etsələr, canla-başla hazıram"
5-11-2021, 08:34
Tərlan Quliyev:
Tərlan Quliyev: "İlk qolu “Neftçi”yə biz vursaq, qələbə də bizim olacaq"
30-10-2021, 23:30
Tahir Gözəl:
Tahir Gözəl: "Niyə "Qarabağ" finala qədər getməsin?!"
20-10-2021, 12:20
Futzal üzrə millimizin kapitanı püşkdən danışdı
Futzal üzrə millimizin kapitanı püşkdən danışdı
19-10-2021, 08:25
Futzal millimizin oyun təqvimi açıqlandı
Futzal millimizin oyun təqvimi açıqlandı
10-10-2021, 16:21
Sənan Qurbanov:
Sənan Qurbanov: “Zaur Axundovun komandaya göstərdiyi diqqət bizə stimul verir“
26-09-2021, 21:58
Ayxan Abbasov:
Ayxan Abbasov: "Rəqiblərimiz bizdən bir gün çox istirahət edir"
18-06-2021, 11:05
Mahir Emreli:
Mahir Emreli: " Məşqçimiz mənə necə davranmalı olduğumu izah edir"
  Xəbər Lenti
“Liverpul” Endrik üçün yenə "Real"a müraciət edəcək - Transfer xəbərləri 17.10.2026, 12:22
Millimiz DÇ-2028-in əsas mərhələsindəki ilk matçında məğlub oldu 17.10.2026, 12:00
“Karvan-Yevlax” - “Gəncəbasar” 2:1 - VİDEO 17.10.2026, 11:07
İspaniya FİFA-nın sanksiyalarından CAS-a şikayət edəcək - Xarici xəbərlər 17.10.2026, 10:16
Millimizin üzvü Şeydayev oynadı, komandası qalib gəldi 17.10.2026, 09:14
Mahirin komandasından mövsümdə ikinci qələbə 17.10.2026, 08:03
“Sumqayıt”ın baş məşqçisi Filipe Kandido: "Qələbəyə layiq idik" 16.10.2026, 22:22
Yuri Maksimov: "Özümüzü çıxılmaz vəziyyətə saldıq" 16.10.2026, 21:50
"Şamaxı" - "Şəfa" 3:2 - VİDEO 16.10.2026, 18:55
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
28-09-2026, 14:34
"Sumqayıt"ın futbolçusu Emil Mustafayev: "Bizə mütləq qələbə lazımdır" (Özəl Açıqlama)
28-09-2026, 16:05
Mahir Emreli:
Mahir Emreli: "Başımızı aşağı salmadıq"
2-10-2026, 14:03
Günün oyunları –
Günün oyunları – TV
28-09-2026, 15:03
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
5-10-2026, 15:00
"Kəpəz"in kapitanı Urfan Abbasov: "Araz Naxçıvan" hazırda qələbəyə çox ac komandadır" (Özəl Açıqlama)
28-09-2026, 18:15
"İnter"in futbolçusu Hakan Çalhanoğlu "Qalatasaray"a keçir - Transfer xəbərləri
28-09-2026, 19:21
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir -
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir - Transfer xəbərləri
28-09-2026, 17:08
“Parma” klubu baş məşqçisi Alberto Cilardino -
“Parma” klubu baş məşqçisi Alberto Cilardino - Xarici xəbərlər
28-09-2026, 21:12
Azərbaycan cüdoçularıdan 5 medal
Azərbaycan cüdoçularıdan 5 medal
6-10-2026, 13:16
"Zirə"nin futbolçusu İsmayıl İbrahimli: "Ümumiyyətlə, biz orda məğlub olmamalı idik" (Özəl Açıqlama)
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb