FutbolMedia.Az
  • 13:04 Bazar ertəsi
    24 Avqust 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Tahir Gözəl:

Tahir Gözəl: "Niyə "Qarabağ" finala qədər getməsin?!"

"Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl evdə "Neftçi"yə 4:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının IX tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb.

Futbolmedia.az sizi həmin müsahibə ilə tanış edir:



- Komandanızın böyük hesabla qalib gəldiyi matçı necə şərh edərdiniz?
- “Qarabağ”ı təbrik edirəm, çox gözəl, layiqli qələbə qazandıq. Əla oyun alındı. “Neftçi” ilə “Qarabağ”ın dueli mənim üçün iki şirin savaşıdır. Bizim üçün çox önəmli oyun olduğu üçün şəxsən izləmək istədim. Ötən mövsüm onlar şanslı idi, qələbə qazanmışdılar. Buna görə də bugünkü qələbə mənə həzz verdi. Birinci hissədə üstün idik, çox gözəl çıxış etdik. Fasilədən sonra “Neftçi” oyunu ələ almağa çalışdı. “Neftçi”nin bütün komanda ilə hücuma atılması bizə 4-cü qolu vurmaq fürsəti yaratdı. Komandamı təbrik edirəm. Xüsusən də, Konfrans Liqasının qrup mərhələsində “Kayrat”la oyunöncəsi bu qələbə bizim üçün çox lazım idi.

- Bu qələbə çempionluq yolunda böyük rol oynayacaq, yoxsa mövsümün sonuna hələ çox var?
- Çempionat çox uzun yoldur, marafondur. Öncədən heç vaxt sevinmək olmaz. 1989-cu il heç vaxt yadımdan çıxmır. “Qalatasaray” “Fənərbaxça”nı 3:0 hesabı ilə üstələyirdi. İkinci hissədə “Fənərbaxça” 4 qol vurub, 4:3 hesablı qələbə qazandı. Futbol belə oyundur. Əlbəttə ki, həftədə iki oyun keçirmək bizim üçün ağırdır. Şərait də tam ürəkaçan deyil. Çünki bəzi meydançalarımız yaxşı deyil. Məsələn, ötən turda “Səbail”lə səfər oyunu zamanı meydançanın durumu bizi çox narahat etdi. Həmçinin “Keşlə”nin meydançasında oynayanda futbolçularımızın zədələnməsindən qorxuruq. Çempion olmaq çətin prosesdir. Amma hazırkı vəziyyətimiz yaxşıdır.

- Komandanız noyabrın 4-də “Kayrat”la səfərdə üz-üzə gələcək. Nəhayət, pley-off mərhələsinə vəsiqə qazana biləcəksiniz?
- Qurban hoca bu il çox gözəl komanda yaradıb. Hesab edirəm ki, bu mövsüm maksimum şans əldə etmək imkanımız var. “Qarabağ” bu məsuliyyəti dərk etməlidir. Pley-offun qapılarına gəlmişik. Bu məsuliyyət hissi ilə də Qazaxıstana gedib, oradan qələbə ilə dönmək lazımdır.

- Bu mövsümdəki “Qarabağ”ın əsas gücünü nədə görürsünüz?
- Bilirsiniz, bəzən bir az da bəxt amili olur. Futbolçuların tempə düşməyindən çox şey asılı olur. Öz yetirmələrimizdən, həmçinin Ramil Şeydayevdən xeyir görürük. Klubların yüksəliş illəri olur. Məncə, buna görə ilk növbədə Qurban hocanı təbrik etmək lazımdır. “Qarabağ” sistemini təkmilləşdirib, özünü yeniləyən klubdur.

- Necə düşünürsünüz, “Qarabağ” bu mövsüm Konfrans Liqasında hara qədər irəliləyə bilər? Final ola bilərmi?
- Onu baxıb görəcəyik. Niyə də olmasın? Bir dəfə “Dnepr” bizim qrupdan çıxıb finala qədər getdi. Niyə “Qarabağ” da getməsin? Biz özümüzə inanırıq. Neçə il əvvəl bir iclasımızda dedik ki, artıq Avropada uğurlu çıxış edək. Məncə, artıq yarımfinal, final oynamaq zamanıdır. Ancaq hər şey üçün müəyyən proses lazımdır.

- Bunun üçün heyətin gücləndirilməsi tələb olunur. Qış fasiləsində bunun üçün hansı addımlar atmağı düşünürsünüz?
- Deyə bilmərəm ki, Qurban hoca da, biz də futbolçu axtarışındayıq. Komanda stabil oynayır və gözəl görünür, eyni tempdə irəliləyir. Amma Qurban hoca tərəfindən bir istək olsa, rəhbərlik olaraq cavab verməyə hazırıq.

- İşğaldan azad edilən Ağdamda “İmarət” stadionunun bərpa olunması ilə bağlı hansısa işlər görüləcəkmi?
- Bu, dövlətin işidir. Biz başa düşməliyik ki, “Qarabağ”ın bir sponsoru var – “Azersun”. Bu şirkətdən çalışan 17 min insanın zəhməti ilə klub ayaqda durur. Doğurdan da, “Qarabağ”ı saxlamaq böyük zəhmətdir. Klubumuzun gəliri çox azdır. UEFA-nın gəliri heç vaxt özünü doğrultmur. Ya böyük hədəflərdən, iddialardan əl çəkək və klubun büdcəsini aşağı salaq, yığılan pulları investisiya edək. Amma “Qarabağ” elə bir səviyyəyə gəlib ki, bu, mümkün deyil. Bu komandanı ikinci dərəcəli klub etmək olmaz. Bu gün hamı bilir ki, “Qarabağ” Avropada uğurlu çıxış edir. Ağdama qayıdış dövlətimizin siyasəti və layihəsidir. Avropada davamlı oynayırıq. Bu gün futbolçularımızı Ağdama köçürtmək imkanı yoxdur. Bu gün orada futbolçu və ailələrinə şərait olmalıdılır. Artıq Qarabağımızı almışıq və hələ orada çox işlər görülməlidir. Bu gün dövlətimizin günüdür. İnşallah, dövlətimiz işlərini tamamladıqdan sonra biz də töhfələrimizi verərik.

30-10-2021, 23:30
22330
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
30-10-2021, 21:10
Qurban Qurbanov:
Qurban Qurbanov: "Amma etirazlarımı bildirdim "
25-10-2021, 21:33
Qurban Qurbanov:
Qurban Qurbanov: "Uğurlu oyunlar bizi yoldan çıxara bilər"
22-10-2021, 17:00
Kamal Bayramov:
Kamal Bayramov: “Maksimum nətcə üçün meydanda vuruşacağıq“
19-10-2021, 08:00
İlkin Qırtımov:
İlkin Qırtımov: “Orta səviyyəli klublarımızdan təkliflər almışam“
26-09-2021, 21:58
Ayxan Abbasov:
Ayxan Abbasov: "Rəqiblərimiz bizdən bir gün çox istirahət edir"
19-08-2021, 22:25
“Aberdin”in baş məşqçisi:
“Aberdin”in baş məşqçisi: “Bu cür meydançada oyun sərgiləmək çətindir”
19-08-2021, 22:42
Qurban Qurbanov:
Qurban Qurbanov: “Futbolçuları diqqətli olmağa çağırırdım“
13-08-2021, 08:16
Tahir Gözəl:
Tahir Gözəl: "Məncə, ən gözəl cavab budur"
12-08-2021, 22:56
Qurban Qurbanov:
Qurban Qurbanov: "İçimdə prinsip var idi ki, bu rəqibə qalib gəlim"
3-08-2021, 23:08
HİK-in baş məşqçisi:
HİK-in baş məşqçisi: "Neftçi"nin qolları çox gözəl idi"
31-07-2021, 16:24
Tahir Gözəl:
Tahir Gözəl: "Daha güclü heyətin qurulması üçün tapşırıqlar vermişəm"
30-06-2021, 22:08
Qurban Qurbanov:
Qurban Qurbanov: "Transferlərə həddindən artıq çox pul istəyirlər"
  Xəbər Lenti
“Milan” portuqaliyalı müdafiəçini istəyir - Transfer xəbərləri 24.08.2026, 12:10
"Nyukasl" - "Liverpul" 2:2 - VİDEO 24.08.2026, 11:37
"Barselona" Almaniya millisinin hücumçusunu transfer etmək istəyir - Transfer xəbərləri 24.08.2026, 11:06
"Neftçi" rəqibi "Araz-Naxçıvan"ı darmadadğınla rəzil etdi - VİDEO 24.08.2026, 10:15
"Barselona" rəqibini darmadağın etdi - La Liqa 24.08.2026, 09:13
Yuri Vernidub: "İki qələbədən sonra göylərdə uçmaq lazım deyil" 24.08.2026, 08:11
Kurban Berdiyev: “Hamı qol olduğunu gördü, hakim görmədi” 23.08.2026, 21:19
Azər Bağırov: “Düzgün oyun nümayiş etdirdik” 23.08.2026, 21:00
Tahir Gözel: “Bu yolu birlikdə davam etdirməliyik” 23.08.2026, 20:04
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
24-07-2026, 17:10
ÇSKA -
ÇSKA - "Qarabağ" matçının biletləri satışa çıxarıldı
24-07-2026, 19:15
Kloppdan Almaniya millisinin baş məşqçisi oldu -
Kloppdan Almaniya millisinin baş məşqçisi oldu - Xarici xəbərlər
24-07-2026, 18:11
"Zirə"dən ayrılan Leroy Mikels Almaniya klubuna keçdi - Transfer xəbərləri
25-07-2026, 18:06
De Bruyne “Napoli”dən ayrıla bilər -
De Bruyne “Napoli”dən ayrıla bilər - Xarici xəbərlər
25-07-2026, 15:30
"Çelsi" 18 yaşlı futbolçu üçün 40 milyon avro ödəməyə hazırdır - Transfer xəbərləri
26-07-2026, 13:15
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir -
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir - Transfer xəbərləri
26-07-2026, 09:17
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
28-07-2026, 14:39
"Qarabağ" FK və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
28-07-2026, 13:18
"Real"da ciddi itki - Xarici xəbərlər
27-07-2026, 15:29
Makqreqor bir illik sıradan çıxıb
Makqreqor bir illik sıradan çıxıb
26-07-2026, 08:04
"Kəpəz"də zambiyalı futbolçu - Transfer xəbərləri
28-07-2026, 11:07
"Mançester Siti" qolkiperini "Lids"ə satır - Transfer xəbərləri
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb