FutbolMedia.Az
  • 23:06 Çərşənbə
    18 Noyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Mahir Emreli:

Mahir Emreli: "Rəqib dişimizə görə idi"

Milli komandamızın hücumçusu Mahir Emreli Tacikistana qarşı keçirilən yoxlama oyunundan (1:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolmedia.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

- Qələbəni necə şərh edərdiniz?

- İndiki dövrdə rahat rəqib olmur. Bu səbəbdən biz də oyunun asan keçməyəcəyini bilirdik. Müəyyən epizodlarda səhvərimiz oldu. Xüsusən də ikinci hissədə. Bu da evdə oynamağımızdan irəli gəlirdi. Rəqib dişimizə görə idi və azarkeşlərimiz önündə qələbə qazanmaq istəyirdik. Bu səbəbdən də rəqibə təzyiq göstərəndə bəzi epizodlarda səhvlər etdik. Bu da istəkdən, qələbə arzusundan irəli gəlirdi. Təbii ki, bunların üzərində işləyəcəyik. Qarşıda bizi vacib oyunlar gözləyir. Qısa müddətdə çox vacib 3 matç keçirəcəyik. Ümid edirəm ki, hər üç matçda qələbə qazanacağıq.

- Tacikistana daha çox qol vura bilməməyimizin səbəbini nədə görürsünüz?

- Epizodlarımız oldu. Sadəcə dəyərləndirə bilmədik. Rəqib qapıçı da inamlı çıxış etdi. Bəzi zərbələrimiz bloklandı. Eləcə də meydanın vəziyyəti ideal deyildi. Təbii ki, bu, bəhanə deyil. Ümumilikdə yaxşı, kəsərli hücumlarımız oldu. Qarşıdakı oyunlarda epizodları daha yaxşı dəyərləndirəcəyimizə inanıram.

- Azarkeş sayını az olması çıxışınıza nə dərəcədə təsir göstərdi?

- Mən uşaqlıqdan millinin oyunlarına getmişəm. Yadıma gəlmir ki, azarkeşlərsiz böyük qələbə qazanaq. İstər milli, istər klub səviyyəsində. Millət olaraq emosionalıq. Gücümüzü birlikdən alırıq. Hər zaman belə olub. İstərdik qarşıdakı matçlarda fanatlar bizi dəstəkləsinlər. Azarkeşlər tribunaları dolduranda daha yaxşı oynayırıq.

- Matçın sonlarında xəsarət aldınız. Zədəniz nə dərəcədə ciddidir?

- İndi dəqiq fikir bildirmək olmur. Müayinədən keçəcəyəm.

- Millimiz ilk dəfədir ki, qısa müddətdə 4 oyun keçirəcək. Bu sıx qrafikdə qarşıdakı rəsmi matçlarda xallar götürmək mümkündür?

- Heyət genişdir. Bu rəqiblərə qarşı oynamaq olar. Həm də təqvim demək olar ki, rəqiblər üçün də eynidir. Məsələn, Litva millisi Lixtenşteynlə sabah (bu gün - red.) oynayacaq. Bu ritmdə oynayan futbolçularımız olub. Onlar yəqin bərpalarına diqqət etməyi bacarırlar. “Qarabağ”ın, “Sabah”ın futbolçuları bilirlər bu tempdə oynamaq necə ağırdır. Ümid edirəm ki, problem olmayacaq.

- Hazırda “Rakuv”da çox yaxşı çıxış edirsiniz. Gələcəkdə istəyiniz Polşada qalmaqdır, yoxsa daha yüksək səviyyəli klublara üz tutmağı düşünürsünüz?

- Anı yaşamağı düşünürəm hazırda. Polşada xoşbəxtəm. Komandada mənə qarşı diqqət göstərirlər, sağ olsunlar. Məni orada çox yaxşı qəbul etdilər. Onun nəticəsidir ki, özümü yaxşı tərəfdən göstərirəm. Düzdür, nəticələr ürəkaçan deyil, sonuncu pillədəyik. Məşqçimiz yenidir. Düşünürəm ki, bu tempdə davam etsək, vəziyyət düzələcək. Baş məşqçi dəyişikliyi oldu. Yeni məşqçi yeni qan, yeni sistem deməkdir. İnanıram ki, tez bir zamanda onun istəklərini yerinə yetirəcəyik və lazımi nəticələri qazanacağıq.

24-09-2026, 13:26
21222
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
14-09-2026, 11:17
“Qarabağ”ın müdafiəçisi Bense Varkonyi:
“Qarabağ”ın müdafiəçisi Bense Varkonyi: "Oyuna biz nəzarət edirdik"
5-05-2026, 10:41
Leandro Andrade:
Leandro Andrade: "Bununla belə, ikinci yeri qoruyub saxlamalıyıq"
12-04-2026, 15:11
Emin Mahmudov:
Emin Mahmudov: "Təbii ki, ağır olacaq"
11-12-2025, 14:10
Elvin Cəfərquliyev:
Elvin Cəfərquliyev: "Əvəzetmələrə qarışmasam, yaxşı olar"
8-08-2025, 13:13
"Araz-Naxçıvan"ın legioneri: “Kiprə qələbə üçün yollanacağıq”
24-07-2025, 08:11
Qurban Qurbanov:
Qurban Qurbanov: "3:0 hesabını unutmalıyıq"
23-03-2025, 00:21
Santuş:
Santuş: “Sanki uduzmağa çıxmışdılar, qələbə qazanmağa yox”
21-12-2024, 21:52
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Bu sual barədə düşünməmişəm"
29-11-2024, 14:00
Mikautadze:
Mikautadze: "Yaxşı ki, "Qarabağ" qol imkanlarını dəyərləndirə bilmədi"
22-01-2024, 17:02
Eddi İsrafilov:
Eddi İsrafilov: "Bojoviç bizdən gözlədiyimizdən də çox şey tələb edir"
16-06-2023, 12:03
De Byazi:
De Byazi: "Bu, bizə çox baha başa gəldi"
26-09-2022, 08:23
Mahir Emreli:
Mahir Emreli: "Belə davam etməliyik"
  Xəbər Lenti
"Turan Tovuz"un qapıçısının millisi finalda uduzdu 18.11.2026, 17:04
"Real" Arda Gülerlə müqaviləni uzatdı - Rəsmi 18.11.2026, 16:13
“Qarabağ” və “Zirə”nin futbolçuları qələbədə iştirak etdilər 18.11.2026, 15:12
“Liverpul” vingeri Rio Nqumoanı transferə çıxarmayacaq - Xarici xəbərlər 18.11.2026, 14:35
"Sabah"ın müdafiəçisi Puxaça millidə şans verilmədi 18.11.2026, 14:08
Messi Argentina millisinə qayıda bilər - Xarici xəbərlər 18.11.2026, 14:03
"Zirə"nin futbolçusu zədələndi 18.11.2026, 13:15
Azərbaycanlı futbolçu Ramin Əhmədov karyerasını Özbəkistan Superliqasında davam etdirə bilər - Transfer xəbərləri 18.11.2026, 12:20
“Qarabağ”ın qapıçısı oynadı, komandası qalib gəldi 18.11.2026, 12:06
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
3-11-2026, 13:08
Argentinalı müdafiəçi
Argentinalı müdafiəçi "Barselona"ya keçə bilər - Transfer xəbərləri
3-11-2026, 14:22
Elçin Məsiyevə UEFA-dan təyinat
Elçin Məsiyevə UEFA-dan təyinat
3-11-2026, 12:10
"Difai" - "Hypers" 3:1 - VİDEO
3-11-2026, 16:15
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı -
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı - Xarici xəbərlər
3-11-2026, 17:06
İngiltərə klubu baş məşqçisini qovdu -
İngiltərə klubu baş məşqçisini qovdu - Xarici xəbərlər
3-11-2026, 15:24
Azərbaycanın FİFA referisi Əliyar Ağayev
Azərbaycanın FİFA referisi Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
3-11-2026, 18:10
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi -
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi - Transfer xəbərləri
4-11-2026, 09:11
"Sabah"ın futbolçusu: "Biz rəqib haqqında nə qədər düşünürüksə, onlar da bizim haqqımızda bir o qədər düşünməlidirlər"
4-11-2026, 08:09
Dambrauskas:
Dambrauskas: “Hər bir futbolçu bizim yerimizdə olmaq istəyərdi”
4-11-2026, 10:13
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq -
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq - Xarici xəbərlər
4-11-2026, 11:04
Emre Belözoğlu
Emre Belözoğlu "Fənərbaxça"da - Rəsmi
4-11-2026, 15:17
"İmişli" 6 legioner futbolçu transfer etdi - FOTO
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb