FutbolMedia.Az
  • 20:57 Çərşənbə axşamı
    20 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Leandro Andrade:

Leandro Andrade: "Bununla belə, ikinci yeri qoruyub saxlamalıyıq"

“Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade Misli Premyer Liqasının 30-cu turunda “Turan Tovuz”u məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolmedia.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

- 2:1 hesablı qələbəni necə şərh edərdiniz?

- Bu qələbəyə ehtiyacımız var idi. Komandalar turnir cədvəlində bir-birinə xal baxımından olduqca yaxın idilər. Necə bir çətin rəqiblə qarşılacağımızdan xəbərdar idik. Düşünürəm ki, oyuna yaxşı köklənmişdik. Belə komandalara qarşı oynamaq asan olmur.

- Baxımlı qol vurdunuz. Zərbədən öncə fərqlənəcəyinizə inamınız çox idi?

- Təbii ki, fərqləndiyim üçün sevinirəm. Digər tərəfdən bu, karyeramda cərimə zərbəsindən vurduğum ilk qoldur. Bundan öncə heç vaxt belə bir hal yaşanmamışdı. Qolu qeyd etmək tərzimdən gördüyünüz kimi, olduqca xoşbəxt idim. Həm də bu qolla hesabı açdıq. Ona görə bu, məni daha da sevindirdi. Komandamı hesabda önə keçirmək də mənimçün önəmlidir.

- Məşqlərdən sonra cərimə zərbələrinin üzərində xüsusi çalışırsınız?

- Bəzən məşq prosesinin sonunda belə zərbələri sınaqdan keçirirəm. Fərdi məşqlər etmək üçün boş vaxtlarımız olur. Əlbəttə, bunun üzərində işləyirəm.

- İlk hissədə oyununuz elə də parlaq alınmadı. Bunun "Neftçi" ilə sonuncu matçdakı məğlubiyyətlə əlaqəsi var idi?

- Belə deməzdim. "Neftçi"yə qarşı məğlubiyyət komandada mənfi təsir yaratmadı. Baxmayaraq ki, xal itirdik, bununla belə, növbəti oyunlara hazırlaşırıq. Tam əksinə, növbəti səhvlərimiz üzərində çalışırıq. Çətin dövrdən keçirik. Bu, komanda üçün böyük təcrübədir. Qarşıdakı matçlarda eyni səhvləri təkrarlamamalıyıq. Rəqib güclü müdafiə olunurdu. Ona görə də ilk hissədə istəyimizə çata bilmədik. Hər rəqibə qarşı erkən qol vurmaq olmur. Yenə də düşünürəm ki, ümumilikdə yaxşı matç alındı.

- Qələbə sayəsində "Turan Tovuz"la xal fərqini 6-ya çatdırdınız və böyük ölçüdə ikinci yerin taleyini həll etdiniz. Bu amil qarşıdakı matçlara daha yaxşı köklənməyinizə səbəb olacaq?

- Doğrudur, hər qələbə bizə ruh yüksəkliyi qazandırır. Düzdür, çempion ola bilmədik. Təəssüflənirik. Bununla belə, ikinci yeri qoruyub saxlamalıyıq. Hər oyundan nəsə öyrənirik. Növbəti mövsüm rəqabət bir qədər də artacaq. Gələn il çempion olmaq üçün var gücümüzü ortaya qoyacağıq. Buna indidən başlayırıq. Hazırda üçüncü pillə ilə 6 xal fərqimiz var. Lakin mübarizə hələ başa çatmayıb.

- Növbəti tur "Qəbələ" ilə qarşılaşacaqsınız. Rəqibin turnir cədvəlindəki mövqeyi işinizi asanlaşdıracaq?

- Qətiyyən, asan qələbə barədə düşünmək düzgün olmaz. "Qəbələ" sürətli oyunçulara malikdir. Hücumda keyfiyyətli oynayırlar. Əla məşqçiləri var. Hazırlıqlı komandadır. Digər tərəfdən səfərdə oynamaq həmişə bir qədər çətin olur.

- "Qəbələ"nin son oyununu izlədiniz? "Zirə" çətinliklə qələbə qazandı...

- Əlbəttə, məşqdən sonra matçın son dəqiqələrini izləyə bildik. “Zirə" yalnız oyunun sonlarına doğru qol vura bildi. Bu səbəbdən də “Qəbələ”yə qarşı matçımızın çətin olacağını bilirik.

5-05-2026, 10:41
8509
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
12-04-2026, 15:11
Emin Mahmudov:
Emin Mahmudov: "Təbii ki, ağır olacaq"
7-04-2026, 11:00
Abdullah Zubir:
Abdullah Zubir: "7 qol vurmaq bizi xüsusilə sevindirir"
28-03-2026, 11:24
Emin Mahmudov:
Emin Mahmudov: “Syerre Leone daha ciddi və güclü rəqibdir”
28-11-2025, 21:25
Kurban Berdiyev:
Kurban Berdiyev: "2 xal itirdik"
25-08-2025, 14:04
Felipe Santos:
Felipe Santos: “Rəşad Sadıqovla bağlı epizodu artıq unutmuşam”
25-07-2025, 12:10
Patrik Andrade:
Patrik Andrade: “Qolum baxımlı alındı”
5-05-2025, 13:08
Koxalski:
Koxalski: “Qarabağ”da hər şey məni qane edir"
29-11-2024, 14:00
Mikautadze:
Mikautadze: "Yaxşı ki, "Qarabağ" qol imkanlarını dəyərləndirə bilmədi"
4-12-2023, 13:03
"Neftçi"nin hücumçusu: "Daha çox qol vurmalıyıq"
29-04-2023, 18:35
Samir Abasov:
Samir Abasov: "Qəbələdə oynamaq çətindir"
6-04-2022, 12:13
Cavid Tağıyev :
Cavid Tağıyev : "Komanda sanki "qara zolağ"a düşüb"
1-03-2022, 12:44
Mirsayib Abbasov:
Mirsayib Abbasov: “Neftçi” ilə oyunda qələbəyə köklənmişik"
  Xəbər Lenti
“Qızıl top”u qazanmaq şansı yüksək olan futbolçular – Xarici xəbərlər 20.10.2026, 18:08
La Liqa klubunun futbolçusu “Mançester Siti” və “Mançester Yunayted”in siyahısında - Transfer xəbərləri 20.10.2026, 17:06
"Borussiya"nın Bakıda oteldəki məşqindən - VİDEO 20.10.2026, 16:15
“Flamenqo”nun hücumçusu Pedro Gilyerme İtaliya klubuna keçə bilər - Transfer xəbərləri 20.10.2026, 15:23
Türkiyə millisinin baş məşqçisi Sərgən Yalçın oldu - Xarici xəbərlər 20.10.2026, 15:03
Ronaldo cəzasının yüngülləşdirilməsini istəyib - Xarici xəbərlər 20.10.2026, 14:02
Hansi Flik: "Bəlkə də dünyanın ən yaxşı komandasına qarşı oynayacağıq" 20.10.2026, 13:24
Florian Virtsi “Çelsi” transfer etmək istəyir - Transfer xəbərləri 20.10.2026, 13:02
"Bavariya"nın zədəli futbolçusu Camal Musiala komandaya geri dönür - Xarici xəbərlər 20.10.2026, 12:10
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
28-09-2026, 14:34
"Sumqayıt"ın futbolçusu Emil Mustafayev: "Bizə mütləq qələbə lazımdır" (Özəl Açıqlama)
28-09-2026, 16:05
Mahir Emreli:
Mahir Emreli: "Başımızı aşağı salmadıq"
2-10-2026, 14:03
Günün oyunları –
Günün oyunları – TV
28-09-2026, 15:03
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
5-10-2026, 15:00
"Kəpəz"in kapitanı Urfan Abbasov: "Araz Naxçıvan" hazırda qələbəyə çox ac komandadır" (Özəl Açıqlama)
28-09-2026, 18:15
"İnter"in futbolçusu Hakan Çalhanoğlu "Qalatasaray"a keçir - Transfer xəbərləri
28-09-2026, 19:21
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir -
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir - Transfer xəbərləri
28-09-2026, 17:08
“Parma” klubu baş məşqçisi Alberto Cilardino -
“Parma” klubu baş məşqçisi Alberto Cilardino - Xarici xəbərlər
6-10-2026, 13:16
"Zirə"nin futbolçusu İsmayıl İbrahimli: "Ümumiyyətlə, biz orda məğlub olmamalı idik" (Özəl Açıqlama)
28-09-2026, 21:12
Azərbaycan cüdoçularıdan 5 medal
Azərbaycan cüdoçularıdan 5 medal
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb