FutbolMedia.Az
  • 02:40 Şənbə
    10 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Eddi İsrafilov:

Eddi İsrafilov: "Bojoviç bizdən gözlədiyimizdən də çox şey tələb edir"

“Neftçi”nin yarımmüdafiəçisi Eddi İsrafilovun müsahibəsi.

- Misli Premyer Liqasının 19-cu turunda “Sabah”la heç-heçə (0:0) etdiniz. Qarşılaşmanı necə şərh edərdiniz?

- Çətin oyun alındı. Çox yaxşı təşkil olunmuş komandaya qarşı oynadıq. “Sabah” bir neçə ildir eyni məşqçinin rəhbərliyi altında çıxış edir. Bu da onların müsbət tərəfidir. Bilirdik ki, bizi çətin görüş gözləyir. Sona kimi mübarizə apardıq. Təəssüf ki, yekunda 1 xalla kifayətləndik.

- Sizcə, qələbə üçün nə çatmadı?

- Lazım olan qolu vura bilmədik. Bunun üçün isə rəqib qapısı önündə bir qədər daha iti olmalıyıq. Səhvlərimiz üzərində işləməli, çatışmayan cəhətlərimizi düzəltməliyik. İnanıram ki, tezliklə bundan yaxşı durumda olacağıq.

- Baş məşqçi vəzifəsinə Miodraq Bojoviçin gəlişi “Neftçi”də nələri dəyişib?

- Yeni baş məşqçinin öz tələbləri var. Bu da normal prosesdir. Antalyada Bojoviçin rəhbərliyi altında hazırlıq keçdik. Qısa müddətdə çalışdıq ki, onun istədiklərini maksimum dərəcədə yerinə yetirək. Hələ ki, Bojoviç komandada yenidir. Düşünürəm ki, zaman keçdikcə komanda onun istədiyi vəziyyətə gələcək.

- Oyundan öncə, yaxud matçın fasiləsində Bojoviç sizdən daha çox nə tələb edirdi?

- Ümumi götürsək, onun istədikləri hamısı taktiki gedişlər idi. Bu, komandadaxili məsələ olduğu üçün geniş danışa bilmərəm. Qısaca onu söyləyim ki, həftə boyu məşqlərdə baş məşqçinin istədiklərini reallaşdırmağa çalışmışdıq. Bojoviç çox tələbkardır. Hətta deyərdim ki, bizdən gözlədiyimizdən daha çox şey tələb edir.

- Adətən “Neftçi” və “Sabah” arasındakı matçlar məhsuldar, gərgin keçir. Amma bu dəfə 90 dəqiqə ərzində bir qol belə izləmək mümkün olmadı. Sizcə, bu, nədən irəli gəlir?

- Hər iki komandada yaxşı, səviyyəli futbolçular toplaşıb. Tərəflərdən heç bir rəqibə qol epizodlarını dəyərləndirmək imkanı vermədi. Üstəlik, fasilədən sonra çempionatın ilk turu idi. Heç kim səhv etmək istəmirdi.

- Növbəti turda “Qəbələ”ni qəbul edəcəksiniz. Həmin matçdan gözləntiləriniz nədir?

- “Qəbələ”yə qarşı evdə oynayacağıq. “Sabah”la matçı səfərdə keçirsək də, azarkeşlərimiz bizi tək qoymamışdılar. 90 dəqiqə boyu bizə dəstək oldular. Təəssüf ki, onları qələbə ilə sevindirə bilmədik. Ümid edirəm ki, “Qəbələ” ilə matçda tərəfdarlarımızın sayı daha çox olacaq. Biz də onları sevindirmək üçün əlimizdən gələni edəcəyik. Bütün gücümüzü meydanda qoyacağıq ki, qələbə qazanaq.

mənbə qol.az

22-01-2024, 17:02
15872
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
21-01-2024, 18:15
Miodraq Bojoviç:
Miodraq Bojoviç: "Bu heyət qarşıya qoyulan hədəfə çatmaq üçün kifayət edəcək"
14-08-2023, 22:48
Adrian Mutu:
Adrian Mutu: "Evdə oğlumla futbol oynayanda da udmaq istəyirəm"
24-02-2023, 08:28
Qurban Qurbanov:
Qurban Qurbanov: "Geriyə yol yoxdur, daha da irəli getmək istəyirik"
13-11-2022, 19:28
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bu matçın bizə çox faydası olacaq"
23-10-2022, 20:52
Murad Musayev:
Murad Musayev: "Azərbaycan çempionatı barədə fikrim tam dəyişib"
12-10-2022, 15:19
Rəhman Hacıyev:
Rəhman Hacıyev: "Gəncə səfərindən qələbə ilə dönmək istəyirik"
2-10-2022, 10:25
Eddi İsrafilov:
Eddi İsrafilov: "Kimin çempion olacağı sonda müəyyənləşəcək"
4-09-2022, 15:23
Rəhman Hacıyev:
Rəhman Hacıyev: "İnşəallah qolun ardını gətirəcəm"
27-03-2022, 21:03
Əkbər Vəliyev:
Əkbər Vəliyev: "Qəbələ"yə uğurlu nəticə üçün gedirik"
3-02-2022, 09:43
Sənan Qurbanov:
Sənan Qurbanov: "Zirə" ilə bizi çətin oyun gözləyir"
28-11-2021, 19:20
Tural Axundov:
Tural Axundov: "Səbail"lə oyun ölüm-dirim oyunu olacaq"
29-09-2021, 21:14
Qurban Qurbanov:
Qurban Qurbanov: "Omoniya" bizə sürpriz edə bilər"
  Xəbər Lenti
Seneqallı futbolçu “Liverpul”a keçə bilər - Transfer xəbərləri 9.10.2026, 18:07
“Arsenal” hücumçusu ilə yeni müqavilə üçün danışığa başlayacaq - Transfer xəbərləri 9.10.2026, 17:06
"Mingəçevir" klubunda maliyyə problemi 9.10.2026, 16:25
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu - 9.10.2026, 15:43
"Araz-Naxçıvan" - "Kəpəz" - Heyətlər 9.10.2026, 15:02
“Neftçi” – “Sabah”a qarşı - YENİLƏNİR 9.10.2026, 14:00
Maradonanın ölümündə əli olanlar üçün 12 il həbs cəzası istənildi - Xarici xəbərlər 9.10.2026, 13:09
AFFA nümayəndəsinə UEFA-dan təyinat 9.10.2026, 12:07
Benzema Ronaldonu müdafiə etdi Xarici xəbərlər 9.10.2026, 11:26
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
11-09-2026, 13:10
Deku:
Deku: “Yamal “qızıl top” üçün əla namizəddir”
11-09-2026, 17:01
II Liqada III turun təyinatları açıqlandı
II Liqada III turun təyinatları açıqlandı
11-09-2026, 16:10
Tanınmış futbolçu ölkəsinə qayıtdı -
Tanınmış futbolçu ölkəsinə qayıtdı - Xarici xəbərlər
10-09-2026, 16:10
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır -
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır - Xarici xəbərlər
10-09-2026, 15:29
AFFA
AFFA "Difai"nin futbolçusunu 1000 manatlıq cərimələdi
10-09-2026, 17:01
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
10-09-2026, 14:27
Okan Buruk:
Okan Buruk: "Hakim əleyhimizə işləyirdi"
10-09-2026, 14:00
"Sportinq" (Portuqaliya) - "Qalatasaray" 2:2 - VİDEO
11-09-2026, 15:18
"Nyukasl" İngiltərə millisinin üzvü ilə müqavilə imzaladı - Transfer xəbərləri
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
10-09-2026, 18:03
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb