



“Qarabağ”ın müdafiəçisi Bense Varkonyi: "Oyuna biz nəzarət edirdik"
“Qarabağ”ın müdafiəçisi Bense Varkonyi Misli Premyer Liqasının 5-ci turunda “Zirə”yə qarşı keçirilən oyundan (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolmedia.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Oyunla bağlı nə deyə bilərsiniz?
- Qalib gəlmək istəyirdik. Bunun üçün çox çalışdıq. Qalib gəlməyin yollarını axtarırdıq. Daha konsentrasiyalı olmalıyıq. Rəqib də yaxşı çıxış etdi. Ümumiyyətlə, Zirədə oynamaq asan deyil.
- Sizcə, “Qarabağ” bu matçda qələbə layiq idi?
- Oyuna biz nəzarət edirdik, topa daha çox yiyələnirdik. Qalib gəlmək üçün çox çalışırdıq. Üstünlük bizim tərəfimizdə idi. Lakin hesabı açan tərəf rəqib oldu. Sonradan hesabı bərabərləşdirdik. İkinci qolu vurmaq üçün çox çalışdıq.
- Bəs 3 xal qazanmaq üçün nə çatmadı?
- Bu da oyunun bir hissəsidir. Məşqlərimizi davam etdirməliyik. İşimizə fokuslanmalıyıq. Başqa heç nə düşünməməliyik. Hələ də məğlubiyyətsiz olduğumuz üçün sevinməliyik. Bu seriyanı mövsümün sonuna kimi davam etdirsək, əla olar.
- “Qarabağ” mövsümün sonunda turnir cədvəlində “Sabah”ı qabaqlaya bilər?
- Əlbəttə. Bizim məqsədimiz də məhz budur. Çempionatın qalibi olmaq istəyirik. Təbii ki, “Sabah” yaxşı komandadır, Çempionlar Liqasında oynayırlar. Lakin digər rəqibləri də unutmaq olmaz. “Zirə” də yaxşı oynayır. Həmçinin “Neftçi”yə qarşı oyunumuz da çətin keçəcək. İndi yalnız oyundan-oyuna, irəli baxmalı, inkişaf etməliyik.
- Azərbaycan Premyer Liqasının səviyyəsini necə dəyərləndirirsiniz?
- Fərqli çempionatdır. Hər komanda heyətini yaxşı futbolçularla gücləndirməyə çalışır. Eləcə də gənc futbolçuların səviyyəsi yüksəkdir.
- Bəs Azərbaycan Premyer Liqasını daha əvvəl çıxış etdiyiniz Macarıstan çempionatı ilə necə müqayisə edərdiniz? Hansı fərqlər var?
- Azərbaycanda hər oyun fərqlidir. Lakin indidən bu suala dəqiq cavab verə bilmərəm. Bir dövrə oynayaq, qətiləşdirərik.
Azərbaycan Premyer Liqası| № | Komanda | o | x |
| 1 | Qarabağ | 27 | 57 |
| 2 | Neftçi | 27 | 56 |
| 3 | Zirə | 27 | 38 |
| 4 | Sumqayıt | 27 | 36 |
| 5 | Sabah | 27 | 26 |
| 6 | Qəbələ | 27 | 26 |
| 7 | Səbail | 27 | 24 |
| 8 | Keşlə | 27 | 23 |
| № | Komanda | o | x |
| 1 | Araz | 17 | 51 |
| 2 | Marafon | 17 | 39 |
| 3 | EKOL | 17 | 39 |
| 4 | Neftçi İK | 17 | 36 |
| 5 | Baku Fire | 17 | 28 |
| 6 | Bakı TFK | 17 | 17 |
| 7 | Premier Quba | 17 | 14 |
| 8 | Record club | 17 | 13 |
| 9 | Xızı Futzal | 17 | 12 |
| 10 | Yasamal İSK | 17 | 5 |
| № | Komanda | o | x |
| 1 | Neftçi-2 | 27 | 64 |
| 2 | Zaqatala | 27 | 56 |
| 3 | Turan-Tovuz | 27 | 51 |
| 4 | Sabah-2 | 27 | 45 |
| 5 | Qarabağ-2 | 27 | 34 |
| 6 | Keşlə-2 | 27 | 31 |
| 7 | Qaradağ Lökbatan | 27 | 29 |
| 8 | Kəpəz | 27 | 28 |
| 9 | Sumqayıt-2 | 27 | 22 |
| 10 | MOİK | 27 | 20 |
























