FutbolMedia.Az
  • 09:25 Bazar
    29 Noyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Jorj Kaşkilya:

Jorj Kaşkilya: “İmişli” hər oyuna qələbə üçün çıxır”

“İmişli” bu gün Misli Premyer Liqasının 5-ci turunun səfər matçında “Karvan-Yevlax”a qalib gəlib (3:0).

Futbolmedia.az komanda.az saytına istinadən xəbər verir ki, oyundan sonra bölgə təmsilçisinin baş məçqçisi Jorj Kaşkilyanın mətbuat konfransı keçirilib.

Portuqaliyalı mütəxəssis əvvəlcə “Qarabağ”ın Çempionlar Liqasında “Benfika”ya qalib gəlməsinə münasibət bildirib:

“Öncə “Qarabağ”ı təbrik etmək istəyirəm. Bu Azərbaycan futbolu üçün, “Qarabağ” üçün tarixi nailiyyətdir. Təbii ki, bir portuqaliyalı olaraq “Benfika”nın qələbə qazanmasını istəyirdim. Amma “Qarabağ” Lissabonda 90 dəqiqə yaxşı oyun nümayiş etdirdi. Qələbəni haqq etdilər”.

“Karvan-Yevlax”la oyuna gəlincə, o, bildirib: “Oyun bizim üstünlüyümüzlə keçdi. İstədiyimiz kimi oyun qura bildik. Rəqib də çalışırdı, təzyiq göstərirdi ki, qol vursun, amma biz bunun qarşısını aldıq. Daha çox öz oyunumuzu rəqibə diqtə edə bildik. Artıq 2:0-dan sonra daha rahat oynamağa başladıq. Öz oyunumuzu nümayiş etdirə bildik. Bilirdik ki, rəqib qol vursa, oyunun axarı fərqli tərzdə gedəcəkdi. Ona görə də, biz buna mane olmağa çalışdıq və öhdəsindən də gələ bildik. Çoxlu qol şanslarımız oldu, üçüncü qolu axtarırdıq və nəhayət, ona da nail olduq.

Məqsədlərimiz nə idisə, elə də davam edir. Hər oyuna qələbə üçün çıxırıq. Aşağı liqadan gəlib ardıcıl qələbələr qazanmaq asan deyil. Amma bizim elə məqsədimiz bu idi. Dediyim kimi, hər oyuna qalib gəlmək üçün çıxırıq və bundan sonra da belə olacaq. Növbəti oyunlara hazırlaşacağıq”.

“İmişli” növbəti turda “Zirə” ilə üz-üzə gələcək.

19-09-2025, 18:30
11876
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
19-09-2025, 21:35
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Hər məşqçini belə qələbələr sevindirər"
13-09-2025, 20:12
"İmişli"nin baş məşqçisi: "Komandamla qürur duyuram"
31-08-2025, 22:23
"İmişli"nin baş məşqçisi: "Böyük iş gördük"
31-07-2025, 23:00
Valdas Dambrauskas
Valdas Dambrauskas "Bilirdik ki, rəqibdən güclüyük"
1-09-2024, 23:23
Qurban Qurbanov:
Qurban Qurbanov: "Avropa Liqasındakı oyunlar bizim üçün daha çətin olacaq"
1-09-2024, 08:56
Krunoslav Renduliç:
Krunoslav Renduliç: "Qarşıdakı matça belə yanaşsaq, qalib gələ bilməyəcəyik"
31-08-2024, 20:21
Ayxan Abbasov:
Ayxan Abbasov: "Klublarımızda idarəçilikdə böyük problemlər var"
31-07-2024, 15:03
Toral Bayramov:
Toral Bayramov: "Hədəf Çempionlar Liqasıdır"
31-03-2024, 22:01
"Sumqayıt"ın məşqçisi: "Haqlı qələbə qazandıq"
5-11-2023, 21:09
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Bir xal da bizim üçün yaxşı nəticə sayılacaqdı"
11-08-2023, 12:12
Ataa Caber:
Ataa Caber: "Beşiktaş"ı təzyiq altında saxlaya bildik”
2-05-2023, 22:23
Regekampf:
Regekampf: "Üçüncü qolu da heç nədən buraxdıq”
  Xəbər Lenti
Millimizin üzvü Rüfətin komandası uduzdu 29.11.2026, 09:23
“Sabah” - “Araz-Naxçıvan” 2:0 - VİDEO 29.11.2026, 08:52
Dambrauskas: “Stadionları insanların ayağına aparmalıyıq?” 28.11.2026, 22:18
Yuri Maksimov: “Biz də qələbə qazanmaq istəyirik” 28.11.2026, 21:30
“Turan Tovuz” - “Kəpəz” 2:1 - VİDEO 28.11.2026, 20:16
Kurban Berdiyev: “Bu, onun fikridir” 28.11.2026, 19:15
Azər Məmmədov: “Ən azı bir xal qazanmağa layiq idik” 28.11.2026, 19:03
PSJ-nin müdafiəçisi zədələndi - Xarici xəbərlər 28.11.2026, 18:04
"Fənərbaxça" "Arsenal"la danışıqlara başladı - Xarici xəbərlər 28.11.2026, 18:00
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
Ətraflı
3-11-2026, 14:22
Elçin Məsiyevə UEFA-dan təyinat
Elçin Məsiyevə UEFA-dan təyinat
3-11-2026, 13:08
Argentinalı müdafiəçi
Argentinalı müdafiəçi "Barselona"ya keçə bilər - Transfer xəbərləri
3-11-2026, 16:15
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı -
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı - Xarici xəbərlər
3-11-2026, 12:10
"Difai" - "Hypers" 3:1 - VİDEO
3-11-2026, 17:06
İngiltərə klubu baş məşqçisini qovdu -
İngiltərə klubu baş məşqçisini qovdu - Xarici xəbərlər
3-11-2026, 15:24
Azərbaycanın FİFA referisi Əliyar Ağayev
Azərbaycanın FİFA referisi Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
3-11-2026, 18:10
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi -
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi - Transfer xəbərləri
4-11-2026, 09:11
"Sabah"ın futbolçusu: "Biz rəqib haqqında nə qədər düşünürüksə, onlar da bizim haqqımızda bir o qədər düşünməlidirlər"
4-11-2026, 10:13
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq -
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq - Xarici xəbərlər
4-11-2026, 08:09
Dambrauskas:
Dambrauskas: “Hər bir futbolçu bizim yerimizdə olmaq istəyərdi”
4-11-2026, 14:05
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı -
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı - VİDEO
4-11-2026, 11:04
Emre Belözoğlu
Emre Belözoğlu "Fənərbaxça"da - Rəsmi
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
Ətraflı
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb