



AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
Azərbaycan futbolunun, xüsusən də, uşaq futbolunun inkişafının vacibliyini bilirik. Bununla bağlı bir neçə ilərdi ki, AFFA və klubları tənqid etmişik. Bununla bağlı müxtəlif yazılar yazılıb. Çünki istənilən ölkənin futbolunda inkişafın təməli, uşaq liqalarından, aşağı yaxş liqalarından başlayır. Güya ki, bizim və bütün futbol camiəsinin uşaq liqasına, uşaq futboluna təkan verilməsi mesajını AFFA eşitdi. Və bu yöndə addım atdı. Bu addım da, nə olsa yaxşıdır? Edmund Klaus adlı əcnəbi dırnaq arası mütəxəssizi gətirib texniki direktor vəzifəsinə təyin edib. Yeni vəzifəsinə, kreslosuna, oturan Klaus da, eləmə tənbəllik özündən Amerika açıb. Bu başı boş, səfeh, əcnəbinin qərarına görə,bundan sonra U-14 liqası 11×11 sistemiylə yox, 9×9 formatında keçirilməlidir. Nə qədər ağılsız, səfeh və futboldan anlamaz olasan ki, belə bir ağılasığmaz qərar verəsən. Bunlar düşünmürələr ki, U-14 liqasında çıxış edən gənc azərbaycanlı futbolçular artıq 15 yaşında peşəkar karyeraya qədəm qoyacaqlar. Yəni istənilən yerli və əcnəbi peşəkar kluba transfer olunacaqlar. Bu yaşda futbolçular indidən liqalarda 11 futbolçu ilə çıxış etməli, peşəkarlığa addım atmalıdırlar. Baxın. Bütün dünya və avropada artıq 11X11 sisteminə keçib. Hətta böyük beşlik futbol liqalarında belə 15 yaşlı futbolçular kifayyət qədər görürük. Məhz bu addım uşaq futbolunun, uşaq liqalarına verilən töhvədir. Edmund Klausun verdiyi qərar tamamiylə kökündən yanlışdır. Baxın Sabahın Ulduzlar liqasına, proektinə. Məhz bu liqada 11X11 sistemi fəaliyyət göstərir. Niyə digər liqalarda bu sistem olmamalıdır. Nəyə görə fərqli sistemlər və ikili standartlar mövcuddur. U-14 liqasında 9X9 sistemi olduğu halda Azərbaycan futboluna çox güclü şəkildə ziyan dəyəcək. Bəs 11X11 sistemi olmayanda bəs 2 futbolçunun taleyi necə olacaq. Görün Klausun belə gicbəsər, mənasız, kökündən səhv olan düşünülməmiş qərarları Azrbaycan uşaq futbolunu, liqalarımızı nə qədər geriyə atacaq. Yəni AFFA-da bir ağıllı adam tapılıb ortaya çıxmadımı ki, Edmund Klaus cənablarına başa salsın ki, sən nə edirsən? bu nə yanaşmadır? bunu etməkdə məqsədin nədir axı? Edmund Klaus başa düşməlidir ki, onu Azərbaycana futbolun, liqaların, inkişafı üçün gətiriblər. Və kifayyət qədər də, böyük pullar veriblər. Ay iş yarıtmaz Edmund Klaus səni gətirməyiblər ki, onsuz da, axsayan Azərbaycan aşağı liqalarına, futboluna, daha bir zərbəni də, sən vurasan. Düşünürəm ki,

AFFA-nın prezidenti Rövşən Nəcəf, baş katib Cahangir Fərəcullayev bununla bağlı təcili tədbir görməli, Edmundonun qərarı dəyişdirilməlidir. Futbolu bilən adamlar anlayır ki, 11X11 sistemi gələcəkdə azərbaycanlı futbolçuların avropa klublarında oynamasına təkan verəcək. Mahir Emreli (Polşa), Turan Bayramov, Nəriman Axunzadə(Türkiyə), Murad Məmmədov (Kipr), Abdullazadə, Cəlal və sair gənc futbolçuları misal çəkmək olar. Klausun düşüncəsinə görə,meydança ölçüləri kiçilir
– əvəzetmə (7) üçün oyun dayanmır
– aut xəttin üzərindən, yerlə başlanır. Konkret olaraq pilot layihə təqdim edir. Lakin düşünmür ki, bu layihə əsas liqalarda tətbiq olunmur. U14 liqasında eksperiment aparmaq isə böyük fiaskolar, boşluqlar, uğursuzluqlar yaradacaq. Yəni konkret Azərbaycan liqaları Klausun səfeh eksprementlərinin yeri deyil. Burada konkret inkişaf üçün normal, tutarlı layihələr tətbiq edilməlidir. Təsəvür edin ki, bu formatı ilk dəfə futbolun yaradıcısı İngiltərə olub. Lakin bu ölkə də, təcili olaraq bu ildən 11×11-ə 14 yaşdan başlayacaq.

Yəni Klaus cənablarının azərbaycanın U-14 liqasına tərtib etmək, sıramaq istədiyi layihədən demək olar ki, bütün avropa, inkişaf etmiş dövlətlər imtina edir. Ortaya belə bir sual çıxır ki, futbolun inkişafı sürətlə gedən ölkələr Klusun tətbiq etmək istədiyi layihələrədən imtina edib 11X11 sisteminə keçirsə, bəs biz də bu layihə nədən yaradılır. Məgər Klaus azərbaycan futboluna inkişaf üçün gətirilməyibmi? yoxsa pərdə arxası başqa məsələlər var ki, bizim xəbərimiz yoxdur? Azərbaycanın heç bir uşaq liqasında birdən artıq divizion olmadığı halda, 13 yaşlı uşaqların 9×9 formatına, geri qaytarılması məntiqli, faydalı görünmür. Bir də, qeyd edirəm ki, AFFA və rəhbər şəxsləri olan Rövşən Nəcəf, Cahangir Fərəcullayev bu məsləyə təcili ciddi yanaşmalı, müəyyən addımlar atmalıdır. Onlar da, Klaus Edmundonun bu layihədən, bu fikrindən əl çəkməli olduğunu tələb etməlidirlər. Əks halda, azərbaycan futbolu üçün çox böyük zərərləri olacaq.
Yazının müəllifi Futbolmedia.az
Azərbaycan Premyer Liqası| № | Komanda | o | x |
| 1 | Qarabağ | 27 | 57 |
| 2 | Neftçi | 27 | 56 |
| 3 | Zirə | 27 | 38 |
| 4 | Sumqayıt | 27 | 36 |
| 5 | Sabah | 27 | 26 |
| 6 | Qəbələ | 27 | 26 |
| 7 | Səbail | 27 | 24 |
| 8 | Keşlə | 27 | 23 |
| № | Komanda | o | x |
| 1 | Araz | 17 | 51 |
| 2 | Marafon | 17 | 39 |
| 3 | EKOL | 17 | 39 |
| 4 | Neftçi İK | 17 | 36 |
| 5 | Baku Fire | 17 | 28 |
| 6 | Bakı TFK | 17 | 17 |
| 7 | Premier Quba | 17 | 14 |
| 8 | Record club | 17 | 13 |
| 9 | Xızı Futzal | 17 | 12 |
| 10 | Yasamal İSK | 17 | 5 |
| № | Komanda | o | x |
| 1 | Neftçi-2 | 27 | 64 |
| 2 | Zaqatala | 27 | 56 |
| 3 | Turan-Tovuz | 27 | 51 |
| 4 | Sabah-2 | 27 | 45 |
| 5 | Qarabağ-2 | 27 | 34 |
| 6 | Keşlə-2 | 27 | 31 |
| 7 | Qaradağ Lökbatan | 27 | 29 |
| 8 | Kəpəz | 27 | 28 |
| 9 | Sumqayıt-2 | 27 | 22 |
| 10 | MOİK | 27 | 20 |
























