FutbolMedia.Az
  • 19:23 Bazar
    8 Noyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo

"Qarabağ"ın haqını yeyən, ölkə başçısı İlham Əliyevin tapşırığını saymayan AFFA və Rövşən Nəcəf - YAZI

Bir çox insanlar, futbol adamları danışanda ağızlarına çuvallı dovşan sığmır. Hər kəs Azərbaycan futbolunun inkişafından dəm vurur. Lakin əmələ gəlincə, yaxalarını kənara çəkirlər. Ya da, ümumiyyətlə inkişaf üçün dəstək olmurlar. Açdığım söhbət "Qarabağ"ın bazasına bitişik ərazidə olan torpaq sahəsindən gedir. Hansı torpaq ki, 8 il öncə ölkə prezidenti müzəffər Ali baş komandan İlham Əliyev "Qarabağ" klubuna idman akademiyasının tikintisi üçün bağşlamışdı. Daha doğrusu fərman vermişdi. Hətta Tahir Gözel uşaqlar üçün müasir futbol akademiyası tikəcəyini vəd etmişdi. SOCAR-ın balansında olan, "Neftçi" İSM-ə məxsus qurğuda böyük ölçüdə ciddi fəaliyyət yoxdur. Yəni heç bir problem yoxdur ki, bu torpağı klubun balansına köçürsünlər. Lakin sən saydığını say, gör AFFA və onun prezidenti Rövşən Nəcəf nə sayır. Federasiya prezidenti R. Nəcəf aylar öncə "Qarabağ" klubunun bazasında olub. Klub rəhbərləri və idman direktoru Emrah Çelikel AFFA prezidentinə bu yöndə dəstək verilməsini xaiş edib. Lakin xaişləri hələ də, havada qalıb. Yəni bu torpağın cənab prezident İ. Əliyevin göstərişi ilə onlara verildiyini bildirib. Sadəcə klubun balansına köçürülməsi üçün dəstək olmasını xaiş edib. Lakin iş bilməz federasiya rəhbəri həm klubun, həm də, ölkə başçısının xaiş və tapşırığını vurub qulaq ardına. Onsuz da, AFFA rəhbərliyinin "Qarabağ"a qarşı soyuq və laqeyd münasibətindən çox yazmışıq. Bu məmurlar öyrəşib ki, bu məhsuliyyətsizliyinə görə ciddi bir qulaq burması alsınlar ki, ağılları başlarına gəlsin. Adama deyərlər ki, ay Rövşən Nəcəf sən hələ körpə olanda bu klub vardı. Və "Qarabağ" klubu Ümummilli lider, Ulu Öndər [b]Heydər Əliyevin təşəbbüsü sayəsində yaranıb. Yəni Heydər Əliyev iş admı Abdulbari Gözəldən xaiş edib ki, klub yaratsın adını da "Qarabağ" qoysun. AFFA prezidenti Rövşən Nəcəf bilməlidir ki, "Qarabağ" yarandığı gündən bütün Avropada, dünyada Azərbaycan dövlətinin ən güclü Lobbisi olub. Və bu gün də, bu missiyanın öhtəsindən mükəmməl gəlir. Yəni bu klubun etdiyinin heç 5 faizini belə Rövşən Nəcəf və ətrafında yer alanlar etməyib. Danışanda ölkə futbolunun inkişafından dəm vurur. Lakin futbolun inkişaf etməsinə dəstək olmur. Adama deyərlər Rövşən Nəcəf sən kimsən ki, Ali baş komandan İlham Əliyevin əmrini və göstərişini heçə sayasan. Prezidentin sərəncamına saymamazlıq edəsən. Məgər AFFA prezidenti bilmir ki, ölkə başçısının tapşırıqlarını heçə sayan, hörmətsizlik edən şəxslər mütləq bədəlini ağır ödəyər. Adamın vicdanı olar. Burada sual doğuru ki, niyə, nə üçün AFFA rəhbərliyi prezidentin "Qarabağ"a baışladığı torpağı klubun balansına köçürmür? bəlkə R. Nəcəf şəxsi maraqları üçün bu torpaq sahəsindən istifadə etmək istəyir. Niyə imkan vermirsiniz ki, Azərbaycan futbolunu illərdi yaşadan, süni nəfəs verən, "Qarabağ" klubu böyüsün. Azərbaycan millisinə gələcəkdə istedadlı uşaqların, futbolçuların yetişməsi üçün işlər görsün. "Qarabağ" klubunun avropa meydanlarında qazandığı tarixi nəticələr nəyin ki, Azərbaycan xalqını, bütün Türk dünyasını sevindirir. Btün Türk dünyası "Qarabağ"ın böyüməsini, inkişafını istəyir. Təkcə AFFA prezidenti Rövşən Nəcəfdən başqa. Qanında azərbaycanlı qanı, vətənə, millətə, dövlətinə sevgisi olan insan, vəzifəli şəxs "Qarabağ" klubuna qarşı bu haqsızlığı etməz. Rövşən Nəcəf AFFA prezidenti olan dövürdən ölkə futboluna ziyan vurursan. Santuşun milli komandanın sükanı arxasına gətirilməsindən, legioner limitinin ləvğinə kimi yalnış addımlar atırsan. Bu müddət ərzində AFFA bu torpağı "Qarabağ"ın bazasına köçürməyibsə, deməli Rövşən Nəcəf Ali baş komandan, müzəffər prezidentimiz İlham Əliyevin tapşırığını saymır. Və prezidentinə hörmət bəsləmir. İnanıram ki, Cənab prezident İlham Əliyev bu qudurğan məmur tayfasına öz lazımı cəzasını verəcək. Əgər bu məsələ yaxın zamanda həllini tapmasa, bu torpaq sahəsi "Qarabağ"ın balansına tez bir zamanda köçürülməsə, şəxsən mən və ətrafımda millətini, dövlətini, prezidentini, futbolunu, idmanını sevən bir çox jurnalist həmkarlarımla ölkə başçısı hörmətli prezidentimiz Müzəffər İlham Əliyevə məktubla müraciət edəcəyik. Onsuz da, pis durumda olan Azərbaycan futbolunu ucuruma aparan şəxslər qoy cəzalansın. Azərbaycan futbolunu illərdi yaşadan, ölməyə qoymayn "Qarabağ" klubunun uğurlarının qarşısını kimsə alamaz.

Əli HƏYATİ

22-09-2025, 07:10
9454
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
13-08-2025, 11:34
AFFA prezidenti Rövşən Nəcəf:
AFFA prezidenti Rövşən Nəcəf: “Qarabağ”a yeni qələbələr diləyirəm”
2-06-2025, 09:20
AFFA prezidenti minifutbol millimizi təbrik etdi
AFFA prezidenti minifutbol millimizi təbrik etdi
11-04-2025, 14:00
Rövşən Nəcəf
Rövşən Nəcəf "Fernandu Santuşa narazılığımızı bildirdik"
11-12-2024, 15:43
Rövşən Nəcəf və Sərxan Hacıyev FİFA-nın Növbədənkənar Konqresində
Rövşən Nəcəf və Sərxan Hacıyev FİFA-nın Növbədənkənar Konqresində
2-08-2024, 16:14
“Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək
“Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək
27-05-2024, 15:33
AFFA prezidenti
AFFA prezidenti "Qarabağ"ın bazasını ziyarət etdi - FOTO
17-05-2024, 17:16
Rövşən Nəcəf Danimarka futbolunun rəhbəri ilə görüşüb
Rövşən Nəcəf Danimarka futbolunun rəhbəri ilə görüşüb
3-04-2024, 09:41
Rövşən Nəcəf “Neftçi”dən getdi -
Rövşən Nəcəf “Neftçi”dən getdi - Rəsmi
2-04-2024, 08:30
Bu gün AFFA-ya yeni prezident seçilir
Bu gün AFFA-ya yeni prezident seçilir
1-04-2024, 07:14
Rövşən Nəcəf AFFA-nın prezidenti olaqcaqsa, futbolumuz batdı - YAZI
Rövşən Nəcəf AFFA-nın prezidenti olaqcaqsa, futbolumuz batdı - YAZI
23-03-2024, 16:00
Rövşən Nəcəf AFFA-nın dördüncü prezidenti olacaq -
Rövşən Nəcəf AFFA-nın dördüncü prezidenti olacaq - Rəsmi
10-02-2022, 15:49
Rövnəq Abdullayev SOCAR prezidentliyindən çıxarıldı -
Rövnəq Abdullayev SOCAR prezidentliyindən çıxarıldı - Rəsmi
  Xəbər Lenti
Keyn: “Qızıl top”un yeri klubun muzeyidir” 8.11.2026, 13:12
Dadaşovun qolu komandasına qələbə qazandırdı 8.11.2026, 12:00
"Qalatasaray" - "Amed" 4:3 - VİDEO 8.11.2026, 11:09
"Mançester Siti"dən gözlənilməz məğlubiyyət - İngiltərə Premyer Liqası 8.11.2026, 10:07
Millimizin üzvü Rüfət oynadı, komandası qalib gəldi 8.11.2026, 09:10
"Zirə"nin qələbəsindən - VİDEO 8.11.2026, 08:04
"Roma" İngiltərə klubundan Ceymi Gittens üçün ağız açdı - Transfer xəbərləri 7.11.2026, 17:40
Azərbaycan U-21 millisinin heyəti açıqlandı 7.11.2026, 17:08
Leroy Sane "Qalatasaray"ı ABŞ klubuna dəyişə bilər - Transfer xəbərləri 7.11.2026, 16:07
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
3-11-2026, 13:08
Argentinalı müdafiəçi
Argentinalı müdafiəçi "Barselona"ya keçə bilər - Transfer xəbərləri
3-11-2026, 14:22
Elçin Məsiyevə UEFA-dan təyinat
Elçin Məsiyevə UEFA-dan təyinat
3-11-2026, 16:15
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı -
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı - Xarici xəbərlər
3-11-2026, 12:10
"Difai" - "Hypers" 3:1 - VİDEO
3-11-2026, 17:06
İngiltərə klubu baş məşqçisini qovdu -
İngiltərə klubu baş məşqçisini qovdu - Xarici xəbərlər
3-11-2026, 15:24
Azərbaycanın FİFA referisi Əliyar Ağayev
Azərbaycanın FİFA referisi Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
3-11-2026, 18:10
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi -
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi - Transfer xəbərləri
4-11-2026, 09:11
"Sabah"ın futbolçusu: "Biz rəqib haqqında nə qədər düşünürüksə, onlar da bizim haqqımızda bir o qədər düşünməlidirlər"
4-11-2026, 08:09
Dambrauskas:
Dambrauskas: “Hər bir futbolçu bizim yerimizdə olmaq istəyərdi”
4-11-2026, 10:13
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq -
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq - Xarici xəbərlər
4-11-2026, 11:04
Emre Belözoğlu
Emre Belözoğlu "Fənərbaxça"da - Rəsmi
4-11-2026, 14:05
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı -
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı - VİDEO
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb