FutbolMedia.Az
  • 10:16 Bazar ertəsi
    17 Avqust 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Vernidub:

Vernidub: “Böyük pullar vəd edilsə də, “Neftçi”dən getmərəm”

Misli Premyer Liqasında 2026/27 mövsümünün ilk turu çərçivəsində "Neftçi" "Sumqayıt"a 3:1 hesabı ilə qalib gəlib.


Futbolmedia.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub oyundan sonra keçirilən mətbuat konfransında oyun fikirlərini bölüşüb və jurnalistlərin suallarını cavablandırıb.

- “Neftçi”nin oyunu sizi nə dərəcədə qane etdi?

- Azərbaycan Premyer Liqasının başlaması münasibətilə sizi təbrik edirəm. Səfərdə oynayırdıq. “Sumqayıt” ötən mövsüm heç də pis təsir bağışlamamışdı. Yayda komandada çoxlu dəyişikliklər olub, bir çox futbolçu gedib, yeniləri gəlib. Bu səbəbdən onların bu yay necə oynadıqları barədə çox məlumatımız yox idi. “Şamaxı” ilə keçirdikləri yoxlama oyunundan xəbərdar idik. Həmin matçda 4 müdafiəçi ilə oynamışdılar, bu dəfə isə 5 müdafiəçi ilə meydana çıxdılar. Bunu oyundan əvvəl öyrəndik.

Amma əsas məsələ bizim futbolçularımızın nə üçün oynadığımızı bilməsidir. Oyunumuz alındı, daha çox qol da vura bilərdik. Sadəcə, yaratdığımız imkanlardan istifadə edə bilmədik. Bir qol da buraxdıq və belə qol buraxmamalı idik. Ümumilikdə oyundan, futbolçuların çıxışından və nəticədən razıyam. Ən önəmlisi isə mövsümə qələbə ilə başlamağımızdır.

- Rəqib azlıqda qaldıqdan sonra daha aktiv görünürdü. Bunu nə ilə əlaqələndirərdiniz?

- “Sumqayıt”ın vurduğu qoldan başqa hansı təhlükəli epizodunu xatırlayırsınız? Varsa, mənə də xatırladın. Biz yaratdığımız fürsətlərdən istifadə etsəydik, hesab tamamilə başqa cür ola bilərdi.

“Sumqayıt” pis komanda deyil. Onlar hər zaman turnir cədvəlinin yuxarı pillələri uğrunda mübarizə aparırlar. Azərbaycan Premyer Liqasında bir-birinə yaxın səviyyədə olan çoxlu komandalar var. “Turan Tovuz”un “Qəbələ” ilə oyununa baxın. “Turan Tovuz”un artıq oturuşmuş heyəti var, “Qəbələ” isə yeni komanda formalaşdırıb. Buna baxmayaraq bəzi epizodlarda fərqlənə bilərdilər.

- Qutsulyakın “Neftçi”yə keçəcəyi deyilir. Onunla danışmısınız? Komandaya gəlmək ehtimalı nə qədərdir?

- Bu məlumatı haradan əldə etmisiniz? Bir neçə futbolçu var ki, onlarla maraqlanırıq. Bunlar daha çox agentlərin işidir, futbolçuların qiymətini artırmaq üçün belə məlumatlar yayırlar. Mənim bu barədə məlumatım yoxdur. Nəsə olsa, deyə bilərəm.

Qutsulyaka gəlincə, çox yaxşı futbolçudur. Ukrayna millisində də çıxış edib. Yaxşı vingerdir, sürəti var. “Neftçi”də oynamaq istəsəydi, onun transferindən imtina etməzdim.

- Moldova mətbuatının məlumatına görə, “Şerif” rəhbərliyi də sizinlə əlaqə saxlayıb və komandaya dəvət edib.

- Bunu ilk dəfə sizdən eşidirəm. Mənim “Neftçi” ilə müqaviləm var və burada hər şeydən razıyam. Tez-tez komanda dəyişən məşqçi deyiləm. Müqaviləmə uyğun olaraq işimi davam etdirirəm.

Hətta böyük məbləğdə pul təklif olunsa belə, getmərəm. Mən pulun arxasınca qaçan insan deyiləm. Mənim üçün işim və müqaviləm önəmlidir. Hazırkı qazancım da məni qane edir. Ailəm var, gəlirim hamımız üçün kifayətdir. Qardaşım, bacım, nəvələrim var. Bu gün qazandığım məbləğ məni qane edir. Böyük pul təklif olunsa belə, sırf buna görə komandamı dəyişmərəm.

- Kenan Piriç komandadan ayrılıb, yoxsa ayrılacaq?

- Heyətdədir, sadəcə zədəsi var. Komandanı gücləndirməliyik və bu istiqamətdə işlərimizi davam etdiririk. Öz oyun üslubumuza uyğun futbolçular axtarırıq. Bəzən oyunçuların maliyyə tələbləri yüksək olur, amma inanıram ki, istədiyimiz futbolçuları tapacağıq.

Biz öz əziyyəti ilə pul qazanmağa üstünlük verən futbolçuları komandaya gətirmək istəyirik. Bu gün heyətimizdə yerli futbolçular da var. Bu, eyni zamanda milli komandanın formalaşmasına da öz töhfəsini verəcək. Hər bir futbolçu üzərində ciddi çalışır. Biz də istəyirik ki, onlar yaxşı nəticələr ortaya qoysunlar.

Dünən, 21:38
4897
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
28-05-2026, 21:33
Kaxaber Sxadadze:
Kaxaber Sxadadze:
30-04-2026, 22:50
Yuri Vernidub:
Yuri Vernidub: "Hörmətsizlik deyil, sadəcə yorğunam"
5-04-2026, 20:40
Yuri Vernidub:
Yuri Vernidub: "Həmin matçları səbirsizliklə gözləyirəm"
15-02-2026, 17:08
Yuri Vernidub:
Yuri Vernidub: "Qarabağ"a dəstək olmaq qərarına gəldik"
28-11-2025, 21:24
Sənan Qurbanov:
Sənan Qurbanov: "Buraya qələbə qazanmaq üçün gəlmişdik"
21-09-2025, 23:03
Saşa İliç:
Saşa İliç: "Müdafiədə böyük səhvlər buraxdıq"
5-05-2025, 13:08
Koxalski:
Koxalski: “Qarabağ”da hər şey məni qane edir"
1-12-2024, 22:37
Samir Abasov:
Samir Abasov: "Mənim sözlərim onlara dərman deyil"
26-10-2024, 21:11
Vaqif Cavadov:
Vaqif Cavadov: "Bundan sonra nəticələr özü gələcək"
21-10-2024, 08:11
Vaqif Cavadov:
Vaqif Cavadov: "Sürətli oynayan "Sumqayıt" görəcəyik"
24-10-2022, 15:59
Tərlan Quliyev:
Tərlan Quliyev: "Qol vurduqdan sonra sanki nəsə baş verir"
8-10-2022, 22:23
Regekampf:
Regekampf: "Emin robot deyil, insandır"
  Xəbər Lenti
“Tvente”nin baş məşqçisi “Qarabağ”la oyunlardan danışdı 17.08.2026, 10:09
Millimizin üzvü Nəriman Axundzadə Superliqada debüt etdi 17.08.2026, 09:17
"Zirə" - "Şəfa" 2:0 - VİDEO 17.08.2026, 08:05
"Şəfa"nın baş məşqçisi: “Bizə sadəcə vaxt lazımdır” 16.08.2026, 23:14
"Sumqayıt" - "Neftçi" 1:3 - VİDEO 16.08.2026, 22:02
“Sumqayıt”ın baş məşqçisi: “Neftçi”yə məğlubiyyətdən danışdı 16.08.2026, 21:46
Vernidub: “Böyük pullar vəd edilsə də, “Neftçi”dən getmərəm” 16.08.2026, 21:38
Qakpo “Tottenhem”ə keçməyə razılıq - Xarici xəbərlər 16.08.2026, 16:18
Qullit: “Mən özümdən fərqli futbolçuları izləməyi daha çox xoşlayıram” 16.08.2026, 15:26
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
24-07-2026, 17:10
ÇSKA -
ÇSKA - "Qarabağ" matçının biletləri satışa çıxarıldı
24-07-2026, 19:15
Kloppdan Almaniya millisinin baş məşqçisi oldu -
Kloppdan Almaniya millisinin baş məşqçisi oldu - Xarici xəbərlər
24-07-2026, 18:11
"Zirə"dən ayrılan Leroy Mikels Almaniya klubuna keçdi - Transfer xəbərləri
25-07-2026, 18:06
De Bruyne “Napoli”dən ayrıla bilər -
De Bruyne “Napoli”dən ayrıla bilər - Xarici xəbərlər
26-07-2026, 13:15
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir -
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir - Transfer xəbərləri
25-07-2026, 15:30
"Çelsi" 18 yaşlı futbolçu üçün 40 milyon avro ödəməyə hazırdır - Transfer xəbərləri
26-07-2026, 09:17
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
28-07-2026, 14:39
"Qarabağ" FK və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
28-07-2026, 13:18
"Real"da ciddi itki - Xarici xəbərlər
27-07-2026, 15:29
Makqreqor bir illik sıradan çıxıb
Makqreqor bir illik sıradan çıxıb
26-07-2026, 08:04
"Kəpəz"də zambiyalı futbolçu - Transfer xəbərləri
28-07-2026, 11:07
"Mançester Siti" qolkiperini "Lids"ə satır - Transfer xəbərləri
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb