FutbolMedia.Az
  • 10:56 Cümə axşamı
    3 Sentyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Regekampf:

Regekampf: "Emin robot deyil, insandır"

"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Misli Premyer Liqasının 9-cu turunda evdə "Turan Tovuz"la qolsuz bərabərə qaldıqları oyundan sonra mətbuat konfransı keçirib.Futbolmedia.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib.

- Oyuna yaxşı başladıq. Çalışdıq ki, rəqib üzərində təzyiq yaradaq. Amma sonluğu gətirə bilmirdik. Buna görə də oyunumuzu çətinləşdirirdik, topu ayağımızda çox saxlayırdıq. Oyuna sürətimizi, keyfiyyətimizi əlavə edə bilmirdik. Beləliklə, oyunu da rəqib üçün asanlaşdırdıq. Bizim üçün yaxşı oyun deyildi.

- "Qarabağ"ı çempionluq münasibətilə təbrik etmək olar?

- Hazırda çox danışmalı deyilik. Bunu meydanda göstərmək lazımdır. Sakitləşib yenidən bərpa olunaraq, titul uğrunda mübarizəyə davam etməliyik.

- Adınız "Styaua" ilə hallanır. Bu, nə dərəcədə doğrudur?

- Bu barədə deyiləsi bir şey yoxdur. "Neftçi" ilə iki illik müqaviləm var və işimə konsentrasiya olmuşam. Adım çox yerlərdə hallana bilər.

- Bundan əvvəl də Rumıniya millisi ilə adınız hallanırdı. Bu sizə olan tələbdən irəli gəlir, yoxsa işinizə konsentrasiya olmağınızı istəməyənlər var?

- Adımızın hallanması normaldır. Onlar da mediadır, sizin kimi jurnalistlərdir. Nə düşünürlər, nə istəyirlər, onu da yazırlar. Bu, mənim problemim deyil. Amma məndə bu barədə məlumat yoxdur.

- Bu gün qapıya bir zərbə də endirmədiniz. Belə rəqibə qarşı daha fərqli oynaya bilməzdiniz?

- Həftəboyu beşli müdafiəyə qarşı necə oynamalı olduğumuzu məşq edirdik. Komandanı rəqibə uyğun hazırlamağa çalışırdıq. Düşünürəm ki, erkən qol oyunu dəyişə bilərdi. İlk dəqiqələrdən aqressiv oynamağa çalışdıq. Qol axtarışda idik. Bunu edə bilmədiyimiz üçün rəqibə daha çox motivasiya verdik. matçın sonunda rəqibin 100 faizlik şansı oldu.

- Demək ki, rəqib baş məşqçi komandasını sizə qarşı daha yaxşı hazırlamışdı...

- Müdafiə olunmaq, hücum qurmaqdan daha asandır. Oyuna kimin daha yaxşı hazırlaşdığını indi müzakirə edə bilmərik. Orta xəttdə sıxlıq yaratmağa çalışdıq. Hücumçumuz ucaboy deyil, bunu nəzərə almışdıq. Oyun üslubumuz belədir ki, sürətli hərəkət edib hücumlar quraq.

- Çempionluğa oynayan komandanın ehtiyat skamyası bu qədər kasad olmamalıdır. Bununla bağlı rəhbərliklə söhbət etmisiniz?

- Bəli, biz hər gün bu mövzu haqda rəhbərliklə söhbət edirik. Hazırda güclü komanda yaratmaq üçün prosses gedir. Bilirik ki, bir gün ərzində bunu əldə edə bilmərik. Müəyyən mövqelərə futbolçular təklif olunur, baxırıq. Komanda yerli oyunçularla da güclənməlidir. Yerli oyunçularımızın zədələnməsini də gözləmirdik. Uzunmüddətli zədəli olan oyunçumuz var. Ümidvaram ki, Eddi 3-4 həftədən sonra komandaya qayıdacaq.

- Qodsvoy Donyo qol vura bilmir. Onun indiki vəziyyəti sizi qane edir?

- Hücumçu qol vurmalıdır. Əminliklə deyə bilərəm ki, Donyo da öz oyunundan razı deyil. Kifayət qədər keyfiyyətli futbolçudur. Ümid edirik ki, yenidən qolları sıralayacaq. Ona inanırıq.

- Solomon Kvirkveliyanın əvəzlənərkən narazı olmasını bütün stadion gördü. Bu barədə fikriniz necədir?

- Son 7-8 qalmışdı və hansısa müdafiəçini hücumçu ilə əvəzləməliydik. Solomonun narazı qalması üçün heç bir əsas yoxdur. Daha çox mübarizə aparmalı, öz üzərində çalışmalıdır ki, daim oynasın. Əminəm ki, heç bir problem də yoxdur.

- Sizcə, Emin Mahmudova istirahət verməli deyilsiniz?

- Ona necə istirahət verə bilərik? Peşəkar futbolçudur və 90 dəqiqə oynamalıdır. Milli komandanın və "Neftçi"nin kapitanıdır. Bu yarışdır və bunu mən təşkil etmirəm. Bu, bizim işimizdir, hər gün görməliyik. Çünki futbola görə maaş alırıq. Ola bilsin, yorğundur. Üst-üstə oyunlar keçirir. İstirahət üçün vaxtı olmur. Emin kimi 10 oyunçumuz yoxdur. O da 3-4 gündən bir meydana çıxdığı üçün qürur hissi keçirməlidir. Sizə məlumat verim ki, Emin ən çox iş görən, ən çox qaçan oyunçumuzdur. Bəlkə də siz haqlısınız, Emin robot deyil, insandır və buna görə yorula bilər. Onun oyunundan razıyam.

8-10-2022, 22:23
15736
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
2-10-2022, 08:21
Emin Mahmudov:
Emin Mahmudov: "Başımızı aşağı salmalı deyilik"
1-10-2022, 20:34
Regekampf:
Regekampf: "Biz "Neftçi"yik, kiməsə çatmağımıza ehtiyac yoxdur"
17-09-2022, 08:26
Mahmud Qurbanov:
Mahmud Qurbanov: "Bəzi komandalar var ki, onlarla mübarizə aparmağa gücümüz çatmır"
16-09-2022, 23:20
Regekampf:
Regekampf: "Hazırda nəticə o qədər də önəmli deyil"
10-09-2022, 21:23
Regekampf:
Regekampf: "İlk yarıda komandam yaşlı insanlar kimi futbol oynadı"
3-09-2022, 22:55
Regekampf:
Regekampf: "Futbolçularımın yaxşı səviyyəyə qalxmasını istəyirəm"
26-08-2022, 23:33
Regekampf:
Regekampf: "Məndə bəzən elə hiss yaranır ki, biz odla oynamağı xoşlayırıq"
14-08-2022, 23:13
Regekampf:
Regekampf: "Neftçi"nin bundan da artıq gücü var"
7-08-2022, 22:13
Aleksey Baqa:
Aleksey Baqa: "Oyuna çox inamsız başladıq"
4-08-2022, 23:43
Regekampf:
Regekampf: "Azərbaycan futbolu üçün böyük qələbədir"
10-06-2022, 23:01
De Byazi:
De Byazi: "Uduzmaqdan zəhləm gedir"
12-08-2021, 22:56
Qurban Qurbanov:
Qurban Qurbanov: "İçimdə prinsip var idi ki, bu rəqibə qalib gəlim"
  Xəbər Lenti
İtaliyanın "Napoli" klubu kapitanı ilə müqaviləni uzatdı - Transfer xəbərləri 3.09.2026, 10:13
"Qarabağ"ın sabiq hücumçusu Kamilo Durandan daha bir gözəl qol - VİDEO 3.09.2026, 09:11
"Səbail"dən adının dəyişdirilməsi ilə bağlı - Açıqlama 3.09.2026, 08:10
"Barselona" yarımmüdafiəçisini icarəyə verdi - Transfer xəbərləri 2.09.2026, 19:02
Messidən sonra Argentina millisinin “10 nömrə”si kim olacaq? 2.09.2026, 18:01
Almaniya millisinin hücumçusu "Yuventus"da - Rəsmi 2.09.2026, 17:00
"Şamaxı"dan ayrılan legioner Əlcəzair klubunda oynayacaq 2.09.2026, 16:08
“Şəfa”dan ayrılan futbolçu “Şahdağ Qusar”a keçib 2.09.2026, 15:15
"Qalatasaray" Almaniya klubunun futbolçusunu heyətinə qatır - Transfer xəbərləri 2.09.2026, 14:29
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
24-08-2026, 15:32
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
20-08-2026, 15:29
La Liqada 400-cü oyun -
La Liqada 400-cü oyun - Xarici xəbərlər
20-08-2026, 14:02
Puyol:
Puyol: “Yamala başa salmalıyıq ki…”
20-08-2026, 11:37
Joze Mourinyo:
Joze Mourinyo: "Mbappe məni güldürür"
20-08-2026, 12:09
"Qarabağ" "Tvente"yə qarşı - YENİLƏNİR
20-08-2026, 16:11
"Qalatasaray" rus futbolçunun transferini açıqladı - Transfer xəbərləri
20-08-2026, 14:28
"Araz-Naxçıvan"dan ayrılan qapıçı bu klubla anlaşdı
20-08-2026, 13:20
Azərbaycan klublarının yay transferləri -
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər
5-08-2026, 11:07
"Sabah" "Orhus"a qarşı - YENİLƏNİR
5-08-2026, 12:06
Kabo Verde millisinin baş məşqçisi qovuldu -
Kabo Verde millisinin baş məşqçisi qovuldu - Xarici xəbərlər
20-08-2026, 17:02
"Barselona" "Çelsi"dən 80 milyon avro tələb edir Xarici xəbərlər
5-08-2026, 16:11
"Qarabağ"la oyundan əvvəl "Dinamo" bu addımı atdı
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb