FutbolMedia.Az
  • 09:12 Bazar
    18 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Samir Abasov:

Samir Abasov: "Mənim sözlərim onlara dərman deyil"

"Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 15-ci turunda "Qarabağ"a 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra fikirlərini bildirib.

Futbolmedia.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında oyunçuların potensialı ilə bağlı suala belə cavab verib:

"Potensialdan danışmaq istəmirəm. İşimizin başlanğıc fazasındayıq. "Neftçi"nin baş məşqçisi, ya futbolçususansa, sənə bu cür oyunlarla qiymət verilir. Ona görə futbolçuların potensialını bir oyunla ölçmək istəmirəm. Çünki görəcək işlərimiz və bu cür oyunlar çox olacaq. Qarşıma qoyulan hədəflər isə "Neftçi"nin hədəfləridir. Əvvəlcədən demişdim ki, hədəflərimiz yüksəkdir. Ona doğru getməyə çalışacağıq. Görəcəyimiz iş çoxdur. Bura gəlməmişdən əvvəl komadada ruh düşkünlüyü önə çıxırdı. Bunu siz də görürdünüz və bilirdiniz. Bura gəldikdən sonra isə əmin edirəm ki, görünməyən və bilmədiyiniz problemlər daha çoxdur. Nəticəyə bağlamıram, amma xoş olan odur ki, futbolçularda inkişaf görünür. Əhval-ruhiyyə yaxşıya doğru gedir. Bu gün üzücüdür. Ümid çox idi. Atmosfer də yaxşı idi. Bunu azarkeşlərimiz etmişdilər. Sağolsunlar".

Mütəxəssis "Ramil Şeydayevin oyunu sizi qane edir?" sualına belə cavab verib: "Üzrlü hesab edin, tək-tək futbolçuları soruşsanız, cavab verməyəcəyəm. Çünki əsas komandadır. Futbolçuları bölmək istəmirəm. Siz sezdiyinizdən, gördüyünüzdən daha problemli məsələlər gördüm. O məni narahat edir. Sırf bəzi futbolçularla bağlıdır. Bu, məni çox narahat etdi. Üzərində dayanacağıq. Hansısa futbolçu və əsas da mediada müzakirə olunan futbolçular haqda danışmaq istəmirəm".

S. Abasov komandasının oyuna istəkli çıxdığını bildirib: "Çox istəkli idik. Həm oyunda, həm oyundan əvvəl. Amma son paslarda, son nöqtəni qoymaqda çatışmazlıqlar var idi. Qapımızda da çoxlu hücumlar gördük. Biz də əks-hücuma yaxşı çıxmağa çalışırdıq. Fasilədə bildirdiyim irad o idi ki, son nöqtədə ürəyini qoymalısan. Epizoda girə bilirdik və çalışırdıq. Əfsuslar olsun ki, son nöqtələri qoya bilmədik. Bunu da mən sırf psixoloji durumla bağlayaram. Futbolçularım həmin anlarda rahat deyildilər. Bu, məni narahat edirdi. Belə qol buraxmalı deyildik. Birinci hissə Yuri Matiasın buraxdığı səhv və ilk qoldan danışmaq istəmirəm. İkinci hissədə komanda kimi belə reaksiya verməli deyildik. Oyunu öz xeyrimizə çevirməli idik. Əfsuslar olsun, oyunun qırılma nöqtəsi həmin qol oldu".

O, avrokuboklara getmək hədəflərindən danışıb: "Kubokda da şansımız var. Amma bu, o demək deyil ki, çempionatı boşa verəcəyik. Son nöqtəyə kimi vuruşacağıq. Dörd gündən sonra kubok matçımız var. Amma hər liqa oyununa bizi avrokuboklara daşıyacaq oyun kimi çıxacağıq. Açığı, bu gün hesab məni üzdü. Biz bunu kənara atıb, kubokdan yapışa bilmərik. Adımıza yaraşmaz. Kubokdan avrokuboklara yol asan görünə bilər. Amma kubok 1-2 oyundan ibarətdir. Hər şey baş verə bilər. Sona qədər gedəcəyik".

Mütəxəssis qarşıdakı turda "Sumqayıt"la oyunda

1-12-2024, 22:37
12286
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
23-11-2024, 22:14
Samir Abasov:
Samir Abasov: "Neftçi" adını qaytarmaq üçün çox çalışmalıyıq"
1-11-2024, 23:28
Samir Abasov:
Samir Abasov: "Komandamın oyununu bəyənmədim"
27-10-2024, 20:09
Samir Abasov:
Samir Abasov: "Düşdüyümüz vəziyyət kritik idi"
11-08-2024, 21:10
Samir Abasov:
Samir Abasov: "Transfer yoxdursa, belə davam edəcəyik"
12-05-2024, 23:03
Samir Abasov:
Samir Abasov: "Bizə heç kim dəyə bilməz"
4-02-2024, 18:00
Samir Abasov:
Samir Abasov: "Bugünkü qələbəyə görə mən klubda söz deyəcək axırıncı adamam"
8-04-2023, 23:16
Samir Abasov:
Samir Abasov: "Böyük qardaş kimi ona məsləhətimi verdim"
11-03-2023, 20:22
Şahin Diniyev:
Şahin Diniyev: "Pis günün ömrü çox az olacaq"
10-03-2023, 22:20
Samir Abasov:
Samir Abasov: "Deməzdim ki, “Sabah”a qarşı oyunlarımız alınmır"
24-04-2022, 22:39
Samir Abasov:
Samir Abasov: "Qarabağ" artıq çempiondur"
27-11-2021, 20:51
Samir Abasov:
Samir Abasov: “Göndərəcəklərsə, heç vecimə də deyil”
19-08-2021, 23:49
Samir Abasovdan gülməli açıqlama
Samir Abasovdan gülməli açıqlama
  Xəbər Lenti
"Barselona" və "Atletiko" qalib gəldi - La Liqa 18.10.2026, 08:13
"Qarabağ" - "Neftçi" 3:3 - VİDEO 17.10.2026, 22:20
Vernidub: “Futbolçular psixoloji təzyiq altında qalmamalıdır” 17.10.2026, 21:30
Qurban Qurbanov: “Neftçi” rəqibinə öz oyununu göstərməyə imkan vermir” 17.10.2026, 21:10
“Liverpul” Endrik üçün yenə "Real"a müraciət edəcək - Transfer xəbərləri 17.10.2026, 12:22
Millimiz DÇ-2028-in əsas mərhələsindəki ilk matçında məğlub oldu 17.10.2026, 12:00
“Karvan-Yevlax” - “Gəncəbasar” 2:1 - VİDEO 17.10.2026, 11:07
İspaniya FİFA-nın sanksiyalarından CAS-a şikayət edəcək - Xarici xəbərlər 17.10.2026, 10:16
Millimizin üzvü Şeydayev oynadı, komandası qalib gəldi 17.10.2026, 09:14
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
28-09-2026, 14:34
"Sumqayıt"ın futbolçusu Emil Mustafayev: "Bizə mütləq qələbə lazımdır" (Özəl Açıqlama)
28-09-2026, 16:05
Mahir Emreli:
Mahir Emreli: "Başımızı aşağı salmadıq"
2-10-2026, 14:03
Günün oyunları –
Günün oyunları – TV
28-09-2026, 15:03
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
5-10-2026, 15:00
"Kəpəz"in kapitanı Urfan Abbasov: "Araz Naxçıvan" hazırda qələbəyə çox ac komandadır" (Özəl Açıqlama)
28-09-2026, 18:15
"İnter"in futbolçusu Hakan Çalhanoğlu "Qalatasaray"a keçir - Transfer xəbərləri
28-09-2026, 19:21
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir -
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir - Transfer xəbərləri
28-09-2026, 17:08
“Parma” klubu baş məşqçisi Alberto Cilardino -
“Parma” klubu baş məşqçisi Alberto Cilardino - Xarici xəbərlər
28-09-2026, 21:12
Azərbaycan cüdoçularıdan 5 medal
Azərbaycan cüdoçularıdan 5 medal
6-10-2026, 13:16
"Zirə"nin futbolçusu İsmayıl İbrahimli: "Ümumiyyətlə, biz orda məğlub olmamalı idik" (Özəl Açıqlama)
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb