FutbolMedia.Az
  • 08:52 Cümə
    11 Sentyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Qurban Qurbanov:

Qurban Qurbanov: "Yavaş-yavaş səbrim tükənir"

"Əvvəlcə dünənki qələbə münasibəti ilə "Sabah"ı təbrik edirəm. Onlara Çempionlar Liqasında uğurlar arzulayıram. Böyük uğurdur. Buna ancaq sevinməliyik. Özümüzə gəldikdə, pis hazırlaşmamışıq. Bir neçə gün vaxtımız oldu, səmərəli istifadə edə bildik".

Futbolmedia.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin "Dİnamo" (Kiyev) ilə sabah keçiriləcək cavab matçı üçün təşkil edilən mətbuat konfransında deyib.

- Hesabda 0:1 geridə olsaq da, çalışacağıq ki, yaxşı nəticə əldə edək. İnanıram ki, futbolçular oyuna tam köklənəcəklər. Qarşımızda yaxşı müdafiə olunan rəqib var. Amma inanıram ki, yaxşı nəticə üçün futbolçular ən yaxşısını edəcəklər.

- "Dinamo"ya qarşı ilk oyuna pis başlamamışdınız. Sonradan fərdi səhvlər oldu. Bunların səbəbi nədir?

- Səbəblər var. Çox da rotasiya etməmişdik. Hücum xəttində etmişdik. Cəbrayıl Makrekkis ilk dəfə əsas heyətdə idi. Əvvəlki oyunlarda özünü pis tərəfdən göstərməmişdi. Oyunun gedişatında da pis deyildi. Sadəcə ola bilər ki, daha aktiv olmaq lazım idi. Rəqib sənə səhv etməyə şərait yaradır. Bəzən oyunun tempi aşağı olanda səhvlər olur, bəzən rahat davranırsan. Temp aşağı olanda rəqib sənə daha tez yaxınlaşır. Bu da səbəb ola bilər. Hər bir halda, səhvləri aradan qaldırmalıyıq. Yaxşı nəticə qazanmaq istəyiriksə, texniki səhvlər azalmalıdır. Təcrübəli oyunçular üçün futbolun dili birdir.

- Komanda 3 oyundur qol vura bilmir. Bu, hər hansı psixoloji basqı yaratmır?

- Yaradır. Desəm ki, yaratmır, düzgün olmaz. İllərboyu bu işin içindəyəm və bunu normal qarşılayıram. Futbolçular nə qədər keyfiyyətli oynasalar, o qədər inamlı olurlar. Qol vurmamaq istənilən komandada olur. Bunu aradan qaldırmağa çalışırıq. Komandalar bizə qarşı çox yaxşı müdafiə olunurlar. Qol vurmaq üçün daha artığını etməliyik. Bir az da öz planımızdan kənarda qaldıq. Zədə, bəzi oyunçuların tam hazır olmaması... Hər şey yoluna düşəcək.

- İlk matçda hücumda Aleksey Kaşuk oynayırdı...

- Kaşukun ən üstün cəhəti vuran ayağıdır. Onun qol vurmaq qabliyyəti yaxşıdır. Məşqlərdə də ən sərrast oyunçulardan biridir. Sadəcə ola bilər ki, o mövqe onun üçün bir o qədər də uyğun deyil. Duruma görə belə addım atdıq. Sabah üçün yenə götür-qoy edirik. Amma ümumi götürsək, oyunçular arasında fiziki cəhətdən ən hazırlıqlı odur. Sefas da var, o mövqedə oynaya bilər. Sabah hansısa rotasiyalar edəcəyik. Buna baxmayaraq, Kaşuk bir neçə qol epizoduna girdi, sadəcə istifadə edə bilmədi. Fikrimizi yayındıracaq halda deyilik.

- Abdullah Zubirin "Qarabağ"dan gedəcəyi ilə bağlı şayiələr yayılıb...

- Hər dəfə deyirəm ki, cavab verməyə ehtiyac yoxdur. Sabahkı oyuna hazırlaşırıq.

- 51 künc zərbəsindən yararlana bilməmisiniz. Bunu problem kimi qəbul edirsiniz?

- Problem varsa, hamısını qəbul edirəm. Standart vəziyyətlərdən qol vura bilmiriksə, problem qəbul edirəm. Amma o demək deyil ki, bunun üzərində işləmirik. Məşqlərdə istifadə edirik. Ola bilər ki, hansısa anda alınmır. Bəlkə də hansısa dönəm əksi olacaq. Küncdən zərbədən xeyli qollarımız var. Problem varsa, bunu niyə qəbul etməməliyəm? Ən yaxşı vaxtımızda da problemimiz olub.

- Cəbrayıl Makrekkis "Dinamo" ilə ilk oyunda qırmızı vərəq ilə cəzalandırıldı və ona sakit yanaşdınız. Amma xatırlayıram, vaxtı ilə Kevin Medina və Miçel Madeyra qırmızı vərəqə ilə meydandan qovulanda onlara çox sərt reaksiya vermişdiniz. Bu, onu göstərir ki, ilk matçda artıq gedişatla razılaşmışdınız, yoxsa illər sizi daha səbirli edib?

- İnanın ki, illər məni səbirdən çıxarıb (gülür). Yavaş-yavaş səbrim tükənir. Orada oyun epizodları var. Futbolçu üçün gözlənilməz qırmızı vərəqədir, rəqibi görmürsən, səni qabaqlayır. Bu cür epizodlarda penalti də olur. Həmin epizod fərqli idi. Miçel və Kevin Medina? Medina Ağadadaş Salyanskiyə qarşı sərt oynamışdı. Ona gö

12-08-2026, 14:16
14692
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
5-08-2026, 12:33
Qurban Qurbanov:
Qurban Qurbanov: "Dinamo" kimi rəqiblərə qarşı oynamağı xoşlamışam"
31-07-2026, 01:54
Qurban Qurbanov:
Qurban Qurbanov: “120 dəqiqəlik oyuna hələ tam hazır deyilik”
20-01-2026, 14:22
Qurban Qurbanov:
Qurban Qurbanov: "Ayntraxt"dakı baş məşqçi dəyişikliyi bizə mane ola bilər"
6-12-2025, 19:30
Qurban Qurbanov
Qurban Qurbanov “Oyunçular emosional davrana bilər, amma əsəblərini cilovlamalıdırlar”
21-11-2025, 21:54
Qurban Qurbanov:
Qurban Qurbanov: "Arada hirslənmək lazımdır"
1-12-2024, 21:54
Qurban Qurbanov:
Qurban Qurbanov: "Psixoloji yorğunluğu aradan qaldırmaq çətindir"
27-08-2024, 18:09
Qurban Qurbanov:
Qurban Qurbanov: "Futbolçularım karyeralarının ən yaxşı oyununu göstərməlidirlər"
24-04-2024, 22:40
Qurban Qurbanov:
Qurban Qurbanov: "Ola bilər ki, həvəssizlik olsun"
14-04-2024, 22:14
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bir komandaya qarşı 4 dəfə oynamaq bizim üçün maraqsızdır"
29-11-2023, 22:27
Qurban Qurbanov:
Qurban Qurbanov: "Futbolçularım həmişəkindən daha artıq xarakter göstərməlidir"
26-10-2022, 21:41
Qurban Qurbanov:
Qurban Qurbanov: "Futbolçularımın bunu bacaracağına inanıram"
24-08-2022, 08:20
Qurban Qurbanov:
Qurban Qurbanov: "Elə oyunlar olub ki, hamı "Şahruddin" qışqırıb"
  Xəbər Lenti
Valdas Dambrauskas: "Bu oyundan dərslər çıxaracağıq" 11.09.2026, 08:01
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb 10.09.2026, 18:03
Federasiya prezidenti milli üzvləri ilə görüşdü 10.09.2026, 17:01
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır - Xarici xəbərlər 10.09.2026, 16:10
AFFA "Difai"nin futbolçusunu 1000 manatlıq cərimələdi 10.09.2026, 15:29
Okan Buruk: "Hakim əleyhimizə işləyirdi" 10.09.2026, 14:27
"Sportinq" (Portuqaliya) - "Qalatasaray" 2:2 - VİDEO 10.09.2026, 14:00
Zubir müqavilə bağladı və debüt etdi! - FOTO 10.09.2026, 13:07
Ronaldodan 979-cu qol - Xarici xəbərlər 10.09.2026, 12:09
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
24-08-2026, 15:32
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
20-08-2026, 15:29
La Liqada 400-cü oyun -
La Liqada 400-cü oyun - Xarici xəbərlər
20-08-2026, 14:02
Puyol:
Puyol: “Yamala başa salmalıyıq ki…”
20-08-2026, 11:37
Joze Mourinyo:
Joze Mourinyo: "Mbappe məni güldürür"
20-08-2026, 16:11
"Qalatasaray" rus futbolçunun transferini açıqladı - Transfer xəbərləri
20-08-2026, 12:09
"Qarabağ" "Tvente"yə qarşı - YENİLƏNİR
20-08-2026, 13:20
Azərbaycan klublarının yay transferləri -
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər
20-08-2026, 14:28
"Araz-Naxçıvan"dan ayrılan qapıçı bu klubla anlaşdı
20-08-2026, 17:02
"Barselona" "Çelsi"dən 80 milyon avro tələb edir Xarici xəbərlər
20-08-2026, 11:06
“Hapoel”ə (Beer-Şeva, İsrail) -  “Sabah” 2:1 -
“Hapoel”ə (Beer-Şeva, İsrail) - “Sabah” 2:1 - VİDEO
20-08-2026, 18:04
Arteta daha bir hücumçu istəyir -
Arteta daha bir hücumçu istəyir - Xarici xəbərlər
28-08-2026, 10:37
Tahir Gözel:
Tahir Gözel: "Daha da böyüyəcəyimizə şübhə etmirəm"
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb