FutbolMedia.Az
  • 05:33 Cümə
    9 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Qurban Qurbanov:

Qurban Qurbanov: "Futbolçularımın bunu bacaracağına inanıram"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Nant"la sabah səfərdə keçirəcəkləri matçdan öncə mətbuat konfransı təşkil edib. Futbolmedia.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb:

- Bu matç həqiqətən də bizim üçün çox önəmlidir. Oyunun mahiyyətini başa düşürük. Qarşımızda çox istəkli bir komanda var. Rəqibin baş məşqçisinin və futbolçusunun bugünkü müsahibəsinə də qulaq asdım. Qalib gəlmək üçün çox istəklidirlər. Biz də buraya çox istəkli gəlmişik. Üstünlük rəqibin tərəfindədir. Çünki öz doğma meydanlarında, öz azarkeşlərinin önündə oynayırlar. Amma buna baxmayaraq, belə bir stadionda, şəhərdə. azarkeş qarşısında yaxşı oyun, mübarizə göstərməyi çox istəyirik. İnanıram ki, futbolçularım sabahkı oyunda özlərini ən yaxşı tərəfdən göstərəcəklər. Bu, mənim üçün, ümumiyyətlə, bütün komandamız üçün çox vacibdir. Futbolçular sabahkı oyuna tam hazırdırlar.

- Şəxsi, ümumi komanda planında sizin üçün müdafiə olunan komandaya qarşı oynamaq çətindir, yoxsa hücumda oynamağı sevən komandaya qarşı çıxış etmək? Çünki rəqibin durumunu nəzərə alsaq, onlar mütləq hücumda oynamağı seçəcəklər.

- Deməzdim ki, hansısa daha asan və ya hansısa daha ətin olur. Bu qarşımızdakı rəqibin hücumu hansı keyfiyyətdə yerinə yetirəcəyinə və ya hansı keyfiyyətdə müdafiə olunacağından asılıdır. Hər sistemin öz çətinlikləri var. Lakin belə böyük oyunlarda düşünmürəm ki, rəqib hücumda oynasa daha asan olar, yoxsa müdafiədə. Çünki rəqibin həm futbolçuları, həm də oyun üslubu keyfiyyətlidir. Xüsusən də öz meydanlarında oynayırlar. Bakıda "Nant"a 3:0 hesabı ilə qalib gəməyimiz bəzən yalnış fikirlər yaradır. Amma bizim Bakıda çox çətinliklərimiz olmuşdu. Bundan əlavə əlbəttə ki, düşüncəmiz özümüzün daha çox hücum etməyimizdir. Şərait yaransa, biz bundan maksimum istifadə edəcəyik. Rəqib böyük potensialla hücuma keçsə, basqı yaratsa, biz əlbəttə ki, ehtiyatlı olmalıyıq. Hücumda olanda müdafiəni düşünməliyik, müdafiədə olanda da hücumu düşünməliyik. Amma hər bir halda bu rəqibə qarşı nə müdafiədə, nə də hücumda oynamaq asandır. Lakin inanıram ki, futbolçularım bunu bacaracaqlar.

- Siz deyirsiniz ki, "Nant" güclü komandadır. Amma Bakıdakı hesaba baxanda 3:0 rahat qələbə kimi görünür. Sizə görə, bu matçın favoriti "Qarabağ" deyilmi?

- Əlbəttə ki, favorit olduğumuzu fikirləşmirəm. Mən qarşımızdakı rəqibə hörmətlə yanaşıram və gücünə bələdəm. "Nant"ın əvvəlki oyunlarına da baxmışam. "Frayburq"la matçda böyük hesabla məğlub oldular. Amma hesab 0:0 olanda da qol epizodlarında üstünlük "Nant"ın tərəfində idi. Bəlkə də bəxtləri gətirmədi. "Nant"ın buraxdığı qollar da bir az kobud səhvlərdən oldu. Həm də rəqibin heyətində çox bacarıqlı futbolçular var. Həm sürətli, həm də texnikalıdırlar. Sadəcə bəzən görürsən ki, hansısa komandanın bir müddət uğursuz seriyası olur. Amma "Nant"ın son oyunlarında çox böyü irəliləyiş, dəyişiklik var. Ümumiyyətlə, Avropa Liqası oyularında favorit olmur. Bu məğlubiyyətlər bizi aldatmalı deyil. Biz belə şeylərə çox ciddi yanaşırıq.

26-10-2022, 21:41
22005
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
22-10-2022, 13:35
"Nant"ın baş məşqçisi: "Qarabağ"a qalib gəlmək üçün əlimizdən gələni edəcəyik"
20-10-2022, 22:01
Qurban Qurbanov:
Qurban Qurbanov: "Qalibiyyətlər üzərimizə daha çox yük qoyur"
14-10-2022, 08:36
Qara Qarayev:
Qara Qarayev: "Rəqib sanki ikiqat divar hörmüşdü"
1-10-2022, 20:34
Qurban Qurbanov:
Qurban Qurbanov: "Nəticə bizim üçün vacib idi"
7-09-2022, 21:55
Qurban Qurbanov:
Qurban Qurbanov: “Frayburq”un bütün futbolçularının adlarını əzbər bilirəm”
3-08-2022, 22:50
Qurban Qurbanov:
Qurban Qurbanov: "5:0 uda da bilərik, 0:5 uduza da"
19-07-2022, 22:29
Qurban Qurbanov:
Qurban Qurbanov: "İsveçrəyə hesabı qorumağa yox, qələbə üçün gedəcəyik"
7-12-2021, 18:37
Qurban Qurbanov:
Qurban Qurbanov: “Hakim nəsə etmək istəsə, edəcək”
3-11-2021, 17:08
Qurban Qurbanov:
Qurban Qurbanov: "Uğurlu seriyamız bir tərəfdən narahatlıq yaradır"
20-10-2021, 14:30
Qurban Qurbanov:
Qurban Qurbanov: "Kayrat"a qalib gəlmək üçün daha istəkli olmalıyıq"
29-09-2021, 21:14
Qurban Qurbanov:
Qurban Qurbanov: "Omoniya" bizə sürpriz edə bilər"
18-08-2021, 18:29
Qurban Qurbanov:
Qurban Qurbanov: "Əvvəllər bizi ciddiyə almırdılar, işimiz asanlaşırdı"
  Xəbər Lenti
Rafinya sabah tibbi müayinədən keçəcək - Xarici xəbərlər 8.10.2026, 18:04
"Sabah" - "Slaviya" matçına nə qədər bilet satılıb? 8.10.2026, 17:03
"Adana Dəmirspor"da oynamış futbolçu "Səbail"də 8.10.2026, 16:02
La Liqa klubunun kapitanı saxlanıldı - Xarici xəbərlər 8.10.2026, 15:11
dörd cüdoçumuz mübarizəyə başlayaacq - Dünya kuboku 8.10.2026, 14:04
Sərtan Taşkın yenidən Azərbaycan klubunda 8.10.2026, 13:22
Qordon “Barselona” tarixinin ən yaxşı heyətini seçdi - Xarici xəbərlər 8.10.2026, 13:03
"Turan Tovuz"un futbolçusu R. Miller: "Ən əsası qalib gəldik və 3 xalı qazandıq" (Özəl Açıqlama) 8.10.2026, 12:05
"Şəfa" klubunun kapitanı Murad Musayev zədələndi - (ÖZƏL XƏBƏR) 8.10.2026, 11:25
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
11-09-2026, 13:10
Deku:
Deku: “Yamal “qızıl top” üçün əla namizəddir”
11-09-2026, 17:01
II Liqada III turun təyinatları açıqlandı
II Liqada III turun təyinatları açıqlandı
11-09-2026, 16:10
Tanınmış futbolçu ölkəsinə qayıtdı -
Tanınmış futbolçu ölkəsinə qayıtdı - Xarici xəbərlər
10-09-2026, 16:10
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır -
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır - Xarici xəbərlər
10-09-2026, 15:29
AFFA
AFFA "Difai"nin futbolçusunu 1000 manatlıq cərimələdi
10-09-2026, 17:01
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
10-09-2026, 14:27
Okan Buruk:
Okan Buruk: "Hakim əleyhimizə işləyirdi"
10-09-2026, 14:00
"Sportinq" (Portuqaliya) - "Qalatasaray" 2:2 - VİDEO
11-09-2026, 15:18
"Nyukasl" İngiltərə millisinin üzvü ilə müqavilə imzaladı - Transfer xəbərləri
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
10-09-2026, 18:03
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb