FutbolMedia.Az
  • 13:50 Çərşənbə axşamı
    22 Sentyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Qurban Qurbanov:

Qurban Qurbanov: "Dinamo" kimi rəqiblərə qarşı oynamağı xoşlamışam"

"Vacib səfərə çıxırıq. Yaxşı komandaya qarşı oynayacağıq. "Dinamo" Azərbaycana çox tanış, burada da çox azarkeşi olan komandadır. Maraqlı oyun olacaq. Oyuna tam istədiyimiz kimi hazırlaşmışıq, səfərə yaxşı nəticə üçün gedirik. Rəqib də ciddi hazırlaşıb, çünki çempionat oyunları təxirə salınıb. Nəticə üçün ən yaxşısını etməyə çalışacağıq".

Futbolmedia.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin "Dinamo" (Kiyev) ilə səfər oyunu öncəsi Bakıda keçirilən mətbuat konfransında deyib.

O, komandasının Ukrayna klubuna qarşı hazırlığından bəhs edib, həmçinin jurnalistlərin suallarını cavablandırıb.

- Zakaria Savonun yoxluğunda mərkəz hücumçusu kimi Renaldo Sefası görə bilərik?

- Hansısa dəyişikliklər olacaq. O da variantlardan biridir. Amma ola bilər ki, bu oyun olsun, ya da başqa matçda. Hələ tam qəti qərar verməmişik ki, orada Sefas oynayacaq, ya başqası.

- Sabahkı matçda sizi daha çox nə narahat edir, "Dinamo"nun adı, yoxsa futbolçuları?

- Məni həmişə narahat edən rəqib yox, özümüz olmuşuq. İstəmişəm ki, komandam istədiyim kimi hazırlıq keçsin. Komandadan bəzi narahatlıqlarım var. Sofiyadakı cavab oyunundan sonra bəzi futbolçularda mikro zədələr yarandı, tam formada məşq edə bilmədilər. Oyundan sonra məşqçilər arasında danışırdıq və dedim ki, bu gün 120 dəqiqə oynamaq istənilən komanda üçün tezdir. Xüsusilə də, yeni formalaşmış komanda üçün. 90 dəqiqə hazır olmayanlar var idi. Oyunçuların bərpası gec oldu. "Dinamo" kimi rəqiblərə qarşı oynamağı xoşlamışam. Xüsusilə də, köhnə postsovet komandalarına qarşı... "Dinamo"ya uşaq vaxtı özüm də azarkeşlik etmişəm. O vaxtı əsas komandalar "Dinamo" və "Spartak" idi. Köhnə "Spartak"ın oyunu mənim üçün daha uyğun idi. Ancaq "Dinamo"ya daha çox azarkeşlik edirdim. Bu cür komandalara qarşı oynamaq həmişə maraqlıdır. Bəlkə başqa komanda olsaydı, bizdə də azarkeşlər arasında oyuna maraq belə böyük olmazdı. Ancaq "Dinamo"nu hamı tanıyır, yaşlı nəsil onların oyunlarına baxıb. Belə komandalara qarşı oynamaq mənim üçün prestij olub, çəkinməmişəm. Həmişə demişəm, irəli getmək, böyümək üçün bu cür komandalara qalib gəlməlisən.

- Mərhələlər keçdikcə, daha güclü rəqiblər gəlir. "Qarabağ" bu gün avrokuboklarda həm də çempion olmamağın əziyyətini çəkir?

- Belə rəqiblərə qarşı çox oynamışıq. Ötən mövsüm biz çox yükləndik. Bizim kimi çox komandalar ötən mövsümkü nəticələri qoruyub-saxlaya bilmədilər. Çempionatda da belə oldu. ÇL-in çəkisi başqadır. Hətta qrupda oynamaq yox, elə o adın özü tam başqadır. Kollektiv həmişə sağlam olmur. Gedişatda bunu yaxşılaşdırmaq baxımından güc sərf etməli oluruq. Sofiyada qalib gəlməsək də, uduzmamışıq da. Hər iki matç bərabərliklə başa çatdı. Cavab oyununda komandamın xarakterindən tam razı qaldım. Bu oyunda bəzi futbolçulara görə narahatlığım var. Zakaria Savo bu cür rəqiblərə qarşı lazım idi. Onun olmaması da, əlavə gözlənilməyən məqam oldu. Buna baxmayaraq, rotasiyalar edəcəyik, yaxşı hazırlaşacağıq. Çempionluq həmişə bizə yazılmayıb ki... Rəqiblər də illər boyu bu turnirlərdə iştirak etmək üçün proqram qururlar. Ola bilər ki, yenilənməyə ehtiyac var. Yolumuza davam edirik. O demək deyil ki, tutduğumuz yol düzgün deyil. Addımlar da atırıq. Düşünürəm ki, yaxşı olacaq. Sona kimi mübarizə aparacağıq.

- "Dinamo" neytral meydanda oynayır. Bu məqam onlara necə təsir edəcək? Vaxtı ilə siz də oyunları Türkiyədə keçirirdiniz...

- Biz çox az müddət keçirdik bu oyunları. Mütləq ki, təsiri olacaq. Mən də istərdim ki, Kiyevdə, böyük stadionunda oynayaq. Hər halda, bu, Valeri Lobanovskinin komandasıdır, orada oynamaq bizim üçün xoş olardı. Böyük ehtimalla xeyli azarkeşimiz olacaqdı. Futbol elə həddə çatıb ki, səfər və ya ev matçı fərq etmir. Bəzən səfərdə oynamaq daha asan olur, nəinki evdə. Səfərdə bəzən həyəcan daha az olur. Hər bir halda, təsiri var. Bu, "Dinamo"dur, neçə illərdir neytral meydanda oynayırlar. İnanmıram ki, bu məqam onlara təsir etsin. İstəməzdim ki, müharibə şəraitində oynasınlar. Allah qoysa, tezliklə müharibə bitər və hər kəs evinə qayıdar. Həyatdır da, belə hallarla razılaşmaq lazımdır. İnanıram ki, təkcə Ukrayna ilə Rusiya arasında deyil, dünyada da bu problemlər yoluna qoyular, hamı xoş-firəvan yaşayar.

- Ukrayna mətbuatı "Dinamo"dan narahatdır. İtkiləri də var...

- Son iki oyunlarına baxdım. Gördüyümüz nəticə oyuna görə deyildi. PAOK yaxşı komandadır, bəlkə layiqli qələbə qazandılar. Komandaya yeni oyunçular gəlib. Deməzdim ki, "Dinamo"nun müdafiə xəttində problem var. Biz də iki oyuna bir qol vurmadıq, bizdə də hansısa çatışmazlıq ola bilər. Sadəcə bu fikirlər bizə təsir etməli deyil. Biz sadəcə yaxşı komandaya qarşı hazırlaşırıq. Çox diqqətli olmalıyıq. Həm təcrübəli, həm də cavan oyunçulardan qurulmuş fiziki güclü komandaya qarşı oynayacağıq.

- Eyni gündə iki komandamız avrokuboklarda mübarizəni dayandırdı. "Zirə", "Neftçi" haqda fikirləriniz necədir?

- Əfsuslar olsun ki, mərhələni keçə bilmədilər. Sevindirici odur ki, bu, göstərdikləri oyuna görə olmadı. Klublarımızın yaratdıqları qol epizodlarına, oyunlarına baxaq..."Zirə", "Neftçi" və "Qarabağ". Biz də Avroliqada mübarizəni dayandırdıq. Amma nəticə oyuna görə deyildi. Əvvəlki illəri nəzərə alsaq, bütün klublarımız belə inamlı çıxış etməmişdi. Ola bilər ki, vaxt lazım gəlsin, daha geniş heyət qurulmalıdır. Klublarımız çox inamlı oldu. Müsbət haldır. Çox inamlı o

5-08-2026, 12:33
31050
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
23-07-2026, 23:13
Qurban Qurbanov:
Qurban Qurbanov: “SSKA çox bərk rəqib idi”
6-12-2025, 19:30
Qurban Qurbanov
Qurban Qurbanov “Oyunçular emosional davrana bilər, amma əsəblərini cilovlamalıdırlar”
2-10-2025, 00:15
Qurban Qurbanov:
Qurban Qurbanov: “Avropadan mənə təklif haqda düşünmürəm”
26-09-2025, 22:14
Qurban Qurbanov:
Qurban Qurbanov: "Qarşıdakı matçı düşünsək, oyunumuz alınmaz"
18-08-2025, 21:45
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bu "Ferensvaroş" əvvəlkindən daha sürətli oynayır"
11-02-2025, 22:09
Qurban Qurbanov:
Qurban Qurbanov: “Bir aya Kadini əvvəlki formasına qaytaracağıq”
27-08-2024, 18:09
Qurban Qurbanov:
Qurban Qurbanov: "Futbolçularım karyeralarının ən yaxşı oyununu göstərməlidirlər"
3-08-2024, 08:13
Qurban Qurbanov:
Qurban Qurbanov: "Belə hallar təkrarlansa, daha ciddi düşünməyimiz lazım olacaq"
26-10-2023, 09:22
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bu cür oyunlardan çəkinmirəm"
20-09-2023, 15:00
Qurban Qurbanov:
Qurban Qurbanov: "Molde" meydanda ən intizamlı rəqiblərdən biridir"
26-10-2022, 21:41
Qurban Qurbanov:
Qurban Qurbanov: "Futbolçularımın bunu bacaracağına inanıram"
17-08-2022, 23:40
Qurban Qurbanov:
Qurban Qurbanov: "Düşündüyümdən də bərk komanda gördüm"
  Xəbər Lenti
“Milan”ın baş məşqçisi Ruben Amorim ona və komandaya olan təzyiqlərdən danışdı - Xarici xəbərlər 22.09.2026, 13:06
"Araz Naxçıvan" ukraynalı mütəxəssis Yuri Maksimov baş məşqçi gətirir 22.09.2026, 12:14
"İmişli"nın qapıçısı Yusif İmanov: "Ardı arda iki çempionluğa iddialı klubla qarşılaşmaq heç xoş deyil" (Özəl Açıqlama) 22.09.2026, 11:21
"Turan Tovuz" - "Fənərbaxça" matçının biletlərinineçəyə olacaq və hardan alınacaq? 22.09.2026, 11:00
Azərbaycan cüdoçuları dünya çempionatında medallar qazandı 22.09.2026, 10:08
Zaur Axundov "Araz Naxçıvan"a Tərlan Əhmədovu baş məşqçi gətirir - (ÖZƏL) 22.09.2026, 09:55
"Qaradağ Lökbatan" - "Şəmkir" 7:0 - VİDEO 22.09.2026, 09:40
İsmayıl İbrahimli: "Ümumiyyətlə, biz orda məğlub olmamalı idik" (Özəl Açıqlama) 22.09.2026, 09:06
Millimizin üzvü Cəlal Hüseynov meydana çıxmadı, komandası uddu 22.09.2026, 08:07
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
24-08-2026, 15:32
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
11-09-2026, 13:10
Deku:
Deku: “Yamal “qızıl top” üçün əla namizəddir”
11-09-2026, 17:01
II Liqada III turun təyinatları açıqlandı
II Liqada III turun təyinatları açıqlandı
11-09-2026, 16:10
Tanınmış futbolçu ölkəsinə qayıtdı -
Tanınmış futbolçu ölkəsinə qayıtdı - Xarici xəbərlər
10-09-2026, 16:10
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır -
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır - Xarici xəbərlər
10-09-2026, 14:00
"Sportinq" (Portuqaliya) - "Qalatasaray" 2:2 - VİDEO
10-09-2026, 17:01
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
10-09-2026, 15:29
AFFA
AFFA "Difai"nin futbolçusunu 1000 manatlıq cərimələdi
10-09-2026, 14:27
Okan Buruk:
Okan Buruk: "Hakim əleyhimizə işləyirdi"
11-09-2026, 15:18
"Nyukasl" İngiltərə millisinin üzvü ilə müqavilə imzaladı - Transfer xəbərləri
10-09-2026, 18:03
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
11-09-2026, 12:08
Braziliyalı futbolçu yenidən “İmişli”yə qayıtdı
Braziliyalı futbolçu yenidən “İmişli”yə qayıtdı
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb