FutbolMedia.Az
  • 16:09 Çərşənbə
    12 Avqust 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Qurban Qurbanov:

Qurban Qurbanov: "Futbolçularım həmişəkindən daha artıq xarakter göstərməlidir"

"Bizim üçün vacib oyundur. Çox bacarıqlı komandaya qarşı oynayacağıq. "Molde" özünəməxsus oyunu olan və çox yaxşı sistemi icra edən komandadır".

Futbolmedia.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində sabah "Molde" ilə keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.


O, səfər matçında xarakter göstərməli olduqlarını bildirib: "Hər iki komandaya yaxşı nəticə lazımdır. Bəlkə hava şəraiti bizim üçün tam gözlənilməz oldu. Amma meydança amili, həm də hava şəraitini düşünməliyik. Futbolçularım sabahkı oyunda bu günə kimi etdikləri və göstərdikləri xarakterdən daha artığını etməlidir ki, buradan yaxşı nəticə ilə qayıdaq. Futbolçulara güvənirəm. Sabah istənilən şəraitdə özümüzü ən yaxşı tərəfdən göstərməyə çalışacağıq".

Q.Qurbanov əvvəllər də soyuq hava şəraitində çıxış etdiklərini xatırladıb: "Hər iki komanda üçün şərait eynidir. Düzdür, rəqib bu şəraitdə oynamağa alışıb. Onların üstünlüyü də budur. Bu oyunlar əlavə stimul ola bilər. Mütləq ki, futbolçulara bunları bildiririk. Amma bəzən mən çox istəyirəm ki, futbolçularım bu günə qədərkindən daha yaxşı və daha möhkəm olsunlar. İlk dəfə deyil. İnanıram ki, bacarmaq üçün hər şeyi edəcəklər".

Baş məşqçi qeyd edib ki, qrupdakı sıralamanı nəzərə alsaq, sabahkı oyunda mümkün heç-heçəni də uğurlu nəticə hesab etmək olar: "Bəli, niyə də yox? Amma futbol elə oyundur ki, minimalhesablı məğlubiyyət son oyunlarda hər şeyi dəyişə bilər. Bunları oyundan sonra düşünəcəyik. Amma sabahkı oyunda motivasiyamız daha yaxşı nəticə əldə etməkdir. Oyunun gedişatında ümumi nəticəni analiz edəcəyik".

Q.Qurbanov UEFA-da keçirilən səsvermədə azarkeşlərin 78 faizinin "Qarabağ"ın qalib gələcəyini düşünməsi haqda da fikir bildirib: "İnandıqlarına görə təşəkkür edirəm. Amma biz bunu düşünərək meydana çıxmayacağıq. Biz sadəcə hər şəraiti, oyunun gedişatını nəzərə alacağıq ki, uğurlu nəticə olsun. İnam varsa, bu, bizə verilən böyük dəyərdir. Sabah da çalışacağıq ki, daha yaxşı nəticə əldə edək".

Q.Qurbanov sabah öz oyun üslublarına sadiq qalacaqlarını da əlavə edib: "Bütün oyunlarda rəqibdən asılı olmayaraq, ilk düşüncəmiz öz oyunumuzdan əl çəkməməkdir. Sadəcə, rəqib buna nə dərəcədə imkan verir? Uğurlu nəticə əldə etmək istəyiriksə, ilk olaraq öz oyunumuzdan maksimum istifadə etməliyik. Sabah da çalışacağıq ki, futbolçulardan bunu tələb edək. Bunu düzgün yerinə yetirmək lazımdır. "Molde" təcrübəli komandadır, öz oyun sistemindən əl çəkmir. Biz qalib gəlmək istəyirik, bu haqda rəqib də düşünür. "Molde"nin də oyunu var və daim onu yerinə yetirməyə çalışır. Sabah meydanda iki keyfiyyətli, bacarıqlı komanda üz-üzə gələcək".

29-11-2023, 22:27
14072
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
29-11-2023, 13:06
Qurban Qurbanov:
Qurban Qurbanov: "Gözləntimiz Norveçdən yaxşı nəticə ilə dönməkdir"
24-11-2023, 22:53
Qurban Qurbanov:
Qurban Qurbanov: "Mənim səlahiyyətim yoxdur ki, onlara fikir bildirim"
4-10-2023, 21:40
Qurban Qurbanov:
Qurban Qurbanov: "Təxribatlara ancaq qorxaqlıq kimi baxıram"
3-10-2023, 18:29
Qurban Qurbanov:
Qurban Qurbanov: "Hekken" istənilən rəqiblə görüşdə yaxşı nəticə əldə edə bilir"
20-09-2023, 15:00
Qurban Qurbanov:
Qurban Qurbanov: "Molde" meydanda ən intizamlı rəqiblərdən biridir"
16-08-2023, 22:20
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bakıya yaxşı oyun və nəticə ilə qayıtmaq istəyirik"
13-08-2023, 21:30
Qurban Qurbanov:
Qurban Qurbanov: "Ola bilər ki, HİK bizimlə oyunda sürpriz etsin, riskə getsin"
26-10-2022, 21:41
Qurban Qurbanov:
Qurban Qurbanov: "Futbolçularımın bunu bacaracağına inanıram"
16-02-2022, 22:30
Qurban Qurbanov:
Qurban Qurbanov: "Komandama güvənirəm, istəkliyik"
11-02-2022, 20:56
Qurban Qurbanov:
Qurban Qurbanov: "Biz bundan daha çox istifadə edə bildik"
3-11-2021, 17:08
Qurban Qurbanov:
Qurban Qurbanov: "Uğurlu seriyamız bir tərəfdən narahatlıq yaradır"
20-10-2021, 14:30
Qurban Qurbanov:
Qurban Qurbanov: "Kayrat"a qalib gəlmək üçün daha istəkli olmalıyıq"
  Xəbər Lenti
"Şəfa"dan daha 4 transfer 12.08.2026, 15:08
Qurban Qurbanov: "Yavaş-yavaş səbrim tükənir" 12.08.2026, 14:16
PSJ-nin baş məşqçisi Luis Enrike : “Çempionlar Liqasını ardıcıl üç dəfə qazana və “Real”a çata bilərik” 12.08.2026, 14:00
Canlı əfsanə Ronaldinyo basketbol klubuna investor ola bilər Xarici xəbərlər 12.08.2026, 13:04
"Qarabağ"ın rəqibi Bakıya gəldi 12.08.2026, 12:16
PSJ (Fransa) - “Aston Villa”ya qarşı - UEFA Superkuboku 12.08.2026, 12:03
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər 12.08.2026, 11:10
"Yuventus"dan ayrılan Vlahoviç "Beşiktaş"la razılığa gəldi - Transfer xəbərləri 12.08.2026, 10:08
“Turan Tovuz”dan yenilik 12.08.2026, 09:16
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
24-07-2026, 17:10
ÇSKA -
ÇSKA - "Qarabağ" matçının biletləri satışa çıxarıldı
24-07-2026, 19:15
Kloppdan Almaniya millisinin baş məşqçisi oldu -
Kloppdan Almaniya millisinin baş məşqçisi oldu - Xarici xəbərlər
24-07-2026, 18:11
"Zirə"dən ayrılan Leroy Mikels Almaniya klubuna keçdi - Transfer xəbərləri
25-07-2026, 18:06
De Bruyne “Napoli”dən ayrıla bilər -
De Bruyne “Napoli”dən ayrıla bilər - Xarici xəbərlər
26-07-2026, 13:15
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir -
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir - Transfer xəbərləri
25-07-2026, 15:30
"Çelsi" 18 yaşlı futbolçu üçün 40 milyon avro ödəməyə hazırdır - Transfer xəbərləri
26-07-2026, 09:17
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
28-07-2026, 14:39
"Qarabağ" FK və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
28-07-2026, 13:18
"Real"da ciddi itki - Xarici xəbərlər
27-07-2026, 15:29
Makqreqor bir illik sıradan çıxıb
Makqreqor bir illik sıradan çıxıb
26-07-2026, 08:04
"Kəpəz"də zambiyalı futbolçu - Transfer xəbərləri
28-07-2026, 11:07
"Mançester Siti" qolkiperini "Lids"ə satır - Transfer xəbərləri
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb