FutbolMedia.Az
  • 17:07 Cümə axşamı
    30 Aprel 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Qurban Qurbanov:

Qurban Qurbanov: "Nə qədər imkanım var, hər bir yerli futbolçuya şans yaradacağam"

"Yeni mövsüm başlaması münasibətilə hər kəsi təbrik edirəm".

Futbolmedia.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 1-ci turunda "Zirə" ilə səfərdə keçirilən oyundan (1:1) sonra mətbuat konfransında deyib.

- Futbolçularımdan razı qaldım. Xeyri rotasiya eləmişdik. Amma kifayət qədər qol epizodlarından istifadə edə bilmədik. Fərqli, meydanın hər qarışı uğrunda mübarizə aparan komandaya qarşı oynadıq. 1 xal qazandıq. Belə təşkilatçılıqla bütün matçlara çıxsaq, daha yaxşı nəticə əldə edəcəyik. Sıx qrafik olsa da, öz oyunumuzu qoruyub saxlaya bildik. Rəşad Sadıqova və komandasına uğurlar arzulayıram. Xeyli vaxt idi Premyer Liqada azarkeş görmürdük. Bu amil bu gün futbolçularda istək yaratdı.

- Penatiyə səbəb olan Bəhlul Mustafazadənin oyunundan razı qaldınız? Onun perspektivini nə qədər görürsüz?

- Penalti epizodu xırda detallardır. Bəhlulun 90 dəqiqə meydanda qalması böyük risk idi. Maksimin əvvəlki matçın axırlarında ayağında problem olmuşdu. Bəhlul çoxdan idi məşq etmirdi. 90 dəqiqə oynaması risk idi. Amma sona qədər dözdü. Onun üstün cəhətləri var. Çatışmayan cəhətlərini də aradan qaldırmağa çalışacağıq. Ona tələblərim çox olacaq, böyük ümid bəsləyirəm. Güvənim çoxdur. Qarşıdakı oyunlarda daha yaxşı Bəhlul görəcəyik.

- "Aberdin" haqda nə düşünürsüz?

- Qrupa düşmək üçün əlimizdən gələni edəcəyik. Onların oyununa baxmışam. Daha çox güc sərf etməli olacağıq. Çox təcrübəli futbolçuları olan fərqli rəqibdir.

- Hücumçu problemini nə vaxt həll edəcəksiniz?

- Bu mövzu həddən artıq böyüyüb. Ümumiyyətlə, hücumçu barədə bütün komandaların məşqçilərinə sual verilir. Ona görə yox ki, bizim oyunçularımız bacarıqlı deyil. Sadəcə, futbolçularımızın sayının çox olmasını və yaxşı çempionatlardan oyunçu gətirmək istəyirik. Biz bir neçə mövqeyə oyunçu axtarışındayıq. Bu, bəlkə futbolçularımın üzərində də təzyiq yaradır. Düşünə bilərlər ki, bəlkə onlardan razı deyilik. Amma mən onlardan razıyam. Təbii ki, daha yaxşısını axtarmalıyıq, hər mövqeyi yaxşılaşdırmalıyıq. Əlimdə olan futbolçularla həm çempionluğa, həm də avrokuboklarda qrupa düşmək gücündəyik. Hər bir oyunçunun üstün cəhətləri var. Biri usta olur, biri daha istəkli olur. Transfer üzərində iş gedir.

- Ramil Şeydayevi yenidən komandaya qaytardınız. Onu öz istəyinizlə götürdünüz, yoxsa ortada qalmaması üçün bunu etdiniz?

- Mənim hansısa qərarıma şübhəniz var? Ramil Şeydayev Azərbaycan futbolçuları içində 3 nəfərdən biridir. Bizdə Mahir Emreli və əcnəbi hücumçular da var idi. Həmin vaxt da Ramilin 21-22 yaşı var idi. Bacarmadı deyə komandadan göndərmək fikri ilə razı deyiləm. Bizdən böyük nəticələr tələb olunur. Hər hansısa potensiallı futbolçunu inkişaf etdirmək şansımız varsa, bundan maksimum yararlanırıq. Legionerlə yerli oyunçu arasında cüzi fərq varsa, mütləq yerliyə üstünlük verirəm. Ümumilikdə 30-40 futbolçumuz var. Limiti dəyişək, ancaq legionerlər oynasın. Nə qədər gücüm, imkanım var, hər bir yerli futbolçuya şans yaradacağam. Ramildə perspektiv gördüyüm üçün onu komandaya qaytarmışıq. Elə futbolçu var ki, mövsümdə 3 dəfə meydana çıxır və istəyini həmin 3 görüşdə də həll edir. Nə qədər bacarırsamsa, öz futbolçularımızı qoruyacağam. İstəmədiyim futbolçu mənim komandamda olmur. Sadəcə, mövsümboyu bəziləri əsas heyətdə olur, bəziləri 5 oyun meydanda olur. Ramilin hər iki matçdakı iki assistinə baxın. Hər iki halda səhv etmirəmsə, Zubir vura bilmədi. Azarkeşlərimizi başa düşürəm, hörmətlə yanaşıram. Belədirsə, 11 legionerlə oynayaq. Biz "Qarabağ"ıq, Avropaya çıxanda heyətində minimum 4-5 yerli ad olmalıdır. Çox şeyi açıqlamaq istəmirəm. Bəzi məqamlarda güvənmək lazımdır.

- Britaniya klublarına qarşı fiziki cəhətdən problemlər yaşamısınız. Bununla bağlı narahatlıq var?

- Fiziki deməzdim. Bəli, atletik futbol oynayırlar. "Aberdin" hər komandaya qarşı fərqli oyun sərgiləyir. Bəzən 4-lü, bəzən 5-li müdafiə olunur. Məni bu narahat edir. Həmin görüşlər futbolçularımın inkişafına böyük fayda verə bilər. Rəqib gözləmədiyin oyunlar oynaya bilir. Bunların hamısına hazır olmalıyıq. Standart vəziyyətlərdə çox təhlükəlidirlər. Fiziki göstəricilərə yox, düşünülmüş epizodlara görə təhlükəlidirlər. Həm özümə, həm də futbolçularıma inanıram.

15-08-2021, 20:14
22319
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
14-08-2021, 22:45
Ayxan Abbasov:
Ayxan Abbasov: “Ümid edirəm ki, ciddi zədə deyil“
12-08-2021, 22:56
Qurban Qurbanov:
Qurban Qurbanov: "İçimdə prinsip var idi ki, bu rəqibə qalib gəlim"
4-08-2021, 22:02
Qurban Qurbanov:
Qurban Qurbanov: "Ümid edirəm ki, onlar oyuna hazırdır"
29-07-2021, 22:18
Ayxan Abbasov:
Ayxan Abbasov: “Rəqib çox asan qollar vurdu “
30-07-2021, 00:37
Qurban Qurbanov:
Qurban Qurbanov: "Qələbəyə layiq idik"
22-07-2021, 22:18
"Aşdod"un baş məşqçisi:
22-07-2021, 22:50
Qurban Qurbanov:
Qurban Qurbanov: "Belə halla nə vaxt üzləşdiyim yadıma gəlmir"
14-07-2021, 23:33
Samir Abasov:
Samir Abasov: "Belə səhvləri yunanlar bağışlamaz"
13-07-2021, 20:45
Samir Abasov:
Samir Abasov: “Bunu Gürcüstandakı matçda hiss etdik“
30-06-2021, 21:40
Ayxan Abbasov:
Ayxan Abbasov: "Onları riskə atmaq istəmirdik"
30-06-2021, 22:08
Qurban Qurbanov:
Qurban Qurbanov: "Transferlərə həddindən artıq çox pul istəyirlər"
26-06-2021, 21:50
Qurban Qurbanov:
Qurban Qurbanov: "Kiçik problemlərimiz var"
  Xəbər Lenti
“Qalatasaray” Bernardo Silva və Bruno Fernandesə müqavilə təklif etməyə hazırlaşır - Transfer xəbərləri 30.04.2026, 16:08
Millimizin yoldaşlıq oyunlarının vaxtı bəlli oldu 30.04.2026, 15:43
“Bayer” müdafiəçisi Edmond Tapsoba ilə yeni müqavilə imzaladı - Transfer xəbərləri 30.04.2026, 14:31
İlham Əliyev Azərbaycanın güləş millilərini qəbul etdi - 30.04.2026, 14:00
“Mançester Siti”nin müdafiəçisi Natan Ake klubdan ayrılacaq - Transfer xəbərləri 30.04.2026, 13:20
Millimizin üzvü Nəriman 90 dəqiqə oynadı, komandası 1/4 finala yüksəldi 30.04.2026, 12:08
“Atletiko” hücumçusu üçün 150 milyon avro tələb edir - Transfer xəbərləri 30.04.2026, 11:32
UEFA hakimi polis tərəfindən saxlanıldı - Cinsi zorakılıq ittihamı 30.04.2026, 11:08
"Neftçi" "Qarabağ"a qarşı - YENİLƏNİR 30.04.2026, 10:20
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
4-04-2026, 07:19
Hakim Əliyer Ağayevdən
Hakim Əliyer Ağayevdən "Turan Tovuz"a qarşı şərəfsizlik, Ehtiram Quliyevdən haqlı irad - YAZI
8-04-2026, 15:57
"İmişli" klubunu ayaqda saxlayan, yaşadan Kamran Eyyubov -YAZI
1-04-2026, 17:15
Gəncə futbolunu və
Gəncə futbolunu və"Kəpəz"i yüksəlişə aparan rəhbərlik və idarə heyəti - YAZI
23-04-2026, 15:09
"Real"ın futbolçusu Arda Güler sıradan çıxdı - Xarici xəbərlər
22-04-2026, 13:15
“Sabah” “Qarabağ”a qarşı –
“Sabah” “Qarabağ”a qarşı – YENİLƏNİR
22-04-2026, 10:13
"Qarabağ" akademiyasının rəsmiləri İsveçrədə - FOTO
22-04-2026, 11:01
"Çelsi" 32 il sonra antirekordunu təkrarladı - Xarici xəbərlər
22-04-2026, 15:09
Azərbaycan millisinin baş məşqçisi ilə yollar ayrıldı
Azərbaycan millisinin baş məşqçisi ilə yollar ayrıldı
23-04-2026, 11:31
“Real”da Dani Karvahalla baş məşqçi Alvaro Arbeloa arasında qalmaqal -
“Real”da Dani Karvahalla baş məşqçi Alvaro Arbeloa arasında qalmaqal - Xarici xəbərlər
20-04-2026, 15:44
Salah  “Liverpul”la vidalaşdı -
Salah “Liverpul”la vidalaşdı - Xarici xəbərlər
20-04-2026, 17:08
Klopp Almaniya milli komandasını çalışdırmağa yaxındır -
Klopp Almaniya milli komandasını çalışdırmağa yaxındır - Xarici xəbərlər
22-04-2026, 16:12
"Qarabağ"ın qapıçısı Fabyan Buntiç Avropa klublarının diqqətini çəkib
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb