FutbolMedia.Az
  • 12:31 Çərşənbə axşamı
    25 Avqust 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Sənan Qurbanov:

Sənan Qurbanov: "Bizim bir problemimiz var"

“Oyuna fərqli hazırlaşmışdıq. Futbolçular əllərindən gələni elədilər, amma istədiyimiz heç cür alınmadı”.

Futbolmedia.az xəbər verir ki, bu sözləri “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 9-cu turunda “Zirə” ilə oyundan (0:2) sonra mətbuat konfransında deyib.

O, komandasının çıxışını dəyərləndirib: “Matçın startı bəlkə biz istədiyimiz kimi olmadı. Birinci hissədə də, ikinci hissədə də qol imkanlarımız oldu, reallaşdıra bilmədik. Bizim bir problemimiz var ki, qol vura bilmirik. Futbolçulara xəbərdarlıq da etmişdik ki, şanslarımız olacaq, yararlanmaq lazımdır. “Zirə” səfərində oynamaq çətindir. Bu üzdən real qol epizodlarından istifadə etməliydik. Bilirdik ki, əks halda psixoloji gərginlik olacaq. Neqativ məqamı fikirləşmişdik, o da başımıza gəldi. Məğlubiyyətlər komandaya pis təsir edir, inamsızlıq yaradır”.

- Komandada enişli-yüksəlişli nəticələrin səbəbi nədir?

- Bəzən həddən artıq qələbə qazanmaq istəyi mənfi təsir edir. Bunlar açıq futbola, səhvlərə gətirib çıxarır. Bunu orta səviyyəyə gətirib çıxarmalıyıq. Komandada qeyri-stabillik var.

- İlkin Qırtımovun iştirak ərizəsində olmamasının səbəbi nə idi?

- Dünən gecədən İlkinin hərarəti oldu. Səhər də vəziyyəti yaxşı deyildi, özünü yaxşı hiss eləmirdi. Koronavirus testi verdi, cavabı neqativ çıxdı. Adi soyuqdəymədir.

- Miyuşko Boyoviç xeyli müddətdir komandadan ayrıdır və Rəhman Hacıyev də zədəlidir. Onların hazırkı durumu nə yerdədir?

- Hər ikisi zədəlidir, fərdi məşqlər edirlər. Rəhmanın qısa müddət sonra sıraya qayıtması gözlənilir.

- Birinci divizionda qolları sıralayan Anatole Abanq bu gün meydanda çox çalışsa da, qol vura bilmədi...

- Abanq istəkli idi. Nəzərə alaq ki, birinci divizionda gənclər çoxluq təşkil edir. Düzdür, hücumçu şans əldə edirsə, bunu qola çevirməlidir. Qapıçıdan başlayaraq bütün komanda qol üçün çalışır. Abanq da bu gün vuruşdu, qol imkanları oldu. İnanıram ki, gələcəkdə bu problemləri aradan qaldıra biləcək.

- “Qəbələ” ilə ötən tur matçından sonra bildirmişdiniz ki, növbəti oyunda Kamal Bayramov qapıda dayana bilər. Yenidən Stanislav Namaşkonun çərçivədə durmasının səbəbi nə idi?

- Həmin oyundakı səhvdən sonra Namaşko özünü yaxşı hiss eləmirdi. Səhv hamıda olur. Futbolçuya dəstək vermək lazımdır. Dərhal kəsib atmaq da olmaz. Namaşkonun o səhvlə yaşamasını istəmirdim. O, təcrübəli oyunçudur.

30-10-2021, 18:33
18579
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
25-10-2021, 21:01
Sənan Qurbanov:
Sənan Qurbanov: “Qış fasiləsinə qədər istədiyimiz nəticəni əldə etməyə çalışmalıyıq“
24-10-2021, 19:11
Sənan Qurbanov:
Sənan Qurbanov: "Qapımızda bizə yaraşmayan qollar gördük"
21-10-2021, 18:03
Nicat Qurbanov:
Nicat Qurbanov: "İnanıram ki,yaxın günlərdə Sənan müəllim məni meydana buraxacaq“
17-10-2021, 09:19
"Keşlə"nin yuxudan ayılan ac Aslanı Sənan Qurbanov
26-09-2021, 21:58
Ayxan Abbasov:
Ayxan Abbasov: "Rəqiblərimiz bizdən bir gün çox istirahət edir"
25-09-2021, 19:55
Sənan Qurbanov:
Sənan Qurbanov: "Komandamızın meydanda yatdığını deməzdim"
15-09-2021, 17:40
Qurban Qurbanov:
Qurban Qurbanov: “Bütün oyunlarımızın bu səviyyədə keçməsini istəyirəm”
11-09-2021, 22:55
Sənan Qurbanov:
Sənan Qurbanov: "O, ən ağır cəzanı alacaq"
25-08-2021, 16:59
Turan Vəlizadə: . “Qəbələ” ilə oyunda məğlubiyyətə layiq deyildik“
Turan Vəlizadə: . “Qəbələ” ilə oyunda məğlubiyyətə layiq deyildik“
21-08-2021, 21:00
Sənan Qurbanov:
Sənan Qurbanov: "Çempionatın startı bizim üçün ürəkaçan deyil"
29-07-2021, 23:30
Sənan Qurbanov:
Sənan Qurbanov: "Evdə riski gözaltına aldıq"
14-07-2021, 23:33
Samir Abasov:
Samir Abasov: "Belə səhvləri yunanlar bağışlamaz"
  Xəbər Lenti
"Çelsi" müdafiəçisini La Liqa klubuna icarəyə verəcək - Xarici xəbərlər 25.08.2026, 12:13
“Sabah” (Azərbaycan) - “Hapoel”ə qarşı - YENİLƏNİR 25.08.2026, 11:30
“Yuventus” polşalı qapıçı ilə maraqlanır - Transfer xəbərləri 25.08.2026, 11:00
“Karvan-Yevlax”dan növbəti transfer 25.08.2026, 10:10
"Bolonya" - "Latsio" 0:1 - VİDEO 25.08.2026, 09:15
“Qarabağ”la oyun öncəsi “Tvente”də yeni müqavilə 25.08.2026, 08:13
Dambrauskas: "Matçın taleyini əsas vaxtda həll etmək istəyirik" 24.08.2026, 20:31
Daha bir tanınmış futbolçu “Trabzonspor”a keçir - Transfer xəbərləri 24.08.2026, 18:08
"Mançester Yunayted"in müdafiəçisi "Milan"ın hədəfində - Transfer xəbərləri 24.08.2026, 17:07
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
Dünən, 15:32
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
25-07-2026, 18:06
De Bruyne “Napoli”dən ayrıla bilər -
De Bruyne “Napoli”dən ayrıla bilər - Xarici xəbərlər
25-07-2026, 15:30
"Çelsi" 18 yaşlı futbolçu üçün 40 milyon avro ödəməyə hazırdır - Transfer xəbərləri
26-07-2026, 13:15
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir -
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir - Transfer xəbərləri
26-07-2026, 09:17
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
28-07-2026, 14:39
"Qarabağ" FK və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
28-07-2026, 13:18
"Real"da ciddi itki - Xarici xəbərlər
27-07-2026, 15:29
Makqreqor bir illik sıradan çıxıb
Makqreqor bir illik sıradan çıxıb
26-07-2026, 08:04
"Kəpəz"də zambiyalı futbolçu - Transfer xəbərləri
28-07-2026, 11:07
"Mançester Siti" qolkiperini "Lids"ə satır - Transfer xəbərləri
28-07-2026, 15:42
Zidanın Fransa millisində ilk açıqlaması -
Zidanın Fransa millisində ilk açıqlaması - Xarici xəbərlər
27-07-2026, 16:12
"Roma"dan 35 milyon avroluq hücumçu transferi - Xarici xəbərlər
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb