FutbolMedia.Az
  • 05:47 Cümə axşamı
    24 Sentyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Ruy Jorje:

Ruy Jorje: "Azərbaycan millisinin uğurlu olmasına nə mən, nə də hansısa məşqçi zəmanət verə bilər"

"Sizinlə birlikdə olmaq mənim üçün qürurdur. Ümid edirəm ki, qarşıdakı 1,7 il ərzində çox yaxşı təcrübə keçə biləcəyik. Bu müddət ərzində bərabər olacağıq".

Futbolmedia.az
xəbər verir ki, bu sözləri Azərbaycanın U-20 millisinin yeni baş məşqçisi Ruy Jorje bu gün keçirilən mətbuat konfransında deyib.

Portuqaliyalı mütəxəssis müqavilə bağlamamamışdan əvvəl Azərbaycanın əsas millisinin sabiq çalışdırıcıı - həmyerlisi Fernandu Santuşla danışdığını bildirib: "Uğur qazanmaq üçün bunun üzərində işləmək lazımdır. Uğur idman nəticələrindən asılıdır. Buna nə mən, nə də hansısa məşqçi zəmanət verə bilər. Bir komandada uğur qazanmaq oyunçuların istəyindən, əzmkarlığından asılıdır. Onlar üzərlərində çalışmalıdılar ki, yüksək səviyyədə çıxış etsinlər. Bunu edə bilsək, uğur qazana bilərik. Fernandu Santuşla danışıb-danışmadığıma gəlincə, əlbəttə həm özü ilə, həm də köməkçiləri ilə danışdım. Müqavilə imzalamamışdan öncə danışmışdım. Həm ölkə, həm də insanlar haqda çox yaxşı məlumatlar aldım. İnsanların qonaqpərvərliyindən, rəftarından yaxşı şeylər eşitdim. Bura gəldiyim ilk gündən gördüm ki, Santuşun dedikləri ilə üst-üstə düşür".

O, "Necə edəcəksiz ki, 18-20 yaşlı futbolçular oynasın? Nəzərə alın ki, portuqaliyalı yox, azərbaycanlı futbolçularla çalışacaqsınız. AFFA-ya hansısa təklif irəli sürəcəksiz?" sualıbı belə cavablandırıb: "Hazırkı vəziyyətdə bununla bağlı hansısa söhbətim, təklifim olmayıb. Çempionatla tanışam, tam dəqiqliyi ilə deyə bilmərəm ki, oyunçuların çempionatda çox oynamaması formata görədir, ya başqa səbəbə görə. Təcrübəmə əsasən bir şeyi bilirəm ki, oyunçuların yetişməsi üçün klubların görəcəyi iş çox önəmlidir. Çox yaxşı bilirəm ki, Azərbaycan millisi Portuqaliya millisi deyil, Azərbaycan millisinin üzvləri də Portuqaliya millisində çıxış edən oyunçular deyil. Amma biz Portuqaliya U-20 yığması ilə uğur qazananda, Portuqaliya U-21 yığması reytinqdə 19-cu pillədə idi. Çempionatın son püşkatma mərasimində Avropa zonasında 3-cü yerdə idik. Bizim burada ən böyük məqsədimiz bunu əldə etməkdir".

Yeni baş məşqçi Fernandu Santuşun ona Azərbaycan futbolu haqda danışmadığını deyib: "O, əsas millidə çalışırdı, mən U-20 yığmasının baş məşqçisiyəm. Ona görə futbol haqda danışmamışam. Çünki onun millidə tələbləri, oyunçu səviyyəsi ilə mənim millimdəki səviyyə eyni deyil. Danışığımız ancaq ölkə haqda idi".

Ruy Jorje 2013-cü ildə Portuqaliyanın U-21 yığmasının Azərbaycan millisinə 2:0 və 3:0 hesabı ilə qalib gəldiyi vaxtları yaxşı xatırladığını qedy edib: "Dərhal 2013-cü ildəki oyunları xatırladım. Hazırda da beynimdə dərhal matçın harada keçirildiyini, hətta 2-ci qolu necə vurmağımızı da xatırlayıram. Bernardo Silvanın debüt oyunu idi, Azərbaycanda oynamışdı. Hamısını yaxşı xatırlayıram. AFFA rəhbərliyi ilə danışıqdan öncə U-19 yığmasının oyunlarını izləmişəm. Çünki istəyirdim məndə ideya olsun və onlarla danışım. Azərbaycanın Malta, Polşa ilə oyunlarını izləmişəm.

Ruy Jorje əvvəlcə futbolçuların keyfiyytini qaldırmağa çalışacağını bildirib: "Çexiya, Şimali İrlandiya ilə oyunlara da baxdım. U-19 yığmasının qrup mərhələsindəki matçlarını izlədim. Ardınca isə Sloveniyaya qarşı matça baxmışam. Sistem olaraq bilmək istəyirsiz ki, biz necə çıxış edəcəyik? Bu mövzuda son qərarlarımızı verməmişik. Öncə futbolçuların keyfiyyətini qaldıracağıq, sonra digər məsələlərə keçəcəyik.

16-03-2026, 17:05
6944
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
16-03-2026, 15:33
Sərxan Hacıyev:
Sərxan Hacıyev: "Kütləvi şəkildə milliləşdirmə olmayacaq"
6-09-2025, 08:06
Fernandu Santuş:
Fernandu Santuş: “Axı nəyə görə istefa verməliyəm?”
26-03-2025, 07:16
Belarus millisinin baş məşqçisi:
Belarus millisinin baş məşqçisi: "Oyunda diqtə edən tərəf idik"
14-01-2025, 10:15
“Neftçi”nin legioneri:
“Neftçi”nin legioneri: “Tottidən çox şey öyrənmişəm”
27-04-2024, 21:32
"Sabah"ın baş məşqçisi: "Məqsədimiz mövsümü 2-ci yerdə bitirməkdir"
30-03-2024, 08:28
Qurban Qurbanov :
Qurban Qurbanov : "İnanmıram ki, mənə AFFA-nın vitse-prezidenti vəzifəsi təklif edilsin"
26-02-2024, 14:09
Artur Jorje:
Artur Jorje: "Qarabağ"ın keyfiyyətini nəzərə alsaq, onları keçə bilərdik"
28-11-2023, 13:08
De Byazi özünə tərif yağdırdı
De Byazi özünə tərif yağdırdı
25-11-2023, 09:31
Murad Musayev:
Murad Musayev: "Azərbaycan millisi ilə bağlı təklif olarsa, müzakirə edə bilərik"
24-12-2022, 20:17
Qurban Qurbanov:
Qurban Qurbanov: "O, dayanmalı deyil"
11-12-2022, 08:16
Fernandu Santuş:
Fernandu Santuş: "Mundialın qalibi olacağımıza ümid edirdik"
25-09-2022, 23:14
De Byazi:
De Byazi: "Neçə il idi ki, Azərbaycan ardıcıl 3 oyunu uda bilmirdi"
  Xəbər Lenti
“İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlunu klubda saxlamaq istəyir - Transfer xəbərləri 23.09.2026, 21:22
"Bandırmaspor" klubunun Türk futbolçusu gənc yaşda vəfat etdi - Xarici xəbərlər 23.09.2026, 20:11
"Sumqayıtın qapıçısı zədələndi - Özəl Xəbər 23.09.2026, 19:09
İspaniyanın "Valensiya" klubun yeni baş məşqçi - Xarici xəbərlər 23.09.2026, 18:15
"Aiqsburq"un yarımmüdafiəçisi Mert Kömür "Beşiktaş"a keçir - Transfer xəbərləri 23.09.2026, 17:13
Azərbaycan - Tacikistan oyunu bu kanalda 23.09.2026, 16:31
"Zirə"nin qapıçısı Anar Nəzirov: "Biz də meydana qalib gəlmək üçün çıxacağıq" (Özəl Açıqlama) 23.09.2026, 16:00
Italiya klubu “Udineze” David Alabanı heyətinə qatdı - Transfer xəbərləri 23.09.2026, 15:09
İspaniya millisinin üzvü Markos Lyorente “Milan”a keçir - Transfer xəbərləri 23.09.2026, 15:06
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
24-08-2026, 15:32
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
11-09-2026, 13:10
Deku:
Deku: “Yamal “qızıl top” üçün əla namizəddir”
11-09-2026, 17:01
II Liqada III turun təyinatları açıqlandı
II Liqada III turun təyinatları açıqlandı
11-09-2026, 16:10
Tanınmış futbolçu ölkəsinə qayıtdı -
Tanınmış futbolçu ölkəsinə qayıtdı - Xarici xəbərlər
10-09-2026, 16:10
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır -
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır - Xarici xəbərlər
10-09-2026, 14:00
"Sportinq" (Portuqaliya) - "Qalatasaray" 2:2 - VİDEO
10-09-2026, 17:01
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
10-09-2026, 15:29
AFFA
AFFA "Difai"nin futbolçusunu 1000 manatlıq cərimələdi
10-09-2026, 14:27
Okan Buruk:
Okan Buruk: "Hakim əleyhimizə işləyirdi"
11-09-2026, 15:18
"Nyukasl" İngiltərə millisinin üzvü ilə müqavilə imzaladı - Transfer xəbərləri
10-09-2026, 18:03
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
11-09-2026, 12:08
Braziliyalı futbolçu yenidən “İmişli”yə qayıtdı
Braziliyalı futbolçu yenidən “İmişli”yə qayıtdı
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb