FutbolMedia.Az
  • 16:36 Cümə
    9 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
De Byazi:

De Byazi: "Neçə il idi ki, Azərbaycan ardıcıl 3 oyunu uda bilmirdi"

“Bu gün çox yaxşı oyun göstərdik. Əvvəlkilərdən daha az səhv etdik. Amma şansları qola çevirmək baxımından daha yaxşı olmalıyıq. Komandamın ikinci hissədəki çıxışından razı qaldım. Qrupdakı matçların hamısında yaxşı oynadıq. Qazaxıstana ilk görüşdə məğlub olduğumuz zaman da qələbəyə biz layiq idik. Pozitiv yoldayıq, komanda inkişaf edir”.

Futbolmedia.az xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasının qrup mərhələsində Qazaxıstanla Bakıda keçirilən oyundan (3:0) sonra mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis Mahir Emrelini ehtiyatda saxlamağının səbəbini izah edib: "Mahir klubunda az oynayıb. Bilirdik ki, başdan sona qədər oynaya bilməyəcək. Yaxşı oyunçudur, amma sırf qol vurmaq üçün oynamamalıdır. Belədə heç nə edə bilmirsən".

De Byazi "Düşünmürsünüz ki, ancaq hücum futbolu sayəsində uğur qazanmaq mümkündür?" sualını belə cavablandırıb: "Çox sağ olun, bunu bilmirdim. 40 ildir futbolun içindəyəm. Bilirəm ki, siz qələbə qazanmağa öyrəşmisiniz, yəqin “Real” və ya “Bavariya” azarkeşisiniz. Biz o komandalardan deyilik".

De Byazi Qazaxıstanla birinci və Slovakiya ilə Bakıdakı oyunun onu çox məyus etdiyini deyib: "Uduzmamalı idik, müdafiədə böyük səhv elədik, bizə baha başa gəldi. Bu komanda yaxşı oynaya bilər. Əsas odur ki, göydə uçmasınlar, ayaqları yerdə qalsın. Uşaqlara başa saldım ki, topu irəli atmasalar, onunla daha çox rəftar etsələr uğur qazanmaq olar".

De Byazi Azərbaycan millisində gördüyü işlərlə bağlı isə belə danışıb: "Bunu siz deməlisiniz. Çünki kritik işi siz görürsünüz. Neçə il idi ki, Azərbaycan ardıcıl 3 oyunu uda bilmirdi. Futbolda çox vaxt ancaq nəticəyə baxırlar. Əlində böyük potensial olmadan böyük uğur tələb olunur. Mən gələndən sonra nə qədər gənc oyunçu çıxış edib. Cəlal Hüseynov, Musa Qurbanlı və başqaları. Bu oyunçularla davam eləməliyik. Onlar klublarında da çox oynamalıdırlar ki, bizə kömək edə bilsinlər".

Yığmamızın çalışdırıcısı Qazaxıstanın qrup birinciliyinə layiq olduğunu bildirib: "Çünki onların çox güclü, keyfiyyətli komandası var. Meydanda bütün güclərini qoyurlar".

De Byazi "Millidəki fəaliyyətinizi davam etdirsəniz, Albaniya ilə qazandığınız nəticəni təkrarlaya bilərsiniz?" sualını da cavablandırıb: "Bura gələndə birinci gün “Sabah” – “Qəbələ” oyununa baxmışdım, çox bəyənmişdim. Yavaş-yavaş digər oyunlara baxanda gördüm ki, vəziyyət o qədər də yaxşı deyil. Albaniyada isə əksinə, ilk gündə çox pozitiv deyildim. Amma getdikcə orada daha yaxşı potensial olduğunu gördüm. Legioner futbolçumuz azdır. Belə oyunçularımızın sayının çox olmasını istərdim".

İtaliyalı mütəxəssis millinin hücumçusu Musa Qurbanlı haqda da danışıb: "Çox yaxşı oyunçudur, ağıllı uşaqdır. Əsl hücumçuya xas olan hərəkətlər var. Onu çox bəyənirəm. Gəncdir, “Qarabağ”da oynaması onun üçün şansdır. Oradakı təcrübəli oyunçulardan çox şey öyrənə bilər. Renat, Ramil kimi perspektivli oyunçularımız da var".

25-09-2022, 23:14
18751
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
23-09-2022, 08:17
De Byazi:
De Byazi: "Daha əvvəl milliyə çağırmadığım üçün ondan üzr istədim"
13-06-2022, 22:30
De Byazi:
De Byazi: "Sizin üçün nəticə önəmlidir, amma..."
7-06-2022, 08:28
De Byazi:
De Byazi: "Günü-gündən irəliləyiş var"
3-06-2022, 20:25
De Byazi:
De Byazi: "Təcrübəli futbolçular belə səhv etməməlidirlər"
26-03-2022, 00:32
De Byazi:
De Byazi: "Çoxlu qollar buraxmağımız məni narahat edir"
14-11-2021, 23:30
De Byazi:
De Byazi: "İdeyalarım var, nə etmək istədiyimi bilirəm"
11-11-2021, 23:55
Canni de Byazi:
Canni de Byazi: “Ola bilər biliyim azdır, bilmirəm”
9-10-2021, 23:10
De Byazi:
De Byazi: "Futbolçularıma dedim ki, başınızı dik tutun"
7-09-2021, 22:45
De Byazi:
De Byazi: "Fikrimi söyüşlə ifadə etmək istərdim, amma qalsın"
4-09-2021, 22:40
De Byazi:
De Byazi: "Demək olar ki, azlıqda oynayırdıq"
6-06-2021, 22:33
De Byazi məğlubiyyətdın danışdı
De Byazi məğlubiyyətdın danışdı
2-06-2021, 23:01
De Byazi:
De Byazi: "Onlar bizim gələcəyimizdir”
  Xəbər Lenti
"Mingəçevir" klubunda maliyyə problemi 9.10.2026, 16:25
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu - 9.10.2026, 15:43
"Araz-Naxçıvan" - "Kəpəz" - Heyətlər 9.10.2026, 15:02
“Neftçi” – “Sabah”a qarşı - YENİLƏNİR 9.10.2026, 14:00
Maradonanın ölümündə əli olanlar üçün 12 il həbs cəzası istənildi - Xarici xəbərlər 9.10.2026, 13:09
AFFA nümayəndəsinə UEFA-dan təyinat 9.10.2026, 12:07
Benzema Ronaldonu müdafiə etdi Xarici xəbərlər 9.10.2026, 11:26
Endrik qışda "Real"dan gedir - Transfer xəbərləri 9.10.2026, 11:04
“Barselona”da yeni müqavilə - Xarici xəbərlər 9.10.2026, 10:03
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
11-09-2026, 13:10
Deku:
Deku: “Yamal “qızıl top” üçün əla namizəddir”
11-09-2026, 17:01
II Liqada III turun təyinatları açıqlandı
II Liqada III turun təyinatları açıqlandı
11-09-2026, 16:10
Tanınmış futbolçu ölkəsinə qayıtdı -
Tanınmış futbolçu ölkəsinə qayıtdı - Xarici xəbərlər
10-09-2026, 16:10
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır -
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır - Xarici xəbərlər
10-09-2026, 15:29
AFFA
AFFA "Difai"nin futbolçusunu 1000 manatlıq cərimələdi
10-09-2026, 17:01
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
10-09-2026, 14:27
Okan Buruk:
Okan Buruk: "Hakim əleyhimizə işləyirdi"
10-09-2026, 14:00
"Sportinq" (Portuqaliya) - "Qalatasaray" 2:2 - VİDEO
11-09-2026, 15:18
"Nyukasl" İngiltərə millisinin üzvü ilə müqavilə imzaladı - Transfer xəbərləri
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
10-09-2026, 18:03
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb