FutbolMedia.Az
  • 03:34 Cümə
    24 İyul 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Rəşad Sadıqov:

Rəşad Sadıqov: "Oyun boyu çalışdıq ki, çox təzyiq göstərməyək"

"Dinamik və sürətli qarşılaşma oldu. Geridə qalan 12 turda sərgilədiyi oyunla "Qəbələ" təqdirə layiqdir. Səhv etmirəmsə, onlar çempionatda ən çox qol epizodu yaradan və topla oynamağı sevən komandalardan biridir. Bu gün öz futbolumuzu oynamağa çalışdıq. İlk hissədə bu, bizdə daha yaxşı alındı. Qol vurduq və rəqibə şans vermədik. Onların oturuşmuş kombinasiyalarını zərərsizləşdirə bildik. Lakin belə əzmkar rəqibə qarşı 70-ci dəqiqədən sonra ikinci qolu vura bilmirsənsə, oyunun sonluğu ağır keçir. Bu gün də belə oldu. Sonda çoxlu cərimə zərbələrinə yol verdik və təhlükəli epizodlar əsasən standart vəziyyətlərdən yarandı. Buna baxmayaraq, oyun planında rəqibi dayandıra bildik. Futbolçularımı təbrik edirəm. Bu matç çempionatımızın səviyyəsini və rəqabətin gərginliyini bir daha sübut etdi. Heç kim asanlıqla təslim olmur, nəticəni son dəqiqələrə qədər proqnozlaşdırmaq çətindir. Biz bu rəqabətə davam gətirməyə çalışacağıq. Artıq diqqətimizi "Kəpəz"lə oyuna yönəldəcəyik".

Futbolmedia.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 12-ci turunun “Qəbələ” ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında bildirib.

- Birinci hissədə 2 penalti təyin edildi, onların heç birini də baş hakimlər görmədi. Yalnız VAR-ın müdaxiləsindən sonra penaltilər verildi. VAR olmasaydı, necə olacaqdı?

- Bilirsiz, VAR sisteminin olması baş hakimə əlavə rahatlıq verir, çünki o, sığortalandığını bilir. Bəlkə də VAR olmasaydı, qərarları birbaşa öz üzərinə götürərdi. Hər iki penalti epizodu kifayət qədər mürəkkəb idi və onları görmək çətin idi. Düzdür, xırda qayda pozuntuları çox oldu, amma Elvin bəy gəncdir və Premyer Liqada yeni təcrübə toplayır. Biz də oyun boyu çalışdıq ki, dəstək olaq, çox təzyiq göstərməyək. Oyunun nəticəsinə təsir edən səhvə yol vermədi.

- "Qəbələ"nin istifadə edə bilmədiyi penalti oyunun qırılma nöqtəsi idi?

- Oyunun gedişatı göstərdi ki, həmin epizod həlledici məqam ola bilərdi. Əgər qol buraxsaydıq, oyunun ssenarisi dəyişər və ikinci hissədə tamamilə fərqli mənzərə yaranardı. Biz qol vurduğumuz üçün fasilədən sonra nəticəni qorumaq gərginliyi var idi. Əksinə olsaydı, daha böyük qüvvə ilə irəli atılacaqdıq. Lakin 30-cu dəqiqədə qaçırılan penaltini tam mənasıyla "qırılma nöqtəsi" adlandırmazdım. Bu epizod son dəqiqələrə təsadüf etsəydi, bəli, həlledici sayılardı. Rəqibə gəlincə, Kaxaber Tsxadadzenin formalaşdırdığı "Qəbələ"ni və oynatdığı futbolu heyranlıqla izləyirəm

- "Kəpəz"lə qarşılaşacaqsınız, daha sonra ölkə kubokunda rəqibiniz "Neftçi"dir. Bunu nəzərə alıb, "Kəpəz"lə oyunda heyətdə rotasiya etmək fikriniz var?

- Xeyr, bizi ilk növbədə "Kəpəz"lə oyun maraqlandırır. Bizi Yevlaxda qəbul edəcəklər. Açığı, bu mövsüm məyusedici məqamlar çoxdur. Çox istəyərdim ki, fərqli olsun. Bilmirəm zərurətdən, ya məcburiyyətdən irəli gəlir. "Turan Tovuz" bir çox rəqabət apardığımız komandalarla Bakıda oynayıb. Bizi 2 dəfə Tovuzda qəbul edəcək. "İmişli" bəzi komandalarla Şamaxıda oynadı, bizi Qubada qəbul etdi. "Kəpəz" Qəbələdə oynadı, fərqli ab-havada, azarkeşlərindən uzaq yerdə. İndi isə Yevlaxda oynayacaqlar. Dünən özümüz də gördük ki, "Kəpəz" orada istəkli idi, necə aqressiv oynayırdı. Burada söhbət sırf "Kəpəz", "İmişli" və "Turan Tovuz"dan getmir. Sadəcə olaraq, deyirəm ki, qaydalar qoyub və elə riayət edək ki, qaydalar pozulmasın. Çünki bu, aşkar şəkildə rəqabətə təsir edir. Bir şey demirəm. Hansısa komanda zərurətdən stadionunu dəyişibsə, bütün rəqiblərini orada qəbul etsin. Üçüncü dövrədə isə dəyişərlər. Elə daha ədalətli olardı. Çox komanda "Kəpəz"lə Qəbələdə oynadı. Biz Yevlaxda oynamalıyıq. Gördük ki, "Kəpəz" Yevlaxda tam fərqlidir.

- "Kəpəz"ə qarşı görüş süni örtüklü meydançada olacaq axı..

- Biz sırf olaraq həmin görüşlə bağlı hansısa rotasiya planlaşdırmışıq. Bizdə əsas 11 nəfər oyunçu deyə bir şeyimiz yoxdu. Ola bilər ki, bu gün start heyətində meydana çıxan futbolçu qarşıdakı oyuna "onbirlik"də başlamasın. Ya da, fərqli. Bu da "Neftçi" ilə bağlı deyil. Biz bu dəqiqə "Neftçi" matçını düşünmürük. Vacib üç xal var qarşımızda. Çempionatın necə getdiyini görürsünüz. Bu çempionatda 7-ci olmaq kimisə təəccübləndirməyəcək. Bu bir reallıqdır. Ona görə də bütün fikrimizi ilk növbədə çempionata yönəldəcəyik. Qəribə məqam odur ki, kubokla bağlı ən çox fikir və irad bildirən mən idim ki, kuboku qazanmaq asandır. İndi ən çətin yol bizə düşüb. 1/8 finalda "Neftçi" ilə qarşılaşırıq, növbəti turda "Sumqayıt"la üz-üzə gələcəyik. İki ildir ki, eyni ssenarini yaşayırıq. Yarımfinalda "Turan Tovuz" - "Araz-Naxçıvan", finalda da "Sabah" - "Qarabağ" cütünün qalibi ilə qarşılaşacağıq. Təbii ki ehtimal olaraq deyirəm bunları. Digər komandalara hörmətsizlik olmasın. Ən çətin yoldur. Bizim üçün prioritet həmişə çempionat olub. Kubokda irəliləmək istəyirik. "Neftçi"nin nə dərəcədə iddialı olacağını bilirik. Biz seçmirik, seçmə periodu deyil. İlk növbədə fikrimizi "Kəpəz"lə oyuna yönəldəcəyik.

22-11-2025, 21:07
10124
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
8-11-2025, 21:35
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Rəqibə qol epizodu vermədik"
19-09-2025, 21:35
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Hər məşqçini belə qələbələr sevindirər"
30-08-2025, 21:03
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Nəticə iki komanda arasındakı fərqin göstəricisi deyil"
25-08-2025, 21:34
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Büdcə azalsa da, çalışırıq ki, işimizi görək"
13-04-2025, 21:35
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "İşimizi tərif üzərində qurmamışıq"
27-10-2024, 21:40
Ayxan Abbasov:
Ayxan Abbasov: "Hakimlərlə görüşlər olmalıdır"
20-10-2024, 19:55
Rəşad Sadıqov:
Rəşad Sadıqov: “Qurban Qurbanova o sualın ünvanlanması mənə qəribə gəldi”
9-08-2024, 08:08
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "İkinci hissədə üstün tərəf biz idik"
28-10-2023, 22:06
Azər Məmmədov:
Azər Məmmədov: "Hakimin qərarı məğlubiyyətimizə təsir edə bilər"
29-04-2023, 18:35
Samir Abasov:
Samir Abasov: "Qəbələdə oynamaq çətindir"
21-12-2022, 19:12
Tərlan Quliyev:
Tərlan Quliyev: "Azərbaycan kubokunda yarımfinala adlamaq "Turan Tovuz" üçün uğurdu"
16-04-2022, 20:50
Aftandil Hacıyev:
Aftandil Hacıyev: "Mövqeyimiz bizi qane etmir"
  Xəbər Lenti
PSJ Enrike ilə yeni müqavilə üçün razılığa gəlib - Xarici xəbərlər 23.07.2026, 18:06
Almaniya millisinin üzvü "Barselona"da - Transfer xəbərləri 23.07.2026, 17:04
"Araz-Naxçıvan" Qvineya millisinin üzvünü transfer etdi 23.07.2026, 15:42
"Şəfa" niderlandlı futbolçu transfer etdi 23.07.2026, 14:40
“Kəpəz portuqaliyalı hücumçu transfer etdi - Transfer xəbərləri 23.07.2026, 14:06
Rodri əməliyyat olunacaq - Xarici xəbərlər 23.07.2026, 13:14
"Mançester Siti" 2 futbolçusu ilə müqaviləni uzadacaq - Transfer xəbərləri 23.07.2026, 12:12
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər 23.07.2026, 11:30
Kazemironun yeni klubu bəlli oldu - Transfer xəbərləri 23.07.2026, 11:00
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
22-07-2026, 12:11
Modriç milli karyerasını bitirir -
Modriç milli karyerasını bitirir - Xarici xəbərlər
22-07-2026, 11:37
Azərbaycan klublarının yay transferləri -
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər
22-07-2026, 13:15
“Neftçi” 3 il sonra yenidən Avropa səhnəsində
“Neftçi” 3 il sonra yenidən Avropa səhnəsində
22-07-2026, 17:10
Ohori “Neftçi”dən ayrılıb Serbiya kluba keçdi
Ohori “Neftçi”dən ayrılıb Serbiya kluba keçdi
22-07-2026, 14:07
“Real” “Barselona”nın hücumçusunu istəyir -
“Real” “Barselona”nın hücumçusunu istəyir - Transfer xəbərləri
22-07-2026, 12:15
SSKA-nın futbolçusu:
SSKA-nın futbolçusu: “Qarabağ”la oyunda heç-heçə məğlubiyyət kimidir”
22-07-2026, 15:15
Belçika millisinin baş məşqçi postuna əsas namizəd  -
Belçika millisinin baş məşqçi postuna əsas namizəd -
22-07-2026, 16:08
"Rakuv" Emrelini siyahıya daxil edə bilmədi
22-07-2026, 14:33
“Neftçi” – “Dinamo” matçına nə qədər bilet satılıb?
“Neftçi” – “Dinamo” matçına nə qədər bilet satılıb?
22-07-2026, 18:12
“Beşiktaş” Braziliya millisinin üzvü  Riçarlisonu transfer etmək istəyir -
“Beşiktaş” Braziliya millisinin üzvü Riçarlisonu transfer etmək istəyir - Transfer xəbərləri
21-07-2026, 14:31
Zidan Fransa millisinin baş məşqçisi təyin olundu -
Zidan Fransa millisinin baş məşqçisi təyin olundu - Xarici xəbərlər
21-07-2026, 15:42
"Şəfa" yeni legioner transferini açıqladı - Transfer xəbərləri
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb