FutbolMedia.Az
  • 10:01 Çərşənbə
    26 Avqust 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Azər Məmmədov:

Azər Məmmədov: "Hakimin qərarı məğlubiyyətimizə təsir edə bilər"

“Oyun haqda danışılası çox şey yoxdur. Məğlubiyyəti analiz edəcəyik. Rəqibi təbrik edirəm. Bu gün qələbəyə tam layiq idilər. Xüsusən də ikinci hissədə”.

Futbolmedia.az xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Azər Məmmədov Misli Premyer Liqasının 11-ci turunda Qərb derbisində “Turan Tovuz”a 0:4 hesabı ilə uduzduqları matçdan sonra deyib.

O qeyd edib ki, oyunun qırılma nöqtəsi rəqibin vurduğu ilk qol idi: “Birinci hissədə ümidverici futbol oynayırdıq. Matçın gedişində düşünürdüm ki, gələcəkdə daha yaxşı nəticələr qazanacağıq. Təəssüflər olsun ki, ilk hissənin sonuna yaxın qol buraxdıq. Qapımızda gördüyümüz həmin qol matçın qırılma nöqtəsi oldu. Konsentrasiya pozuldu. Fasilədən sonra geridönüş yaratmağa çalışsaq da, alınmadı. Fasilədə təmkinli olmağa tapşırdım. Amma uşaqlar dərhal irəli atıldılar və bundan sonra arxa xətdə rəqibə boşluqlar verdik.

“Turan Tovuz” çox güclü idi, yoxsa “Kəpəz” ən zəif oyunlarından birini göstərdi?” sualını A.Məmmədov belə cavablandırıb: “Birinci hissədə bərabər oyun getdi. Çalışırdıq ki, daha yaxşı olaq. Fasilədən sonra isə rəqibə çox boşluqlar verdik. “Turan Tovuz” fiziki cəhətdən bizdən üstün idi”.

O, ardıcıl iki mövsümdür “Kəpəz”in “Turan Tovuz”u məğlub edə bilməməsi də toxunub: “Mən özüm futbol oynayanda da Qərb derbisi həmişə çətin və ağır olurdu. Bu gün də o şəkildə davam edir. “Kəpəz”in ən ağır oyunlarından biri “Turan Tovuz”a qarşı olur. Etiraf edək ki, bugünkü gündə heyət baxımından rəqib bizdən üstündür”.

“Kəpəz”in çalışdırıcısı rəqibin ikinci qolu vurduğu zamanı hakimin künc zərbəsi qərarının yanlış olduğunu düşünür: “Hakimlər haqqında demək olar ki, heç vaxt danışmıram. Səhvi ilk növbədə özümüzdə axtarıram. 0:4 uduzmuşuqsa, hakimlər haqda çox danışmaq istəmirəm. Lakin düşünürəm ki, ikinci qolda künc zərbəsi verilməsi yanlış qərar idi. Kənardan gördüyüm qədər orda künc zərbəsi yox idi. Hakimlər künc zərbəsi təyin etdilər, rəqib standart vəziyyətdən sonra fərqləndi. Orda künc zərbəsi yox idisə, hakimin qərarı məğlubiyyətimizə təsir edə bilər”.

Azər Məmmədov mətbuat konfransına gec qatılmasının səbəbini qapı arxasında qalması ilə əlaqələndirib: “Orda həkim otağı var. Məşqçilərlə həmin otaqda müzakirə aparırdıq. Çıxmaq istəyəndə gördük ki, qapı açılmır. Yubanmağım məhz bununla əlaqədardır. Heç vaxt istəmərəm ki, jurnalistləri gözlədim”.

28-10-2023, 22:06
13865
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
28-10-2023, 21:30
Ayxan Abbasov:
Ayxan Abbasov: "Hesab bizi aldatmalı deyil"
8-10-2023, 19:34
Azər Məmmədov:
Azər Məmmədov: "İstədiyimiz 11-liyi hələ meydana buraxa bilməmişik"
1-10-2023, 18:53
Azər Məmmədov:
Azər Məmmədov: "İstefa şüarı "Kəpəz"də işləyən bütün məşqçilərə səsləndirilib"
3-09-2023, 20:00
Azər Bağırov:
Azər Bağırov: "Buraxdığımız qol bizim üçün siqnal olmalıdır"
26-08-2023, 08:40
Azər Bağırov:
Azər Bağırov: "Səhv etmək istəmirik"
18-08-2023, 14:22
"Kəpəz" "Turan Tovuz"a qarşı - YENİLƏNİR
29-04-2023, 21:13
Murad Musayev:
Murad Musayev:
15-04-2023, 12:08
"Kəpəz" "Turan Tovuz"a qarşı - YENİLƏNİR
11-02-2023, 11:12
"Turan Tovuz" "Kəpəz"ə, "Qarabağ" "Sabah"a qarşı -
21-12-2022, 19:12
Tərlan Quliyev:
Tərlan Quliyev: "Azərbaycan kubokunda yarımfinala adlamaq "Turan Tovuz" üçün uğurdu"
20-12-2022, 11:08
“Turan Tovuz” – “Kəpəz”ə qarşı -
“Turan Tovuz” – “Kəpəz”ə qarşı - YENİLƏNİR
9-09-2022, 11:15
“Turan Tovuz” – “Kəpəz”ə qarşı -
“Turan Tovuz” – “Kəpəz”ə qarşı - YENİLƏNİR
  Xəbər Lenti
Tahir Gözel də “Sabah”ı təbrik etdi 26.08.2026, 09:07
"Sabah" - "Hapoel" 5:2 - VİDEO 26.08.2026, 08:15
Dambrauskas: "Dünyanın ən xoşbəxt baş məşqçisiyəm" 26.08.2026, 00:13
"Hapoel"in baş məşqçisi: "Pley-offa qədər gəlməyimiz də uğurdur" 26.08.2026, 00:11
“Real” “Lill”in təklifini rədd edib - Transfer xəbərləri 25.08.2026, 18:10
“Qarabağ” – “Tvente” matçının başlamasına 1 saat qalmış stadion kassalarında bilet satışı dayandırılacaq. 25.08.2026, 17:09
“Roma” Malik Fofana ilə anlaşıb - Transfer xəbərləri 25.08.2026, 17:05
"Xankəndi" kamerunlu hücumçu transfer etdi 25.08.2026, 16:03
“Sabah” - “Hapoel” oyununu yayımlayacaq kanal 25.08.2026, 15:22
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
24-08-2026, 15:32
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
26-07-2026, 13:15
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir -
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir - Transfer xəbərləri
28-07-2026, 14:39
"Qarabağ" FK və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
28-07-2026, 13:18
"Real"da ciddi itki - Xarici xəbərlər
27-07-2026, 15:29
Makqreqor bir illik sıradan çıxıb
Makqreqor bir illik sıradan çıxıb
28-07-2026, 11:07
"Mançester Siti" qolkiperini "Lids"ə satır - Transfer xəbərləri
28-07-2026, 15:42
Zidanın Fransa millisində ilk açıqlaması -
Zidanın Fransa millisində ilk açıqlaması - Xarici xəbərlər
27-07-2026, 16:12
"Roma"dan 35 milyon avroluq hücumçu transferi - Xarici xəbərlər
27-07-2026, 18:06
Neymar yenidən qalmaqal mərkəzində -
Neymar yenidən qalmaqal mərkəzində - Xarici xəbərlər
29-07-2026, 10:10
"Tottenhem" "Mançester Siti"nin futbolçusuna fantastik qiymət - Transfer xəbərləri
26-07-2026, 11:07
"Yuventus" PSJ-nin qolkiperini transfer etmək istəyir - Transfer xəbərləri
28-07-2026, 12:29
Azərbaycan klublarının yay transferləri -
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb